Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə208/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   204   205   206   207   208   209   210   211   ...   214

“Firmanın iqtisadiyyatı”na dair məfhum və anlayışların izahlı lüğəti 

 

557



Ç 

ÇEŞ D    firma  və  müəssisələrin  istehsal  etdikləri  əmtəələrin 

növlərə,  tip-ölçülərə,  markalara,  artikullara  və  s.  əlamətlərə  görə 

ayrılması, təsnifatıdır.  

 



DEB TOR  –  müəssisə,  firma  və  təşkilatlara  pul  və  ya  əmlak 

borcu olan fiziki və ya hüquqi şəxslərdir.  

 DEB TOR BORCLARI  müəssisəyə fiziki və hüquqi şəxslərlə 

(debitorlarla)  birgə  təsərrüfat  əlaqələri  nəticəsində  yaranan  borcun 

məbləği. 

DEFS T (QƏHƏT) – nəzərdə tutulan, planlaşdırılan və ya zəruri 

olan  səviyyə  ilə  müqayisədə  vəsaitin,  resursun,  əmtəənin  çatışma-

ması; məsələn, büdcənin vəziyyəti baxımından, xərclərin gəlirlərdən 

çox olmasına kəsirli (defisit) büdcə deyilir. 



DƏYƏR  –  əmtəənin  qiymətini  xaraxterizə  edən  və  pulla  ifadə 

olunan göstərici, iqtisadi kateqoriyadır; Əmtəənin istehsalına çıkilən 

xərclə – maya dəyəri ilə – mənfəəti birlikdə özündə əks etdirən çox 

mühüm iqtisadi göstəricidir. 



D LER – birja əməliyyatlarını vasitəçi rolunda (brokerdən fərq-

li  olaraq)  deyil,  məhz  öz  şəxsi  hesabına  və  öz  adından  çıxış  edən, 

yəni  işə  öz  şəxsi  vəsaitini  (pulunu)  qoyan,  qiymətli  kağızların, 

valyutanın,  qiymətli  metalların  alqı-satqısını  müstəqil  həyata 

keçirən fond birjasının üzvü olan fiziki və ya hüquqi şəxsdir. 

D SKONT(D KONTLAŞDIRMA)  –  ingilis  sözü  olan  diskont 

«güzəşt», qiymətə güzəşt mənasına uyğundur; iqtisadi məhfum kimi 

o, qiymətli kağızın cari qiyməti ilə nominal qiyməti (üzərində qeyd 

olunan)  arasındakı  qiymət  fərqi  kimi  işlənir;  investisiya  layihələri-

nin iqtisadi səmərəliliyinin qiymətləndirilməsində isə diskontlaşdır-

ma  metodundan  istifadə  olunur:  layihəyə  illər  üzrə  xərclənən  pul 

axının  gələcək  illərdə  onun  reallaşdırılmasından  daxil  olacaq  pul 

axınının məzənnə fərqləri «ümumi məxrəc»ə gətirilir. 



D STR BYUTOR    istehsalçı  və  istehlakçı  arasında  vasitəçi 

kimi,  istehsalçı  müəssisələrdən  məhsulları  iri  partiyalarla  alaraq 

istehlakçılara,  yaxud  xırda  topdansatış  müəssisələrinə  satışını  təşkil 

edən fiziki və ya hüquqi şəxsdir.  




Telman Huseynov 

 

558



D V DEND    təsərrüfat  fəaliyyətinin  illik  nəticələrinə  görə 

müvafiq vergilər ödənildikdən sonra səhmdar cəmiyyətin səhm sa-

hiblərinə özünün mənfəətindən ödənişdir, onların gəliridir; isteh-

salın  genişləndirilməsinə,  ehtiyatların  normativ  səviyyəyə  çat-

dırılmasına,  istiqrazlar  üçün  faizlərin  ödənilməsinə  və  direk-

torların  mükafatlandırılmasına  ayırmalar:  bunlar  səhmdarların 

ümumi toplantısının qərarı ilə imüəyyən olunur və icra edilir. 

D VERS F KAS YA  –  əksər  hallarda  məhdud  növdə  məhsul 

istehsalına  əsaslanan  istehsal  qurluşundan  geniş  profilliyə  keçid; 

diversifikasiya  müəssisənin  ixtisaslaşma  istiqamətinə  uyğun  gəl-

məyən  və  ya  funksional  asılılığı  olmayan  başqa  müəssisələrin 

işinə  «müdaxiləsidir»;  bunun  nəticəsində  müəssisə  mürəkkəb 

istehsal quruluşlu kompleksə və ya konqlomerata çevrilir, özünün 

ixtisaslaşma istiqamətini az və ya çox dərəcədə itirir. 

DÖVLƏTS ZLƏŞD RMƏ  –  dövlət  mülkiyyətinin  özəlləşdiril-

məsi,  müəssisələrin  idarə  edilməsində  dövlətin  rol  və  funksiyasının 

maksimum  azaldılması,  dövlət  orqanlarının  bir  sıra  hüquqlarının 

müəssisələrə verilməsi, sahibkarlığın inkişaf etdirilməsinin dövlət tə-

rəfindən dəstəklənməsi prosesidir. 

DÖVR YYƏ  FONDLARI    istehsal  vasitələrinin  elə  hissəsidir 

ki  (xammal,  material,  yanacaq  və  s.),  onlar  bir  istehsal  tsiklində  ta-

mamilə  istehlak  olunur  və  bu  zaman  öz  dəyərlərini  istehsal  olunan 

məhsulun  üzərinə  bütünlükdə  keçirir  və  natural  formalarını  itirirlər; 

özlərinin  təyinatına,  yaradılma  zəruriliyini  müəyyən  edən  amillərin 

müxtəlifliyinə  görə  dövriyyə  fondları  istehsal  ehtiyatları,  bitməmiş 

istehsal və gələcək dövrün xərcləri adlanan tərkib hissələrinə ayrılır. 

DÖVR YYƏ  VƏSA TLƏ    dövriyyə  və  tədavül  fondları-

nın  yaradılması  üçün  təyinat  olan  və  bu  məqsədlərə  sərf  olunan 

pul vəsaitlərinin məcmusu müəssisənin dövriyyə vəsaitləri adlanır. 

 



EMBARQO  hər hansı əmtəənin (əmtəələrin) və habelə, valyu-

tanın əcnəbi ölkəyə (ölkələrə) gətirilməsinə dövlət tərəfindən qadağa 

qoyulmasıdır. 

ERQONOM KA  –  insanla  maşının  qarşılıqlı  təsirini  və  insanın 

maşina uyğunlaşma problemlərini tədqiq edən elm sahəsidir. 




“Firmanın iqtisadiyyatı”na dair məfhum və anlayışların izahlı lüğəti 

 

559



Ə

 

Ə

LAVƏ  XƏRCLƏR  –  istehsal  və  idarəetmə  üçün  təsərrüfat 

xidmətinə  çəkilən  əlavə  xərclər;  istehsal  üçün  əsas  xərclərə  əlavə 

olaraq, onunla bərabər məhsulun maya dəyərinə daxil edilir.  

Ə

LAVƏ  DƏYƏR  VERG S   (əslində,  «əlavə  edilmiş  dəyərdən 

vergi») – məhsulların istehsalı, işlərin görülməsi və xidmətlərin gös-

tərilməsi  prosesində  yaranan  və  bunların  reallaşmasından  yaranan 

dəyərin  bir  qisminin  müəyyən  vergi  dərəcəsi  ilə  büdcəyə  ayrılması 

formasıdır, dolayı yolnan ödənən vergi növlərindən biridir. 

Ə

LAVƏ MƏSUL YYƏTL  MÜƏSS SƏ  məhdud məsuliyyət-

li  müəssisədən  fərqli  olaraq,  onun  təsisçiləri  Nizamnamə  fonduna 

qoyduqları və onunla müəyyənləşdirilən və habelə təsisçilərin hamısı 

üçün  eyni  olan  misli  miqdarında  məsuliyyət  daşıyırlar;  təsisçilərdən 

biri  öz  payını  ödəyə  bilməzsə,  bu  halda,  həmin  pay  iştirakçılar 

arasında, onların paylarına uyğun nisbətdə bölünür. 

Ə

LAVƏ ED LM Ş DƏYƏR – müəssisə və firmaların təsərrüfat 

fəaliyyətinin mühüm həcm göstəricsi kimi ümumi məhsuldan, amorti-

zasiya ayırmaları istisna olmaqla, bütün maddi məsrəflərin çıxılması yo-

lu ilə müəyyən edilir; o, iqtisadi məzmununa görə «şərti-təmiz (xalis)» 

fərqlənmir,  çünki sonuncu da ümumi məhsulun maddi məsrəflərdən 

(amortizasiyadan başqa) «təmizlənməsi» yolu müəyyən edilir. 

Ə

MƏK  B RJASI    işsizlərin  işlə  və  iş  yerlərini  dəyişmək  is-

təyən şəxslərin yeni iş yerləri ilə təmin edilməsinə köməklik və vasi-

təçilik edən bazar növüdür; o, işsizləri və vakansiyalı iş yerlərini qey-

diyyata  alır  və  onlar  arasından  asılılığı  tənzimləmək  işini  həyata 

keçirir.  

Ə

MƏK MƏHSULDARLIĞI  konkret əmək növünün vaxt va-

hidi ərzində az və ya çox məhsul istehsal etmək qabiliyyətidir; müəs-

sisədə  əmək  məhsuldarlığının  hesablanması  a)  istehsal  olunmuş 

məhsulun həcmini iş vaxtı məsrəfinə, b) iş vaxtı məsrəfinin istehsal 

olunmuş  məhsulun  həcminə  nisbəti  kimi  hesablanılır;  müəssisə 

miqyasında  əmək  məhsuldarlığı  müəyyən  dövr  ərzində  (ay,  rüb,  il) 

istehsal olunmuş məhsulun həcmini işçilərin (əsasən fəhlələrin) orta 

siyahı sayına bölmək  yolu ilə müəyyən  edilir; bütünlükdə iqtisadiy-

yat  üzrə  ümumi  milli  gəlirin  maddi  istehsalda  işləyənlərin  sayına 

nisbəti kimi hesablanır. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə