Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə4/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   2   3   4   5   6   7   8   9   ...   143

Xəyal cığırı – I cı̇ld

13

Təsəvvüfdə  Sufinin  Qəbz  (İlyas)  halindan  Bast  (Xizir)  halina 



keçməsinə «Şad» deyilir. Bast hali – Xiziri, Qəbz hali – İlyasi 

tərənnüm edir. Xizir, Hz.Musa zamaninda yaşamiş, Vəli və ya 

Peyğəmbər olmasi bilinməyən mübarək Zatdir. «Abi-həyat» de-

yilən əbədilik suyunu Hz.İlyas ilə tapib içdiyi üçün hər ikisinin 

qiyamətə qədər diri olduqlarina inanilir.  

Təsəvvüfdə «Bast» halina Xizir, «Qəbz» halina İlyas deyi-

lir. «Qəbz»  – «bir şeyi barmaq uclari ilə tutub almaq» mənasini 

verir. «Qəbz» hali Allaha qovuşmaq yolunda sufini çətin vəziy-

yətə salir, qəlbində sixinti hiss etdirir, lakin bunun səbəbinin nə 

olduğu bilinməz. Sufilər bu hala tabe olmaq lazim gəldiyini söy-

ləyərlər. Çünki zamanin hökmünə boyun əyən, səbr edən sixin-

tidan, «Qəbz»dən qisa müddətdə qurtulur. «Bast» isə – «yay-

maq, sərmək, döşəmək» mənalarini verir, təsəvvüfdə «Həvf», 

«Qəca»  və  «Qəbz»  hallarindan  sonra  gəlir,  «Qəbz»  halindan 

daha şiddətlidir, «Qəbz» halinda döş qəfəsinin sixişdirildiği və 

daraldiği hiss edildiyi halda, «Bast» hali bunlardan «qurtuluş, 

açilma və həfifləmə, yüngülləşmə» halidir. Təsəvvüf kitablari 

Həqiqət əhlinin «Qəbz» və «Bast» hallarindan Allaha siğindiq-

larini ifadə edirlər. Zamanin Qütbünə həm də «Xiziri-Vaxt» adi 

verilir. 

Göründüyü kimi, böyük Təsəvvüf Şeyxi ilk övladini sufilik 

yolunda əldə etdiyi böyük uğurun, yəni sufiliyin ən keşməkeşli, 

əzabli mənəvi yolçuluğunu qət edərək, ən şərəfli sayilan mər-

hələsinə qədəm qoymasi – Xizir, yəni əbədi diri olmaq  halina 

keçməyi münasibəti ilə «Şadman» adlandirmişdir, yeni doğulan 

oğluna da Xizir məqamina yüksəlməyi, Haqqin dərgahinda əbə-

di var olmaği arzulamişdir. «Şadman», bu mənada «Şad adam» 

mənasini daşimaqla, «Şad» – «şadliq», «Man» isə qədim Türk 

dillərində «Mən», «Man» variantlarinda mənsubiyyət,  həmçinin 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

14

«şəxs, adam» mənalarinda işlənilmiş və əksər linqvistlərin qə-



naətlərinə görə, qərb dillərinə də bu söz, «Man» olaraq məhz 

Türk dillərindən keçmişdir. Xalq arasinda «Ruhu Şad olsun!» 

deyimi  də,  bəsit  mənada  ruhun  «şadliği»ni,  «şənliyini»  deyil, 

əslində ruhun təsəvvüfdə qəbul olunduğu kimi, çətinlikdən, ağ-

ri-əzablardan  qurtularaq  «Şad»  mərhələsinə,  yüngüllüyə,  yəni 

Xizir  məqamina,  həmişə  diri  olmaq  məqamina,  başqa  sözlə, 

əbədiyyətə qovuşmasinin arzu olunmasini ifadə edir. 

Miskin  Abdal,  həmçinin  digər  övladlarina  da  təsəvvüfdə 

yüksək mənəvi mənalar ifadə edən adlar qoymuş – ikinci oğ-

luna, İslam təsəvvüfündə «Şahi-Mərdan», «Şahi-Nəcəf», «Şa-

hi-Vilayət», «Sultanül-Övliya», «Qurani-Natiq» (Danişan Qu-

ran),  «Əsədulla»  (Allahin  aslani),  «Şiri-Yəzdan»,  «Seyfulla», 

«Heydəri-Kərrar»,  «Murtaza»,  «Əmirəl-Möminin»  kimi  uca 

adlari olan, 10 yaşinda İslami qəbul edən İmam Əlinin, digə-

rinə isə onun sevimli oğlu Həsənin adini qoymuşdur. Tarixdən 

məlumdur  ki,  Əlinin  Hz.Fatimədən  üç  oğlu:  Həsən,  Hüseyin 

və Möhsün (hər üç ad «hüsn» sözündəndir, mənasi hərfi olaraq 

«gözəl» mənasini verir) və iki qizi:  Zeynəb və Ümmü Gülsüm 

olmuşdur. Hz.Əlinin künyələrindən biri də «Əbu Həsən» olmuş, 

yəni  «Həsənin  atasi»  kimi  taninmişdir.  Miskin Abdal  qizinin 

adini isə Allahin yaratdiği ən pak məxluq, ucaliq, safliq, ülvilik 

rəmzi olan varliğin şərəfinə Məleykə qoymuşdur. Təsəvvüfdə 

Şadman, Əli, Həsən və Məleykə adlari çox yüksək ideallari sim-

volizə edir. 

Müəyyən səbəblər üzündən Miskin Abdal, 1503-cü ildə 

diplomatik missiyasini başa vurub geri qayidarkən Dağistan 

dağlarinda  ailəsi  ilə  birlikdə  güclü  borana  düşür.  Boranda 

özü,  arvadi  Həlimə,  böyük  oğlu  Şadman,  qizi  Məleykə  xi-

las olsalar da, kiçik yaşli oğlanlari Həsən və Əli bu köçün 



Xəyal cığırı – I cı̇ld

15

qurbani olurlar. Bu barədə o, məşhur «Dağlar» və «Dünya, 



səndə nəyim qaldi» adli şerlərində həmin bədbəxt hadisəni 

də qələmə almişdir:



«Nəs illərdən satın aldın pis günü,

Çağırıb dumanı, tökdun çiskini,

Gözü yaşlı qoydun Cüda Miskini,

Eylə gülə-gülə tamaşa, dağlar.»;

«Ərşə-gürşə bəlli əslim,

Yaradana ollam təslim,

Adnan, sannan olan nəslim,

Bir oğlum, bir qızım qaldı.

Şadman könlüm tari-mardır,

Şanda balım zəhrü-mardır,

Günüm, gecəm ahu-zardır,

Şirin-şirin sözüm qaldı».

Miskin Abdal 1514-cü ilə qədər Azərbaycanla qonşu olan 

dövlətlərdə  diplomatik  missiyasini  ləyaqətlə  yerinə  yetirir, 

yüksək səfirlik məharəti göstərir. Uzaq məmləkətlərdə oldu-

ğu müddətlərdə Göyçə həsrəti onun qəlbini qübar etmiş, tez-

tez şeirlərində bu həsrəti nəzmə çəkmişdir:



«Qürbət eldə yanar ömür sürənlər,

Yasa batdı bu halımı görənlər.»;

«Həsrət qaldım Göyçə kimi elimə,

Əl uzatdım, əl çatmadı əlimə.»;


Tofiq Məhəmməd oğlu Hüseynzadə

16

«Ya Rəbb, görən, kimlər yetər dadıma!?



Həsrət qaldım ocağıma, oduma,

Miskinəm, ərənlər düşdü yadıma,

Didəm yaşı selə döndü, ağlaram».

Miskin  Abdal  1514-cü  ildə  Cənubi  Azərbaycanin  Maku 

şəhəri yaxinliğinda Osmanlilarla Səfəvilər arasinda baş vermiş 

«Çaldiran  döyüşü»ndə  bir  sərkərdə  kimi  iştirak  etmiş  və  bu 

barədə şeirlərində göstərmişdir:

«Qoymaynan, Miskin Abdal qəzada həlak olacaq,

Ey könül, gəl düş havadan, axırın xak olacaq!»;

«İslam bada gedir cəllad əlində,

Paşam, mürvət eylə, belə kar olmaz».

1515-ci ildə Səfəvilər şahi I Şah İsmayil Xətai Miskin Ab-

dalin adina, onun məhz «Ricalül-qeyb»ə (Qeyb ərənləri) daxil 

olan müqəddəs Abdal – Övliya, Haqqdan kəramət, fəzilət, hik-

mət verilmiş şəxs olmasi kimi xüsusiyyətlərini ehtiva edən fər-

man imzalamişdir. Fərmanin məzmunu belədir: «Ey mömin in-

sanlar, Miskin Abdal mötəbər şəxsdir, ona sidq ürəklə inanin, nə 

mətləbiniz varsa ondan diləyin!». Bu fərmanda, Abdallarin «Ri-

calül-qeyb» iyerarxiyasinda malik olduğu kəramət, ilahi hikmət, 

mistik qüvvə, metafizik xüsusiyyətlər – «Abdallarin Allahdan 

nə istəsələr, Allahin onu yerinə yetirəcəyi, onlarin yer yüzündə 

Allahin sevimli bəndələri və peyğəmbərlərin xələfi olmasi və 

sair möcüzələrə sahib olmasi»na dair inamlarin nə qədər təsirli 

olduğu özünü göstərir. Həmin fərman adi bir fərman deyildi. Bu, 




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə