Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə9/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

 
29
idisə, 1984-cü ildə onların sayı 38 min 800 nəfərə çatmışdı. Oxuculara 
kitabxana xidməti sahəsində  həyata keçirilən yeni qabaqcıl iş üsulları 
oxucuların kitabxanaya gəlişinə müsbət təsir göstərmiş, elmi-tədqiqat 
institutlarının elmi işçilərinin  əksəriyyəti kitabxanadan istifadə etməyə 
başlamışdılar. Elmi-tədqiqat institutlarının 23 min 601 nəfər elmi işçisi 
Mərkəzi Elmi Kitabxananın oxucularına çevrilmiş, kitab fondundan 
istifadə etməyə başlamışdılar. Görülən işlər nəticəsiz qalmamışdı, 
kitabxanada kitab verilişi, kitabların dövriyyəsi xeyli çoxalmışdı. 1984-cü 
ildə Mərkəzi Elmi Kitabxanada və onun filiallarında oxuculara 3 milyon 
184 min 868 nüsxə kitab verilmişdi. Bunların 1 milyon 768 min nüsxəsi 
Mərkəzi Kitabxananın payına düşürdü. Kitabxana, həmçinin oxucuların 
sorğularını ödəmək və öz fondlarında olmayan kitabları əldə etmək üçün 
kitabxanalararası abonementdən geniş surətdə istifadə edirdi. 1984-cü 
ildə SSRİ-nin 1870, xarici ölkələrin 27 kitabxanası ilə  əlaqə yaradılmış, 
onlardan 13.050 nüsxə ədəbiyyat alıb oxuculara verilmişdi. 
Mərkəzləşmə illərində akademiya kitabxanasında meydana gəlib 
formalaşan və demək olar ki, oxuculara kitabxana xidmətinin təşkilində 
mühüm mərhələ hesab edilən elmi-texniki informasiya xidmətinin 
yaradılması olmuşdur. Uzun illərdən bəri elmi-texniki informasiya 
xidmətini həyata keçirməyə çalışan kitabxana bu işin formalaşmasına 60-
cı illərin axırlarından başlamış, ardıcıl olaraq iş aparmış, təcrübə qoymuş, 
nəhayət, 1973-cü ildə oxuculara informasiya xidməti işini 
müvəffəqiyyətlə  həyata keçirən elmi-texniki informasiya xidmətini 
yatarmağa müvəffəq olmuşdur. Mərkəzi Elmi Kitabxana 1976-cı ildən isə 
respublikada ilk dəfə olaraq bu sistemi qismən də olsa avtomatlaşdırmağa 
başladı. 1980-1984-cü illərdə akademiya kitabxanası bu sistem vasitəsilə 
300 elmi problem üzrə 289 elmi-tədqiqat laboratoriyasının 3000-ə qədər 
elmi işçisini müntəzəm olaraq cari informasiya ilə  təmin etmişdir. Bu 
dövrdə kitabxana respublikamızda elmi kitabların təbliğində xüsusi 
mövqeyə malik ol-muş, elmi ədəbiyyatı  təbliğ etmək üçün kitabxananın 
tarixində ilk sərgi salonu təşkil edilmişdi. Bu salon oxuculara xidmət 
etmək üçün vaxtaşırı olaraq daimi yeni kitablar sərgisi və müxtəlif 
 
 
 
  


 
30
elm və bilik sahələrinə aid tematik sərgilər təşkil edirdi. Təkcə 1984-cü 
ildə bu salonda 25 tematik sərgi, yeni ədəbiyyat haqqında 65 informasiya 
sərgisi təşkil edilmişdi. Bir il müddətində bu sərgilərdə 7717 nüsxə 
ədəbiyyat nümayiş etdirilmişdi. Mərkəzi Kitabxana, həmçinin ayrı-ayrı 
elmi müəssisələrdə  də  sərgilər təşkil etməyə başlamışdı. 1980-84-cü 
illərdə elmi müəssisələrdə 92 tematik sərgi təşkil edilmişdi. 
Müəssisələrdə  təşkil edilən tematik sərgilər kitabxana oxucularının  
sayının çoxalmasına və kitab verilişinə olduqca müsbət təsir göstərirdi. 
Göstərilən illərdə Azərbaycan Elmlər Akademiyasının həyatında baş 
verən böyük inkişaf və  tərəqqi kitabxananın işinə  də müsbət təsir etmiş, 
kitabxananın maddi-texniki bazası möhkəmlənmiş, yeni bina və 
avadanlıqla təchiz edilmişdi. Bu dövrü kitabxananın həyatında yeni 
inkişaf mərhələsi hesab etmək olar. Kitabxana məhz bu illərdə yeni 
ədəbiyyatla fasiləsiz və mükəmməl təmin olunmaqla, müasir 
avadanlıqdan istifadə edərək kitab fondlarını yenidən qurmuş, onları işlək 
vəziyyətə  gətirmişdir. Minlərlə kitablar qapalı otaqlardan çıxarılaraq 
kitabxana rəflərində  işlək hala gətirilmişdi. Kitabxananın məlumat-
biblioqrafiya aparatı, kataloq və kartotekaları yenidən təşkil və redaktə 
edilərək müasir tələbatlara cavab verə bilən operativ vasitəyə çevrilmişdi. 
Akademiyanın kitabxana sistemində elmi işçilərə  və mütəxəssislərə 
xidmət etmək üçün 27 növ yardımçı kataloq və kartoteka yaradılmışdı. 
Həmçinin 1974-cü ildə kitabxananın tarixində ilk d
əfə olaraq 
Kitabxanaşünaslıq və biblioqrafiya elmi-tədqiqat  şöbəsi yaradılmış, 
kitabxanaya aspirant hazırlamağa icazə verilmişdi. Kitabxanada fəaliyyət 
göstərən bu şöbə kitabxanaşünaslığın və biblioqrafiyanın müasir 
problemlərinə dair tədqiqatlar aparmış, elmi məcmuələr nəşr etmiş
biblioqrafik göstəricilərin “Elm və  mədəniyyət xadimləri” seriyasını 
yaratmışdı. Bu seriyadan akademiklərdən Y.Məmmədəliyevin, 
M.Qaşqayın, M.Nağıyevin,  Ə.Quliyevin, M. Arifin və başqalarının. 
biblioqrafiyaları buraxılmışdı. 
MKS-in nəşriyyat fəaliyyətinin genişlənməsi respublikamızda 
kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın, kitabşünaslığın və  
informasiyanın inkişafına  müsbət  təsir  göstərirdi.   Elmi-tədqiqat və  


 
31
biblioqrafiya  şöbəsi ildə 20-30 çap vərəqi həcmində elmi əsərlər və 
biblioqrafik göstəricilər nəşr edirdi. 
Bütün bu göstərdiklərimiz bir daha təsdiq edir ki, 70-80-ci illərdə 
AMEA-nın Mərkəzləşmiş Kitabxana Sistemi kitabxana fondunun təşkili, 
komplektləşdirilməsi, qorunub saxlanması, xidmət işinin səmərəliliyinin 
yaxşılaşdırılması, kitabxananın maddi-texniki bazasının 
möhkəmləndirilməsi, elmi-tədqiqat və metodik işin inkişaf etdirilməsi 
sahəsində çox böyük uğurlar əldə etmişdir. 
Bu dövrdə kitabxana işi sahəsində  uğurların  əldə edilməsi bi-lavasitə 
görkəmli dövlət xadimi H.Əliyev tərəfindən istiqamət-ləndirilən dövlət 
siyasətinin nəticəsi idi. 
70-80-ci illər Azərbaycan  ədəbiyyatının inkişafında böyük inkişaf və 
tərəqqi mərhələsi, zəngin yaradıcılıq dövrü kimi xarakterizə edilir. 
Ölkənin inkişafında baş verən iqtisadi, mədəni yüksəliş, yeni yaranmış 
mənəvi ab-hava, milli ideologiyanın yaranıb formalaşması sahəsində baş 
verən proseslər  ədəbiyyatımızda böyük canlanmaya səbəb olmuş, 
görkəmli yazıçılarımızın yaradıcılığına olduqca müsbət təsir göstərmiş, 
yeni-yeni qiymətli monumental əsərlər meydana gəlmişdir. Süleyman 
Rəhimovun “Ana abidəsi” (1980), “Qafqaz qartalı” (1971-75), İlyas 
Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” (1978), İsa Hüseynovun 
“Nəsimi”,  Əzizə  Cəfərzadənin “Aləmdə  səsim var mənim”,  Ələviyyə 
Babayevanın “Adamlar və talelər” və s. nəsr  əsərləri,  şairlərdən Rəsul 
Rzanın “Dünən, bu gün, sabah” (1973), Nəbi Xəzrinin “Dərələr” (1970), 
“Ulduz karvanı” (1979), Mirvarid Dil-bazinin “Bənövşələr üşüyəndə” 
(1970), “Ana qanadı” (1972), Nigar Rəfibəylinin “Günəşdən gənclik 
istədim”, “Bizə bahar yaraşır”, Bəxtiyar Vahabzadənin “Muğam”, 
“Atılmışlar”, Qabilin “Nəsimi” kimi əsərləri bu dövrün məhsuludur. 
70-80-ci illər müasir ədəbiyyatımızın sütunları olan gənc yazıçı  və 
şairlərin yetişməsində böyük rolu olmuşdur. Anarın “Ağ liman” (1977), 
“Macal” (1978), Elçinin “Gümüşü, narıncı” (1973), “Bu dünyada qatarlar 
gedir” (1974), “Mahmud və  Məryəm”,  Əkrəm  Əylislinin “Mənim 
nəğməkar bibim”, “Tənha narın nağılı” və s. əsərləri məhz bu illərdə nəşr 
edilib oxuculara çatdırılmışdır. 
 
 
  
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə