17
məhz bu tarixdən qoyulmuşdur. Bu plenum Azərbaycanın tarixində çox
mühüm, taleyüklü bir hadisə oldu, respublikamızın gələcək inkişafında
çox əhəmiyyətli rol oynadı. Bununla da Azərbaycan xalqının tarixində
Heydər Əliyev dövrü - böyük dönüş mərhələsi başlandı. Bu dövrdən bəhs
edən H.Əliyev yazırdı: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə
respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran
mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu
tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual
yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur
dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində
təzə metodlar tətbiq edilməli idi”.
1
Azərbaycan KP MK-nın birinci katibi H.Əliyevin təşəbbüsü ilə həmin
ilin avqustunda respublikanın həyatında kök salmış nöqsanları, dövlət və
partiya rəhbərliyində hökm sürən hərc-mərcliyi aradan qaldırmaqda çox
mühüm rolu olan plenum keçirildi. Bu plenum Azərbaycanın tarixində
dönüş nöqtəsinin başlanğıcı oldu. Plenumda H.Əliyevin söylədiyi
olduqca məzmunlu məruzədə respublikanın müasir vəziyyəti ətraflı təhlil
edilir, ölkənin iqtisadi, siyasi və ideoloji həyatında mövcud olan
nöqsanlar cəsarətlə aşkarlanır və onların aradan qaldırılmasının yolları
göstərilirdi. Plenum ölkədə əmək intizamını möhkəmləndirmək,
respublikanın mənəvi-psixoloji iqlimini saflaşdırmaq üçün də ciddi
tədbirlər hazırladı. Plenumda H.Əliyevin məruzəsi və bu məruzədən irəli
gələn vəzifələr respublikamızın gələcək inkişafı üçün dəyərli proqram
sənədi kimi olduqca böyük perspektiv əhəmiyyət kəsb edirdi.
H.Əliyevin apardığı siyasət nəticəsində az bir müddət içərisində
respublikada böyük iqtisadi, siyasi və ideoloji nailiyyətlər əldə edildi.
Azərbaycan xalqı H.Əliyevin həyata keçirdiyi tədbirləri böyük rəğbətlə
qarşıladı. 70-ci illərin əvvəllərindən ölkədə baş verən canlanma, yüksək
əhval-ruhiyyə xalqda gələcəyə böyük inam yaratdı. Xalq öz dahi oğluna
hörmət və ehtiram göstərməyə başladı, onu sevdi. H.Əliyev kiçik bir
zaman kəsiyində xalqın məhəbbətini, sevgisini, etimadını həyata keçirdiyi
1
Heydər Əliyev. Minilliklərin qovşağında.-B., 2001.- S.18.
18
nəhəng proqramları, cəsarətli və ədalətli tədbirləri ilə əldə etmişdi. 1970-
ci illərdə aparılan nəhəng quruculuq işləri nəinki respublikamızda,
həmçinin SSRİ məkanında görkəmli vətən oğluna böyük şöhrət gətirdi.
Ölkəmiz inkişaf edib müttəfiq respublikalar içərisində qabaqcıl yerlərdən
birini tutdu. Nəticədə 1970-1985-ci illər Azərbaycanın inki
şaf
salnaməsinə ən parlaq quruculuq illəri kimi daxil olmuş, sənayenin, kənd
təsərrüfatının, mədəniyyətin bütün sahələrində tərəqqi baş vermişdir.
14 ildə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye
istehsalı 2 dəfə, xalq istehlakı malları istehsalı 3 dəfə, kənd təsərrüfatı
məhsulları 2,5 dəfə artmışdır. Respublika başdan-başa tikinti meydanını
xatırladırdı. 14 il müddətində 250-dən çox fabrik, zavod, istehsal
obyektləri tikilmiş, iki milyondan çox adamın mənzil şəraiti yaxşılaşmış,
Bakıda və respublikamızın digər şəhərlərində böyük mikrorayonlar
salınmışdı.
70-80-ci illər Azərbaycan kəndinin həyatında böyük tərəqqi və
yenidənqurma illəri olmuşdur. Bu dövrdə onsuz da bərbad vəziyyətdə
olan SSRİ k
ənd təsərrüfatı iqtisadiyyatında olan gerilik Azərbaycan
kəndinin həyatında daha bariz şəkildə özünü göstərirdi. Azərbaycan kəndi
həm iqtisadi, sosial, həm də mədəni cəhətdən demək olar ki, SSRİ
respublikaları içərisində axırıncı yerlərdən birini tuturdu. Kənd təsərrüfatı
iqtisadiyyatı tənəzzülə uğramışdı və böhran keçirirdi. Kənd rayonlarında
aparılan tikinti-abadlıq işlərinin həcmi, kənd əhalisinə göstərilən maddi-
məişət xidmətlərinin təşkili olduqca aşağı səviyyədə idi. Məhz buna
görədir ki, kənd əhalisi yaxşı dolanışıq dalınca şəhərlərə və böyük yaşayış
məntəqələrinə üz tuturdu. Kəndlərdən şəhərlərə axın başlamışdı.
1969-cu ildə hakimiyyətə gələn H.Əliyev Azərbaycan kəndində hökm
sürən bu prosesi yaxşı bilirdi. Məhz buna görədir ki, hakimiyyətə gəldiyi
ilk günlərdən kənd təsərrüfatını bu böhran şəraitindən çıxarmaq üçün
mühüm tədbirlər görməyə başladı və həmin tədbirlər nəticəsiz qalmadı.
Respublikamızda kənd təsərrüfatının aparıcı sahələri olan pambıqçılıq,
üzümçülük, heyvandarlıq, taxılçılıq və tərəvəzçilik böyük inkişaf yolu
keçdi. Azərbaycanın tarixində görünməyən məhsuldarlıq əldə edildi.
Kəndin həyatında böyük canlanma baş verdi. Kənd yenidən tikilməyə
19
başladı, köhnə daxmaların yerində kütləvi surətdə işıqlı kənd evləri
meydana gəldi.
Kəndin həyatında baş verən bu inkişaf, böyük sosial dəyişikliklər
kəndlilərin maddi vəziyyətinin yaxşılaşmasına səbəb oldu. Kəndlilərin
maddi imkanlarının əsaslı surətdə yaxşılaşması kənddə tikinti, quruculuq
işlərinin aparılması köhnə kəndli daxmalarının yerində kütləvi surətdə
yaraşıqlı kənd evlərinin tikilməsi üçün şərait yaratdı.
Ölkədə baş verən iqtisadi tərəqqi əhalinin maddi rifah halının
yüksəldilməsinə olduqca müsbət təsir göstərmiş, 70-ci illərdə fəhlə və
qulluqçuların əmək haqqı 1,4 dəfə, 80-ci illərdə isə 1,3 dəfə artmışdı.
Kolxozçuların orta əmək haqqı 1970-ci ildə iki, 1980-ci ildə 1,5 dəfə
artmışdı. Həmçinin 70-80-ci illərdə əhaliyə verilən təqaüdlərin həcmi 4,4
dəfə, müavinətlərin həcmi isə 3,3 dəfə çoxalmışdı.
70-80-ci illərdə Azərbaycanda iqtisadiyyat, sənaye, kənd təsərrüfatı ilə
yanaşı, milli mədəniyyət, incəs
ənət, elm və təhsil sahələri də xeyli inkişaf
etmişdi. Məhz bu illərdə xalqımız öz milli mədəniyyətini, tarixi keçmişini
dərindən dərk etmək, milli adət-ənənələrə qayıtmaq, milli varislik
imkanlarından istifadə etmək, milli ədəbiyyatımızı dərindən öyrənmək,
indiyə qədər deyilməsinə qadağa qoyulmuş bəzi fikirləri və ideyaları
aşkarlamaq imkanı qazanmışdı. Sanki sükut buzu sınmışdı. Azərbaycanın
görkəmli ziyalıları, şairləri, yazıçıları, alimləri tarixi keçmişimiz, milli
mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, milli ideologiyamız haqqında
obyektiv, bəzən də böyük siyasətə uyğun gəlməyən cəsarətli fikirlər
söyləməyə başlamışdılar. Mən bu milli oyanışın səbəbini fikirləşərkən
xeyli zaman keçdikdən sonra dərk etdim ki, bu prosesin başlanmasının
əsas səbəbkarı xalqımızın böyük oğlu H.Əliyev olmuşdur. Azərbaycan
ziyalıları məhz ona arxalanaraq, onun çıxışlarına söykənərək öz cəsarətli
fikirlərini söyləyir, araşdırmalar aparır, elmi nəticələr çıxarırdılar. Məhz
bu dövrdə Azərbaycanın tarixinə, mədəniyyətinə dair fundamental
araşdırmalar aparılmağa başlanmış, milli tariximizə, ədəbiyyatımıza,
mədəniyyətimizə, görkəmli şəxsiyyətlərimizə dair çoxcildli sanballı
əsərlər meydana gəlmiş, Sovetlər İttifaqında ilk dəfə görkəmli ictimai və
Dostları ilə paylaş: |