7
Respublikanın zəhmətkeşləri, ziyalıları tərəfindən ardıcıl dəstəklənməyə
başlandı.
Tarixçi alimlərimiz çox haqlı olaraq 1969-1983-cü illəri əhatə edən bu
dövrü Azərbaycanın inkişafında dönüş dövrü kimi xarakterizə edirlər.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının
birinci katibi seçildikdən sonra ölkənin inkişafında dönüş mərhələsi
başlanmış, xalq təsərrüfatının bütün sahələrinin inkişafında, elm və
mədəniyyətin, təhsil sisteminin tərəqqisində böyük nailiyyətlər əldə
edilmişdir. Bu dövrdə xalqımızda milli qürur, milli mənlik şüuru
oyanmış, xalq öz tarixini, soy-kökünü dərindən dərk etməyə, milli
ideologiyanın formalaşması sayəsində ilk addımlar atmağa başlamışdır.
Məhz 1969-1985-ci illərdə respublikamızda mədəni quruculuq
sahəsində həyata keçirilən böyük tədbirlər kitabxana işinin inkişafına da
müsbət təsir göstərmiş, əvvəllər ləğv edilmiş kənd kitabxanaları
planauyğun qaydada ardıcıl olaraq bərpa olunmuş, kənd rayonlarının
yaşayış məntəqələrində kitabxanalar təşkil edilmiş, kitabxanaların maddi-
texniki bazası möhkəmləndirilmiş, kitabxana işinin maliyyələşdirilməsinə
diqqət artırılmışdır. Məhz bu illərdə həm kənd yerlərində, həm də
şəhərlərdə yeni kitabxana binalarının tikilməsinə, mövcud binaların bərpa
və təmiri işlərinə vəsait ayrılmağa başlanılmışdı.
Kitabxanaların mərkəzləşdirilməsi məsələsi respublikamızda da
müvəffəqiyyətlə başa çatdırılmış, mühüm elmi-təcrübi nəticələr əldə
edilmişdir.
Respublikada kütləvi kitabxana şəbəkəsi ilə yanaşı, ayrı-ayrı idarə və
müəssisələrin, nazirliklərin və ictimai təşkilatların kitabxana şəbəkələri
də böyük tərəqqi əldə etmişdilər.
Bu dövrdə xüsusilə Azərbaycan Təhsil Nazirliyinin (o zaman Maarif,
Ali və Orta İxtisas Təhsili nazirlikləri), Səhiyyə Nazirliyinin, Kənd
Təsərrüfatı Nazirliyinin, Milli Elmlər Akademiyasının kitabxana
şəbəkələri əsaslı surətdə yenidən qurulmaqla oxuculara kitabxana
xidmətinin təşkilini xeyli yaxşılaşdırmağa müvəffəq olmuşdular.
Kitabxanalar təhsil və elm sahəsinin əsas atributlarından biri kimi təhsilin
və elmin inkişafına, kitabxana-informasiya xidmətinin təşkilinə layiqli
8
töhfələr vermişdir. Birinci mərhələyə yekun vurarkən böyük iftixar hissi
ilə demək olar ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi (1969-1982-ci illər) qısa zaman kəsiyində respublikamız Sovet
İttifaqının iqtisadi, siyasi və mədəni cəhətdən ən inkişaf etmiş, xalq
təsərrüfatı, elm, mədəniyyət, təhsil sahələrində ən çox nailiyyətləri olan
respublikalardan birinə çevrilmişdir. Az
ərbaycanın böyük iqtisadi inkişaf
yoluna düşməsinin əsası qoyulmuşdur.
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın ictimai-siyasi,
sosial-iqtisadi və mədəni-mənəvi həyatına uğurlu yeniliklər, dəyişikliklər
gətirdi. Məhz Heydər Əliyevin qayğısı nəticəsində həmin dövrdə
Azərbaycan sosial-iqtisadi və mədəni cəhətdən yüksək səviyyədə inkişaf
edərək Sovetlər Birliyinin ən böyük mükafatlarına layiq görülmüş,
xalqımızın adı həmişə hörmət və iftixarla çəkilmişdir. Heydər Əliyevin
qazandığı bu müvəffəqiyyətlər qısa zaman içərisində onun bir partiya və
dövlət xadimi kimi nüfuzunun təkcə Azərbaycanda deyil, bütün SSRİ
məkanında artmasına, böyük şöhrət qazanmasına səbəb oldu. Məhz buna
görədir ki, o, 1979-cu ildə Sov. İKP MK Siya-
si Bürosu üzvlüyünə namizəd, 1982-ci ildə isə üzv seçildi. 1982-ci
ildə isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli
çəkildi. SSRİ hökumətində ikinci şəxsiyyət olan Heydər Əliyev tezliklə
Sovet İttifaqı məkanında, həmçinin xarici ölkələrdə müdrik dövlət xadimi
kimi yüksək nüfuz qazandı. Bu da Sovetlər Birliyi dövründə beynəlxalq
aləmdə öz fəaliyyəti ilə böyük şöhrət və hörmət qazanmış Azərbaycan
oğlunun dünya siyasətində tutduğu yüksək yerdən xəbər verirdi.
O, Moskvada yaşayıb-işlədiyi müddətdə də Azərbaycanla əlaqəsini
kəsməmiş, həmişə doğma respublikamızın qeydinə qalmış, onun inkişafı
üçün əlindən gələni əsirgəməmişdir.
Doğrudur, Azərbaycan xalqının dahi oğlunun belə nüfuzlu bir
vəzifəyə təyin edilməsi bütün Azərbaycan xalqının, həmçinin Türk
dünyasının böyük fəxri idi. Xalqımız bu təyinatı fərəh hissi ilə qəbul etdi.
Həmin günlərdə Azərbaycanda bayram əhval-ruhiyyəsi yaşanırdı.
Ancaq tezliklə respublikada Heydər Əliyevin yeri görünməyə başladı.
Onun böyük çətinliklə əldə etmiş olduğu iqtisadi inkişaf
9
sürəti tədricən aşağı düşməyə, respublikada ətalət hökm sürməyə,
idarəçilikdə nöqsanlar baş qaldırmağa başladı.
Heydər
Əliyevdən sonra respublika rəhbərliyi baxımından
Azərbaycanın bəxti gətirmədi. 1983-1993-cü illərdə respublikamıza çox
səriştəsiz, siyasi cəhətdən savadsız, uzağı görə bilməyən insanlar başçılıq
etmişlər.
80-ci illərin ikinci yarısından başlayaraq SSRİ dövləti tərəfindən
müdafiə edilən qondarma Dağlıq Qarabağ problemi qızışdırılmağa
başladı. Azərbaycana böyük təzyiqlər göstərildi. Yerevanda və
Xankəndində Qarabağı Azərbaycandan qoparmaq üçün separatçı
xarakterli mitinqlər başladı. 1988-ci ildə Ermənistanda yaşayan 230
mindən çox azərbaycanlı öz dədə-baba yurdlarından qovuldu. H
ər
tərəfdən böyük təzyiqlərə, öz dövləti tərəfindən ədalətsizliklərə məruz
qalan xalqımız Azərbaycanı parçalamaq cəhdlərinə, Dağlıq Qarabağın
Ermənistana verilməsi tələblərinə qarşı mübarizəyə qalxdı. 1988-ci il
fevralın 19-da Bakı şəhərində ilk etiraz mitinqi keçirildi. Getdikcə etiraz
dalğası kütləvi hal almaqla bütün respublikanı bürüdü. Belə bir şəraitin
yaranması Moskva üçün gözlənilməz oldu. Moskva bu etiraz dalğasının
qarşısını ala bilməyən, yaxud almaq istəməyən, olduqca iradəsiz və
qətiyyətsiz Kamran Bağırovu 1988-ci il mayın 21-də Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən
götürdü və onun yerinə Əbdürrəhman Vəzirovu gətirdi. Milli ruhdan,
azərbaycançılıqdan çox-çox uzaq olan, öz ana dilini belə bilməyən Ə.
Vəzirov xalqın milli mənafelərinə zidd siyasəti ilə Dağlıq Qarabağın
Ermənistana verilməsi haqqında Sov.İKP-nin baş katibi Mixail
Qorbaçovun rəhbərliyi ilə hazırlanmış məkrli planın həyata ke-
çirilməsinə xidmət göstərməklə gözdən düşdü. Bütün bu hadisələr 1990-
cı ilin qanlı 20 Yanvar faciəsinə gətirib çıxardı. Bu faciənin
təşkilatçılarından və günahkarlarından biri olan Ə.Vəzirov Moskvaya - öz
ağalarının yanına qaçmalı oldu. Ə.Vəzirovdan sonra hakimiyyətə gələn,
xalqımızın müstəqilliyini istəməyən, suveren Azərbaycan
Respublikasının yaranmaması üçün ciddi-cəhdlə çalışan, Azərbaycan
torpaqlarının işğalına Şərait yaradan, Xocalı faciəsinin səbəbkarı olan
Ayaz Mütəllibovun aqibəti də öz məsləkdaşı Ə.Vəzirovun aqibəti kimi
Dostları ilə paylaş: |