Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə22/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

56
sayı üzrə tarif dərəcələrinin çəkisinin orta hesab göstəricisi kimi hesablanır. 
Məsələn: əgər fəhlələrin dərəcələr üzrə sayı: I – 30 nəfər, II – 18 nəfər, III – 100 
nə fər, IV – 110 nəfər, V – 60 nəfər, VI – 70 nəfər, cəmi – 388 nəfərdirsə, onda 
or ta tarif dərəcəsi 3,93-ə bərabərdir. Yəni:
(30 × 1+18 × 2 +100 × 3 +110 × 4 + 60 × 5+70 × 6):
(30 + 18 + 100 + 110 + 60  + 70) = 3,93
Orta tarif dərəcəsi haqqında məlumatlardan fəhlələrin ixtisas səviyyəsinin 
ye rinə yetirilən əməliyyatların mürəkkəbliyinə uyğunluğunun müəyyən edilməsi 
üçün istifadə edilir. Belə ki, əgər yerinə yetirilən işlərin orta tarif dərəcəsi 4,2-ə 
bə rabərdirsə, onda təşkilat fəhlələrin ixtisasının 3,93-dən 4,2-ə qaldırılmasını 
nəzərdə tutmalıdır.  İxtisasın yüksəldilməsi həm işləyən fəhlələrin öyrədilməsi 
yolu ilə və yaxud yüksək ixtisaslı fəhlələrin işə qəbul edilməsi və aşağı ixtisaslı 
fəh lələrin işdən azad edilməsi hesabına əldə oluna bilər.
Tikinti müəssisələrində ayrı-ayrı peşələr və  dərəcələr üzrə  işçi qüvvəsinə 
olan tələbatın ödənilməsi yüksək keyfi yyətli məhsul (iş və xidmətlər) istehsalının 
ço xaldılmasında həlledici rol oynayır. Bu və ya digər texnoloji prosesi başqa 
pe  şələrə yiyələnmiş  fəhlələr, yaxud yuxarı  dərəcələrdə  işlər aşağı  dərəcələrdə 
fəhlələr tərəfi ndən icra edildikdə işlərin keyfi yyəti və əmək məhsuldarlığı aşağı 
düşür, bəzən də işlərin təkrar görülməsi zəruri olur. Məsrəfl ərin və əmək tutu-
munun artmasına baxmayaraq, aşağı keyfi yyətdə məhsul ucuz qiymətlərlə, həm 
də çətin satıldığına görə istehsalın effektliyi azalır. Aşağı dərəcədə işlərin icrası 
yuxarı dərəcələrdə fəhlələrə həvalə edildikdə əmək məhsuldarlığı və məhsulun 
(işin və xidmətin) keyfi yyəti artır. Bu halda əmək haqqı xərclərinin əmək məh-
suldarlığına nisbətən üstün artımına yol verilir ki, bu da müəssisə üçün faydalı 
olmur. Buna görə də təhlil zamanı bütövlükdə müəssisə üzrə fəhlələrə olan tələ-
bata dair ümumi göstəriciləri təhlil etməklə yanaşı, ayrı-ayrı peşələr və ixtisas 
dərəcələri üzrə fəhlələrə olan tələbatın da ödənilməsi təyin edilir. 
Hazırda sərbəst bazar iqtisadiyyatına keçid dövründə müəssisələrdə əməyin 
təşkili, ödənilməsi sistemi və onun müəyyən olunması ilə əlaqədar olaraq hü-
quq lar xeyli genişlənmişdir. İş verənlə işə qəbul olunan işçilər arasındakı müna-
sibətlər bilavasitə onların arasında bağlanmış müqavilələrdə  və mövcud olan 
qanunvericiliklə tənzimlənir.
İşə götürənlərin vəzifəsi aşağıdakılardır:
•  əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl 
etmək, əmək qanunvericiliyinə aid normativ-hüquqi aktların tələblərini ye-
ri nə yetirmək;
kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öh-
də  liklərə əməl etmək;


57
•  əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, 
əmək normaları və əməyin qiymətləndirilməsi;
• işçilərin qanunvericilikdə müəyyən olunmuş məcburi dövlət sığorta edil mə  si;
• sanitar-məişət və müalicə-profi laktik xidmətin təşkili;
• qanunvericilikdə müəyyən olunmuş qaydada əməyin təşkili və işçilərin is-
ti rahətinin təmin olunması;
• işçilərin xüsusiləşdirilmiş formada geyimləri, ayaqqabı  və digər müdafi ə 
formaları ilə təmin olunması;
Müəssisələrdə işçilərin şəxsi heyətinin uçotunun aparılması təşkil  olun ma lı-
dır. Belə ki, bütün işçilərin işə qəbul olunması, tutduqları vəzifələr üzrə yer də-
yişmələri, onların ixtisaslarının təkmilləşdirilməsi, peşəkarlığın artırılması, ailə 
vəziyyəti və s. sənədləşdirilməlidir. Göstərilən əməliyyatın icrası əyani-texniki 
uçot olmaqla müəssisənin kadr xidməti tərəfi ndən aparılır.
İlkin sənəd işçinin işə qəbul olunmasına dair müəssisə rəhbərinin əmridir. 
Bu mərhələdə işə qəbul olunanla onun vəzifəsi, ödənilən əmək haqqı, iş qay da-
ları, istirahət vaxtı və s. müəyyənləşdirilir. Tərtib olunmuş əmrdə qəbul olu nan 
şəxsin adı, soyadı, atasının adı, vəzifəsi, iş yeri, əmək haqqı, tarif dərəcəsi, mü-
əs  sisədə işləyəcəyi dövr göstərilir.
Qeyd olunmalıdır ki, mövcud olan qanunvericiliyə görə işçi qəbul olunarkən 
əmək kitabçası, pasport, təhsil haqqında sənəd, hərbi bilet (hərbi xidmətçilər 
üçün) təqdim edilməlidir. Başqa sənəd tələb etmək mövcud qanunvericiliyə gö-
rə qadağan edilmişdir.
Tərtib olunmuş əmr müəssisə rəhbəri tərəfi ndən imzalandıqdan sonra qəbul 
olunan  şəxs həmin  əmrlə tanış olunmalıdır. Bundan sonra əmr mühasibatlığa 
təqdim olunur və bu əsasda qəbul olunan şəxs üçün şəxsi hesab açılır. Müəs sisə-
də  işə düzələn  şəxslə müəssisə arasında müqavilə bağlanılır. Müqavilədə  iş 
şəraiti, iş vaxtı, ödəniləcək əmək haqqı, sosial təminat və s. əks olunur. 5 gün 
müd dətində işə qəbul olunmuş şəxsin əmək kitabçasında onun işə başlamasına 
dair yazılış aparılmalıdır.
Bütün işçilərə şəxsi hesab bir nüsxədən ibarət açılır. Həmin şəxsi hesabda 
iş çi ni  xarakterizə edən bütün göstəricilər əks olunur. Şəxsi hesab xüsusi müəy-
yən olunmuş qutuda saxlanılır. Əgər işçi bir vəzifədən başqa vəzifəyə keçirilirsə, 
bununla əlaqədar olaraq əmr verilir. Əmrdə şəxsin keçdiyi vəzifə, əmək haqqı 
göstərilir. Əmr 2 nüsxədə tərtib olunur, onun bir nüsxəsi kadr şöbəsində, digər 
nüsxə isə mühasibatlığa verilir. İşçinin məzuniyyətə getməsi də əmrlə rəsmiy-
yətə salınır. Hər bir müəssisədə ilin əvvəlində işçi heyətinin məzuniyyətə getmə-
lərinə dair xüsusi qrafi k üzrə məzuniyyətdən istifadə edirlər.
Hər hansı bir işçi öz fəaliyyətini dayandırmaq istəyirsə, ərizə ilə müəssisə 
rəhbərinə müraciət edir və onun işə  qəbul olunması ilə  əlaqədar bağlanmış 
müqavilənin dayandırılmasını xahiş edir. Bu halda müəssisə  rəhbəri  əmrlə 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə