Tərif Model sözü latın mənşəli «modulus» («modelius») sözündən götürülmüşdür və dilimizə «ölçü», «nümunə», «norma» kimi tərcümə edilir. Model termini bir çox elmlərin fundamental anlayışı olduğundan



Yüklə 1,18 Mb.
səhifə3/3
tarix15.05.2023
ölçüsü1,18 Mb.
#110359
1   2   3
Sistemin riyazi təsviri

01
02
03
04
Modelləşdirmənin III mərhələsində model haqqında əldə edilmiş biliklər modelin dilindən (riyazi dil) obyektin dilinə (iqtisadi dil) tərcümə edilir.
Bu mərhələ iqtisadi sistem haqqında əlavə biliklər çoxluğu olan S sisteminin formalaşması ilə başa çatır.
Bununla da tədqiqatçı yenidən iqtisadi sistemin problemlərinə qayıdır.
Modelləşdirmənin sonuncu, IV mərhələsində tədqiq edilən obyekt haqqında əldə edilmiş əlavə biliklər dəqiqləşdirilir və optimal idarəetmə qərarı qəbul etmək məqsədi ilə istifadə edilir.
03
02
01
04
04
03
02
01
Yəni dörd mərhələdən ibarət birinci dövrün arxasınca 2,3 və s. dövrlər gələ bilər.
Bu dövrlük onunla əlaqədardır ki, bəzən birinci dövrdən sonra əldə edilən əlavə biliklər optimal idarəetmə qərarı qəbul etmək üçün kifayət etmir.
Tutaq ki, modelləşdirmədən əvvəl tədqiqatçının iqtisadi sistem haqqında biliyi f - ə bərabərdir və birinci dövrdən sonra f1 qədər əlavə bilik alınmışdır.
Onda 1-ci dövrdən sonra tədqiqatçının iqtisadi sistem haqqında məcmu biliyi aşağıdakı qədər olacaqdır.
Qeyd edək ki, modelləşdirmə prosesi dövrü prosesdir.
İqtisadi-riyazi modelləri müxtəlif əlamətlərə görə təsnifata ayırmaq olar.
Funksional xüsusiyyətlərinə görə iqtisadi-riyazi modelləri aşağıdakı kimi təsnifləndirmək olar:
tənzimləmə modellərinə,
mühasibat uçotu və statistika modellərinə,
maliyyə-kredit əməliyyatlarının modellərinə,
daxili və xarici ticarət modellərinə və s.
Ölçülərinə görə iqtisadi-riyazi modellər
makro modellərə,
lokal modellərə
mikro modellərə ayrılırlar.
Makromodellər bütövlükdə makro iqtisadiyyat səviyyəsində tərtib edilir. Bütün makromodellərin əsasını aşagıdakı balans tənliyi təşkil edir:
Lokal modellər makroiqtisadiyyatın ayrı-ayrı funksional alt sistemləri (maddi istehsal sahələri, sahə birlikləri, iri korporasiyalar və s.) səviyyəsində tərtib edilir və həmin alt sistemlər səviyyəsində optimal idarəetmə strategiyaları qurmağa imkan verir.
Mikromodellər isə aşağıdakı bölmələri səviyyəsində tərtib edilərək bu mikrosistemlərdə istehsaltəsərrüfat fəaliyyətinin optimallaşdırılmasına yönəldilmiş idarəetmə qərarları qəbul etməyə imkan verir
ayrı-ayrı müəssisələr,
firmalar,
istehsal
İstifadə edilən riyazi aparatın xarakterinə görə iqtisadi-riyazi modellər aşağıdakı kimi təsnifata ayrılır:
1. Xətti optimallaşdırma modelləri;
2. Qeyri-xətti optimallaşdırma modelləri;
3. Dinamik proqramlaşdırma tipli modellər;
4. Şəbəkə planlaşdırılması və idarə edilməsi modelləri;
5. Ehtiyatların optimal idarə edilməsi modelləri;
6. Kütləvi xidmət modelləri;
7. Korrelyasiya və reqressiya təhlili modelləri;
8. Tələb və təklifin bazar tarazlığı modelləri;
DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə