TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


Kiçik yaşlı uşaqlarda astmoid sindromunda təxirəsalınmaz yardım



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə140/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   133   134   135   136   137   138   139   140   141
DƏRSLİK

Kiçik yaşlı uşaqlarda astmoid sindromunda təxirəsalınmaz yardım. 
Tənəffüs sisteminin fiziologiyası. 
Ağciyərlərin əsas məqsədi oksigenlə zəngin olan havanı kapilyarlara sormaq, sonra ağciyərlərdə oksigei karbon qazı ilə 
əvəz etmək və karbon ilə zəngin olan havanı ağciyərlərdən xaric etməkdir. Diafraqma aşağı düşür, döş qəfəsi genişlənir və 
nəticədə hava ağciyərlərə daxil olur və qaz mübadiləsi gedir (nəfəsalma). Havada olan oksigen ağciyərlərin damarlarına keçir, 
karbon qazı isə qan damarlaqından alveollara çıxır. Bundan sonra diafraqma yuxarı qalxır –döş qəfəsinin divarı sıxılır, hava 
ağciyərlərdən çıxır (nəfəsvermə) 
Uşaqların tənəffüs sisteminin xüsusiyyətləri. 
Uşaqlar qrupuna –yenidoğulmuşlar (bir neç saat öncə doğulmuş uşaq), körpələr (yenidoğulmuşla bir yaş arasında olan 
uşaq) və bir neçə yaşdan cinsi yetkinlik yaşına çatmamış uşaqlar daxildir. Yenidoğulmuş və körpə uşaqların tənəffüs sistemi 
xüsusi diqqət tələb edir, çünki onlarda tənəffüs yollarının tutulması (obturasiya) çox asanlıqla baş verir. Böyüklərdən fərqli 
olaraq, onlarda tənəffüs sisteminin bütün hissələri kiçikdir, dil isə nisbətən böyükdür. Traxeya kiçik diametri və elastik olduğuna 
görə tez əyilib qatlana bilir. Yenidoğulmuş və körpə uşaqların ölümü çox vaxt tənəffüs sisteminin fəaliyyətinin pozulması 
nəticəsində baş verir. 
Tənəffüs pozğunluğu sindromu TPS.
Hestsiya yaşı 37 həftədən az olan yenidoğulmuşlar arasında alveol surfaktantın 
çatışmazlığı və ağ siyərlərin strukturunun kifayət qədər inkişaf etməməsi sayəsində TPS inkişaf edir. Bu da bronx-ağ ciyər 
displaziyasının (BAD) inkişafına səbəb olur. 
TPS təkcə yarımçıqdoğulmuşlarda deyil, vaxtında doğulmuşlarda bətndaxili infeksiyalar, prenatal hipoksiya və asfiksiya 
zamanı inkişaf edə bilər. 
Surfaktant sistemi 35-36-
cı həftələrdə formalaşır. Bu prosesi qlükokortikoidlər, treoid hormonlar, estragen və noradrenalin 
stimulyasiya edir. 
Ağ ciyərlərdə surfaktant lazımi miqdarda olmaqla tənəffüs zamanı alveollar tam açılmır, Surfaktant lipid və zülallardan 
ibarət heterogen qarışıqdır. Surfaktant defisiti zamanı ağ ciyər alveolları qapanır. Alveollarda hilalin membranı əmələ gəlir. Bu 
da qaz mübadiləsi səthini azaldır, qan oksigenlə lazımi qədər təchiz olunmur. Hipoksiya və hiperkarpniya inkişaf edir. 
Tənəffüs pozğunluğu sindromi uşaq doğulduqda və dərhal sonra başlayan və onun həyatının ilk iki günü ərzində ağırlaşan 
tənəffüs çatışmazlığıdır. Klinik olaraq tənəffüsün ekspirator küylə müşayət olunması, təngənəfəslik, burun qanadlarının 
gərginləşməsi, tənəffüs iştirakı, döş qəfəsinin körpücüküstü çuxurların, epiqastral nahiyyənin (xəncərəbənzər çıxıntının) 
nəfəsalma zamanı daxilə dartılması, apnoe ilə səciyyələnir. 
Diaqnoz rentgen müayinəsində, “donuq şüşə” –az ciyərlərin nozaik görüntüsü və hava ilə dolu bronxların xətti görüntüsü –
hava bronxoqramması aşkar olunur. 
Astmoid (obstruktiv) sindromun müalicəsi. 
Astmoidli (fitverici) tənəffüs havanın bronxlardan, xüsusilə də nəfəsvermə zaman çətinliklə keçməsini göstərir. Bu. 
bronxların tutulmasının (obstruksiyasını) əlamətidir. İnkişaf etməkdə olan ölkələrdə uşaqlarda astmoidli tənəffüs bakterial 
pnevmoniya ilə yanaşı müşahidə oluna bilər. İnkişaf etmiş ölkələrdə isə belə hal səciyyəvi deyil. Ona görə də bu uşaqlarda 
əlavə simptomlar (hərarətin davamlı olması, rentgen və laboratoriya müayinələrin nəticələri) olmazsa, antibioniklərin təyin 
edilməsi düzgün sayılmır. Südəmər körpələrdə astmoidli tənəffüs çox ağırxəstəliyin əlamətidir və belə körpələr təcili 
hospitalizasiya olunmalıdırlar. 2 aylıqdan 5 yaşa qədər uşaqlarda astmoid sindromunu müalicə etməzdən əvvəl aşağıdakıları 
təyin edirlər: bu astmoid (fitverici) tənəffüsün ilkin epizodudur və ya –bronxial astmalı xəstələrdə bronxial abstruksiyanın 
residivləşən epizodudur. 
Astmatik status xəstəliyin çox ağır stadiya olub, bronxial sistemin keçiriciliyinin diffuz, davamlı və uzunmüddətli pozulması 
nəticəsində baş verən, adi müalicə üsulları ilə aradan qaldırıla bilməyən boğulma tutmalarıdır. Buna səbəb xronik infeksion 
prosesin kəskinləşməsi, yaxud qlükokortikoid hormonların qəbulu sxeminin pozulması və s.hallardır. 
Astmatik status ağırlıq dərəcəsinə görə üç mərhələyə bölünür. I mərhələdə - simpatomimetiklərə rezistentlik mərhələsində 

ekspirator təngənəfəslik, akrosianoz, çox tərləmə, mülayim taxikardiya və arterial təzyiqin az yüksəlməsi müşahidə edilir. 
Nəfəsvermə uzanır, səpələnmiş quru xırıltılar eşidilir. 
II stadiya 
–dekompensasiya mərhələsidir və bu zaman xəstə əsəbi, oyanıqlı, yaxud əksinə, laqeyd olur, sianoz, venoz 
durğunulq əlamətləri, sifətin şişkinliyi, taxikardiya, kəskin təngənəfəslik, xışıltıların azalması və ağ ciyərdə “lal sahələr” 
tənəffüsün keçirilməməsi müşahidə edilir. 
III mərhələdə - hierkarpniya və hipoksik koma mərhələsində xəstəninhuşu tormozlanır, sonra dərin itir və ölüm baş verə 
bilir. 
1. 
Astmotik tənəffüsün ilkin epizodu uşağın müalicəsi Bronxolitik maddəni verməzdən əvvəl uşaqda tənəffüs çatmamazlığının 
(“respirator distress”)olub-olmamasını müəyyən etmək lazımdır. Tənəffüs çatmamazlığı zamanı uşaq narahat okur, hava 
çatmamazlığını hiss edir, qida qəbul edərkən və danışarkən çətinlik çəkir. Kəskin, astmoid tənəffüslü uşaqların əksəriyyəti 
tənəffüs çatmamazlığını hiss etmirlər. 


2. 
Əgər uşaqda tənəffüs çatmamazlığı varsa, ona tez təsir edən bronxolitik preparat (dozalaşdırılmış formada olan inhalyasiya 
vasitəsi) verərək xəstəxanaya göndərmək lazımdır. –Əgər uşaqda tənəffüs çatmamazlığı yoxdursa, ona müvafiq dozada 
bronxolitik-
salbutamol vermək daha məsləhətlidir. Salbutamol və epinefrin ən geniş yayılmış və effektiv bronxolitik vasitə
3. 
hesab olunur. Salbutamol epinefrinə nisbətən daha təhlükəsizdir, çünki salbutamolda doza həddini aşma təhlükəsi çox azdır. 
4. 
Residevləşən obstruktiv sindromu (astma) olan uşaqların müalicəsi əgər uşaq 12 ay ərzində bir dəfədən artıq astmoidli 
tənəffüs keçiribsə, bu, “Residivləşmiş astmoidli tənəffüs” ün təzahürüdür. Residivləşmiş astmoid tənəffüslü (astma) uşaqların 
vəziyyətinin qiymətləndirilməsi üçün tez təsir göstərən bronxolitik maddədən istifadə edirlər və 30 dəqiqədən sonra xəstənin 
halını təkrar qiymətləndirirlər. Astma tutmasının aradan götürülməsi pnevmoniyaya şübhə olduğu hallarda bir çox uşaqlarda 
lazımsız hospitalizasiyanın qarşısını alır. Residivləşən astmoid tənəffüslü uşaqların əksəriyyəti astmalı xəstələrdir.
Əgər uşaqda 
Onda: 
Tənəffüs çatmamazlığı və hər hansı təhlükə qalırsa 
Ağır pnevmoniya və ya çox ağır xəstəliyin müalicə planına 
müvafiq olaraq hospitalizasiya edin. 
Tənəffüs çatmamazlığı yoxdur. Lakin tənəffüs 
tezləşməsi qalır. 
Pnevmoniyanın müalicə planına riayət edin,aşağıdakı 
cədvəldə göstərilmiş dozaya müvafiq olaraq, peroral 
salbutamol verin. 
Tezləşmiş tənəffüs yoxdur. 
Pnevmoniya yoxdur 
– digər KRİ (kəskin respirator infeksiya) 
varsa, təsnifatına aid müalicə planına riayət edin. 
Peroral salbutamol verin. 
Astmoid 
(obstruktiv) sindromun müalicə planı. 
İlkin astmoidli (obstruktiv) tənəffüs olan uşaqlarda 

Tənəffüs çatmamazlığı olarsatez təsir edən bronxolitik preparat verib, xəstəxanaya göndərin. 

Tənəffüs çatmamazlığı yoxdursa, peroral salbutamol verin. 
Residivləşən astmoid tənəffüslü (astma) uşaqlarda 
-
tez təsir edən bronxolitik preparat verin xəstənin halını 30 dəqiqədən sonra qiymətləndirilir. 
Əgər 
Onda 
Tənəffüs çatmamazlığı varsa 
Ağır pnevmoniya kmi müalicə edin 
Hər hansı təhlükə əlamətləri olarsa 
Çox ağır xəstəlik kimi müalicə edib, hospitalizasiya 
edin 
Tənəffüs çatmamazlığı (“respirator distress”) 
yoxdur lakin tənəffüsün tezləşməsi müşahidə 
olunursa 
Pnevmoniyanın 
müalicəsini 
aparın, 
peroral 
salbutamol verin 
Tənəffüsün tezləşməsi yoxdursa 
Pnevmoniya yoxdur 
–digər KRİ varsa, müalicəsini 
aparın, peroral salbutamol verin 
Tez təsirə bronxolitik 
Peroral salbutamol gündə 3 dəfə 5 gün ərzində 
salbutamol 
aerozolda (5 mq 
ml) 
salbutamol
0,5 ml+2,0 ml 
Yaş və ya çəki 
2 mq həb 
4 mq həb 

mq həb Epinefrin 
(adrenalin dəri altı) 
1:1000-0,1% 
Uşağa 
0,01ml/kq 
çəkiyə 
2 aydan 12 aya kimi 
(<10 kq) 
1/2 
1/4 
12 aydan 5 yaşa kimi 
(10-19 kq) 

1/2 


Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə