TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə136/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   133   134   135   136   137   138   139   140   141
DƏRSLİK

 
 
 
 
 
Doğumda koaqulopatiyalar
Uşaqlıq tam boşaldıqdan sonra, orada cift və ya döl qişası hissələri qalmadıqda və doğum ka-nalı travmaları inkar edildikdən sonra uşaqlıq qanaxması 
varsa, bu zaman koaqulopatiyalardan şüb-hələnmək lazımdır.
Ən çox rast gələn koaqulopatiya 
YDL (yayılmış damardaxili laxtalanma) 
sindromudur, ge-niş yayılmış hemostaz pozğunluğudur. Bu patologiya 
qana laxtalanma sisteminin çoxlu substantları və bioloji aktivatorları daxil olduğu zaman yaranır. Nəticədə mikrosirkulyator şəbəkədə çoxlu mik-
rotromblar və qan hüceyrələri aqreqatları olur. Orqan və sistemlərdə qanın mikrosirkulyasiyası po-zulur. Fibrinolitik sistemin aktivləşməsi nəticəsində 
massiv hemorragiyalar əmələ gəlir. Sonradan laxtalanma sistemi tamamilə zəifləyir və güclü qanaxma başlayır. Belə qanaxma ilə mübarizə çətin olur.
YDL sindromu aşağıdakı hallarda baş verir: massiv qanaxmalarda; düşükdən sonra və zahılıq dövrünün müxəlif infeksiyalarında (xüs. yayılmış septik 
şok); travmatik cərrahi əməliyyatlarda; cift gəlişlərində, normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması zamanı; dölün bətndaxili ölümündə; ağır 
preeklamsiya və eklampsiyada; dölyanı maye emboliyasında; massiv hemotransfuziyada, uyuş-mayan qan transfuzuyasında; uzun sürən hipoksiyada 
(o cümlədən ağ ciyərlərin süni tənəffüsü da-vamlı aparıldıqda); fibrinolitiklərdən (plazmin, streptokinaza), antikoaqulantlardan (heparin) qanın 
laxtalanma qabiliyyətini artıran (trombin) maddələrdən və fibrinoliz ingibitorlarından (epsilon-ami-nokapron turşusu) düzgün istifadə etmədikdə.
Təsnifat.
YDL sindromunun 4 dərəcəsi var.
I dərəcə 
– hiperkoaqulyasiya;
II dərəcə 
– hipokoaqulyasiya, fibrinolizin yayılmış aktivləşməsi ilə;
III dərəcə 
– hiperkoaqulyasiya, fibrinolizin yayılmış aktivləşməsi;
IV dərəcə 
– qanın tam laxtalanması–afibrinohemiya.
YDL sindromunun kəskin və xroniki forması ayırd edilir. 
Xroniki forma 
ekstragenital xəstə-likləri olan xəstələrdə (ürək-damar xəstəlikləri, 
qlomerulonefrit, qan xəstəlikləri və s.) inkişaf edir. Ağır hipertenziv vəziyyətlərdə hamiləliyin sonunda I dərəcəli YDL sindromu olur. Doğuş zamanı 
az qanitirmə belə YDL sindromunun sonrakı stadiyalarının inkişafına səbəb olur

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə