TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə9/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   5   6   7   8   9   10   11   12   ...   171

21

runu meydana qoyur. Bu düstur dəyişməzdir və çağdaş insanın 

əsas  dünyagörüşünü  ifadə  edir.  “Mən  və  televizor”  vəhdəti,  bu 

münasibətlərdən əmələ gələn rəy, görüntünün, verilişin yaratdı­

ğı obraz insan modelinin əsasını formalaşdırır, dünyagörüşlərinin 

əsasını,  davranışın  mahiyyətini  təşkil  edir.  “Diskrentlik­remo­

te controller” insanın baxmaq istədiyi idarəetmə imkanıdır. Pult 

və onun vasitəsilə televizoru idarə etmək imkanı diskrentliyi re­

allaşdırdı.  İnsan  əlindəki  pultla  özünü  hakim  sayır,  seçim  edir, 

münasibətini bildirir. Məhz reytinq hesablama sistemində tətbiq 

olunan  piplmetr  pultla  seçim  etdikdən  sonra  o  qurğuya  da  se­

çim etmək prinsipi üzərində qurulur. Məsələn, Azərbaycan Res­

publikası  ərazisində  TV­reytinqləri  hesablamaq  üçün  müxtəlif 

dövrlərdə  dəyişməklə  250­400  ailə  ilə  saziş  imzalanıb  və  onlar 

pultda düyməni sıxaraq həmin qurğuya da pultla bu anda hansı 

kanalı izlədikləri haqqında məlumatı göndərirlər. Beləliklə, seyrçi 

uzaqdan idarəetmə imkanı qazanır. Həyatda heç bir situasiyanı, 

yaranmış vəziyyəti dəyişmək pultla efirdə göstərilən “vəziyyəti” 

dəyişmək qədər asan olmamışdır. Pult “sehrli çubuğ”a çevrilərək 

seyrçinin teledünyasını dəyişməyə imkan verir. Kroker A. və Kuk 

D. “Televiziya və mədəniyyətin təntənəsi” əsərində (495, səh 163) 

yazır: “Evdə çoxlu düymələrə hakim olan seyrçi öz əyləncəsini ­ 

teleproqramın cədvəlini qurur və bu, onun şəxsi həyatını, zövqü­

nü, əhvalını təcəssüm etdirir. ”Məsafədən idarəetmə təkcə zövqü 

yox, həm də seyrçinin verilişə, proqrama münasibətini  əks etdirir. 

Əslində, teletənqidin ən sadə şəkli seyrçinin pultla etdiyi seçim­

dir. Sonradan biz zappinq, zippinq, qreyzinq prosesini izah edərək 

onun psixoloji tərəflərini açacağıq və bunun teleməhsulun gələcək 

taleyinə  təsirini  də  göstərməyə  çalışacağıq.  Bəzən  gerçəkliklə 

barışmayaraq  kanalı  dəyişən  seyrçi  öz  aləmini  yaradır.  Bunun­

la da kanalları tez dəyişməklə bütöv bir fikri qavramaq əvəzinə, 

klip kimi fraqmentallıqla hadisələri izləyir və onun şüurunda bu 

proses  bu  cür  qalır.  Məhz  postmodernist  təhkiyədə  də  əsas  yeri 

fraqmental  qavrama  tutur,  onun  başlıca  meyarı  kimi  çıxış  edir. 

TV mədəniyyətində mozaiklik, fraqmentlərlə qavrama və seriya­

lılıqla birləşmə, kənardan idarəetmə əsas qayəni təşkil edir. Seyrçi 

kinoda və teatrda mozaikliyi, kənardan idarəetməni, davamlılığı 

­ seriyalılığı müşahidə edə bilmədiyindən evdəki televizora daha 

da bağlanır. Televiziya tənqidinin metodologiyasında bu amillər 

nəzərə alınmalı və təhlil zamanı önə çəkilməlidir. Əks halda TV­

nin  başlıca  bədii  xüsusiyyətlərini,  cəhətlərini  anlamaq  mümkün 

olmayacaq və təh lil birtərəfli aparılmlş olacaq. 




22

Görkəmli tədqiqatçı­kulturoloq M. Maklüenin əsərlərində gəl di­

yi əsas elmi nəticə çap maşınının ixtirasından sonra meydana gələn 

xətti  qavramanın  televiziyanın  yaranışı  ilə  dəyişməsi  və  qlobal 

qavramanın televiziyanın obrazları vasitəsilə mümkün olmasıdır. 

Televiziya birbaşa xətli mətni deyil, audiovizual işarələri yarada­

raq ötürür. Postmodernizmin mahiyyətində duran mətn üzərində 

mətn və ya intertekstuallıq mətnin sərhədlərini qırır, bitkinliyi ara­

dan qaldırır, onu daxilən çoxcəhətli edir. Mətnlər cəmi, kulturoloji 

kodlar yaranır ki, bununla mətn ötürülür və qavranılır. TV­nin də 

obrazlarla danışması onu intertekstuallığa qovuşdurur, bu təbiəti 

yaradır. Televiziya düşüncəsi təkcə sözlə deyil, onun qulağa, əsəb 

sisteminə təsiri ilə yaranır və daha çox obrazlarla biçimlənir. Te­

leviziya informasiyanın məzmunu ilə deyil, onun çatdırılma for­

ması  ilə  təsir  edir.  Bu  mənada  telemətn  adi  mətn  deyil,  verbal 

müraciət, vizual obrazlar, mozaik simvolika, semiotik kodları olan 

mürəkkəb,  üstəlik  seyrçinin  daxil  olduğu  böyük  mətndir.  Məhz 

bu xüsusiyyətlər teleobrazları zənginləşdirir, təsirini gücləndirir. 

Bu obrazlar yeni düşüncə, yeni qavrama, gerçəyi dəyərləndirmə 

formaları yaratdı və kulturoloq M.Maklüenin söylədiyi kimi yeni 

televiziya üslubu meydana çıxartdı. Postmodernistik intertekstu­

allıq televiziyanın ədəbi­mədəni fəaliyyətinin əsasını, mahiyyətini 

təşkil edir. Əksinə ola da bilməz, çünki mürəkkəb, qarışıq mətn adi 

mətn deyil, ondan üstün və qüdrətlidir. Elə buna görə də, bu mətni 

qavramağa alışmış seyrçi adi mətni qəbul edə bilmir, obrazsızlıq, 

özünün iştirak etməməsi onu bu mətndən uzaqlaşdırır. 

Bütün informasiya texnologiyalarının təbiətində simulyakorluq 

başlıca yer tutur. Televiziya da gerçəyin özünü deyil, onun mode­

lini göstərir. Beləliklə, gerçək simulyasiya olunur. Televiziya özü­

nün yaradıcı və texniki imkanları ilə istədiyi gerçəyi canlandırır 

və təsir gücü ilə seyrçini məhz bu gerçəyə inanmağa vadar edir. 

TV  obrazları  ilə  yeni,  özünün  yaradıcı  siyasətinə,  siyasi  platfor­

masına (əgər varsa) uyğun gerçək modelini quraraq manipulya­

tiv mexanizmlərin köməyi ilə seyrçinin şüuruna təsir edərək onu 

inandırır. Beləliklə, gerçək deyil, onun simullaşması baş verir. Si­

mulyakorluq TV­nin bütün növ yayımında təzahür olunur: istər 

sənədli film, xəbər buraxılışı, istərsə də əyləncəli bir proqramda. 

Bu cəhət də teleyaradıcılığa postmodernist təhkiyə kimi yanaşma­

nı ortaya qoymağa əsas verir. 

Postmodernin digər vacib xüsusiyyəti olan plüralistlik də teleya­

yımda özünü təzahür etdirir. Totalitar düşüncədə TV bir kahin kimi 

meydana gələrək ideoloji fikri təlqin edir, yaşamağın, düşünməyin 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə