Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə3/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   2   3   4   5   6   7   8   9   ...   143

Xəyal cığırı – I cı̇ld

9

«Qədim Şəhər» hissəsində yerləşən, Məhəmməd Peyğəmbərin 



meracini gerçəkləşdirdiyi, «Quran»da «ətrafini mübarək etdik» 

kimi şərəfləndirilən «Məscidi-Əqsa»da, özünün «Dür Usta» – 

Pak Ustad kimi tanindiğini göstərmişdir ki, bu da onun öz döv-

ründə İslam arealinda nə qədər böyük nüfuza və etimada malik 

din xadimi, ilahiyyatçi, mürşid olduğunu sübut edir.

Miskin Abdal, Sufilik – təsəvvüf  yolunda böyük bir yol, 

Təsəvvüfün  şəriət,  təriqət,  mərifət  mərhələlərini  keçərək, 

Həqiqət  mərhələsinə  (Abdalliq)  qovuşmuş,  «Abdalliq  kon-

sepsiyasi»na  uyğun  olaraq  «Qirx  Abdal»  –  «Qurxlar  piri» 

dərsini almiş, ulu babalari kimi ona da Haqqdan hikmət, fə-

zilət,  kəramət  –  İlahi  vergi,  müqəddəslik,  möcüzələr    sahi-

bi olmaq – pir, «Ocaq» nazil olmuş, Pir məqamlari sayilan 

«Miskin»  və  «Abdal»  zirvələrinə  çatmiş  və  tarixdə  məhz 

bu adlari, hər iki – ən yüksək sufi dərəcələrinin vəhdəti ilə 

 taninmişdir.

Miskin Abdalin barəsində indiyədək toplanmiş çoxsayli ta-

rixi fakt və məlumatlara əsasən, onun Təsəvvüf – Sufilik mərtə-

bələrinin hər üçünü  – Şəriət, Təriqət və Mərifət mərhələlərini 

keçərək, «İlahi vergi» ilə mükafatlandirilaraq, Həqiqət mərhələ-

sinə – Ali Haqq Yaradana qovuşduğu, buna görə də, təsəvvüf 

ordeni kimi «Abdal» adini aldiği təsdiq edilmişdir. Miskin Ab-

dal Azərbaycan və dünya sufi ədəbiyyatinin böyük şairi və öv-

liyasidir. Miskin Abdalin əsl adindan (Hüseyn Məhəmmədoğlu) 

kənarda daşidiği «Miskin» və «Abdal» anlayişlari da birmənali 

olaraq, onun təsəvvüf – sufilik təriqətində qazandiği ən yüksək 

mərtəbə – silsilə adlari ilə bağli olmaqla həmin sözlərin adi mə-

nasindan tam fərqli şəkildə qəbul edilir. 

1500-ci ildə təriqət Şahi Şeyx Heydər oğlu İsmayil «Qi-

zilbaşlar hərəkati» çərçivəsində Şimali Azərbaycana yürüşlər 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

10

edərkən, Göyçəyə səfər edərək, Zərgərli (Sariyaqub) kəndin-



də, mürşidi olmuş, bu yerlərdə ən böyük dayaği olan lələsi 

Seyyid    Hüseyn  –  Miskin Abdali  ziyarət  edir,  onun  xeyir-

dua si ilə ətraf ərazilərdən çoxsayli tərəfdarlar toplanir.  

Bu münasibətlə Miskin Abdal şeirlərində deyir:



«Vədə verdiyin ilqara,

Oğul, İsmayıl xoş gəldin!

Göyçə adlı bu diyara,

Oğul, İsmayıl, xoş gəldin!

Sazın-sözün sirri burda,

İgid olan qalmaz darda,

Sənə sadiq olan yurda,

Oğul, İsmayıl, xoş gəldin!

Baxt yazılıb hər alına,

Bax Abdalın əhvalına,

Gözəlliklər mahalına,

Oğul, İsmayıl xoş gəldin».

Digər  vilayətlərdən  zəfərlə  qayidan  İsmayil,  yenə  də 

Göyçədə  Seyyid  Hüseynin  –  Miskin  Abdalin  qonaği  olur. 

Miskin Abdal bu münasibətlə şeirində deyir:



«Sən getdin hünərlə, gəldin zəfərlə,

Qurtardın elləri yasdan, İsmayıl!

Yolların bəzənsin xalıyla, zərlə,

Adına yazılsın dastan, İsmayıl!».


Xəyal cığırı – I cı̇ld

11

 İsmayil, Göyçədəki beş kəndin vergisinin də ustadi Mis-



kin Abdala çatacağina dair göstəriş verir, onun anadan oldu-

ğu  Zərgərli  (Sariyaqub)  kəndini  vergidən  azad  edir  və  onu 

özü ilə Təbrizə aparir.  

1501-ci  ilin  sentyabr  ayinin  24-də Təbrizdə  Şeyx  Hey-

dər oğlu İsmayil şahliq şərbətini, məhz, Seyyid Hüseynin – 

Miskin Abdalin  əlindən  alib,  içir,  onun  Övliya  xeyir-duasi 

ilə  qirmizi  geyinib,  şahliq  taxtinda  əyləşir.  Bu  münasibətlə 

Miskin Abdal şeirlərinin birində deyir:



«Bu tac, bu taxt qılsın vəfa,

Şeyx oğlu Şah İsmayıla!

Xıdır Nəbi, ol Mustafa,

Olsun pənah İsmayıla.

Abdal telə mizrab vurar,

Gün gələr ki, dastan qurar,

Yerdə Əli kömək durar,

Göydə Allah İsmayıla».

Qizilbaşlar  şahinin  məsləhəti  ilə  Miskin  Abdal  Səfə-

vilərin xarici əlaqələrinin qurulmasi və inkişafinda misilsiz 

xidmətlər göstərir, bu məqsədlə Səfəvilərlə qonşu dövlətlərə 

səfərlərə gedib, diplomatik görüşlər keçirir, danişiqlar apa-

rir,  Səfəvilərin  beynəlxalq  səviyyədə  mövqelərinin  güclən-

dərilməsi və tərəfdar dövlətlərin dəstəyini daha da artirmaq 

missiyasini  yerinə  yetirir.  Eyni  zamanda,  o,  1501-ci  ildə 

Səfəvilərin şimal sərhədlərində –  Dağistan ərazilərində ya-

şayan əhali arasinda Qizilbaşlar (Səfəviyyə) ideologiyasinin 

yayilmasi məqsədilə dövlət elçisi, səlahiyyətli səfir qismində 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

12

xidmətlər  göstərir.  Orada  əsas  dayaq  məntəqəsi  kimi  indi-



ki Axti rayonunun Miskincə kəndində məskən salir. Həmin 

kənd məhz onun şərəfinə yerli əhali tərəfindən «Miskincə» 

– yəni «Miskinli» adlanir. Maraqli faktdir ki, həmin kənd Da-

ğistanin ləzgilər yaşayan ərazisində İslamin «Şiə» məzhəbin-

də olan yeganə kənddir. 

Hüseynin (Miskin Abdalin) atasinin adi Məhəmməd, baba-

sinin adi Cəfər olmuşdur. Hüseynin ulu babalarinin və törəmələ-

rinin adlari peyğəmbərlərin, atasinin adi Məhəmməd Peyğəm-

bərin,  özü  isə  onun  nəvəsi,  eyni  zamanda  İmam  Əlinin  oğlu 

İmam  Hüseynin  adini  daşimişdir.  Hüseynin  ilk  həyat  yoldaşi 

Təbrizli Mahmudun («Miskin Abdal və Sənubər» dastaninda o, 

«İlan Mahmud» adlanir) qizi Sənubər olmuş, onunla evlilikdən 

cəmi bir neçə ay sonra Sənubər vəfat etdiyindən, o 50 yaşina-

dək evlənməmiş, yalniz 50 yaşinda İrəvandan tacir qizi Həlimə 

adli qadinla evlənmiş, Həlimədən 4 övladi olmuş – oğlanlarinin 

adi Şadman, Əli və Həsən, qizinin adi Məleykə olmuşdur. Mis-

kin Abdal ilk övladinin adini Şadman qoymuşdur ki, bunun da 

çox hikmətli tarixçəsi vardir. «Şad» (Şadman) adi Azərbaycan 

xalqinin genezisində başlanğic və əsas rol oynamiş qədim Azər 

(As, Az) tayfalarinda, Altay, Mesopotomiya və Misir türklərin-

də Tanri adi olmuş, eyni zamanda, buna müvafiq olaraq, Göy-

türk və Xəzər xaqanliqlarinda ən yüksək Türk hökmdari Titulu 

(Xaqan kimi) da olmuş, Xəzər Xaqaninin oğlunun da adi Şad 

olmuşdur. Təsəvvüfdə də «Şad» sözü çox yüksək dərəcə, məna 

ifadə etmişdir. «Şad» sözü təsəvvüf mənasinda Miskin Abdalin 

Təsəvvüf Şeyxi kimi Sufi yolçuluğunda ən yüksək pillələrindən 

birinə qovuşmasi anlamini daşiyir. Belə ki, «Şad» sözü Türk di-

lindən bir çox dillərə keçdiyi kimi, fars dillərinə də keçmiş və 

onlarda «sevinc, bəxtiyarliq, xoşbəxtlik, nəşə» mənalarini verir. 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə