Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə2/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   2   3   4   5   6   7   8   9   ...   143

Xəyal cığırı – I cı̇ld

5

ÖN SÖZ



Miskin Abdal –  

Tofiq Hüseynzadənin ulu babası

Tofiq Hüseynzadənin ulu babası Miskin Abdal: həyatı 

və Qeyb Ərəni (Ricalül-qeyb) Abdalı, Pir, Övliya, «Ocaq» 

sahibi, filosof, sufi şair, Haqq aşiqi, Səfəvilərin dövlət xa-

dimi, diplomat, sərkərdə kimi fəaliyyəti barədə qısa mə-

lumat (Tofiq Hüseynzadənin bu kitabın III cildinə daxil edil-

miş «Miskin Abdal  Qeyb Ərəni, Təsəvvüf Piri» elmi-tədqiqat 

əsərindən) 

Tofiq Hüseynzadənin ulu babasi – böyük dövlət xadimi, 

filosof, diplomat, sərkərdə, sufi şair, Azərbaycan aşiq, saz-

söz dünyasinin ilkin mahir ustadi, müqəddəs «Ocaq» sahibi, 

maarifçi  insan,  gözəl  müəllim,  müdrik  el  ağsaqqali,  övliya 

Seyyid  Miskin Abdal  (əsl  adi  Hüseyn  Məhəmmədoğludur) 

təxminən 1430-cu ildə qədim Göyçə mahalinin (Basarkeçər 

rayonunun)  keçmiş  Zərgərli,  sonralar  Sariyaqub  adlanan 

kəndində «Zərgərli» tayfasinin adli-sanli nümayəndəsi Cəfər 

oğlu  Məhəmmədin  ailəsində  doğulmuşdur.  Zərgərli  kəndi 

Çar  Rusiyasi  dövründə  XIX  əsrdə  Miskin Abdalin  şəcərə-

sindən olan «Sari» ləqəbli Yaqub Ağanin şərəfinə Sariyaqub 

adlanmişdir. 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

6

Miskin Abdalin ulu babasi Yaqub, Səfəvilərin ulu babasi 



Şeyx  Səfiəddinlə  yaxin  dostluq,  pir-murşid  əlaqəsi,  təsəv-

vüf-sufilik ideyasina, «Abdal konsepsiyasi»nin bir qolu olan 

«Səfəviyyə»  təriqətinə  mənsubluq  və  həmin  təriqətin  ya-

yilmasi ilə bağli six münasibətlərdə olduğundan bu dostluq 

ənənələri nəslin sonraki nümayəndələri tərəfindən də uğurla 

davam etdirilmişdir. 

Miskin Abdal özünün şeirlərində Seyyid olduğunu ifadə et-

mişdir. Məlum olduğu kimi, «Seyyid» ərəbcə «ağa, bəy» demək-

dir, Məhəmməd Peyğəmbərin nəvələri, İmam Əlinin övladlari: 

Hüseynin nəslindən olanlara Seyyid, digər nəvəsi Həsənin nəs-

lindən olanlara isə Şərif deyilmişdir. Miskin Abdal şeirlərində 

«Seyyid» olduğunu göstərərək, Məhəmməd Peyğəmbərin Əh-

li-Beyti olan Hüseynin nəslindən olduğuna işarə etmişdir:

«Seyyid Miskin Abbal mənəm, söz mənim, meydan mənim,

Qoruyanım, özün qoru, xain dostlardan məni».

Digər  bir  şeirində  isə  o,  yuxuda  İmam  Əlini  gördüyünü, 

Haqqdan ona kəramət «Pir», «Seyyid» olduğunun sorağinin ve-

rildiyini, müjdələndiyini göstərir:  



«Bu gecə vayğamda gördüm Əlini,

«Səni pir sahibi görürəm» – dedi.

Gülüb, kürəyimə vurdu əlini,

«Ömrünə bir çələng hörürəm» – dedi.

«Allahın şiriyəm, bir bax, didəmə,

Qoru din-məzhəbi, olmaz sədəmə,

Dolan bu dünyanı, yoruldum, demə,

Dalında dağ kimi dururam» – dedi.


Xəyal cığırı – I cı̇ld

7

«Sərində ağıl var, qüvvət qolunda,



Mələklər qoruyur sağı-solunda,

Seyyidsən, dərvişsən Haqqın yolunda,

Abdala Haqq payı verirəm» – dedi». 

Digər bir «Əlif-Lam» adli şeirində isə özünün təmiz, pak 

nəsildən olduğunu belə ifadə etmişdir:

«Təmiz əkilmişəm, pak doğulmuşam,

Atadan-anadan lütfi-halalam.

Dərsimi Haqq verib, ağdan almışam,

Dilimdə əzbərdi doxsan min kəlam».

Miskin Abdalin özündən əvvəlki nəsil şəcərəsində, bizə, 

XIII  əsrdə  yaşamiş,  Şah  İsmayil  Xətainin  babasi  Şeyx  Sə-

fiəddinin müasiri olmuş Yaqub adli babasinin və ondan son-

raki oğul, nəvə-nəticələrinin adlari məlumdur. Miskin Abdal-

dan  əvvəlki  nəsil  şəcərəsi  belədir:  ulu  babasi Yaqub,  onun 

oğlu İbrahim, onun oğlu İsmayil – XIII əsrdə; İsmayilin oğlu 

Əli, onun oğlu Cəfər, onun oğlu Məhəmməd (Miskin Abdalin 

atasi) – XIV-XV əsrlərdə yaşamişlar. Miskin Abdal özü isə 

1430-1535-ci illərdə – XV-XVI əsrlərdə yaşamişdir.

Miskin  Abdalin  yeganə  oğlu  Şadmanin  (digər  iki  oğlu 

Əli və Həsən Dağistan dağlarinda həlak olmuşlar) nəsil şə-

cərəsi  barəsində  əldə  edilmiş  məlumatlar  belədir:  Şadman 

XV-XVI  əsrlərdə  yaşamişdir.  Şadmanin  oğlu  Qənbər,  onun 

oğlu Yağnali, onun oğlu Yaqub XVI əsrdə, Yaqubun oğlu Hü-

seyn, onun oğlu İsmayil, onun oğlu Məhəmməd XVII əsrdə, 

Məhəmmədin oğlu Yafəs, onun oğlu Haci Mehdi, onun oğlu 

Kərbalayi  Qənbər  XVIII  əsrdə,  Kərbalayi  Qənbərin  oğlu 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

8

Məşədi Hasan, onun oğlu Hüseyn, onun oğlu Paşa Həsənov 



XIX əsrdə (Hüseyn və oğlu Paşa həmçinin, XX əsrdə), Paşa 

Həsənovun oğlu Məhəmməd Hüseynov (red. Tofiq və Rafiq 

Hüseynzadələrin atasi) isə XX əsrdə yaşamişlar. 

Yaxin dostluq və təriqət qardaşliği münasibətləri çərçivə-

sində Miskin Abdalin atasi Məhəmməd Cəfər oğlunun Şeyx 

Heydərlə yaxinliği və qarşiliqli etimadi sayəsində Şeyx Hey-

dərin oğlu İsmayilin hələ uşaq olarkən düşmənləri tərəfindən 

təqib edildiyi illərdə məhz Göyçədə ən çox etibar etdiyi Hü-

seyn Məhəmməd oğlu – Miskin Abdal və atasi Məhəmməd 

Cəfər  oğlu  tərəfindən  Göyçə  gölündəki Ağdamar  adasinda 

yerləşən  Ağdamar  qalasinda  təqiblərdən  gizlədilərək  mü-

hafizə  edilməsi,  ilk  tərbiyəsini  də  Miskin Abdaldan  almasi 

barədə qaynaqlar mövcuddur. Ona görə də bu münasibətlər 

qardaşliq-ailə münasibətləri qədər səmimi, yaxin və etibarli 

olmuşdur. 

Hüseyn  (Miskin  Abdal)  atasi  Məhəmmədin  yaxindan 

qayğisi sayəsində kiçik yaşlarindan o dövrün ədəbi və rəs-

mi  dövlət  həyati  üçün  zəruri  sayilan  ərəb  və  fars  dillərinə 

mükəmməl  yiyələnmiş,  cəng  oyunlarini  mənimsəmiş,  Göy-

çə  ozan,  qopuz  mühitinin  sirlərinə  yaxindan  bələd  olmuş, 

çox erkən yaşlarindan İslam dininin, o cümlədən, «Quran»in 

incəliklərini  dərindən  öyrənərək,  «Abdalliq  nəzəriyyəsi» 

və  onun  əsasinda  yaranmiş,  Səfəvilərin  ideya  məsləki  olan 

«Səfəviyyə» sufilik təriqətinin geniş təbliğinə başlamiş, çox 

qisa zamanda yüksək ad-san qazanmişdir. Təsadüfi deyildir 

ki,  Miskin Abdal şeirlərində İslamda ən müqəddəs məkanlar-

dan  olan Türkiyənin  Cizrə  şəhərində  Nuh  Peyğəmbərin  qəbri 

üzərində türbəsi (və yaninda böyük cami) olan «Günbəz-əl Ciz-

rə» və tarixi Fələstin torpaqlarinda – Qüds şəhərinin şərqində 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə