Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə90/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   86   87   88   89   90   91   92   93   ...   97

193 
 
qaydalara tabe olur. Beləliklə, şahmat partiyasında döyüşün nəticəsini ağılın rəqabətə 
davamlılığı həll edir. 
Şahmat  oyunun  böhran  vəziyyətlərində  oyunçudan  emosiyalara  nəzarət 
edilməsi  tələb  olunur.  Şahmat  partiyası  vaxtı  oyunçu  olduqca  ağır  emosiya  yükünə 
məruz qalır, bu yükün təzyiqi bəzən saatlarla davam edir. Öz daxili gərginliyi ilə və 
özü ilə bacarmaq, arzu olunan nəticəni əldə etmək şahmatçının ən birinci və başlıca 
vəzifəsinə çevrilir. 
Şahmat  intellektual  oyunlar  arasında  xüsusi  yer  tutur.  Qədim  Çində  icad 
edilmiş,  Yaponiyada  isə  daha  geniş  yayılmış  qo  oyunu  ilə  onu  bir  qədər  müqayisə 
etmək  olar.  Lakin  qo  oyunu  da  dama  kimi  “qaniçən”  oyundur,  burada  rəqabətin 
qələbə ilə başa çatması üçün rəqibin fişkaları eynilə damada olduğu kimi bütünlüklə 
məhv  edilməlidir.  Şahmatda  isə  qələbə  üçün  bütün  ordunun  hökmən  məhv  edilməsi 
tələb olunmur, qələbənin başlıca şərti şahın əsir götürülməsidir. Hələ fiqurların nəinki 
hamısı,  heç  xeyli  hissəsi  də  məhv  edilməmişdən  şahmatın  fars  dilindəki  mənasını 
bildirən  “şah  öldü”  fazacında  oyun  başa  çatır.  Digər  tərəfdən  qo  oyunun  və  ya 
damanın,  istər  bu100-xanalı,  yaxud  da  rus  daması  olsun,  dünyada  yayılmasını 
şahmatın  əhatə  miqyası  ilə  heç  cür  müqayisə  etmək  olmaz.  Qo  və  ya  dama  üzrə 
məşhur  oyunçuları  yalnız  onların  azarkeşləri  və  mütəxəssislər  tanıyırlar,  görkəmli 
şahmatçılar  isə  populyarlıqda  bəlkə  az  sayda  futbolçulara  və  ya  boksçulara  uduza 
bilərlər.  Şekspirin  Kleopatra  barədə  dediyi  «Age  cannot  wither  her»  -  «Onun 
gözəlliyini zaman soldura bilmir» sözlərini şahmata da aid etmək olar. Şahlar ölsə də, 
heç kəs şahmatın nə vaxtsa öləcəyini ağlına belə gətirmir.  
Şahmatdakı  hökmdarın  ölməsi  isə  onun  tələyə  düşməsi  ilə  baş  verir.  Persiya 
çarı  III  Daranın  ölümü  üçün  bütün  ordunun  məhv  edilməsi  vacib  olduğu  halda, 
şahmatdakı  çar  bəzən  ordunun  gözü  qarşısında  öz  sonluğunu  tapmalı  olur. 
Makedoniyalı  Aleksandr  da  həyatdan  gedəndə,  bəzi  itkilərinə  baxmayaraq,  ordusu 
heybətli  bir  qüvvə  kimi  qalırdı.  Şahmatdakı  hökmdar  isə  ya  rəqibin  qurduğu  tələyə 
düşəndə, yaxud da onun taleyini həll edən oyunçunun kobud səhvinə görə vaxtından 
xeyli  əvvəl  müdafiəsiz  qaldığından  öz  səltənəti  sayılan  taxtanı  guya  ki,  tərk  etmiş 
kimi  olur.  Burada  həyatda  olduğu  kimi,  təbiətin  deyil,  mübarizənin  hökmü,  son 
akkordu öz işini görmüş olur.  
Şahmat olduqca qədim oyundur, V əsrdən gec olmayaraq, güman edildiyi kimi, 
Hindistanda meydana gəlmişdir. Bəzi tarixçilər onun yaranma dövrünü VI əsr hesab 
edirlər. Həmin ölkədə ona çaturanqa deyirdilər, bu da «çatur»  - «dörd» və «anqa»  - 
«dəstə»  sözlərinin  birləşməsindən  ibarət  idi.  Həmin  oyun  sonralar  çox  inkişaf  edən 
şahmatın  rüşeymi  idi.  Bu  oyun  Hindistandan  Persiyaya,  oradan  isə  Persiya 


194 
 
imperiyasını  işğal  edən  müsəlman  ərəblərə  keçmişdi.  Müsəlmanlar  İspaniyanı  işğal 
etdikdə, oyun bu ölkəyə gətirilmiş, oradan isə əsasən Avropanın qərbinə, bizanslılar 
vasitəsilə  isə  qitənin  digər  hissələrinə  yayılmışdır.  «Min  bir  gecə»  nağıllarının  daha 
çox  məşhurlaşdırdığı VIII əsrin sonu, IX əsrin  əvvəllərində islam xəlifəsi Harun ər-
Rəşid Avropadakı Qərbin imperatoru Böyük Karla hədiyyə kimi şahmat göndərmişdi.  
Şahmat  sonralar  bütün  dünyanı  dolaşsa  da,  məhz  Şərqdə  yaranmışdı.  Onun  bir  çox 
dillərdəki  «şahmat»  adı  fars  sözü  kimi  «hökmdar»  mənasını  verən  «şah»  və  «ölü» 
mənasını verən «mat» ifadələrindən yaranmışdır. Bu oyun intellektual əyləncəyə aid 
olduğundan,  yuxarı  siniflər  arasında  geniş  yayılmışdı,  ona  görə  də  onu  həm  də  şah 
oyunu adlandırırlar.  
Şahmat  öz  başlanğıcını  Hindistandan,  bəzi  mülahizələrə  görə  isə  Çindən 
götürür. Onun qədim formaları mövcud  olmuş, bu formalardan  Çin, Koreya, yapon, 
Malay  və  Birma  şahmatları  kimi  geniş  müxtəlif  variantlar  meydana  gəlmişdir. 
Avropada yayıldıqdan xeyli sonra bu oyun həmçinin öz himayəçisi olan ilahəyə və ya 
şahmat  muzası  olan  Kaissaya  yiyələnənmişdir.  Hər  şeydə  dəqiqlik  axtaranlar  qoy 
tarixə elmin və incəsənətin himayəçiləri kimi məlum olan doqquz muza arasında onu 
axtarmasınlar.  Bu  ilahənin  və  ya  muzanın  adı  ilk  dəfə  1763-cü  ildə  ingilis  şairi  ser 
Uilyam Consun şeirində səslənmişdir.  
Şahmat  iki  oyunçu  arasında  oynanılan  oyundur.  Onlar  bu  vaxt  şahmat 
taxtasından  və  fiqurlardan  istifadə  edirlər.  Hər  oyunçu  müəyyən  olunmuş 
məhdudiyyətlər  daxilində  və  pozulmaz  qaydalara  uyğun  olaraq  fiqur  tipini  hərəkət 
etdirməklə, rəqibin ən mühüm fiquru olan şahı elə vəziyyətə salmaq istəyir ki, orada 
məhz əsir düşməkdən, mat olmaqdan qaçmaq heç cür mümkün deyildir.  
Şahmat taxtası üzərindəki mübarizə müharibə logistikasına və davranılşalarına 
bənzəyir.  Şahmatın  hücum  və  mübarizə  fiqurları  rəqib  şahı  mühasirəyə  salmaq 
məqsədini  güdür.  Buna  baxmayaraq,  oyun  çox  vaxt  məhdud  müharibə  gedişlərini 
nümayiş  etdirir.  Ziqmund  Freydin  təbiri  ilə  deyilsə,  bunun  sublimasiyası  aqressiv 
impulsdan  ibarətdir.  Daha  çox  isə  oyun,  onun  sehrliliyi  hind  simvolizmini  və  digər 
alleqoriya elementlərini daşıyır.  
Şahmat  taxtası  səkkiz  üfüqi  və  şaquli  xətdəki  64  kvadrat  xanadan  ibarətdir. 
Onlar növbəli qaydada ağ və qara rəngdə olurlar. Müqayisə üçün qeyd etmək lazımdır 
ki,  qo  taxtasında  19  şaquli  və  19  üfüqi  xətdə  361  xana,  damada  100  xana,  rus 
damasında  isə  64  xana  vardır.  Şahmatda  şaquli  sıralar  xətt  adlanmaqla,  bütün  taxta 
boyu ötüb keçən, eyni rəngdə olan diaqonalları əmələ gətirir. Oyunçular və ya rəqiblər 
oyuna  hansı  rəngdə  başlamasından  asılı  olaraq  «ağlar»  və  «qaralar»  adlanırlar. 
Oyunçular bir-birilə üz-üzə oturduğundan, hər bir oyunçu öz sağ qolu altında ağ künc 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə