256
düşkünlüyü – avaritia idi. İkinci, dağıdıcı qüvvəsinə görə birincidən üstün idi. Çünki
cəmiyyətin bütün məsamələrinə nüfuz etmiş, onun bütün hüceyrələrinə, toxumalarına
sirayət etmişdi. Cəmiyyətin həyatında pul hərisliyi hər cür cinayətlərin və zorakılığın
baş alıb getməsinə səbəb oldu. Cəmiyyətin ən intizamlı hissəsi olan ordu belə, bu
pozulma prosesindən kənarda qala bilmədi və dəbdəbəyə, əxlaq pozğunluğuna
qurşandı.
Bütün cəmiyyət qüsurlar və cinayətlər bataqlığına yuvarlandı. Romanın
bütpərəstliyinə, çoxallahlığına baxmayaraq, hamı sərvət, var-dövlət adlanan bir
allaha sitayiş etməyə, ona etiqad göstərməyə başladı. Qədim əcdadlardan qalmış ən
möhkəm qala - mənəvi dəyərlər və prinsiplər də dağılırdı. İki yüksək zümrənin -
senatorların və atlıların yuxarı təbəqəsindən yaranan nobilitet bu pozulmada aparıcı
rol oynadı, cəmiyyətin bədənini gəmirən xoranın birbaşa daşıyıcısı oldu. Kiçik Katon
məhz həqiqətə, konkret müşahidələrinə əsaslanaraq və Katilina qəsdini nəzərdə
tutaraq deyirdi ki: "Adlı-sanlı vətəndaşlar vətəni odda yandırmaq üçün qəsd təşkil
etdilər". Bir az ondan əvvəl dövlətin həqiqi müdafiəçilərindən biri olan Memmi isə
dövlət adamlarının Numidiya çarı kimi düşmən tərəfindən pulla ələ alındığını görüb,
bir başa nobiliteti ittiham edirdi və qeyd edirdi ki, Roma dövlətinin qanunları və
böyüklüyü, hərracda onun düşmənlərinə satılır, bütün hakimiyyət qatillərin və xalqa
zülm edənlərin əlində toplaşmışdır, əslində isə bu Roma xalqına qarşı olan cinayətkar
qəsddir.
Bütün bunların daha böyüdülmüş təcəssümünü bizə yeni eranın I əsrinin 14-cü
ilindən 96-cı ilinə qədər hökmdarlıq etmiş və Tit müstəsna olmaqla bütn
imperatorların hakimiyyəti dövründə görürük. Böyük bir dövlətin bu dövrdəki tarixi
elə bil ki, dəhşətli cinayətlər və həddi-hüdudu olmayan əxlaq pozğunluqları, harınlıq
və iyrənc eyş-işrət təsvirlərinin salnaməsidir. Elə bil ki, bu imperatorlar quduz
şəhvətdə və qəddarlıqda bir-birilə yarışa girmişdilər. Onlar nə eybəcər, çılğın bədən
ləzzətlərindən, nə də insan qanının axıdılmasından doymurdular. İndi onlara
qladiator döyüşü kifayət etmir, onlar bütün ölkə ərazisini günahsız insanların qanı
axan qladiator səhnəsinə, Kolizeyə döndərmək istəyirdilər. Onlar eyş-işrətdən,
dəbdəbədən, zinətdən doymurdular. Elə bil ki, onlar insan kimi dünyaya
gəlməmişlər; bu həqiqi kentavrların, at bədəninin doymayan iştahını heç nə razı sala
bilmir. Elə bil ki, təbiət onları yaradarkən, onlara bir təyinat vermişdir - bədənin
kəmərdən aşağı olan ən eyibli üzvlərinin sönməyən tələbatını ödəmək qayğısına
qalmaq, onları ovundurmaq üçün daha iyrənc vasitələr və metodlar axtarıb tapmaq.
Bu adamları bircə şey düşündürür: hər gün daha ləzzətli şeylər yemək və öz şəhvətini
razı salmaq.
Elə bil ki, adlı-sanlı romalıların əksəriyyəti öz məşhur nəsillərindən ayrılıb
qarınqululuq barədə Lukullun, şəhvət barədə Katilina və Klodinin övladlarına
çevrilmişdilər. "Lukull qonaqlıqları" öz dəbdəbəsinə görə zərb-məsələ çevrilmişdi.
O, hər gün böyük zinətlə verilən qonaqlıqlar təşkil edirdi, axı onun Şərqdə
müharibələr apararkən topladığı nəhəng sərvəti buna imkan verirdi. Onun evindəki
oturacaqlar purpur parçalarla örtülür, şərablar daş-qaşla bəzənmiş qədəhlərdə verilir,
qonaqlıq mahnı oxunması və rəqslərlə müşayiət olunur, süfrələr ən müxtəlif və nadir
yeməklərlə dolurdu. Yunan qonaqlar belə bədxərcliyi görüb qonaq olmaq barədə
onun dəvətindən imtina etdikdə, o, demişdi ki, onun özü üçün də hər gün belə süfrə
257
açılır. Kiçik Katon Lukullun dostu və qohumu (Lukull onun bacısının əri idi)
olmasına baxmayaraq, onun həyat tərzi bu pak insana heç cür xoş gəlmirdi. Bir dəfə
senatda qənaətcillikdən dəm vuran bir gəncin sözünü kəsib Katon demişdi: "Yaxşı
qurtar bu danışığı! Sən Krass kimi varlı olmaqla, Lukull kimi yaşayırsan, ancaq
Katon kimi danışırsan! "
Əxlaqsız Katilina öz doğma qızı ilə, Klodi isə doğma bacısı - Lukullun digər
arvadı ilə cinayətkar əlaqədə olmuşdu. Bizim eranın I əsrindəki əksər imperatorların
quduz pozğunluğu cəmiyyəti də pozurdu, dövləti məhvə sürükləyirdi. Romada isə bu
adi hala çevrilmişdi. Bu pozğunluq, şəhvət əsirləri XX əsrə də gəlib çıxmışdılar.
İtaliya faşizminin banisi duçe Mussolini çapmaqdan gündüzlər atların, gecələr
qadınların belini sındırmağı ilə öyünürdü. Təəssüf ki, nəcib imperatorların həyata
keçirdiyi müalicə dövrü belə xəstəliyin şiddətini bir qədər zəiflətsə də, onu sağalda
bilmədi və II əsrin sonunda gələn Kommod və sonrakı imperatorların bir çoxu məhv
prosesini sürətləndirdilər.
Nəcib imperatorların zəhməti Eosun cəhdlərinə bənzəyirdi, qocalan, əldən
düşən Tifona heç nə kömək edə bilmədiyi kimi, Roma da belə fərəhsiz qocalıq
keçirirdi. Krotonlu məşhur Milon qoca olub, əldən düşəndə səhnədəki güclü
döyüşənlərə baxıb, göz yaşları içərisində bunu öz qüvvəsini itirmiş qolları ilə
müqayisə edib demişdi: "Heyif, bu əzələlər bütünlüklə zəifləmiş və gücsüz
olmuşdur". Bu dövlətin isə həm bədəni, həm də ruhu onlara yas saxlamağa layiq idi.
Bu həcmcə çox da böyük olmayan yazıda Roma mütəfəkkirlərinə istinad
edərək qədim dövlətin böyük və mürəkkəb tarixi gözlərimiz qarşısında canlandı.
Mən qədim Romanı Simurq quşuna bənzətmək istərdim. Əgər rəvayətə görə, Simurq
500 il yaşayırdısa, Qədim Roma 1200 ildən artıq bir ömür sürdü. Miladdan əvvəl
753-cü ildə kiçik bir icma kimi yaranan Roma dünya dövlətinə çevrildi və bizim
eranın 476-cı ilində Qərbi Roma imperiyası adı altında tarixdən silindi. Vətəninin
Efiopiya olduğu güman edilən Simurq quşu özünü yuvasında yandırır və küldən yeni
Simurq yaranırdı. Bu bir rəvayətdirsə, tarixi bir həqiqət ondan ibarətdir ki, qədim
Roma dəfələrlə məhv olma ilə üz-üzə gəlmiş, lakin sonradan yenidən dirilib, öz
qüdrətini nəinki bərpa etmiş, daha böyük qüvvə toplayaraq əvvəlki obrazını xeyli
kölgədə qoymağa müvəffəq olmuşdu. Romaya xarici müharibələrdən daha çox daxili
sarsıntılar, vətəndaş müharibələri, özünün pozğunluq yuvası olması təhlükə törədirdi.
Bu mənada əvvəllər o, özünü məhv etməyə çalışan, lakin xilas olmağa özündə iradə
tapan Simurq quşu idi. Ona görə də biz bu əfsanəvi quşu qədim yunan
mifologiyasında deyil, məhz Roma tarixində axtarsaq, tapa bilərik. Onun qədim
tarixinin obyektiv və dəqiq səlnaməsi bizə insanın böyüklüyü, mənəvi yüksəkliyi
haqqında olduğu kimi, onun alçaqlığı və rəzaləti, yüksək əxlaqi və mənəvi dəyərlər,
nümunələr haqqında olduğu kimi ən iyrənc eybəcərliklər və pozğunluqlar barədə də
məlumatlar verir. Bu tarixi öyrəndikcə, onu əməlləri və irsi ilə yaddaşlara həkk
edənlər insanın gözündə titanlar kimi yüksəlir, axı bu titanlar dünya sivilizasiyasının
qübbəsini qədim Yunanıstandan sonra öz çiyinlərində uzun müddət saxlamışdılar.
Həm də bu tarix səhnəsinin aktyorları arasında biz, mənəvi cəhətdən bəşər
piqmeylərini, insan qiyafəsində olan satirləri, kentavrları, iblisləri görürük.
Birincilərin mənəvi yüksəkliyinə insan heyran olduğu kimi, ikincilərin mənəvi
258
cılızlığına, iyrənc pozğunluğuna, eybəcər və vəhşi ehtiraslarına nifrət etməmək
olmur.
Roma tarixini, əməllərinin böyüklüyünə və ölməzliyinə görə qədim yunan
allahlarına bənzər əbədi şəxsiyyətlər bəzədiyi kimi, salnamə həm də ağlasığmayan
rəzilliyi, qəddarlığı və heyvani şəhvəti ilə insanlığa ləkə gətirən şəxslər tərəfindən bir
rüsvayçılıq mənzərəsini andırır. Roma tarixinin böyüklüyü, çətin dərk olunması və
heyrətamiz rəngarəngliyi da məhz bundadır. Bu tarixdəki ulduz saatları və dəhşətli
faciələr xoşbəxtlikdən qüdrətli Roma tarixçiləri tərəfindən qələmə alınmış, Şekspir
isə bu qəribə insan dramaları əsasında öz təkrarsız əsərlərini yaratmışdır.
Bəşəriyyət, sivilizasiya nə qədər inkişaf edirsə etsin, Romanın ölməz
qəhrəmanları qarşısında hamı baş əyir, Roma əclaflarına isə min illər keçsə də, hamı
nifrət bəsləyir. Həm də bu tarixdə hər kəs öz dövrünün canlı, bütöv çalarları əks
etdirən güzgüsünü görür. Bu gün biz Roma tarixində onu süquta gətirib çıxaran
pozğunluqlara, qəddarlığa və dəbdəbələrə müasir cəmiyyətlərdə də tez-tez rast
gəlirik. Elə bil ki, iki min ildən sonra tamahkarlıq, ən iyrənc vasitələrdən
çəkinməməklə, hər cür yollarla varlanmaq hərisliyi zaman körpüsündən keçib, indiki
cəmiyyətlərin canına hopmuşdur, onların həyatına hakim kəsilmişdir. Bugünkü
cəmiyyətdə Kamillərin, Memmiləin, Katonların, Brutların nəslinə çox az rast
gəldiyimiz halda, Sullaların, Tiberilərin, Kaliqulaların, Neronların mənəvi törəmələri
bədbəxtlikdən elə bil ki, çoxluq təşkil edir. Bu gün vicdan məhbuslarına Kolizeydə
vəhşi heyvanların qarşısına atılan bədbəxtlərdən heç də az işgəncə verilmir. Bu gün
dünyada tüğyan edən terror heç də öz quduzluğuna görə qədim Romanın ən dəhşətli
anlarında mövcud olan qan hərisliyindən geri qalmır.
Bu gün çuğulçuluğu təqdir edib, bunu dövlət tərəfindən aşılanan psixologiyaya
çevirən cəmiyyət, bütünlükdə insanların mənəviyyatının və əxlaqının sürətli və
fəlakətli eroziyasına şərait yaradır. Təqsirsiz adamları cəzalandırmağı adi hala
çevirən cəmiyyət heç cür mətinlik tərbiyə edə bilməz, yalnız riyakarlıq və rəzillik
təlqin edə bilər. Müasir dəhşətlər, mənəvi terror və alçaldılma qədim Romanın
tükürpədici səhnələri ilə həmahəng səslənir. Bunları dərk edənlər üçün Roma tarixinə
ötəri də olsa nəzər salmaq lazımdır. Bu tarix öyrədir, düşünməyə vadar edir, ibrət
götürməyi tövsiyə edir. Bu tarix bəşəriyyətin əcdadlarına baxıb, bu günümüzdə və
sabahımızda insanlığa layiq dəyişikliklər etməyi təlqin edir. Bu tarix bəşəriyyətin
yeniyetmə dövründə daha çox rast gəlinən mərdlik, cəsarət və igidliyi qəbul etməyi,
alçaqlığı və rəzaləti isə rədd etməyi məsləhət görür. Ona görə də qədim Romanın
həyatverici suyunu öz mürgüləyən idrakımıza və şüurumuza çiləməklə, qapanan ağıl
gözlərimizi açır, bu dünyaya ayıq gözlərlə baxmağa başlayırıq. Ömürlük qaranlıqdan,
dərk etmə zülmətindən qurtarmaq üçün yatan gözləri açmaq lazımdır və qoy bu nəcib
işdə Romanın böyük tarixinin kiçik səhnələri bizi cəlb edən və nəzərlərimizi özünə
çəkən bir ibrət hədəfi olsun.
Böyük ingilis şairi Bayron Romanı xalqların Niobası adlandırırdı. Qədim
yunan mifologiyasında Tantalın qızı və Fiva çarı Amfionun arvadı Nioba çox övladı
olması ilə, onların sayı 12 ya 14 idi, öyünürdü. Bunu təhqir kimi qəbul edən ilahə
Letonun uşaqları Apollon və Artemida oxla Niobanın bütün övladlarını öldürdülər.
Bu ağır dərddən Nioba daşa çevrildi. Doğrudan da, Roma da uşaqsız və tacsız
qalmışdı və onun quruyan əlləri boş idi.
259
Roma imperiyası başqa imperiyalar kimi bütün ərazilərini itirdi, sonra isə özü
məhv oldu. İmperiyalar da sivilizasiyalar kimi o qədər də xarici düşmənlərin
qüdrətindən deyil, daha çox daxili zəiflikdən və tənəzzüldən, tektonik titrəmələrdən
məhv olur. Roma barbarların cəhdlərinə görə məhv olmadı, onlar sadəcə olaraq ölü
olanı dağıtdılar. Şərqi Roma imperiyası Qərbdəki imperiyadan min il artıq ömür
sürsə də, o da hər şeyini itirdikdən sonra qalan yeganə kiçik ərazisi - Konstantinopol
şəhəri 1453-cü ildə osmanlı türkləri tərəfindən işğal edilməklə öz mövcudluğuna son
qoydu.
İmperiyalar işğalla, qanla yarandığı kimi, ağır zərbələr altında və qan
tökülməsi ilə də dağılır. Romanın isə ən böyük itkisi bu ərazilər deyildi, onun
ideallarının, ruhunun itirilməsi idi. Ərazilər, torpaqlar itirilə bilərdi, imperiya
dağılmalı idi. IV-V əsrlərdə yaşamış məşhur xristian teoloqu Müqəddəs Avqustin
demişkən, Allahın yaratdığı məhv olursa, Romulun yaratdığı da məhv ola bilərdi.
Lakin Allah özü belə ruhları məhv etmir, ona görə də Roma ruhu bütünlüklə məhv
ola bilməzdi və qədim Romanın süqutundan min ilə yaxın bir müddət keçdikdən
sonra bu ruh intibah - Renessans adı altında yenidən baş qaldırdı, dünya
mədəniyyətinə görünməmiş rövnəq və qüdrət verdi. Renessans orta əsr
qaranlıqlarından oyanan Avropanın mədəniyyət bayrağı üzərində silinməyən bir
"humanizm" sözünü həkk etdi. Qədim Romanın sağlam və yaşamalı olan ruhu, antik
dövrün əxz edilməli irsi də məhz insanpərvərlik, humanist ideyalar idi. Ona görə də
övladları ilə birlikdə ruhunu da itirən Roma adlanan bu Nioba, uzun bir zaman
fasiləsindən sonra, onun üçün ən müqəddəs irs olan bu ruhunu yenidən tapdı, bu ruh
dirildi və bəşəriyyətin sərvəti kimi mövcud olmaqla təkcə ilham mənbəyi kimi deyil,
həm də böyük maddi qüvvəyə çevrildi.
Böyük
ingilisin
ənənəsinə sadiq qalaraq, qədim Romanı yunan
mifologiyasındakı Poseydonun oğlu, Afina çarı Egeyə bənzətmək olar. Adi bir
səhvdən, şərtləşdikləri kimi qələbədən sonra ağ yelkəndə gəlməsini gözlədiyi halda,
oğlu Teseyin gəmisinin qara yelkənini gördükdə, oğlunu ölmüş bilən və bu dərdə
dözməyən Egey özünü dənizə atdı və həmin dəniz o vaxtdan Egey dənizi adlanmağa
başladı. Roma da öz oğlanlarının adi səhvindən deyil, nankorluğundan,
pozğunluğundan, hakimiyyət və sərvət hərisliyindən məhv oldu və ondan böyük bir
irs kimi, həm də qədim Roma tarixi adlanan bir nəhayətsiz ümman qaldı. Zaman
adlanan günəşin şəfəqləri altında qızan bu dənizin suları, onda üzən adamların
zəkasına, şüuruna, idrakına böyük şəfqət bəxş edir, onları möhkəmləndirir, daha
qüdrətli edir. Buna ehtiyac hiss edən hər bir adam qədim Roma tarixi dənizində
üzməklə çox şey qazanır, ən başlıcası isə onun bədənindən daha vacib olan yüksək,
ali hissəni - ruhu möhkəmləndirir, bu məhək daşı ilə təmasda olduqda daha da
cilalandırmaqla, ruha sarsılmazlıq, polad bərkliyi bəxş edir.
- SON -
260
İstifadə olunan ədəbiyyat
1. Antiçnaə literatura. Rimskaə antoloqiə.
Moskva, «Vısşaə şkola» 1988.
2. Aristotelğ «Metafizika». İnternet.
3. Bibliə Tolkovaə. V 3-x tomax. İnstitut perevoda Biblii.Stokqolğm,1987.
4. Good news Bible. The Bible Societies. Collins Bible. A division of Harper
Collins Publishers. Wrotham, Kent, printed Great Britain, Glasgow, 1991.
5. Bgkon Frensis. Soçineniə v 2-x tomax. Moskva, «Mıslğ»,1971.
6. Caesar, Gaies Julius. «The first invasion of Britain». « The international
library of famous literature» in 20 volumes. London, the Standard, 1900,v.2,p.842
7. Cicero, Marcus Tullius. «On old age». «The international library of famous
literature» in 20 volumes. London, the Standard,1900 v.2,p.948
8. Cicero, Marcus Tullius. « Speech on Catilines Conspiracy». «The
international library of famous literature» in 20 volumes. London, the Standard,1900
v.2,p.828
9. Vinniçuk L. «Lödi, nravı,obıçai Drevney Qreüii i Rima». Moskva, «Vısşaə
şkola» ,1988.
10. Jizneopisaniə znamenitıx qrekov i rimlən. Botvinnik M.N.,
Rabinoviç M.B., Stratanovskiy Q.A. Moskva, «Prosvehenie»,1987
11. İstoriki Qreüii. Qerodot, Fukidid, Ksenofont. Moskva, «Xudojestvennaə
literatura», 1976
12. İstoriə Drevney Qreüii. Moskva, «Vısşaə şkola»,1986
13. İstoriki Rima. Moskva, «Xudojestvennaə literatura»,1970
14. Katon, Mark Porüiy Starşiy. «O zemledelii»,v kniqe «Xrestomatiə po
istorii Drevneqo Rima». Moskva, «Vısşaə şkola»,1987
15. Kolumella. «O selğskom xozəystve»,v kniqe «Xrestomatiə po istorii
Drevneqo Rima». Moskva, «Vısşaə şkola»,1987
16. Korablev İ.Ş. «Qannibal». İzdanie 2-e. Moskva «Nauka»,1881
17. Leqendı i skazaniə Drevney Qreüii i Rima. Moskva, «Pravda»,1990
18. Liviy,Tit. «İstoriə osnovaniə Rima», v kniqe «İstoriki Rima». Moskva,
«Xudojestvennaə literatura»,1970
19. Liviy, Tit «Naçalo Vtoroy Puniçeskoy Voynı», v kniqe «İstoriki Rima».
Moskva, «Xudojestvennaə literatura»,1970
20. Makğəvelli,Nikkollo. «İstoriə Florenüii». Moskva, «Nauka»,1987
261
21. Mark Avreli. «Razmışleniə». İnternet
22. Mifoloqiə drevneqo mira. Moskva, «Nauka», 1977
23. Mommzen,Teodor. «Rimskaə istoriə». İnternet
24. The New Encyclopedia Britannica, in 30 volumes. Helen Hemingway
Benton, 1973-1974. Chicago, volumes 3,4,5,11,12,15,18,19
25. Ovidiy, Nazon Publiy «Nauka o löbvi» Moskva,İzdatelğstvo politiçeskoy
literaturı,1990
26. Platon. «Qosudarstvo» Moskva, «Mıslğ» ,1998
27. Pliniy Mladşiy «Pisğma Pliniə Mladşeqo». Moskva, «Nauka»,1982
28. Plutarx. «İzbrannıe jizneopisaniə», v 2-x tomax. Moskva, «Pravda»,1990
29. Plutarx «Nastolğnıe besedı». Leninqrad, «Nauka», 1990
30. Polibiy. «Vseobhaə istoriə» v 2-x tomax.Moskva, İstoriçeskaə
biblioteka,2001
31. Sallöstiy, Qay Krisp. «Voyna s Öqurtoy» v kniqe «İstoriki Rima» Moskva,
«Xudojestvennaə literatura»,1970
32. Sallöstiy, Qay Krisp. «Zaqovor Katilinı» v kniqe «İstoriki Rima». Moskva,
«Xudojestvennaə literatura»,1970
33. Svetoniy, Qay Trankvilğ. «Jiznğ dvennadüati üezarey». Moskva,
«Pravda», 1988
34. Slovarğ antiçnosti. Moskva, «Proqress»,1989
35. Taüit, Korneliy.«Annalı». Soçineniə v 2-x tomax. Leninqrad,
«Nauka»,1970
36. Utçenko S.L. «Drevniy Rim: Sobıtiə,lödi,idei». Moskva, «Nauka»,1969
37. Utçenko S.L. «Üiüeron i eqo vremə». Moskva, «Mıslğ»,1986
38. Flaviy, İosif «İudeyskaə voyna» İnternet
39. «Xrestomatiə po istorii Drevneqo Rima». Moskva, «Vısşaə şkola»,1987
40. Üiüeron, Mark Tulliy. «Filosofskie traktatı». Moskva, «Nauka», 1985
41. Çernışevskiy N.Q. Sobranie soçineniy v 5-ti tomax.
Moskva, «Mıslğ»,1981.t.2
42. Şaxermayr F. «Aleksandr Makedonskiy». Moskva, «Nauka»,1984
43. Gpiktet. «V çem naşe blaqo». İnternet
44. Gzop «Basni». İnternet
Kitabın içindəkilər
Müqəddimə
Roma şəhərinin və dövlətinin yaranması
Romuldan sonraki çarların hakimiyyəti
Respublika quruluşunun yaranması
Müharibələr və Romanın özünü təstiqi
Respublika hakimiyyəti və Roma qanunvericiliyi
Puniya müharibələri
Romada aqrar siyasət
262
Yuqurta ilə müharibə
Sulla diktaturası
Qullar problemi və qul üsyanları
Katilina qəsdi
Pompeyin və Sezarın yüksəlişi
Klodi qəsdi. Qalliya müharibələri
Sezarın hakimiyyəti qəsb etməsi
Katonun ölümü
Sezarın diktaturası və qətlə yetirilməsi
İkinci triumvirat. Tsitseronun ölümü
Oktavian Avqustla Mark Antoninin rəqabət mübarizəsi
Avqustun imperatorluğu dövrü
Avqusdan sonraki imperatorlar. Pozğunluq dövrü
Flavi imperatorları
Antonin imperatorları dövrü
Severlər sülaləsi
Siyasi xaos və imperiyanın parçalanması dövrü
Roma imperiyasının transformasiyası. İmperiyanın yenidən qurulması
Roma imperiyasının süqutu
Dostları ilə paylaş: |