Üçüncü söhbət. KƏLƏKİDƏ NƏLƏr oldu?



Yüklə 261,22 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix12.10.2018
ölçüsü261,22 Kb.
#73237
1   2   3   4   5   6   7   8   9

tərəfdarım  olduqlarına  görə  məhv  edilir,  məni  müdafiə  etdiklərinə  görə  həbsxanalara 

atılırdılar.  Bu  hakimiyyət  məni  müdafiə  edənləri  aradan  götürməklə  istənilən  vaxt  Kələkiyə 

qarşı hər hansı əməliyyat həyata keçirməyə şərait yaratmaq istəyirdi.  

Çox ciddi manevrlərin, Amerika səfirliyinin, Türkiyədəki müəyyən partiyaların, cəmiyyətlərin, 

ayrı-ayrı  şəxslərin  (onların  hamısına  dərin  minnətdarlığımı  bildirirəm)  təzyiqi,  müdaxiləsi 

nəticəsində  Kələkiyə  dəfələrlə  hazırlanmış  hücum  əməliyyatları  yarımçıq  dayandırıldı.  Gecə 

saat 3-də olası hücum bəzən saat 2-də dayandırılıb. (Ertədən yolda gördüyümüz polislər gecə 

hücum  olacağını  bildiriblər,  biz  də  o  məlumatı  konsulluqlar,  səfirliklər  vasitəsilə  dünyaya 

yaymaqla həmin hücumun qarşısını almışıq). 

"6  min  -  7  min  il  qabaq  Azərbaycan  mədəniyyəti  olub  -  böyük  Kür-Araz  mədəniyyəti!  Bu 

mədəniyyət sonralar Şumerə keçib"  

Bəy,  1996'nın  mayında  Kələkidə  qonağınız  olarkən  öyrəndim  ki,  elmi  yaradıcılıqla  da 

məşğulsunuz. Ümumiyyətlə, Kələki dövründə elmimizə Sizdən nə qaldı? 

Mən Kələkidə daha çox  oxumaqla, radio, televiziya vasitəsilə məlumat, informasiya almaqla 

məşğul olurdum. Bu, çox vaxt aparırdı. Bakıdasa buna az vaxt gedir, çünki mətbuatın ümumi 

müzakirəsi  bir  yerdə  olur,  bilirsən  nə  var,  nə  yox.  Mətbuat  xidmətinin  adamları  da  ümumi 

məlumatı  toplayıb  verirlər.  Kələkidə  bu,  əlbəttə,  o  qədər  asan  deyil,  ona  görə  də  bütün 

qəzetləri  oxumağa  məcburdum.  Bunda  bir  marağım  da  vardı  -  Azərbaycanda  çıxan  bütün 

qəzetləri oxuyurdum görüm  mətbuatımız  necə  inkişaf  edir.  Düzdür, öz  haqqımda yazılanları 

da oxuyurdum, ancaq daha çox bilmək istəyirdim ki, mədəniyyətimiz yüksəlir, yoxsa yerində 

sayır.  

Mənimçün qələm sahiblərini tanımaq da maraqlıydı. Çoxlu gənc jurnalistlər yetişirdi. Bu nəslin 

necə  inkişaf  etməsini,  içərisində  hansı  işıqlıların  olduğunu,  hansıların  ancaq  siyasətə  və 

demokratiyaya,  hansıların  dedi-qoduya  xidmət  etdiyini  izləməyə  çalışırdım.  Buna  marağım 

vardı.  

Ümumiyyətlə,  mənim  çox  böyük  arzumdur  ki,  Azərbaycanda  mətbuat  inkişaf  etsin, 

genişlənsin.  Bəzən  hansısa  bir  ölkədə,  məsələn,  1000  jurnalistin  toplantısının  keçirildiyini 

eşidəndə buna həsəd aparıram - kaş yaxın vaxtlarda Azərbaycanın da heç olmazsa 500-700 

jurnalistinin  qurultayının  keçirildiyini  eşidəydik,  yəni  bu  boyda  söz  əsgərləri  ordumuzun 

olduğunu  görəydik.  Düzünə  qalanda, jurnalistikamızın  inkişafından  narazı  da deyiləm,  çünki 

yazarlarımız  belə  ağır şəraitdə  həqiqətən  fədakarlıq göstərirlər  -  aylarla  pul  yox,  maaş yox, 

yaxşı  geyimləri  yox,  evdə  yeyimləri  yox,  normal  yaşayış  şəraitləri  yox,  bunun  heç  gileyini, 

davasını da etmirlər. 

Əksəriyyəti kirayədə qalır. 

Əksəriyyəti  kirayədə,  yataqxanalarda  yaşasa  da  onlar  bir  milli  duyğunu,  ruhu  yaşadan 

adamlardır. Onların həlledici qismi gənclərdir. Hiss edirlər ki, Azərbaycan dövləti təzə qurulub 

və  istəyirlər  ki,  gözəl  bir  demokratik  dövlət  qurulsun,  onlar  da  gələcəkdə  bu  dövlətin 

təmsilçiləri olsunlar.  

 



Mən  İranla,  Orta  Asiya  dövlətləriylə  müqayisə  edəndə  sevinirəm  ki,  Asiyayla  Avropanın 

qovşağındakı dövlət kimi biz nisbətən inkişafdayıq və daha çox Avropa yönündə, demokratiya 

yönündə inkişaf edirik - bu, çox yaxşıdır.  

Mən  Türkiyə  televiziyalarına  da baxırdım,  çünki  Türkiyə həyatı  mənimçün  çox  maraqlıdır və 

bu həyatı kənddə, demək olar ki, ikiqat artıq öyrəndim. Qabaqlar Türkiyənin siyasi həyatını 

belə  geniş  şəkildə  bilmirdim.  Televiziya  verilişləri  vasitəsilə  türkiyəlilərin  dinə,  laikliyə 

(dünyəviliyə),  cümhuriyyətə  münasibətlərini,  toplumun  ümumi  fikirlərini,  düşüncə  tərzini, 

nəylə  maraqlanıb  nəyə  laqeyd  qaldığını  özümçün  müəyyənləşdirməyə  çalışırdım.  Nəticədə 

belə qənaətə gəldim ki, Türkiyədə xalq çox sevimli, güclüdür, insanlar çox həssas, yurdsevər, 

millət uğrunda ölümə hazırdır, amma toplumun ümumi səviyyəsi aşağıdır. 

Savadını nəzərdə tutursunuz? 

Bəli,  ümumi  dünyagörüşü,  siyasi  savadı,  çağdaş  dünyaya  baxışı  çox  aşağıdır,  geri  qalıb. 

Bunun  da  kökünün  savadsızlıqda  olduğunu  tapdım.  Sovet  imperiyasının  pis  olmasına 

baxmayaraq çox güclü təhsil sistemi vardı. Səkkizilliyi, onilliyi hamı məcburi oxuyub qurtarırdı, 

insanlar pis-yaxşı savad, bilik alırdılar. Eşidəndə ki Türkiyədə 9 milyon 600 min adam yazıb-

oxumağı  bacarmır,  məni  dəhşət  götürdü.  Bu  qədər  adam  Azərıbaycan  əhalisindən  çoxdur, 

amma  oxumağı  bilmir,  yazmağı  bilmir  -  məktubu  aparıb  qonşuya,  müəllimə  oxutdurur. 

Türkiyədə  səkkizillik  məcburi  təhsil  haqqında  qərar  çıxaranda  bir  az  sevindik,  ancaq  indi 

milyonlarla  insan  ona  qarşıdır,  çünki  toplum  o  qədər  geri  qalıb  ki,  dünyəvi  savadın 

artırılmasına mane olan ruhani təbəqəyə müqavimət göstərmir.  

Lap orta çağda islam aləmində elm iki yerə bölünürdü: elmül-ədyan - din elmləri, yəni dinləri 

öyrənən elm və elmül-əbdan - fiziologiya elmləri, yəni təbiətşünaslığı öyrənən elm. Sonra elm 

inkişaf  etdi,  islam  fəlsəfəsi  yarandı.  İslam  alimləri  fəlsəfəni  elmlərin  elmi  sayır,  təbiəti 

öyrənməyə,  ayrı-ayrılıqda  fizikaya,  riyaziyyata  geniş  yer  verir,  məktəblər,  rəsədxanalar 

açırdılar.  İslam  dünyasında,  o  sıradan  Türkiyədə  bu  elmlər  yüksək  inkişaf  etdi.  İndi  çağdaş 

ruhani təbəqə bu inkişafa qarşı çıxır - bu elmlər də gərək dini məktəblərdə öyrənilsin. Ancaq 

orada  öyrətməksə  artıq  mümkün  deyil  -  dünyəvi  məktəblər  var,  sınaqdan  çıxmış  Avropa 

sistemi  var  -  dünyada  məşhur  Sorbonna  universiteti,  200  ildir  hərtərəfli  mütəxəssislər 

hazırlayan Oksford universiteti var. Necə olsun, indi ölkə geriyə dönsün? Bu hal türk millətinə 

heç layiq deyil. Mustafa Kamal Atatürk deyirdi ki, mən cümhur başqanı olmasaydım bu gün 

milli  eyitim  bakanı  olurdum.  Bu  vaxta  kimi  savaş  silahlı  savaşdı,  ordu  savaşıydı,  mən  ona 

komutandım.  Amma  bu  gündən  sonra  dünya  savaşı  eyitim  savaşıdır,  maarif  savaşıdır. 

Müəllimlərin qurultayında deyirdi ki, o savaşın başında siz duracaq, o savaşın qəhrəmanları da 

siz olacaqsınız.  

Özünün çox qürur duyduğu, dünyanın qürur duyduğu, türkün qürur duyduğu milli savaşdan, 

milli mücadilədən Atatürk qalib çıxıb, amma buna baxmayaraq o, maarif savaşındakı qələbəni 

öz qələbəsinə bərabər tutur, savad uğrunda mübarizəni özünün azadlıq, istiqlal mübarizəsiylə 

tən  götürürdü.  Belə  bir  dahinin  qoyduğu  bu  prinsip  zaman-zaman  haradasa  itirildi, 

geriləmələr,  yayınmalar  oldu.  İndi  hökumət  ciddi  yanlışlığı  başa  düşür  və  məcburən  ona 

qayıdır.  Cəmiyyətin  çürüdüyünü,  onda  böyük  anlaşılmazlıq  yarandığını  görərək  yenidən 

savadlanmaya gedirlər.  

 



Yüklə 261,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə