Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə211/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   206   207   208   209   210   211   212   213   214

Telman Huseynov 

 

566



NJ N R NQ – müəssisə və firmalara bağlanmış kontrakt əsasın-

da istehsal, kommersiya və elmi-texniki mahiyyət daşıyan mühəndis-

məsləhət xidmətlərinin təklif edilməsidir. 

STEHSAL  EHT YATLARI  –  dövriyyə  fondlarının  üç  tərkib 

hissəsindən biri olub istehsalın fasiləsizliyini və ahəngdarlığını təmin 

etmək  məqsədilə  yaradılır;  onun  cari,  hazırlıq,  sığorta,  mövsümi  və 

nəqliyyat ehtiyatlar kimi növləri vardır. 



STEHSALDAX L  EHT YATLAR – müəssisə və firmalarda is-

tehsal potensialından daha səmərəli istifadə etməklə məhsul istehsalının 

həcminin  artırılması, maya dəyərinin  azaldılması,  əmək məhsuldarlığı-

nın  yüksəldilməsi  məhsulun  keyfiyyətinin  yaxşılaşdırılması  üzrə  ger-

çəkləşdirilməsi  mümkün  olan  texniki-təşkilati  imkanlardır;  o,  elmi-

texniki tərəqqinin fasiləsizliyi səbəbindən tükənməzdir. 



STEHSAL PROSES  – əsas, köməkçi və xidmətedici və habelə 

təbii  əməliyyatların  məcmusu  olub,  onların  qarşılıqlı  əlaqə  və  təsiri 

vasitəsilə xammal və ya materialın hazır məhsula çevrilməsi texnolo-

giyasıdır.  



STEHSAL TS KL  – xammal və ya materialın istehsal prosesi-

nin  ilk  əməliyyatına  daxil  olduğu  andan  hazır  məhsulun  istehsalının 

tamamlanmasına qədər davam edən təqvim vaxt intervalıdır. 

STEHSAL  GÜCÜ  – elm və texnikanın ən  yeni naliyyətlərinin 

tətbiqi,  istehsalın  və  əməyin  təkmilləşdirilməsi  əsasında,  əsas  fond-

lardan tam istifadə etməklə müəssisənin il (rüb, ay) ərzində optimal 

nomenklatura və çeşiddə maksimum məhsul buraxmaq imkanıdır.  



STEHSAL  HEYƏ  –  istehsalda  icra  etdikləri  funksiyalarının 

xarakterinə görə fəhlə, mühəndis-texniki işçi, qulluqçu, kiçik xidmətçi, 

şagird və mühafizəçiləri özündə birləşdirən əsas fəaliyyət heyyətidir.  

STEHSAL  VƏ  SATIŞ  XƏRCLƏ  –  məhsulun  istehsalı  və 

satışına  əmək  və  maddi  resurslardan  –  xammal,  material,  yanacaq, 

enerji, əsas fondlardan – məsrəflərin məcmusudur. 

STEHSAL  NFRASTRUKTURU – bilavasitə maddi istehsala 

xidmət sferalları – nəqliyyat, rabitə, anbar təsərrüfatı, maddi-texniki 

təchizat, və s. - istehsal infrastrukturu hesab olunurlar. 

STEHSALDAN KƏNAR XƏRCLƏR – istehsal olunmuş məh-

sulların  satışı  ilə  əlaqədar  xərclər;  onu  istehsal  maya  dəyərinə  əlavə 

etməklə məhsulun tam maya dəyəri göstəricisi müəyyən olunur. 



“Firmanın iqtisadiyyatı”na dair məfhum və anlayışların izahlı lüğəti 

 

567





 KALKULYAS YA – konkret olaraq bir və  ya bir partiya məh-

sulun istehsalı və satışına, həmçinin iş və xidmətlərin göstərilməsinə 

ayrı-ayrı xərc maddələri üzrə maya dəyərinin hesablanmasıdır. 

KAP TAL – mənfəət əldə etmək məqsədi ilə istehsal amillərinin 

alınmasına xərclənən pul vəsaitidir; kapital istehsalda istifadə olunan 

avadanlıq, dəzgah, qurğu, nəqliyyat və digər əsas fondların məcmu-

sudur.  


KAP TAL  QOYLUŞUNUN  ÖZÜNÜ  ÖDƏMƏ  MÜDDƏ – 

müəssiələrdə  istehsal  göcünün  yaradılmasına  və  ya  genişləndirilmə-

sinə uzun müddətli investisiyanın, bu istehsal gücləri ilə istehsal olu-

nan  məhsulların  satışından  alınan  mənfəət  hesabına  qaytarıldığı  za-

man kəsiyidir. 

KAP TALTUTUMULUQ  –  əsas  kapitalın  müvafiq  dövrdə  is-

tehsal olunmuş məhsula, ümumidaxili məhsula, milli gəlirə nisbətini 

səciyyələndirən göstəricidir. 

 KEYF YYƏT  SERT F KATI  –  əmtəənin  ekspetizadan  keçir-

məklə  səlahiyyətli  orqan  tərəfindən  onun  yararlığını  təsdiq  edən 

sənəddir (keyfiyyət sertifikatı, əmtəə sertifikatı). 



K Ç K MÜƏSS SƏLƏR – sənayedə – işçilərin sayı 40 nəfərdən, 

illik  dövriyyənin  həcmi  200  min  manatdan;  kənd  təsərrüfatında  – 

işçilərin  sayı  15  nəfərdən,  illik  dövriyyənin  həcmi  100  min  manat-

dan;  tikintində  –  işçilərin  sayı  40  nəfərdən,  illik  dövriyyənin  həcmi 

200 min manatdan; topdansatış ticarətdə – işçilərin sayı 10 nəfərdən, 

illik dövriyyənin həcmi 300 min manatdan; digər sahələrdə – işçilə-

rin sayı 5 nəfərdən, illik dövriyyənin həcmi 100 min manatdan yuxarı 

olmayan müəssisələrdir. 



KOMMERS YA  –  məqsədi  mənfəət  əldə  etmk  olan  ticarət  və 

satış fəaliyyəti üzrə sahibkarlıq növlərindən biridir. 



KOMMERS YA BANKI – müqavilə əsasında firma və müəssisə 

toplanmış  pul  kapitalı  və  əmanətlər  hesabına  bank  əməliyyatlarının 

aparılması və xidmət göstərilməsi ilə məşğul olan kredit təşkilatıdır. 

KOMAND T ORTAQLI (PAYÇI VƏ ŞƏR KL ) MÜƏSS SƏ – 

şərikin (şəriklərin) və payçı (payçıların) vəsaitləri əsasında formalaş-

dırılan, hər bir şərikin müəssisənin öhdəlik və borclarına görə özünün 

bütün əmlakı ilə, hər bir payçının isə  yalnız müəssisəyə verdiyi pay 




Telman Huseynov 

 

568



həddində  məsuliyyət  daşıyan,  məqsədi  isə  mənfəət  əldə  etmək  olan 

təsərrüfat subyekti və hüquqi şəxsdir. 



KOMB NƏLƏŞMƏ  –  xammalın  ardıcıl  emalı  mərhələlərinin, 

xammalın  kompleks  emalına  və  tullantılardan  istifadə  üzrə  müxtəlif 

istehsalların bir müəssisədə birləşdirilməsidir. 

KONSALT NQ – istehsalçı, satıcı, alıcı və vasitəçilərin maliyyə, 

xarici  iqtisadi  əlaqələr,  firmaların  yaradılması  və  qeydiyyatı,  əmtəə 

və  xidmət  bazarının  tədqiqi  və  proqnozlaşdırılması  və  habelə  inno-

vasiyaya fəaliyyətinə dair məsləhətvermə fəaliyyətidir.  



KONS QNAS YA – komissiyon şərtləri əsasında həyata keçirilən ti-

carət növüdür; lakin o, adi komisyon ticarətindən prinsipial şəkildə fərqlə-

nir – məhsulun (əmtəənin) qiymətini onu ixrac edən firma (konsiqant) de-

yil, onun satışını həyata keçirən xarici firma (konsiqnator) müəyyən edir. 



KONVERS YA  –  müəssisəni,  prinsip  etibarilə,  tamamilə  başqa 

bir məhsulun istehsalına yönəltmək, istiqamətləndirməkdir.  



KONTRAKT  –  iki  tərəf  arasında  müəyyən  şərtlər  əsasında 

müəyyən müddətə, birinin digəri qarşısında öhdəliklərini – məsələn, 

məhsul istehsal etmək, xidmətlər göstərmək və s. üzrə – təsdiq edən 

sənəddir, müqavilədir.  



KOOPERAT VLƏŞMƏ – müəyyən bir məhsulun birgə istehsa-

lı ilə məşğul olan müəssisələr arasındakı uzun müddətli birbaşa təsər-

rüfat əlaqəsidir.  

KÖMÜRÜK  RÜSUMU  –  milli  sərhəddən  keçirilən  məhsullara 

müəyyən olunmuş tarif dərəcələrinə müvafiq olaraq dövlət tərəfindən 

alınan vergidir. 

KRED T – qaytarılmaq və faiz ödəmək şərti ilə pul və ya əmtəə 

formasında  kreditorlar  tərəfindən  verilən  borcdur;  bunların  konkret 

təyinatlı  dövlət,  kommersiya,  veksel,  ipoteka,  kommunal,  kənd 

təsərrüfatı və beynəlxalq və s.kimi növləri vardır. 



KRED TOR – ssudanı fiziki və ya hüquqi şəxslərə təqdim edən 

və  debitordan  öhdəliklərinin  yerinə  yerinə  yetirilməsini  tələb  etmək 

hüququna malik fiziki və ya hüquqi şəxsdir. 

KRED TQAB L YYƏTL L K – borc alan fiziki və  ya hüquqi 

şəxslərdə  kreditin  alınması  və  qaytarılması  imkanlarının  olmasıdır; 

fiziki və ya hüquqi şəxsin kreditqabiliyyətliliyini onların iqtisadi və-

ziyyəti müəyyən edir. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə