Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə87/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   83   84   85   86   87   88   89   90   ...   97

186 
 
sərkərdə Stalin başçılıq etmişdi. O, ən görkəmli şəxsiyyət idi.” Doğrudan da müharibə 
illərində o, təkcə sərkərdəlik etmirdi, həm də vuruşan və dəhşətlərlə üzləşən ölkəyə, 
xalqa  rəhbərlik  edirdi.  Belə  sınaq  anında  çoxları  qorxudan  titrəyir,  qaçıb  gizlənmək 
istəyir,  yalnız  böyük  iradə  sahibləri  qartal  kimi  qanad  açıb  səmaya  pərvazlanmaq 
cəsarəti tapır.   
Repressiyalara  tam  əks  mövqedə  olanlar  da  yox  deyildi.  Hətta  üç  on  illik 
keçəndən  sonra  həmin  tufanın  yenidən  başlanacağına  ümid  bəsləyənlər  də  var  idi. 
Onlar əsasən vaxtilə repressiya maşınında alət kimi çıxış edənlər idi, öz donosları ilə 
onun bəhrəsinin çoxalmasına kömək göstərmiş cılız məxluqlar idi. Məlum olmuşdur 
ki, təkcə Moskvadakı mərkəzi orqanlara çuğulçuların siqnalı şəklində 4 milyon ərizə 
daxil  olmuşdu.  Respublika,  vilayət  orqanlarına  göndərilən  böhtan  dolu  ərizələr  də 
əlavə olunsa, bu rəqəm dəfələrlə arta bilər.  
Əslində inkvizisiyaya xidmət edən bu adamlar sonralar nəinki məsuliyyətə cəlb 
olunmadı, bəziləri  hətta daha  da  məşhurlaşdı. Onlar  adi  peşmançılıq  hisslərindən də 
çox  uzaq  idilər.  Repressiya  illərində  bu  prosesə  canfəşanləqla  xidmət  edən  20  min 
çekist vəzifədən sui-istifadə ittihamı ilə güllələndiyi halda, donosçular barədə elə bir 
gözə çarpan tədbir görülməmişdi. Çuğulçuların övladları məsələ sərt şəkil alanda, öz 
atalarının  da  məhz  sistemin  qurbanları  olması  barədəki  xilas  kəmərindən  istifadə 
etməyə üstünlük verirlər. Bəzi donosçular isə keçmiş zəmanənin reliktləri olsalar da, 
çoxları  kimi  ilbiz  qınına  çəkilməyib,  öz  həyasız  təbiətlərindən  uzaqlaşmırdılar. 
Onların bir eybəcər nüsxəsi ilə təsadüfən rastlaşmışdım.  
Cavan  vaxtı  Mil  düzündəki  əyalətdə  rayon  partiya  komitəsinin  ikinci  katibi 
işləyərkən bir payız səhəri Araz çayının kənarındakı kəndə getmişdim. Kolxoz sədri 
ilə  birlikdə  pambıq  qurutma  meydançasına  gəldik.  Kolxozçular  pambığı  qarğıdan 
tikilmiş damdın çıxarıb qurutmaq üçün asfalt meydançaya sərirdilər. Onlarla görüşüb 
bir  qədər  söhbət  etdik,  maşina  yaxınlaşanda  bir  kolxozçu  sədrə  nəsə  söz  demək 
istəyib, onu kənara çəkdi. Bu vaxt tanımadığım arıq bədənli bir qoca kişi yaxınlaşıb 
mənimlə ərkyana qaydada görüşdü. Sonra əlini kolxoz sədrinə tərəf uzadıb: “Gör nə 
xoruzlanır! Ancaq məndən qorxur. Çünki atasını 37-də balıqlara yem elətdirmişdim”. 
Qoca  heç  nə  anlamadığımı  görüb,  əlavə  etdi:  “Atasını  gedər-gəlməzə  göndərdim, 
yazdım  ki,  İrana  casusluq  edir.  Adi  kolxozçu  idi,  ancaq  qonşu  kimi  ondan  xoşum 
gəlmirdi. Bu sədr o vaxt hələ anasının qarnında idi, dünyaya yetim kimi gəldi. Anası 
sonra başqa ərə getdi”.  
     Kolxoz  sədri,  sadə,  təvazökar  adam  olmaqla,  əksər  həmkarlarından  fərqlənirdi. 
Həm  də  körpəliyindən  atasız  olduğundan  yetimlik  də  onun  şüuruna  öz  fağırlıq 
ütüsünü  çəkibmiş.  Ona  görə  də  qocaya  bildirdim  ki,  sədrə  böhtan  atsan  da  xeyri 


187 
 
olmayacaq,  artıq  sənin  düşündüyün  zaman  deyildir,  indi  mizantropların  işi  yaxşı 
getmir.  Bu  sözləri  eşidən  kimi  o,  sakitcə  uzaqlaşıb  getdi.  Sonra  həmin  qoca  kişi  bu 
dəfə  də  kolxoz  sədrinə  şikayətlənirmiş  ki,  guya  mən  onu  heyvan  adlandırmışam. 
“Mizantrop” sözünü yırtıcı heyvan növü kimi başa düşübmüş.  
     1937-38-ci illərdə ölkənin hər yerində çuğulçular (donosçular) zümrəsi yaranmışdı. 
Rusiyada  göbələk  avqustda  meydana  gəldiyi  kimi,  onlar  da  həmin  qadalı  illərdə 
münbit mühit tapmışdılar. Onlar böhtan yolu ilə istənilən adamı bədbəxt, hətta məhv 
edə bilərmişlər. Hər yaşayış məntəqəsinin belə donosçuları var imiş və hamı onlardan 
çəkinirmiş. İndiki professional amerikan boksçuları kimi onlara ləqəb də qoyularmış.  
Mənim  tanış  olduğuma  bənzər  nüsxələr  həmin  mənfur  qaydaların  yenə  də 
qayıdacağına  çox  ümid  bəsləyirdilər  və  güman  edirdilər  ki,  qoca  vaxtlarında  da 
köhlən atın belində vüqarla gəzəcəklər. Arzu ahıl yaşa baxmır. Axı 94 yaşlı Venetsiya 
doju Enriko Dandolo da səlibçiləri aldadaraq, onların yürüş istiqamətini dəyişdirmiş, 
öz  şəhərinin  ticarətdə  böyük  rəqibi  olan  Konstantinopolu    səlibçilərin  köməyi  ilə 
1204-cü  ildə  tutub,  şəhəri  qarət  etmişdi.  Burada  o,  Latın  dövləti  yaratmışdı.  İşğal 
etdiyi şəhərdə at belində məğrurcasına gəzərkən, yıxılıb budunu sındırmış və 1205-ci 
ildə Konstantinopolda da ölmüşdü.  
Misal  çəkilən  primitiv  adamlar  repressiya  üçün  yanacaq  rolunu  oynasalar  da, 
elə  bir  əhəmiyyətli  fiqur  deyildilər.  Təəssüf  ki,  özünü  ədəbiyyat  nəhəngləri  hesab 
edənlər  də  bu  biabırçı  işə  öz  “töhfələrini”  verməkdən  qalmırdılar.  Onlar  böhtan 
atmaqla  qələm  dostlarından  rəqib  saydıqlarını  sıradan  çıxarırdılar.  Milli 
respublikalarda  bu  biabırçı  praktika  daha  geniş  yayılmışdı.  Bəzən  yazıcılar 
repressiyanın  güclənməsi  üçün  ideoloji  dayaq  rolunu  oynayırdılar.  Bəlkə  də  böyük 
proletar yazıçısı Maksim Qorki öz şəxsi düşmənlərinə heç bir xətər toxundurmamışdı 
və ya onlara, ümumiyyətlə, heç malik də deyildi, nə olsun ki, Mayakovski onun Kapri 
adasında yaşamasını da lağa qoyan şeir yazmışdı, baxmayaraq ki, vərəm xəstəsi olan 
Qorki əsasən müalicə məqsədilə İtaliyanın bu isti və gözəl guşəsini seçmişdi. Lakin 
Maksim  Qorkinin  “Kim  təslim  olmursa,  onu  məhv  edirlər”  sözləri  repressiya 
dalğasının  genişlənməsi  üçün  haray,  çağırış  rolunu  oynadı.  Bu  kəlmə  minlərlə 
günahsız adamı Qolqofaya aparan yola daş döşədi.  
Repressiyalar  həm  də  görünməmiş  qorxu,  xof  hissi  yaradırdı,  əslindı  mənəvi 
terror xarakteri daşıyırdı. Bunlar isə öz növbəsində yaltaqlığı, təzim qılmağı, köləlik 
xüsusiyyətlərini qidalandırırdı. Axı həqiqi məhəbbət qorxu ilə bir yerdə yaşaya bilmir. 
Stalinə  ifrat  təriflə  dolu  əsərlər  yazılırdı,  bəzən  şairlər  onu  əsl  bütə  çevirməyə  cəhd 
edirdilər.  Rus  yazıçısı  Leonid  Leonov  qriqorian  təqvimindən  imtina  edib,  tarixi 
İisusun deyil, Stalinin anadan olduğu ildən başlamağı təklif edirdi. Bəzi Siyasi Büro 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə