Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə19/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

47
tizasiya məbləğini tam dəqiqliyi ilə  qəbul etmək düzgün deyil. Buna görə  də 
əsas vəsaitlərin xidmət müddətinin artması və ya azalması, eləcə də ləğv dəyə-
rinin düzgün qiymətləndirilməsi məqsədi ilə bu normalara yenidən baxılmalıdır.
Beynəlxalq təcrübədə müəssisə aktivlərinin amortizasiyasının müxtəlif me-
todlarının olmasına baxmayaraq, ölkə iqtisadiyyatında amortizasiya pro sesi 
konkret normativ aktlarla tənzimlənir. Belə ki, vəsaitlərə amortizasiya hesab-
lanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 1997-ci il tarixli, 
71 saylı  qərarına uyğun həyata keçirildisə, Azərbaycan Respub likası Vergi 
Məcəlləsi qüvvəyə mindikdən sonra qeyd olunan qərar ləğv edildi və amor ti-
zasiya hesablanması prosesi Məcəllənin 114-cü maddəsinin tələblərinə uyğun 
aparılır.
Bizim fi krimizcə, hər bir müəssisə özünün Uçot siyasətinə dair əsasna mə-
sində özü üçün faydalı olan amortizasiyanın hesablanması metodunu göstərməli 
(seçim etməlidir) və hesabat ilində həmin metoddan istifadə etməlidir.
§14. Kapital qoyuluşunun təhlili
Kapital həmin müəssisədə  təhkim olunanlardan kreditor borcu çıxıldıqdan 
sonra qalan vəsaitlərin məcmusunu əks etdirilir.
Kapital üç növə bölünür: nizamnamə üzrə həmin təşkilata təhkim edilmiş ni-
zamnamə kapitalı, ehtiyat kapitalı – müəssisə  fəaliyyətindən asılı olmayan 
xərcləri (təbii fəlakətin nəticəsini və s.), görülməyən xərcləri örtmək üçün, ehti-
yat məqsədi üçün yaradılır və əlavə kapital – bura özünün sair mənbələri (əsas 
vəsaitlərin yenidən qiymətləndirilməsi nəticəsində  əmlakın dəyərinin artması, 
səhmlərin natural dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artması 
za manı yaranmış emissiya gəliri) daxil edilir.
Fondlar – bu hər hansı xüsusi məqsəd üçün ayrılmış xüsusi vəsaitlərin mən-
bələridir.
“Fond” termini (latınca vundus – əsas) hər hansı məqsəd üçün əmək haqqı 
fondu, torpaq, yaşayış, toxum fondu və i.a. nəzərdə tutulmuş maddi, yaxud pul 
vəsaitlərinin ümumi yekununu göstərir. Fondlar məqsədli təyinatı olan xüsusi 
və saitlərin mənbələrini ifadə edir, onlar hər hansı vəsaitləri təcəssüm etdirmir.
Fondlara aid olan mənbələr müəssisənin təsərrüfat fəaliyyətinin xüsusiy yət lə rin-
dən asılı olaraq onların təsir sənədlərinə müvafi q ayrı-ayrı müəssisələrdə  ya  ra dı lır.
Ehtiyatlar – bu vəsaitlər qəti surətdə müəyyən edilmiş ehtiyac üçün (şübhəli 
borcların silinməsi üçün, qarşıdakı xərclər və ödəmələr üçün və s.) yaradılır.
Ehtiyatların yaradılma mənbələri ya mənfəətdən ayırmalar, ya da məsrəfl ərin 
bir hissəsinin ehtiyatda saxlanması hesabına yaradılan ehtiyatlardır. 
Maliyyələşmə. Müəssisə maliyyələşmə qaydasında, yəni dəyəri ödənil mə-
dən alınmış əvəzsiz vəsaitlər ala bilər. Buna görə bu vəsaitlər xüsusi vəsaitlər 


48
mən bələrinə bərabərləşdirilir. Qayda üzrə maliyyələşmə ciddi surətdə məqsədli 
xarakter (əməliyyat xərcləri üçün müxtəlif məqsədli tədbirlər üçün və s.) daşıyır. 
Maliyyələşmə vəsaiti əksər hallarda büdcədən daxil olur.
Müəssisənin maliyyələşməsi dedikdə məhsul (iş və xidmətlər) istehsalı və 
satışı, digər fəaliyyət növlərinin həyata keçirilməsi prosesində yaranan pul mü-
na sibətləri sistemi başa düşülür.
Kapital qoyuluşu dedikdə yeni bina və tikililərin istismarına, hərəkətdə olan 
əsas vəsaitlərin quraşdırılmasına, traktorların, kombaynların kənd təsərrüfatı ma-
 şın larının, nəqliyyat vəsaitlərinin alınmasına, torpaqların meliorasiyasına  əsas 
sürünün təşkilinə, bağ və giləmeyvəliklərin salınmasına xərclər başa dü şü lür.
Kapital qoyuluşunun köməkliyi ilə istehsal və qeyri-istehsal təyinatlı  əsas 
fondların təkrar istehsalının genişlənməsi, kənd təsərrüfatının maddi-texniki ba-
za sının möhkəmlənməsi həyata keçirilir.
Kapital qoyuluşu planının yerinə yetirilməsi məhsul istehsalının həcmini ar-
tırmağa, işçilərin maddi rifah halını yaxşılaşdırmağa imkan verir. Buna görə də 
kapital qoyuluşu planının yerinə yetirilməsi böyük əhəmiyyət kəsb edir.
Kənd təsərrüfatı müəssisələri nəinki kapital qoyuluşunun həcmini artırmalı, 
eyni zamanda onun iqtisadi səmərəliliyini yüksəltməlidir.
Bununla əlaqədar olaraq, təhsilin mühüm vəzifələrindən biri kapital qo yu-
luşunun səmərəlilik göstəricilərinin öyrənilməsi və onun artım ehtiyatlarının aş-
kar edilməsidir. 
Kapital qoyuluşunun iqtisadi səmərəsini təhlil edərkən tikintidə maya də-
yərinin aşağı salınması, əmək məhsuldarlığının yüksəldilməsi, maliyyələşdirmə 
mənbələri və ondan istifadə, tikintinin növü və obyekti, eləcə də sair əsaslı xərc-
lər üzrə planın yerinə yetirilməsi təhlil edilməlidir.
Təhlil üçün əsas məlumat “Obyektlərin əsas fondlarının istifadəyə verilməsi 
planının yerinə yetirilməsi və kapital qoyuluşunun istifadəsi haqqında hesabat”, 
“Təsərrüfat üsulu ilə yerinə yetirilmiş tikinti işlərinin maya dəyəri”, “Əsas və-
sait lərin mövcudluğu və hərəkəti haqqında hesabat”, mühasibat uçotunun ana-
litik məlumatları, biznes-plan, layihə-smeta sənədləşməsi və s. 
Kapital qoyuluşu planının yerinə yetirilməsinin təhlilinə ümumi göstə ri ci-
lərin öyrənilməsindən başlamaq lazımdır. Bunun üçün birinci növbədə hesabat 
ilində bütövlükdə və əsas istiqamətlər üzrə kapital qoyuluşu planının yerinə ye-
tirilməsini müəyyən etmək lazımdır.


49
Cədvəl 14 
Kapital qoyuluşu planının yerinə yetirilməsi göstəriciləri
Kapital qoyuluşunun
növləri
Plan üzrə
min man.
Smeta, dəyəri
üzrə faktiki
min man.
Planın yerinə
yetirilməsi
%-lə
Tikinti quraşdırma işləri
6200
5400
87,0
Əsas vəsaitlərin alınması
6500
7200
110,8
Əsas sürünün təşkili
1360
2100
154,4
Sair əsaslı işlər və xərclər
1240
2100
154,4
Kapital qoyuluşunun cəmi
153000
15700
102,6
O cümlədən: İstehsal təyinatlı
128000
13700
107,0
Qeyri istehsal təyinatlı
2500
2000
80,0
Bundan sonra tikinti-quraşdırma işlərinin hər obyekti üzrə planın yerinə ye-
tirilməsini öyrənmək və plandan kənarlaşma səbəblərini aşkar etmək lazımdır. 
Tikinti işlərinin yerinə yetirilməsinə aşağıdakı amillər təsir edir: təsdiq edilmiş 
layihə-smeta sənədləşməsi, maliyyələşmə, tikintinin əmək və material resursları 
ilə təmin edilməsi.
Kapital qoyuluşunun təhlilinin əsas göstəricilərindən biri də tikinti obyek t-
lərinin istifadəyə verilməsidir. Təcrübə göstərir ki, bəzən tikintinin başa çat dı-
rıl ması uzadılır, vaxtında istifadəyə verilmir və bitməmiş istehsalat kimi ildən-
ilə keçir. Bir sıra hallarda tikinti üçün ayrılan vəsait obyektlər üzrə səpələnir. 
Tikinti vaxtının uzadılması bitməmiş istehsal qalıqlarının artmasına səbəb 
olur və kapital qoyuluşunun səmərəli istifadə edilməsi kimi qiymətləndirilir. 
Buna görə də hesabat ilində bitməmiş tikintinin qalıqlarında hansı dəyişikliyin 
olduğunu aydınlaşdırmaq lazımdır. Bunun üçün ilin axırına bitməmiş tikinti üz-
rə  xərclərin faktiki məbləğini planla və ilin əvvəlinə olan məbləğlə müqayisə 
edir və plandan kənarlaşmanın səbəbi öyrənilir. Tikinti üzrə qənaət və artıq xər-
cə yol verilməsinin səbəblərini aydınlaşdırmaq üçün xərclərin hansı element-
lərdən ibarət olmasını  və  qənaətin hansı maddələr hesabına  əldə edilməsini, 
əmək haqqı fondundan düzgün istifadə olunmasını, əməyin və tikinti materialla-
rının sərfi ni maya dəyərini təhlil edən zaman aydınlaşdırmaq tələb olunur.
Kapital qoyuluşu planının müvəffəqiyyətlə yerinə yetirilməsi maliyyə  və-
ziy  yətindən, istehsal ehtiyatlarından və əsas fondlardan asılıdır. Buna görə də 
bun ların hər birinin təhlilə ehtiyacı vardır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə