The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 486,18 Kb.
Pdf görüntüsü
səhifə4/23
tarix03.10.2017
ölçüsü486,18 Kb.
#3054
1   2   3   4   5   6   7   8   9   ...   23

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

13 


 

Nəhayət, son gedişindən sonra bir axşam onu yenidən kafedə görüb, sevindi. Daxilən güc toplayıb gülə-

gülə stola yaxınlaşdı. İllərdən bəri topladığı təcrübə dadına çatdı. 

- Salam! Xoş gördük! 

- Salam! Xoş günün olsun, - onun yaxınlaşması kişini sevindirmişdi. Elə bil o da çoxdan soruşmağa 

çəkindiyi sualın cavabını eşidəcəkdi: 

- Əyləş, ayaq üstə zəhmət çəkmə, - qarşısındakı stula dəvət etdi. 

Məsmə əyləşdi. Həmişə kənardan müşahidə etdiyi insanın sifət cizgilərinə yaxından nəzər salıb 

baxışlarının dərinliyinə heyrətləndi. Onun siması nədənsə tanış  gəlirdi. Görən harda görmüşdü onu? Nə bilsin. 

On beş yaşından o qədər kişi görmüşdü ki, hansını yadda saxlayacaqdı? Xatırlamırdı. 

- Mənə bax, çoxdandı sənə göz qoyuram. Mənə belə qəribə baxırsan e... Olmaya məndən xoşun gəlir? 

Sözlər kişiyə ləzzət verdi: 

- Düz tapmısan, elədir ki, var, səndən xoşum gəlir. 

- Yox a, söhbətin bu məcraya gəlməsi hər ikisinin gülüşünə səbəb oldu. 

- Onda vur gəlsin, - əlini kişiyə tərəf uzatdı, - Məsmə... 

Məsmənin əlini ona tərəf uzatmasını əvvəlcə gec anlayıb, sonra özü də əlini uzadıb sevinclə onun əlinə 

vurdu: 

- Səlim! 



- Bilmirəm, nə vaxtsa səni görmüşəm, tanış gəlirsən. Bir az qocalmışam, yaddaşım korşalıb. Bəlkə özün 

deyəsən. Əvvəllər, bu son üç-dörd ayı demirəm, bu kafeyə yolun düşüb? 

- Sən qocalmamısan, maşallah cavan qıza oxşayırsan, qorxma gözə gəlməzsən. 

Sonra Səlim gülüşünü saxlayıb, mətləbdən yayınmayıb, ah çəkdi:  

           -Hə, düz deyirsən, gəlmişdim. On il qabaq. Ailəmlə gəlmişdim. Yaxşı yaddaşın varmış, bir dəfə gəlsəm 

də xatirində qalıbmış. 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

14 


 

Məsmə özü də özünə mat qalmışdı. O, on il qabaq, bir dəfə gələn adamı yadında necə saxlaya bilərdi? 

Yəqin onu kiməsə oxşadıb. Özü də ailəsi ilə. Yenə "qonağı" olmuş olsaydı, dərd yarıydı.Hər halda özünü 

sındırmaq istəmədi: 

- Deyirəm axı, səni nə vaxtsa görmüşəm. Yaxşı, bəs sonra niyə gəlmədin, yoxsa kafemiz xoşuna 

gəlmədi? 

- Yox, elə deyil, mən arvadla çox adam arasına çıxan deyiləm. O gün uzaqdan gəlirdik, evə çatanacan 

dözmədik, istədik bir hovur dincələk, aclığımızı öldürək. Onda səninlə görüşdük. O gün bizə göstərdiyin 

qayğını, diqqəti həmişə xatırlayırdıq, xüsusilə balaca qızımızla.... 

- Nə tez yadına düşmüşəm. Daha bir on ildən sonra gəlsən mənim yerimdə başqasını görəcəksən. Yoxsa 

əl-qolunu tutan var? Ürəyin nə vaxt istəyir gəl, get, yenə ailəni də gətir. Dünya dağılmayacaq ki,.. 

- Elə deyil, - Səlimin səsi hüznləşdi, - dörd ay olar ki, yoldaşım dünyasını dəyişib. İndi hər bura gələndə, 

səni görəndə, o günləri təkrar yaşayıram, yüngülləşirəm... 

Söhbətin qəmli məcraya yönələcəyini gözləməyən  Məsmənin sifətindən gülüş çəkildi. Son illər bəzən 

ürəyini ağrıdan tənhalığını xatırladı. Bütün həyatını arsızlıqla yaşamaq baş tutan iş deyildi. Heç kim pis gündən

ölümdən sığortalanmamışdı. Səlimin kədərli üzünə baxıb qəlbində onun rəhmətə gedən arvadına qibtə etdi. Heç 

olmasa onun üçün qəmlənən, xatırlayan var idi. Məsməni kim arayıb axtaracaqdı? 

- Allah rəhmət eləsin. Cavan idi? 

- Bir yaşda olardıq. 

- Sən çox qocalmamısan ki... O bir-iki saçın da yəqin arvaddan sonra ağarıb. Sənə nə var, uzağı ili 

çıxmamış nə çoxdu arvad, birini tapacaqsan. Bəs arvaddan neçə uşaq qaldı? 

- Bir. 


- Nə yaxşı çox deyil. Qızdı, oğlan? 

- Qız. 


- Neçə yaşı var? 


www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

15 


 

- On dörd. Sən onu görmüşdün. Onu da özümüzlə gətirmişdik. Yadındadı, deyirdin, bu kuklanı mənə 

satın. Bayaq dedim axı... 

Məsmənin elə bil yaddaşının qaranlığına işıq seli. On il əvvəl səhər minik maşınından düşüb kafeyə 

girən orta yaşlı kişi, nisbətən cavan qadın və o gün aglını başından alan şeytangöz balaca qız gözlərinin önünə 

gəldi. Yarı heyrət, yarı sevinclə, qeyri-ixtiyari çığırdı:  

          - Kukla! Yadıma düşdü... 

Gözləri nəmləndi. Kədərlə başını buladı. 

- Yazıq anasız qaldı. Bax belədi də, Allahın işi. Kiminə vermir, kiminə də verir, dərd verməyi də yaddan 

çıxarmır. Kukla o gün qəşəngliyi ilə, istiqanlılığı ilə ürəyimi almışdı. Yəqin indi də gözəl olar, dəyişməz, elə 

deyil? Mən məmnuniyyətlə o qıza analıq edib saxlardım. 

Səlim Məsmənin o günü xatırlamasına sevinir, kədərinə şərik olduğu üçün həm yad, həm də keçmiş 

xatirəsinin yaxın adamı hesab etdiyi qadını minnətdarlıq dolu baxışlarla süzdü. 

Həmin axşamdan Məsmə ilə Səlimin arasında səbəbini özləri də tamlıqla dərk edə bilmədikləri xoş 

bağlılıq yaranmışdı. Kafedəki görüşlərin sayı artdıqca, bir-birlərinə münasibətləri istiləşirdi. Hətta Səlim 

olmayanda Məsmə darıxır, özünə yer tapa bilmirdi. Sonradan bildi ki, Səlim dənizdə işləyirmiş. Bu səbəbdən 

bəzən günlərlə gözə dəymirmiş. 

Səlimlə tanış olandan Məsmə xasiyyətində dəyişilmə hiss etmişdi. O, ğmründə heç kimə görə 

darıxmadığı halda Səlim üçün darıxır, narahatlıq keçirirdi. Onu görəndə əziz adamını görürmüş kimi sevinir, 

könlü açılırdı. Özündəki dəyişikliyə təəccüblənib gülmüşdü. Olmaya Səlimə vurulub aşiq ollmuşdu?! İllər boyu 

adi bir işarə ilə istənilən kişi ilə kafenin kabinəsində görüşməyə hazır olan Məsmə, bu mənada Səlimi xəyalına 

gətirməyə belə həya edirdi. Gün-gündən istiləşən münasibətlərinin nə ilə nəticələyəcəyini gözəl anlayan, 

həyatın hər üzünü görən bu "aşiqlər" ürəklərindən keçəni həyata keçirməyə cürətləri çatmırdı. 

Səlim onu gəzəyən hesab etmək istəməsə də, bu işi ləngimədən görməyin vacibliyini anlayırdı. Əks 

halda aralarındakı münasibət xoş sonluqla deyil, sarsıntı ilə qurtaran xatirəyə çevriləcəkdi. Yeniyetməlik dövrü 

çoxdan keçmişdi. Daha hər şeyi öz adı ilə çağırmaq, həyatda olduqları kimi rəftar etmək vaxtı idi. Onların 

münasibətlərinin gələcəyi bu görüşdən asılı idi. Ya möhkəmlənəcək, ya da hər şey bitəcəkdi. Məsmə ilk 

addımın özü tərəfindən atılacağı halda Səlimin könlünə dəyə biləcəyindən ehtiyatlanırdı. Həm də Səlimin ona 

fahişə gözü ilə deyil, fərqli gözlə baxması, qürurunu artırırdı, onu əksiltməyə qoymurdu. 



Yüklə 486,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə