Türk biRLİĞİ yolunda avşar türkmenleri sempozyumu biLDİRİler kitabi 21 Temmuz 2017 Kayseri



Yüklə 4,44 Kb.
Pdf görüntüsü
səhifə23/77
tarix15.03.2018
ölçüsü4,44 Kb.
#32400
1   ...   19   20   21   22   23   24   25   26   ...   77

60
Şeref Kocakaya
 
TÜRK DÜNYASINDA ƏFŞARLAR İMPERİYASININ 
  YERİ VƏ ROLUNA TARİXİ-FƏLSƏFİ BAXIŞ
  Doc., dr. Faiq ƏLƏKBƏRLİ
ÖZƏT
Hazırda  Türk  tarixində  mürəkkəb,  dolaşdırılmış  “tarix”lər  arasında  Əfşarlar 
dövlətinin və onun banisi Nadir şah Əfşarın tarixi xüsusi yer tutmaqdadır. Hər halda Türk 
xalqları, o cümlədən Azərbaycan türk xalqı olaraq Turan-Türk tarixinin ən böyük dövlət 
və fikir dühalarından olan Nadir şah Əfşar (1688-1747) və onun qurucusu olduğu Əfşarlar 
dövləti  haqqında  doğru  bilgilərə  sahib  deyilik.  Çünki  İngilis-Amerikan,  Rus-Slavyan  və 
Fars-İran imperializminin son iki əsrdə şüurlarımıza yeritdiklərinin sonucu olaraq Nadir şah 
Əfşar şəxsiyyəti, Əfşarlar dövləti “milli-elm tarixi” kitablarında tamam başqa çalarlarda öz 
əksini tapmışdır. Bunun əsas səbəblərindən biri, bəlkə də birincisi Nadir şah Əfşarın Oğuz-
Türk soyundan olması və dini məzhəbçiliyə qarşı apardığı mücadiləsidir.  
Şübhə etmirik ki, bu gün Nadir şah Əfşarla, onun qurduğu Əfşarlar dövlətiylə bağlı 
bilmədiyimiz, yaxud da yanlış öyrədilən bir çox məsələlər vardır. Əgər türk ruhlu düşüncə 
sistemimizi yenidən diriltmək, bərpa etmək istəyiriksə o zaman Əfşarlarla bağlı məsələləri 
çözməli, əsil həqiqəti Turan-Türk xalqlarına, Türk-Turan irqinə olduğu kimi çatdırmalıyıq. 
Bizcə, bu anlamda Nadir şah və Əfşarlar dövlətiylə bağlı aydınlıq gətirilməsi vacib olan, Turan 
düşüncə sistemimizə işıq tuta biləcək ən önəmli məsələlər aşağıdakılardır: 1. Səfəvilərin 
süqutu və Əfşarlar dövlətinin qurulması; 2.  Əfşarlar dövlətində dövlət dili və yazı məsələsi; 
3. Nadir şah Əfşarın Səfəvilərin artıq iranlılaşmış şiəçilik ideyasını aradan qaldıraraq İslam 
birliyinə nail olmaq ideyası; 4. Təbriz mərkəzli vahid Azərbaycan vilayətinin yaradılması; 5. 
Nadir şahın öldürülməsi və Əfşarların islahatlarının sonrakı aqibəti.
Əfşarların mənşəyi və Əfşarlar İmperiyasının yaranması...
Ən  azı  V-VI  əsrlərdən Azərbaycanda  məskunlaşdığı  iddia  edilən  Əfşarlarla  bağlı 
Nadir şah özü Osmanlı dövlətinin sədrəzəmi Əli Paşa Həkimoğluna göndərdiyi məktubunda 
yazırdı:  “Mənim  cəddim  müqəddimə  Çingiz  xurucunda  Ruma  gedən  ali-Osmanın  cəddi 
Ərtoğrulun qarındaşı olub, babaları Süleyman şah suya qərq olduqda mənim cəddim İrana 
getmiş idi”.
 37
 Eyni zamanda Nadir şahın şəxsi səlnaməçisi Mirzə Mehdi xan da yazır ki, 
Nadir şah Türkmənlərin Əfşar boyundandır.
38
 Dogrudan da, Türkmən Əfşarlara aid Qırıxlı 
tayfası və həmin tayfaya aid yer adları bu gün də Anadoluda, Azərbaycanda və Xorasanda 
izini sürdürməkdir.
39
 XIX əsr Türk (Azərbaycan) tarixçisi Abbasqulu Ağa Bakıxanov Nadir 
şah  Əfşarın  soykötüyü  ilə  bağlı  yazdıqları  da,  onun  Oğuz  Türkmən  Əfşarların  Qırıxlı 
tayfasından  olmasını  təsdiq  edir:  “Moğol  istilası  dövründə,  Azərbaycana  gəlmiş  olan 
Türkmən  əfşarlarından  Qırıxlı  tayfası,  Şah  İsmayıl  Səfəvinin  zühurundan  sonra,  köçüb 
Əbivərd mülkündə, Gürgan çeşməsi ətrafında sakin olmuşdu. Bu tayfadan İmamqulu adlı 
bir nəfərin 1689-cu ildə Nadirqulu adlı bir oğlu oldu”.
40
Azərbaycan  Türk  aydını  Nəriman  Nərimanov  1898-ci  ildə  yazdığı,  1913-cü  ildə 
“düzəlişlər” etdiyi “Nadir şah” adlı dram əsərində Nadirqulu xanı öncə “başkəsən, yolkəsən 
quldur”, daha sonra vətən və millət uğrunda mücadilə edən fədai, qəhrəman kimi qələmə 
vermişdir. Şübhəsiz, Nadir şahın Əfşarlar dövlətini qurmamışdan öncəki faəliyyətiylə bağlı 
uydurmaların  arxasında  çar  Rusiyası  ideoloqları  dayanırdı.  Bütün  bunlara  baxmayaraq 
Nərimanov həmin əsərində Nadir şahı bütövlükdə Səfəvilərin tənəzzülü dövründə meydana 
çıxaraq “Millət və Vətən yoluna” düşüb
41
 qısa bir müddət ərzində osmanlıları, rusları və 
başqalarını Səfəvi-Turan torpaqlarından uzaqlaşdırmağı bacaran, əfqan-gilzay, sistan, bəluci 
üsyanlarını aradan qaldıran, bununla da Səfəvi-Qızılbaş ordusunun sərdarı vəzifəsinə qədər 
37
 Şem’dani-Zade Fındıklı Süleyman EfendiMür’it Tevarih, yay. M. Aktepe, İstanbul 1976, s.60
38
  Astrabadi MirzḪ Mehdi xan. Tarix-e Cahanqoşa-ye Nader-i. Tehran, 1368, s.36
39
  Abdurraman Ateş. Avşarlı Nadir şah ve dönminde Osmanlı-İran mücadileleri (doktora tezi). İsparta, 2001, s.35-36
40
  Bakıxanov A.A., Gülüstani-İrḪm. Bakı, “Möminin”, 2001, sḪh.161
41
  NḪrimanov N. Nadir Şah (Seçilmiş ḪsḪrlḪri). Bakı, “Lider nḪşriyyat”, 2004, sḪh.125


61
Türk Birliği Yolunda Avşar Türkmenleri Sempozyumu 
yüksələ bilən qəhrəman, hökmdar kimi qələmə vermişdir. Hər halda bir dövlətin süqutunu 
hiss edib yenisini yaradılmasına razılıq verən, Türk müdrikləri də Nadirqulu xanın Oğuz-Türk 
ulusunun Əfşar boyundan olduğunu bilməsəydilər, onun Səfəvilərin taxtında oturmasına ya 
da şah seçilməsinə heç bir zaman razılıq verməzdilər.
Nadirqulu  xan  Oğuz-Türk-Türkmən  ulusunun  Əfşarlar  boyunun  Qırıxlı  tayfası 
kimliyi  altında  Səfəvi  Türk  dövlətini  əfqanlar,  ruslar,  osmanlıların  (Türkiyə  türkləri) 
tapdağından  xilas  etmək  üçün  milli  mücadiləyə  başlamışdır.  Dini  məzhəb  qovğalarının 
nəticəsində Səfəvi  Türk dövlətinin gözləri önündə süquta uğramasını, bundan sui-istifadə 
edən rusların, əfqanların və başqalarının Səfəvi torpaqlarını yağmalamasını sinirə bilməyən 
Nadirqulu xan Oğuz Türk kimliyi, vahid İslam ümmətçiliyi düşüncəsiylə yola çıxaraq Səfəvi 
Türk dövlətinin işğal olunmuş torpaqları üzərində hökmranlığını bərpa etməyə çalışmışdır. 
Nadirqulu xanın bu əməyini qiymətləndirmək məcburiyyətində olan Səfəvi Türk hökmdarı 
II  Şah  Təhmasib  1726-cı  ildə  əvvəlcə  onu  hərbi  müşavir,  daha  sonra  ordu  başçısı  təyin 
etmişdir.
 42
Bundan sonra keçən bir neçə il ərzində Nadirqulu xan əfqanlar, ruslar və osmanlılar 
üzərində böyük qələblər əldə edərək böyük ölçüdə Səfəvi Türk dövlətinə aid torpaqları geri 
qaytarmış, paytaxt İsfahanı əfqanlardan azad etmişdir. Ancaq bütün bunlara baxmayaraq, 
Səfəvi Türk hökmdarı II Şah Təhmasibin şiəçi din üləmalarının və xanlarının da təhrikiylə 
Nadirqulu xana qarşı olan inamsızlığı 1732-ci ildə birincinin taxtdan salınması və faktiki 
olaraq  sonuncunun  Səfəvilər  dövlətinin  əsas  şəxsi  olmasıyıla  nəticələnmişdir.  Özəlliklə, 
Nadirqulu xanın millət və vətən üçün gördüyü milli mücadiləni doğru dəyərləndirə bilməyən, 
bunu  bir  şəxsi-vəzifə  davası  kimi  qəbul  edən  II  Şah  Təhmasibin  şiəçi  fars  əyanlarının 
təhrikiylə 1731-ci ildə Osmanlı və çar Rusiyası üzərində apardığı uğursuz hərbi əməliyyatlar 
Səfəvilərin birmənalı şəkildə sonunu gətirmişdir. Bizcə, Nadirqulu xan da millət və vətən 
məsələlərini şəxsi-vəzifə məsələsi kimi gördüyü, daha doğrusu şiə din üləmalarının əlində 
oyuncağa çevrildiyi üçün II Şah Təhmasibi Səfəvi Türk dövlətinin taxtından salaraq onun 
yerinə oğlu III Şah Abbası (1732-1736) taxta çıxartmışdır. 
Nadir şah Əfşar Səfəvilər dövlətinin birinici şəxsinə çevrildikdən sonra (1732) da 
Osmanlı  və  Rusiyaya  qarşı  apardığı  müharibələrdən  qalib  çıxmış,  hətta  çar  Rusiyasına 
ultimatum göndərmişdi ki, rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk etməlidirlər. 
Nadir  şahın  çar  Rusiyasının  nümayəndələriylə  1735-ci  ilin  martında  Gəncə  yaxınlığında 
bağladığı  müqaviləyə  əsasən  rus  qoşunları  Turanın  mərkəzi  olan  Azərbaycanın  şimal 
bölgəsini (Dərbəndi, Salyanı, Bakını və b.) tərk etməyə məcbur olmuşlar.
43
 Eyni zamanda 
Nadir  şah  Osmanlı-Türkiyə  qoşunlarını  da Azərbaycan  ərazisindən  tamamilə  çıxartmağa 
nail  olmuşdu. Ancaq  bu  gün Azərbaycanın  bəzi  “tarixçi”ləri  həmin  dövrdə  çar  Rusiyası 
qoşunlarının işğalçılığını “unudaraq”, daha çox Osmanlı Türk qoşunlarının Azərbaycandan 
çıxarılmasını üzərində dayanırlar. Məsələn, Azərbaycan tarixçiləri Türk Əfşarlar dövlətinin 
qurucusu Nadir şah Əfşarın Şimali Azərbaycanda Osmanlı və çar Rusiyasına qarşı apardığı 
müharibələrdən  belə  nəticə  çıxarır:  “Azərbaycan  ərazisi  tamamilə  türk  əsgərlərindən 
təmizləndi. Lakin bu heç də Azərbaycan xalqına azadlıq gətirmədi. Ölkədə türk işğalçılarını 
İran işğalçıları əvəz etdilər”.
44
 
Birincisi, “müstəmləkəçi” ruhlu bəzi “Azərbaycan tarixçi”ləri yazmırlar ki, Nadir 
şah  Turanın  mərkəzi  olan  Azərbaycanı  yalnız  Osmanlı  Türk  qoşunlarından  deyil,  eyni 
zamanda çar Rusiyasının işğalçı qüvvələrindən də təmizləmişdir. Çar Rusiyasını və Sovet 
Rusiyasını işğalçı kimi qələmə verməkdən bacardıqları qədər yan qaçan bəzi “Azərbaycan 
tarixçiləri”nin gücləri, hələ də yalnız Osmanlara, Əfşarlara və Qacarlara  çatır. 
İkincisi,  “ölkədə  türk  işğalçılarını  İran  işğalçıları  əvəz  etdilər”  fikiri  tamamilə 
yanlışdır.  Çünki  “İran  işğalçıları”kimi  qələmə  verilən  ordunun  əsasını  Oğuz  türkləri,  o 
cümlədən Azərbaycan türkləri təşkil edirdi ki, həmin ordunun başçısı da Oğuz-Türk ulusunun 
Əfşar  boyundan  olan  Nadir  şah  Əfşar  idi.  Nadir  şah  Əfşar  isə  Əfqanlara,  Osmanlıya  və 
42 TahirzadḪ ḪdalḪt. Nadir Şah Ḫfşar (tḪrcümeyi-hal oçerki). Bakı, “Çıraq” nḪşriyyatı, 2005, sḪh.5
43  AzḪrbaycan tarixi. Yeddi cilddḪ. III cild (XIII-XVIII ḪsrlḪr). 
Bakı, “Elm”, 2007, sḪh.415
44  Ḫliyev Fuad, HḪsḪnov Urfan. İrḪvan xanlığı. Bakı, ŞḪrq-QḪrb, 2007, s.43


Yüklə 4,44 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə