Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   18   19   20   21   22   23   24   25   ...   171

44 
 
spektrlərini  genişləndirməyə  can  atır.  Qatı  erməni  millətçiləri  şovinizm  hisslərini 
təsirli  virus  kimi  daha  sirayətləndirici  etmək  üçün  tarixi  saxtalaşdırmaqla  yanaşı 
rəvayətlər uydurmağa, əlavə sitayiş bütləri tapmağa da xüsusi həvəs göstərirlər. Bu 
sahədə onların ilhamı, təxəyyülü hədd tanımır, istənilən yalan köməyə gəldiyindən 
onlar  vasitələrin  biabırçı  olmasında  da  bir  qəbahət  görmürlər.  Başqa  xalqlara 
həqarətlə  baxmaq  xüsusi  igidlik  nümunəsi  hesab  olunur.  Yazıçı  Xaçatur 
Abovyanın  «Ermənistan  yaraları»  romanında  Yerevanda  XIX  əsrin  birinci 
yarısında  erməni  kübar  ailələrində  Azərbaycan  dilinin  doğma  dili  sıxışdırıb 
çıxarması barədə haray qaldırmaqla yanaşı, burada yaşayan  müsəlmanların imam 
Hüseynin qətlinə həsr olunmuş dini matəm günlərində, aşura vaxtı ağı demələrini, 
şaxsey-vaxseylərini istehza obyekti kimi təsvir edir. Millətçiliyin məşhur ideoloqu 
sayılan,  həmin  əsrdə  yaşayıb,  yaratmış  Raffi  öz  əsərlərinin  birində  Şərqdə  geniş 
yayılmış  zərb-məsəldə  «it»  sözünü  gizlədilməyən  nifrət  bəslədiyi  xalqın  adı  olan 
«kürd»  ismi  ilə  əvəz edərək  «Kürdlə  dostluq et, ancaq  çomağı  yerə  qoyma»  kimi 
ifadə  etməklə,  əslində  milli  təhqirə  keçməkdən  də  çəkinməmişdir.  Şairə  Silva 
Kaputikyan miladdan  əvvəl IX əsrdə yaşamış  məşhur Assuriya çariçası, Nineviya 
və Babil də daxil olmaqla ölkəsində çoxlu şəhərlər salmış Semiramidanın (Sammu-
ramatın)  guya  erməni  oğlana  vurulduğunu,  bu  eşqi  naminə  hər  cür  fədakarlığa 
hazır olduğunu uydurub, bu mövzuda poetik  əsər yaratmışdır. Daha çox jurnalist 
kimi  tanınan  Zori  Balayan  özünün  qatı  millətçilik  zəhərində  yoğrulmuş  «Ocaq» 
kitabında  azərbaycanlıları  cəhalət  nümunəsi  kimi  təqdim  etmək  üçün  uydurduğu 
savadsız  molla  obrazı  ilə  siyasi  diskussiyalara  girib  daim  qalib  çıxdığını  fərəhlə 
qələmə  almışdır.  O,  üç  ölkənin  ərazisindən  keçərək  Azərbaycanda  Kürə  tökülən 
Araz  çayını  ermənilərin  milli  çayı  kimi  qələmə  verməyi  də  özünə  rəva  bilir. 
Tarixin  atası  Herodot  Misiri  «Nilin  hədiyyəsi»  hesab  edirdi,  bu  prinsipdən 
yanaşılsa  onda  azərbaycanlılar  Arazı  özlərininki  hesab  etməlidir.  Nil  daşması  ilə 
əhalini ərzaqla təmin etmək üçün Misirin torpaqlarını münbitləşdirdiyi kimi, Araz 
da  əsasən  Azərbaycan  torpaqlarını  suvarma  suyu  ilə  təmin  edir.  Kitab  nabələd 
oxucuda  belə  təsəvvür  yarada  bilər  ki,  Azərbaycan  xalqı  savadsız,  cahil  molla 
kütləsindən başqa bir şey deyildir. 
Bir  sözlə  millətçilərin  gözündə  İisusun  dediyi  kimi  bütün  insanlar  deyil, 
yalnız ermənilər Yer üzünün duzudur, onlarla müqayisədə başqa qonşu xalqlar çox 
aşağıda dayanırlar. 
Onlar  xristian  dinini  dünyada  ilk  rəsmi  din  kimi,  qəbul  edən  xalq 
olduqlarını, bu sahədə Roma imperatoru Konstantini qabaqladıqlarını iddia etsələr 
də,  bu  dini  öz  inhisarlarına  keçirə  bilməmişlər.  Əks  təqdirdə,  iudaizm  Allah 
tərəfindən  israilliləri  bütün  bəşəriyyətə  işıq  olmaq  üçün  seçdiyi  iddiasını  onlar  da 
mütləq özlərinə aid edərdilər. Yaxşı ki, yəhudilərdən fərqli olaraq onların özünün 
nə  Bibliyası,  nə  də  bunu  əsaslandırmağa  imkan  verən  dini  ehkamları  vardır. 
Yəhudilərin  işıq  kimi  seçilməsi  ideyası  bəzən  yarızarafat,  yarıciddi  şəkildə  də 
işlənir. Böyük Britaniyanın xarici işlər naziri Ernest Bevin 1947-ci ildə Fələstində 
öz  dövlətlərini  yaratmağa  hazırlaşan  nüfuzlu  yəhudi  xadimlərini  qəbul  edərkən, 
müharibədən  sonrakı  dövrün  enerji  qıtlığına  görə  qəflətən  otaqda  işıq  söndü.  Bu 
vaxt  xidmətçilər  yanan  şamları  olan  şamdanları  içəri  gətirdikdə  ev  sahibi  olan 


45 
 
Bevin dedi: 
- Şama ehtiyac yoxdur, axı burada israillilər oturub. 
İngilis  dilində  «izrailajts»  kəlməsi  hərfi  mənadadı,  iki  –  «israil»  və  «işıq» 
sözünün  birliyindən  ibarətdir.  Diplomat  da  ifadədəki  «işıq»  sözünü  vurğulamışdı. 
Əgər  erməni  millətçilərinin  əlinə  dindən  gələn  bir  fürsət  düşsəydi,  onlar  sadəcə 
«işıq» olmaları ilə də razılaşmazdılar, özlərini yer üzərində doğan, hər şeyə həyat 
verən Günəş adlandırmaqdan da çəkinməzdilər.  
Qatı  erməni  millətçilərinin  nifrət  bəslədiyi  xalqlardan  biri  olan 
azərbaycanlılara  isə,  heç  bir  mübaliğəyə  yol  vermədən  demək  olar  ki,  şovinizm 
hissləri yaddır. Azərbaycanda çox sayda milli azlıqlar titul millətlə birlikdə bütün 
vətəndaş hüquqlarından tam şəkildə və maneəsiz istifadə edirlər. Ermənistanda isə 
az sayda kürdlər və ruslar istisna olmaqla başqa millətlərin nümayəndələri yaşamır, 
bura artıq monoetnik bir ölkəyə çevrilmişdir. XX əsrin əvvəllərində təkcə paytaxt 
Yerevanda  azərbaycanlılar  sakinlərin  yarıdan  çoxunu  təşkil  etdiyi  halda  bütöv 
Ermənistanda əsrin sonunda, demək olar ki, artıq azərbaycanlılar yaşamırdı. 
Qəribədir,  ermənilər  bütün  dünyaya  səpələnmişlər,  lakin  öz  dövlətlərində 
başqa  xalqın  nümayəndələrinin  yaşamasını  məqbul  hesab  etmirlər.  Türkiyə 
ermənilərinin  deportasiyasından  başqa,  heç  kəs  bu  millətin  nümayəndələrinə 
zorakılıq tətbiq etməsə də Ermənistan özünün vətəndaşları olan azərbaycanlıları öz 
doğma  yurd-yuvalarından  didərgin  salmaqla,  kütləvi  qaydada  etnik  təmizləmə 
siyasətini həyata keçirmiş, bu vaxt ən biabırçı zorakılıqlardan da çəkinilməmişdir.  
Qədim  yunan  mifində  Kadmın  torpağa  əkdiyi  dişlərdən  silahlı  döyüşçülər 
çıxdığı kimi, erməni millətçilərinin səpdiyi düşmənçilik toxumundan da müharibə 
odu alovlanmağa başladıqda, onun ziyanını ermənilər heç də azərbaycanlılardan az 
görmədilər. Hər bir müharibədə olduğu kimi əsas qurbanlar günahsız insanlar oldu. 
Məhz buna görə də Azərbaycandakı yaşayış  yerlərini tərk edən ermənilərin 
böyük 
əksəriyyəti  indiyədək  özlərinin  birgə  yaşadığı,  dostluq  etdiyi 
azərbaycanlılara  görə  nostalji  hisslərini  gizlətmirlər,  bu  nifaqa,  münaqişəyə  rəvac 
verənlərə  nifrin  yağdırırlar.  Aldadılan  ermənilərin  çoxu  Vətən  hesab  etdikləri 
Ermənistanda özlərinə yaşamaq üçün yer tapa bilmədiklərindən, Rusiyaya və digər 
ölkələrə yayılmağa məcbur oldular. 
Azərbaycanlılara  yersiz  tərif  deməyə  də  ehtiyac  yoxdur.  Heç  kəs 
azərbaycanlıları  yer üzərində  yaşayan  mələklər  hesab  etmir. Onların içərisində  də 
nakəslərə,  birgə  yaşayış  qaydalarına  əməl  etməyənlərə  rast  gəlmək  olar.  Lakin 
onların  hətta  eybəcər  sayılan  hərəkətlərində  milllətçilikdən  irəli  gələn  hisslər 
yoxdur,  törətdikləri  nalayiqliklər  millətçilik  çalarlarından  məhrumdur  və  belə 
eybəcərlikdən  başqalarına  deyil,  daha  çox  məhz  azərbaycanlıların  özlərinə  ziyan 
dəyir. 
Sadə, zəhmətkeş erməni də millətçilərin müdhiş təbliğatına uymayana qədər 
başqa  millətlərə  loyallığını  saxlayırdı,  qardaş  münasibətinə  başqa  cür  cavab 
verməyi  yolverilməz  hesab  edirdi.  Ona  görə  də  iki  xalq  onilliklər  ərzində 
qonşuluqda  və  birgə  məkanlarda  münaqişəsiz  yaşamış,  vahid  ailənin  üzvü  kimi 
dolanmışdılar.  Azərbaycanda  erməni  əsillilər  mühüm  dövlət  vəzifələrinə  heç  bir 
məhdudiyyət qoyulmadan irəli çəkilirdi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə