TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


hədəf”  orqanları və ya  “Şok orqanları”



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə138/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   133   134   135   136   137   138   139   140   141
DƏRSLİK

hədəf” 
orqanları və ya 
“Şok orqanları” 
adlanır. 
Diaqnoz. 
YDL sindromunun və koaqulopatik qanaxmaların diaqnozu, klinik əlamətlərə, qa-nın laxtalanma sisteminin göstəricilərinə, uşaqlıqdan axan 
qanın laxtalanma xüsusiyyətlərinə görə qoyulur.
Kəskin YDL sindromunun diaqnozu əsasən klinik əlamətlərə əsasən qoyulur (xüsusilə III sta-diya). İxtisaslaşmış laboratoriyalarda təcili laborator 
müayinələr aparılmalıdır.
Müalicə
. YDL sindromu individual müalicə olunur. Onun genezi, klinik simptomları, ağırlıq dərəcəsi, qanın laxtalanma sisteminin göstəriciləri nəzərə 
alınır. YDL sindromunun müalicəsinin əsas prinsipiləri: bütün müalicəvi tədbirlərin təcili aparılması; onların kompleks şəkildə olması; tə-cili 
yardımda bütün medikamentlərin və cərrahi müdaxilələrin göstəriş və əks göstərişlərinin qiy-mətləndirilməsi; müalicə tədbirlərinin mama-ginekoloq, 
anestezioloq-reanimatoloq və hematoloqla birlikdə aparılması.
YDL sindromunun müalicəsi ümumi qəbul edilmiş patogenetik dərmanla–Heparinlə aparılır. Bundan başqa: etiotrop müalicə – YDL sindromu 
yaradan əsas xəstəliyin müalicəsi; poliorqan poz-ğunluqların korreksiyası və aradan qaldırılması; mikrosirkulyasiya və hemostaz pozğunluqların kor-
reksiyası ilə koaqulopatik pozğunluqların aradan qaldırılması (lazım gələrsə, cərrahi) aparılır.
Koaqulopatiyalardan biri də 
hiperfibrinozdur
. Lokal fibrinoliz şəklində də ola bilər. Bunun yaranmasında əsas rolu cift və desidual qişa oynayır. 
Ciftin ayrıldığı yerdə davamlı laxtalanma və laxtanın parçalanması prosesi gedir. Yayılmış fibrinoz, YDL sindromunun nəticəsi kimi də meyda-na 
çıxıb, güclü uşaqlıq qanaxmasına səbəb ola bilər.
Müalicəsində YDL sindromunun müalicəsindəki prinsiplərə əməl etməklə yanaşı antifibrino-litiklər: Trasilol, Kontrikal, Qordoks, Epsilon–
aminokapron turşusu və s. təyin edilir. 
 
Dölyanı maye emboliyası
Dölyanı maye emboliyası, dölyanı mayenin qadının qan damarlarına daxil olmasıdır. Dölyanı mayenin tərkibində plazmada olan bütün 
komponentl
ər, mekonium, döl dərisinin epiteli, pendirvari maddə hüceyrələri və s. vardır. Onun ana qanına keçməsi emboliya yaradır və 
qanın laxtalanma prosesini pozur. Əksər hallarda dölyanı maye emboliyasından əvvəl şiddətli doğum fəaliyyəti olur. Bu da amnion 
boşluğunda təzyiqin artmasına səbəb olur.
Güman olunur kı, dolyanı maye emboliyası: çoxmayelilik, çoxdöllülük, vaxtından əvvəl cift ayrılması, güclü doğum fəaliyyəti, doğuşun 


81 
stimulyasiyası, diskordinasiyalı doğum fəaliyyəti, Kesar əməliyyatı, dölyanı mayenin erkən axması dölün bətn daxili ölümü, çoxsaylı 
doğuşlar, qadının yaşı-nın 34-dən çox olması və s. səbəblərdən yaranır. Dölyanı maye emboliyası nəinki doğuş zamanı, doğuşdan 
sonra da inkişaf edə bilər. Kesar əməliyyatından 20 saat sonra dölyanı maye emboliyası halı məlumdur.
Dölyanı maye qadın qanına aşağıdakı yollarla düşür: transplasentar (ciftin defektindən); trans-servikal (uşaqlıq boynu damarlarının 
zədələri); xovlararası sahədən: normal halda ana qanına am-niotik maye düşmür. Emboliyanın baş verməsi üçün 2 şərt lazımdır.
1.Amniotik təzyiqin venoz təzyiqdən yüksək olması.
2.Uşaqlığın venoz damarlarının tamlığının pozulması.
Amniotik maye emboliyası əsasən 2 formada biruzə verir: kardiopulmonar şok; koaqulopati-yalar. Bu proseslər 2 fazada inkişaf edir.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə