Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə88/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   84   85   86   87   88   89   90   91   ...   97

188 
 
üzvləri  Moskvanın  adını  dəyişib,  ona  Stalinin  adını  verməyi  təklif  edirdilər.  Bu, 
Stalinin hiddətinə səbəb olmuşdu. Roma imperatorları ayların adını dəyişib, onlara öz 
adlarını  verirdilər.  Fransa  inqilabı  isə  köhnə  təqvimdən  əl  çəkib,  qərar  verdiyi  ildən 
tarixi başlamaqla, ayların da adını dəyişdirmişdi. Bir neçə ildən sonra bu yenilikdən əl 
çəkilməli olundu.  
Stalin özü də şəxsiyyətə pərəstişi güclənməsinin qarşısını almaq fikrindən uzaq 
idi.  Alman  yazıçısı  Lion  Feyxtvanger  1930-cu  illərdə  Moskvada  olanda  Stalindən 
soruşmuşdu:  “Bəs  Sizi  bığlı  adamın  minlərlə  portreti  qıcıqlandırmır?”  Ev  sahibi 
yüngülcə  gülümsünüb,  belə  bir  ruhda  cavab  verdi  ki,  bəli,  əlbəttə,    cənab  yazıçı,biz 
sizinlə ziyalı adamlarıq, biz bu bütə sitayişin cəfəngliyini başa düşürük, lakin biz öz 
təbəələrimizin zövqləri ilə hesablbaşmaqla, alicənab və iltifatlı olmalıyıq, axı onların 
çoxu  dünənki  kəndlilərdir.  Beləliklə,  o,  bu  daşan  çaya  bənd  çəkmək  fikrindən  uzaq 
olduğunu bildirirdi.  
Lakin  Stalin  yəqin  ki,  bunu  da  bilməmiş  deyildi  ki,  sitayiş  adamların 
mənəviyyatına ağır zərbə vurur, onları ruhən kasıblaşdırır. Xalq özünə məxsus ləyaqət 
ruhunu itirdikcə kiçilməyə başlayır. Ona görə də İngiltərənin görkəmli siyasi xadimi, 
baş nazir olmuş Uilyam Qladstounun Almaniya kansleri  Otto fon  Bismark barədəki: 
“O, Almaniyanı böyütdü, almanları isə kiçiltdi” – sözlərini bütünlüklə Stalinə də aid 
etmək olar. Zəkalara qurşaq qoyulması, düşünən adamların dilinin kəsilməsi, səsinin 
boğulması cəmiyyəti yalnız tənəzzülə sürükləyə bilər. Stalin  epoxası isə həm də belə 
eybəcərliklərə şərait yaratmışdı.  
Yaradıcı  ziyalılar  kimi  elm  adamları  da  şəxsiyyətə  pərəstişin  şişirdilməsində 
xalqa  olduqca  pis  nümunə  göstərirdilər.  Stalinin  “SSRİ-də  sosializmin  iqtisadi 
problemləri”  əsəri  çapdan  çıxdıqdan  sonra,  hamı  gur  səslə  onu  tərifləməyə, 
əhəmiyyətini  göylərə  qaldırmağa  başladı.  Hüquqşünas  alimlər  və  filosoflar  isə 
yaltaqlıq müstəvisində  daha  uzağa  gedərək,  Stalinə  məktubla  müraciət  edib,  hüquqa 
və fəlsəfə elminin tarixinə aid də kitab yazmağı ondan xahiş etmişdilər.  
Hakim  ideologiyaya  xidmət  ruhunda  yazılmış  əsərlər  əslində  yalnız  təbliğat 
vasitəsi olaraq qalırdı, bədii səviyyə məsələsində hər iki ayaqdan axsayırdı. Ona görə 
də onların ömrü uzun olmadı, klassikliyə iddia etdikləri halda, öz populyarlığını heç 
yarım  əsr  ərzində  də  qoruyub  saxlaya  bilmədi.  Rəhbərin  zövqü  etalon  kimi  qəbul 
edildiyindən, bu, ədəbiyyata, incəsənətə “ayı xidməti” göstərildi. Belə əsərlər az sonra 
makulatura  xarakteri  daşıdı,  dram  və  musiqi  əsərləri  səhnə  üzünə  həsrət  qaldı,  bir 
günlük  kəpənəklər  kimi  qısa  ömürlə  kifayətlənməli  oldular.  Vaxtilə  Stalin    və  ya 
Dövlət mükafatları laureatı adına layiq görünən müəlliflər indi heç ortabab yazıçıların 
siyahısına da düşə bilmirlər.  


189 
 
Tarixçilərin fikrinə görə, dəniz qədim yunan üçün yaşayış və düşüncə tərzinin, 
elmi və praktiki biliklərin sınaq mərkəzi idi. Dəniz yunanların tarlası, zəmisi, həm də 
özünü təsdiq etmə meydanı idi. Bilikləri mənimsəməklə yanaşı yunan həm də təbiətin 
uşağı  olaraq  qalmalı  idi.  Yunan  mədəniyyəti  üçün  inkişaf  etmiş  təbiət  hissi,  onun 
mütənasibliyi  və  təbii  harmoniyası  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Totalitar 
cəmiyyətlərdə  isə  qan  dənizi  qorxu  mənbəyinə,  onu  əsaslandırmaq  tədqiqatına 
çevrilir. Dövlətin etibarını və inamını qazanmaq üçün mədəniyyət xadimləri qatilləri 
vəsf etmək yolunu tutur. Malik olduqları az-çox ilhamlarını buna həsr edirlər. Onlarda 
adətən  yaşamağı  davam  etdirmək,  özü  də  maddi  cəhətdən  təmin  olunmuş  şəkildəki 
həyata  nail  olmaq  hissi  aparıcı  rol  oynamaqla,  həyatın  mənasından  üstün  hesab 
edilirdi. Belə münasibət isə çoxlarını gələcək unudulmaya, bəlkə də lənət uçurumuna 
aparırdı.  Qədim  Roma  tarixinin  görkəmli  şəxsiyyətlərindən  biri  olan  Qay  Qrakx 
demişdi ki, “Gənclərin köməyi ilə nəciblər bir-birini qıracaqlar”. Bu sözləri dəyişərək 
demək olar ki, ənamın köməyi ilə  mədəniyyət xadimləri bir-birlərini dövlətin  əli ilə 
qırmaqdan həzz alırdılar. Bu da, onların özlərinin təsvir etməyə qadir olmadıqları ən 
böyük faciə idi.  
 
Epiloq və ya sərt müəllimdən öyrənmək ehtiyacı 
 
Ötən  minilliklər,  əsrlər  insana  çox  şeyi  öyrədir,  bu  şərtlə  ki,  adamların 
öyrənməyə  həvəsi  və  ehtiyacı  olsun.  Tarix  heç  kəsi  ona  maraq  göstərməyə  məcbur 
etmir,  bu  məsələdə  azacıq  yanğı  hiss  edənlər,  istənilən  an  həmin  bulağın  gözünə 
dodaqlarını  söykəyib,  onun  təmiz  və  şirin  suyundan  yararlana  bilər.  Tarixdən 
öyrənmək  istəməyənləri  isə  o,  sərt  bir  müəllim  kimi  cəzalandırır.  Ona  görə  də 
ləyaqətlər və qüsurlar daşıyıcılarına nüfuz etdikcə, biz onlar arasındakı fərqləri təhlil 
etməyi  və  bundan  nəticə  çıxarmağı  bacarmalıyıq.  Yaxşı  olan  nədirsə,  ona  can 
atmalıyıq, pis olandan uzaqlaşmalı, onu məhkum etməklə, yayılmasına bacardığımız 
qədər, imkanımız çərçivəsində müqavimət göstərməliyik. Belə olan halda, nöqsanlar 
xeyli  azalardı,  böyük  Çin  mütəfəkkirinin  dediyi  kimi,  hər  bir  adam  cəmiyyətdə  öz 
qabiliyyətinə  uyğun  olaraq  yer  tutardı.  Bu  yer  istedadlı  adamlar  üçün  xüsusən 
vacibdir,  axı  oda  qida  lazımdır.  İstedadsızlar  isə  iri  balıqlar  toru  deşib  çıxan  kimi, 
bütün bəndləri adlayıb, özlərinə müvafiq və sərfəli olan yer tapa bilirlər.  
İnsanlar  bir  qayda  olaraq  taleyin  böyük  və  ardıcıl  zərbələrinə  dözməli  olur. 
Makiavelli taleyi daşıb, çölləri basan, ağacları yıxan coşqun çaya bənzədirdi. Bu çay 
insanları da öz axınına salıb, onlar üzərində istənilən təcrübə apara bilir. Ona görə də 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə