Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə86/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   82   83   84   85   86   87   88   89   ...   97

184 
 
       Lakin  Xruşşov  daha  çox  özünün  səfeh  siyasəti  və  davranışı  ilə  xatırlanır.  O, 
dövləti  idarə  etməyi  mindiyi  atı  çapmaq  hesab  etdiyindən  voyuntarizmi, 
subyektivizmi  ilə  fərqlənirdi.  Rusiyanı,  əsasən  soyuq  iqliminə  baxmayaraq,  bütöv 
qarğıdalı  tarlasına  çevirmək  istəyirdi,  BMT  Ali  Məclisində  çıxış  edərkən, 
ayaqqabısını çıxarıb tribunaya döymüşdü, Kuba böhranında dünyanı az  qala Üçüncü 
Dünya müharibəsinə sövq etmişdi. Xarici ölkələrə aylarla davam edən turist, əyləncə 
səfərinə çıxırdı. 1963-1964-cü illərin qışında müharibədən sonra ilk dəfə olaraq xalqı 
yenidən yarımaclıqla üzləşməyə gətirib çıxarmışdı. 
   Xruşşov  hakimiyyətə  gələndən  azacıq  sonra  Krımı  RSFSR  ərazisindən  çıxarıb, 
Ukraynaya  bağışlamaqla,  60  il  sonra  Rusiya  ilə  Ukrayna  arasında  baş  verən  böyük 
münaqişənin əslində binövrəsini qoymuşdu.Onun bu “əliaçıqlığı” da səbəbsiz deyildi, 
özünün  Ukraynaya  rəhbərlik  edərkən  repressiyalara  canfəşanlıqla  rəvac  verməsinin 
xatırlanmaması naminə ukraynalılara verilən rüşvət xarakteri daşıyırdı. 
    Xruşşovun  ölkəyə  başçılıq  etdiyi  dövrün  ən  iyrənc  səhifələrindən  biri 
Novoçerkassk  etiraz  nümayişini  yatırtmaq  üçün  kütləni  cüllələtməsi  idi.  Bu  vaxt 
ölkəni  ərzaq  böhranı  bürümüşdü,  əhalinin  ərzaq  təchizatında  fasilələr  meydana 
gəlirdi.  1962-ci  ilin  mayında  belə  bir  şəraitdə  sonrakı  ayın  1-dən  ətin,  ət 
məhsullarının,  yağın  qiymətinin  az  qala  üçdə  bir  dəfə  bahalanmasi  barədə  qərar 
verildi və həyasızcasına bunun “zəhmətkeşlərin xahişləri” əsasında edildiyi bildirildi. 
    1-2  iyun  1962-ci  ildə  Rostov  vilayətindəki  Novoçerkassk  elektrovoz  zavodunun 
fəhlələri  və  şəhərin  digər  sakinləri  ağır  sosial  şəraitə  görə  tətil  etdilər.  Xruşşovun 
birbaşa göstərişi ilə nümayiş edən kütləyə atəş açılmaqla tətilə son qoyulduğundan, bu 
hadisə  Novoçerkassk  güllələnməsi  adlanır.  Rəsmi  məlumata  görə  26  tətilçi  həlak 
olmuş,  87  nəfər  isə  yaralanmışdı.  İyunun  1-dən  2-nə  keçən  gecə  şəhərə  tanklar  və 
əsgərlər girmişdi. Məhz həmin əsgərlər şəhər icraiyyə komitəsinin binasının yanında 
nümayişçilərə atəş açdılar. Şəhər sakinləri ət əvəzinə bolluca güllə zərbəsi aldılar. 
   Xruşşov narazılıqları zor tətbiq etməklə yatırtmağın təcrübəli ustası kimi Mikoyanı 
digər rəhbər xadimlərlə birlikdə Novoçerkasska göndəmişdi. Təcrübə bu dəfə də onun 
köməyinə  gəldi.  Lakin  sonralar  o,  günahı  artıq  həyatda  olmayan  Mərkəzi  Komitə 
katibi Frol Kozlovun üstünə yıxmışdı. 1990-cı illərdə bu məsələ ilə əlaqədar Xruşşov, 
Mikoyan və Kozlov barəsində cinayət işi qaldırılmış, hər üçü artıq ölü olduğuna görə 
işə xitam verilmişdi. 
     Xruşşov  isə  həmin  dəhşətli  hadisəyə  məhəl  qoymayaraq,  devrilənə  qədər  xalqı 
aclıqdan  xilas  etmək  barədə  yeni  ideyalarından  dəm  vururdu,  bunlardan  biri 
qarğıdalının  bütün  ölkə  ərazisində  becərilməsi  barədəki  sərsəm  fikir  idi.  O,  güman 


185 
 
edirdi  ki,  xalqı  ərzaq  əvəzinə  xülyalarla  da  qidalandırmaq  olar.  Eksperimentlər  isə 
ölkəyə olduqca baha başa gəlirdi.   
    Əlbəttə, 1937-38-ci illərin repressiyayaları sovet xalqına daha ağır zərbə vurmuşdu. 
Yuxarı  eşelondakı  repressiyalar  hakimiyyət  uğrundakı  mübarizənin  əks-sədası 
olmaqla yanaşı, bütünlüklə əsassız da deyildi. Uinston Çörçill özünün “İkinci Dünya 
müharibəsi” adlı altıcildlik fundamental əsərində o vaxtlar SSRİ-də hərbi müxalifətin 
mövcudluğunu və Stalinin onu dəf etdiyini yazır. Çoxlu hərbi xadimlər məhv edildi, 
lakin  müharibə  ərəfəsində  olan  ölkə  üçün  hərbi  müxalifətin  heç  də  kiçik  təhlükə 
olmadığı da böyük bir sirr deyildir. Hətta Stalindən narazı olan böyük rus sərkərdəsi 
G.M.Jukov  da  özünün  “Düşüncələr  və  xatirələr”  adlı  dərin  tədqiqat  əsəri  sayılan 
kitabında  həmin  illərdə  generallara  və  marşallara  qarşı  olan  repressiya  məsələsinə 
toxunmur,  arbitr  rolunda  çıxış  etməmək  üçün  bu  məsələnin  üstündən  keçir.  O,  bu 
hadisələrin canlı şahidi olmaqla, nə baş verdiyindən yaxşı hali idi. Lakin repressiyanın 
qurbanlarının  nəslindən  olanlar,  bu  ağır  itkilərinə  görə  Stalini  bağışlamaq  fikrindən 
çox uzaqdırlar. 
Stalin  sağlığında  ölümündən  sonra  ona  necə  çox  sayda  ittihamlar 
yağdırılacağını  bilirdi.  V.  M.  Molotov  yazıçı  Feliks  Çuyevlə  söhbətində  bildirmişdi 
ki,  “Yadıma  düşür  ki,  Stalin  özü  müharibə  dövründə  demişdi:  “Mən  bilirəm, 
ölümümdən sonra mənim qəbrimin üstünə zibil topası tökəcəklər. Lakin zaman küləyi 
onu amansızcasına sovurub yoxa çıxaracaqdır.” Yazıçı isə bunu “Molotovla yüz qırx 
söhbət”  kitabında  qələmə  almışdır.  Əcnəbi  dövlət  xadiminin  “müasir  avtomat 
təsəvvürünə  uyğun  gələn  bəşər  məxluqu  hesab  etdiyi  ”  Molotov  yəqin  ki,  öz 
obyektivliyinə  bu  dəfə  də  xilaf  çıxmamışdı.  Stalinin  öncəgörməsi  düz  cıxsa  da, 
ideyası    tam  həyata  keçmədi,  küləyin  zibil  qalağını  yoxa  çıxaracağı  barədəki  ümidi 
puç oldu. Qəbri üzərinə tökülən zibil topası, sağlığında Pamirdə öz adı ilə adlanan pik 
hündürlüyündə olduğundan, onu dağıtmaq üçün adi külək deyil, nəhəng siyasi və ya 
sosial  kataklizm  lazımdır,  lakin  onun  hansısa  bir  vaxt  mövcud  olacağı  ehtimalı  da 
hələlik sıfra bərabərdir. 
Stalinə  ölkəsində  yazılan  odaların  sayı-  hesabı  yox  idi  və  bunlar  da  əsasən 
məddahlıqdan  başqa  bir  şey  deyildi.  Lakin  ona,  əks  cəbhədən  olanlar  da  çox  xoş 
sözlər  ünvanlayırdılar.  Çörçill  Tehrandakı  (noyabr  1943-cü  il)  və  Yaltadakı  (fevral 
1945-ci  il)  konfranslar  vaxtı  verilən  ziyafətlərdə  onun  haqqında  çox  tərifli  sözlər 
söyləmişdi: “Mən səhər yuxudan qalxanda dua edirəm ki, Stalin yaşayır, salamatdır. 
Yalnız Stalin dünyanı xilas edə bilər.” 1959-cu ildə Stalinin ölümündən altı il sonra, 
onun  80  illik  yubileyi  münasibətilə  Britaniya  parlamentində  çıxış  edərkən  demişdi: 
“Rusiya  üçün  böyük  xoşbəxtlik  onda  idi  ki,  ağır  sınaq  illərində  ölkəyə  dahi  və... 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə