Tədris ILI: 2022-2023 İxtisas adi: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Kurs: I



Yüklə 53,8 Kb.
səhifə2/3
tarix07.06.2023
ölçüsü53,8 Kb.
#115890
1   2   3
Movzu 5

Saitlərin əsas xüsusiyyətləri.Azərbaycan dilindəki saitlərin xüsusiyyətlərini izah etmək üçün saitlərin təsnifi prinsiplərini nəzərə almaq lazımdır. Məsələn, dilin üfüqı vəziyyətinə görə saitlərin təsnifi, dilin şaquli vəziyyətinə görə saitlərin təsnifi, dodaqların vəziyyətinə görə saitlərin təsnifi və s. Qeyd olunan prinsiplər əsasında saitlərin hər birinin xüsusiyyətlərinə diqqət yetirək.A saiti. A saiti dilarxası (qalın), açıq, dodaqlanmayan saitdir. Bu sait sözün hər yerində - əvvəlində, ortasında, sonunda və bir cür, iki cür yazılan şəkilçilərin tərkibində işlənir:
sözün əvvəlində: sözün ortasında: sözün sonunda:
at daş qala
az dar bala
an qar ata
aş vv s. bar və s. ana və s.
şəkilçilərin tərkibində:
-daş
-dar
-stan
-lar
-da
-ma
-acaq Və s.
Azərbaycan ədəbi dilində a saiti daha çox adi kəmiyyətdə tələffüz olunsa da, lakın bəzi alınma sözlərdə uzun kəmiyyətdə tələffüz olunur. Məsələn, alim (a:lim), saat (sa:t), ali (a:li),tale (ta:le) və s.
Qeyd: Dialekt və şivələrdə bəzi sözlərin ilk hecasındakı a saiti uzadılaraq tələffüz olunur. 4/əsələn, mənə (ma:), sənə (sa: ) və s. Ancaq uzadılaraq tələffüz olunan a saiti müstəqil fonem deyildir.Bu, adı tələffüz olunan a sattının fonem varlantıdır. Deməli, Azərbaycan ədəbi dilində adi a saitimüstəqil bir fonem kimi formalaşmışdır.
A saitı dilarxası saiti kimi dilönü ə və dilortası e saitinə qarşı qoyulur. Bu saitın ə və e saitləri ilə qarşı-qarşıya qoyulmasına aid nümunələrə diqqət yetirək:
a-ə qarşılığı: a-e qarşılığı:
al-əl al-el
at-ət at-et
az-əz sal-sel
ay-əy və s. baş-beş və s.
A saitı açıq sait olmaqla qapalı ı saitindən də fərqlənir: qaşqış, qar-qır, qaz-qız, qan-qın və s.
A saıtı dodaqlanmayan sait olmaqla dodaqlanan o saltı ilə qarşı-qarşıya qoyulur: at-ot, ad-od, ayaq-oyaq, ara-ora, başboş və s.Dilimizdə a saitinin bir sira variantları da mövcuddur. Onlardan ən xarakterik olanlarına diqqət yetirək: as, a" və s. Bunlardan a: variantına birinci hecası vurğulu olan bəzi sözlərdə (məsələn, la:kin, a:ncaq və s.), eyni zamanda bəzi ikihecalı alınma sözlərə şəkilçi qoşulduqda ikinci hecada (məsələn, cəfa-cəfa:lı,səfa-səfa:lı, həyat-həya:tın və s. ) onların tələffüzü zamanı təsadüf olunur.
A saitının a" variantına sonu a saiti ilə qurtaran sözlərə saitlə başlayan şəkilçi qoşulduqda onların tələffüzü zamanı təsadüf olunur: başlayır-başla"yır-başlıyır, anaya-ana"ya-anıya və s.
I saiti. 1 saiti dilarxası (qalın), qapalı, dodaqlanmayan, sait dır. Bu sait Azərbaycan ədəbi dilində sözün əvvəlində işlənmir.Tarıxılık baxımından yanaşdıqda 1 saitinin sözün əvvəlində işlənməsi məhdudiyyət yaratmamışdır. Məsələn, dilimizdəki ilıq,işıq, ilan, ilxı kimi sözlərin əvvəlindəki sait tarixən ı olmuşdur.Bu sait sözün ortasında, sonunda və dörd cür yazılan şəkilçilərin tərkibində işlənir: qız, cidir, çalğı, ilxı, -çi, -li, -ir və s. 1 saltinın bu cür işləkliyi göstərir ki, o, fəal işlənən saitdır.
Azərbaycan ədəbi dilində ı saiti adi kəmiyyətdə tələffüz olunan saitdır. Bəzi sözlərdə ı sattı qısa variantda tələffüz olunur. Deməli, 1 saltinın ı. variantı da mövcuddur. Onun 1. varlantına bəzi sözlərdə təsadüf etmək olur: ağız-ağtı.)zında, alınal(ı.) nı və s.
O saiti. O saiti dodaqlanan, açıq, dilarxası (qalın) saitdir. Bu saitin tələffüzündə dodaqlar dairəvi bir vəziyyət alır. Hava axını (səs axını) dairəvi cığırdan süzülərək xaricə çıxır və nəticədə o saiti yaranır. Müqayisə üçün qeyd edək kı, ü və ö saitlərindən fərqlı olaraq o saitının tələffüzündə dodaqların irəliyə doğru uzanması xeyli az olur. Demək olar ki, o saltinın tələffüzündə dodaqlar gərginləşmir. Ona görə ki, o saitinin tələffüzündə dodaqlar daha böyük nov əmələ gətirir. Bu da dodaqların gərginləşməsinıin qarşısını alır. O saitinın fərqləndirici əlamətlərinin sırasında aşağıdakılar mühüm yer tutur.
1) O saiti mənşəcə Azərbaycan dilinə məxsus olan şəkilçilərin tərkibində işlənmir. Lakin rus dilindən alınma şəkilçilərin tərkibində o saitini müşahidə etmək olur. /HMəsələn, -ov, -ova ( Əhməd-ov, Məmməd-ova və s.). Ümumiyyətlə, o saitinin şəkilçilərin tərkibində işlənmə yeri çox məhduddur.
2) O saitinin fonetik mövqeyi daha çox sözün əvvəlində və ortasında müşahidə olunur. Bu sait sözün sonunda çox az işlənır. Mısallara diqqət yetirək:
Sözün əvvəlində: on, ot, oturmaq, otaq, ol, oğul, oğlan və s.,
Sözün ortasında: yol, qol, tox, toy, çox, sol, qohum, qoyun və s..,
Sözün sonunda: kıno, radio, pero, solo və s.
3) O saiti dilarxası saiti kimi ö satti ilə oppozisiya təşkil edir.Məsələn, ol-öl, on-ön, od-öd və s.
4) O sattı açıq sait olmaqla u saiti ilə də qarşı-qarşıya qoyulur, oppoziısiya təşkil edir. Məsələn, od-ud, on-un, qol-qul, qorqur, dol-dul və s.
5) O saiti dodaqlanan sait kimi dodaqlanmayan a saiti ilə qarşı-qarşıya qoyulur, oppozisiya yaradır. Məsələn, ol-al, on-an, of-af, ox-ax, don-dan, qol-qal, yol-yal və s.
6) Azərbaycan ədəbi dilində o saiti adi kəmiyyətdə tələffüz olunan saitdır. Ancaq bəzi alınma sözlərdə, sual və sadalama məqamlarında o saitinin uzun kəmiyyətdə tələffüzü halları da baş verir. Məsələn, rus dilində və rus dili vasitəsi ilə başqa dillərdən alınma sözlərin birinci hecası vurğulu olduqda o saitinin o, variantına təsadüf olunur. opera, o:ptika və s. Yaxud, sadalama zamanı o saitinin o: variantı təzahür edir: o:l, o:t, o:n, o:d və s.
7) O saitının işləkliyi bəzi saitlərdən geridə qalsa da, bəzilərindən isə irəlidə gedir. Bu barədə A.Axundov yazır: “O saiti dilimizdə nisbətən çox işlənən saitlərdəndir. Söz başında işlənməsi başqa saitlərlə müqayisədə 9,6 faiz təşkil edir. Başqa sözlə, söz başında işlənmə tezliyinə görə, a, i, ə saitlərindən sonra dördüncü yeri tutur. Mətn daxilində isə altıncı yerdədir”.
U saiti. U saiıtı dilarxası (qalın), dodaqlanan, qapalı saitdır.Bu saitin tələffüzündə dilin arxa hissəsi, xüsusilə dodaqlar fəal iştirak edir. Müqayisə üçün qeyd edək ki, o sattının tələffüzündən fərqli olaraq u saitinin tələffüzündə dodaqlar daha çox irəİlyə doğru uzanır. Dodaqların bu cür irəliyə doğru uzanması onu (dodaqları) gərginləşdirir. U saitinin tələffüzünü ü saiti ilə müqayısə etsək, görürük kı, ü saitinə nisbətən u sattının tələffüzündə dodaqlar az irəli uzanır və az gərginləşmiş olur. Lakin bütün dodaqlanan saitlərdə, o cümlədən u saitının tələffüzündə dodaqlar nov yaradır. U saitının fərqləndirici əlamətləri sirasina aşağıdakılar daxıldır:
1) U saiti akustik cəhətdən onunla fərqlənir ki, onun bəm tembri vardır. Bunu u saiti iştirak edən vurğusuz hecalarda daha aydın müşahidə etmək olur. Məsələn, bihuş sözünün ikinci hecası vurğusuz olduğuna görə u saiti qısa tələffüz olunur və az qala düşür. Bununla da bu sözün ikinci hecasındakı u saiti öz akustik keyfiyyətinin lazımı səviyyədə qoruya bilmir. Bu da nəticədə u saitının bəm də tembrini ortalığa çıxarır.
2) U saiti dilarxası saiti olmaqla dilönü ü saiti ilə qarşı-qarşıya qoyulur, oppozisiya təşkil edir. Məsələn, un-ün, burun-bürün, buz-büz və s.
3) U saiti qapalı sait olmaqla açıq o saiti ilə qarşı-qarşıya qoyulur, oppoziısiya təşkil edir. Məsələn, un-on, ud-od, qur-qor,qul-qol, dul-dol və s.
4) U saitı dodaqlanan sait olmaqla dodaqlanmayan dilarxası, qapalı ı satı ilə qarşı-qarşıya durmaqla oppozisiya təşkil edə bilir. Məsələn, qul-qıl, quş-qış, qur-qır, quzğun-qızğın, quzu-qızı və s. Yeri gəlmişkən qeyd edək ki, sözün başında və sonunda u və ı saitləri oppozisiya təşkil etmir, qarşı-qarşıya qoyulmur. Bunun səbəbi onunla bağlıdır ki, i saiti sözün başında işlənmir. Ona görə də sözün başında ı satitını u saitinə qarşı qoymaq olmur. Bundan başqa, sözün sonunda u-ı qarşıdurması, oppozisiyası yaranmır.
5) Müasir Azərbaycan ədəbi dilində u saitinin fonetik mövqeyində heç bir məhdudiyyət yoxdur. Bu sait sözün əvvəlində,ortasında və sonunda işlənə bilir. Misallara diqqət yetirək:uzaq, uzun, ulduz, uca, duz, quzu, su və s.
U saıtının fonetik mövqeyi barədə A.Axundov yazır:
“... Söz başında işlənmə imkanı (u saitinin - B.X.) başqa saitlərə münasibətdə 5,9 faızdır. Beləliklə, söz başında işlənmə faizınə görə, səkkiz saitdən beşincisidir. Mətn daxilində isə həmin əlamətə görə doqquz saitdən beşincisidir”".
6) U saiti dörd cür yazılan şəkilçilərin tərkibində işlənə bilir.Məsələn, -ç (odun-çu), -li" (duz-lu), -sız” (dduz-suz)), -liq"(qum-luq ) və s. Deməli, u saiti ahəng qanununa uyğun olaraq şəkilçilər silsiləsinin yaranmasında fəal rol oynayır.
7) Müasir Azərbaycan ədəbi dilində u saiti adi kəmiyyətdə işlənir. Ancaq bu sait bəzi sözlərdə qısa, bəzilərində isə uzun tələffüz olunur. Məsələn: qısa tələffüz olunanlar: onun burnu -onun bur (u.)nu, sənin oğlun-sənin oğ (u.)lun, onun boynuonun boy (u.)nu və s.
Uzun tələffüz olunanlar: duru:, sulu:, ulu: və s. Belə uzanma, sadalama məqamında u saitinin qeyri-məcburi çalarlığı kimı özünü göstərir. U saitının uzun tələffüzü rus dili və rus dili vasitəsilə başqa dillərdən alınmış sözlərin vurğulu hecasında da olur: lupa-lu:pa, kubok-ku:bok və s.
8) U saitinin u" variasiyası da vardır. Bu variasiya müasir Azərbaycan ədəbi dilində deyil, tələffüzdə özünü göstərir. Məsələn, quzu-quzu, quyu-quyur, Nuru-Nuru" və s.
E saiti. E saiti dilortası (incə), yarımqapalı, dodaqlanmayan saıtdır. Bu saitin fərqləndirici əlamətləri aşağıdakılardır:
1) E saitı dilortası saiti kimi dilönü 1 və dilarxası 1 saitinə qarşı qoyulur: et-it, eş-iş, el-il, sez-siz və s.
2) E saiti yarımqapalı sait olmaqla açıq ə və qapalı i saitinə qarşı qoyulur: el-əl, en-ən, et-ətş et-it, el-il, eş-iş və s.
Qeyd: e-ə qarşılaşması Azərbaycan dilinin cənub qrupu dialekt və şivələrində işlənir. Məsələn, Naxçıvan şivələrində buna rast gəlinir: ev-əv, deyildəyil və s.
3) E saiti dodaqlanmayan sait olmaqla dodaqlanan ö və ü saitləri ilə qarşı-qarşıya qoyulur: et-öt, en-ön, et-üt, en-ün və s.
4) E saitinin fonetik mövqeyi söz köklərində işlənməsi ilə bağlıdır. Yəni bu sait Azərbaycan dilində yalnız söz köklərində işlənir. Şəkilçilərdə isə onun mövqeyi, işlənməsi çox məhduddur, demək olar kt, işlənilmir. Söz köklərində e saitinə sözün əvvəlində, ortasında və sonunda təsadüf olunur: et, el, eş, elm,bel, get, yel, de, ye və s.

5) E saitinin ədəbi dilimizdə olmayan, tələffüzdə müşahidə olunan qısa və uzun varıantları da vardır. Qısa variant bəzi alınma sözlərin ikinci hecasının tələffüzündə müşahidə olunur: telefon-tel (e.) fon-telfon, teleqraf-tel (e.)qraf-telqraf və s. Bu sözlərdə e saiti sərbəst üsulda ixtisar olunur, sözlər isə telfon,telqraf kımi tələffüz olunur.


E saitinin uzun variantı, uzadılaraq tələffüz olunan variantı dilimizə ərəb dilindən keçmiş sözlərdə müşahidə olunur: elane:lan, etimad-e:timad, etiraf-e:tiraf, etiraz-e:tiraz, fel-fe:1 və s.
Qeyd: Dil faktları təsdiq edir ki, Azərbaycan dilinin yazılı abidələrində e saitinin uzun variantı olmuşdur. Belə ki, Azərbaycan sözlərində e satti y samiti ilə yanaşı gəldikdə y samitinin və ondan sonrakı saitin düşməsi nəticəsində e saiti uzanmışdır: deyir-der, yeyir-yer, yeyəsi-yesi və s.Bunu Xətainin, Qurbaninin, Füzulinin, Nəsiminin əsərləri də təsdiq edir:
Qızıl gül, bağı bustanım, nə dersən,
Fəda olsun sənə canım, nə dersən (Xətai).
Yaxud:
Qurbani der kim-şahə gəc baxar
Onun kamalında tez zaval alu ( Qurbani).
Və ya:
Saqi, məgər ol ləl sözünü der meyi-nabə,
Nuri-çeşmim, eyb qılma kur olur derlər rəgib (Füzuli).
Və yaxud:
Şol ləbi-şirinə, ya rəb,gər şəkər dersəm, nola,
Şol günəş tələtlü ayə, kər ğəmər dersəm, nola (Nəsimi).
Ə saiti. Ə saiti dilönü (incə), dodaqlanmayan, açıq saitdir.
Azərbaycan dilində ə saiti ən işlək saitlərdən biridir. Bu saitin fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:
1) Ə saiti dilönü sait olmaqla dilarxası a saitinə qarşı qoyulur: ət-at, əz-az, əl-al və s.
2) Ə saiti açıq sait olmaqla qapalı 1 saitinə qarşı qoyulur: ətit, əl-il və s.
3) Ə saiti dodaqlanmayan sait olmaqla dodaqlanan ö saiti ilə oppozisiya yaradır: ən-ön, əl-öl, ət-öt, əz-öz, dəy-döy və s.
4) Ə saitinin söz tərkibində tutduğu mövqedə heç bir məhdudiyyət yoxdur. Bu sait sözün əvvəlində, ortasında və sonunda işlənə bilir: ət, əl, ək, gəl, sər, dəl, dəvə, tələ, gənə və s.
5) Ə saitinin söz tərkibində tutduğu mövqedə məhdudiyyət olmasa da, şəkilçilərin tərkibində işlənməsində bir məhdudiyyət vardır. Belə kı, ə sattı yalnız iki cür yazılan şəkilçilərin tərkibində işlənir: -lar” (dəftər-lər), -1a” (iş-lə), -da” (iş-də) və s.
6) Ə saitinin müxtəlif variantları, variasiyaları mövcuddur.Düzdür, bunlar Azərbaycan ədəbi dilində olmasa da, tələffüzdə müşahidə olunan variantlar və variasiyalardır. Bu mənada ə saitinin qısa (Əə.), uzun (ə:) variantlarına təsadüf olunur. Məsələn,səadət-sə.adət, fəal-fə.al (qısa tələfüz olunur ), əla-ə -la, təsir-tƏ “SİF, HƏ FƏ-HƏ “FƏ, tə nə-tə:nə (uzun tələffüz olunur ) və s.
İ saiti. İ saiti dilönü (incə), qapalı, dodaqlanmayan saitdir.Bu saitin fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:
1) İ saiti akustik keyfiyyətini vurğulu hecalarda tapır. Həm də 1 saitinin akustik keyfiyyəti birhecalı sözlərdə mühafizə olunur: biz, siz, diz, bir, dil, bil, zil və s.
2) İsaiti qapalı sait kimi sözün hər yerində açıq ə saitinə qarşı qoyulur: it-ət, il-əl, dil-dəl, din-dən, dib-dəb, dəri-dərə, bəri-bərə və s.
3) İ saiti dodaqlanmayan sait kimi dodaqlanan ü saiti ilə qarşılaşır: it-üt, iz-üz, siz-süz, diz-düz və s.
4)İ saiti dilönü sait olmaqla dilarxası ı saiti ilə qarşılaşır: sin-sın, siz-sız və s.
5) İ saiti sözün hər yerində işlənir: il, ip, ilk, iki, səkkiz, bilik, pişik, fikir, kilim, iyirmi, diri, kirpi, kirpik və s.
6) İ saiti dörd cür yazılan şəkilçilərin tərkibində işlənir: -dı" (gəl-di), -mış“(gəl-miş), -çı” (dəmir-çi) və s.
7) İ saiti bəzi məqamlarda qısa (məsələn, əmisi-əmi.si, sinif1-sini.f1, fikiri-fiki.ri və s.), bəzən isə alınma sözlərdə uzun tələffüz olunur (məsələn, izah-1:zah, ifa-1:fa, dini-di:ni, dəqiqədəqi:qə, nəsimi-nəsi:mi və 5.).
Ö saiti. Ö saiti dilönü (incə), açıq, dodaqlanan saitdir. Bu saitin fərqləndirici əlamətləri aşağıdakılardır:
1) Ö saitinin akustik xarakteri birhecalı sözlərdə, vurğu qəbul etmiş hecada daha aydın və səlis olur. Məsələn, göl, böl,dön, sön, çöl, göy və s.
2) Ö saiti dilönü sait olmaqla dilarxası o saitinə qarşı qoyulur. Məsələn, öl-ol, ön-on, öd-od, öt-ot, döl-dol, dön-don və s.
3) Ö saiti açıq sait olmaqla qapalı ü saitinə qarşı qoyulur.Məsələn, öt-üt, ön-ün, öz-üz, söz-süz, döz-düz və s.
4) Ö saiti dodaqlanan sait olmaqla dodaqlanmayan ə saitinə qarşı qoyulur. Məsələn, öt-ət, öləl, ön-ən, öz-əz, göl-gəl, döndən və s.
5) Ö saiti Azərbaycan dilində əsasən söz kökünün əvvəlində və ortasında işlənir. Bu saitə sözün sonunda təsadüf olunmur.Məsələn, öl, ön, özək, örpək, kölgə, kösöv və s.
6) Ö saitinin hecaların tərkibində işlənməsində aşağıdakı hallar diqqəti cəlb edir: a) Qapalı birinci hecada: köl-gə, öl-kə və s.b) Qapalı ikinci hecada v samitindən əvvəl işlənilir: kö-söv,bü-löv, bü-töv, bə-növ-şə və s.
7) Ö saitinin uzun (ö:), ö" variantları da vardır. Bu saitin uzun tələffüzü bəzi alınma sözlərdə müşahidə olunur: şölə-şö:lə, şöbə-şö:bə, mömin-mö:min və s.
Ö saitinin uzun variantına sadalama zamanı da təsadüf olunur: bözl, gö:l, gö:y və s.
Ö saitinin ö" variantı diftonqvari xarakterdə olub, v samitindən əvvəldə gələrək işlənir: bülöv-bülö”v, kösöv-kösö"v və s.
8) Ö saiti ədəbi dilimizdə şəkilçilərin tərkibində işlənmir.Qeyd edək kı, ö saıtı Azərbaycan dilinin məxsusi saitlərindən olsa da, digər saitlərlə müqayisədə ən az işlənən saitlərdəndir. Bu barədə A.Axundov yazır: “... Ö saiti dilimizdə ü saitindən də az işlənir. Sözün əvvəlində onun işlənmə tezliyi (ö saitinin B.X.) cəmi 3,8 faizdir. Digər səkkiz saitin hamısından azdır.Həmin sait mətn daxilində də ən az işlənən sait fonemdir”".
Ü saiti. Ü saiti dilönü (incə), qapalı, dodaqlanan saitdir. Bu saitin fərqləndirici əlamətləri əsasən aşağıdakılardır:
1) Ü saiti akustik cəhətdən alçaq tonlu saitdir. Bu sait i saiti ilə müqayisədə alçaq tonlu olduğunu daha tez biruzə verir.
2) Ü saiti qapalı sait olmaqla, açıq ö saiti ilə qarşılaşır və oppozisiya təşkil edir: ün-ön, üz-öz, gün-gön, gül-göl, düz-döz və s. qarşılaşır, oppozisiya yaradır: üt-it, düz-diz, üz-iz, ütü-iti, üç-İç, süz-siz, büz-biz, gül-gil və s.
4) Ü saiti dilönü sait olmaqla dilarxası o, u saitləri ilə qarşılaşır, oppoziısiya təşkil edir: üç-üç, ün-un, büz-buz, düz-duz,ün-on, üt-ot və s.
5) Azərbaycan ədəbi dilində ü saiti sözün hər yerində işlənır: ün, üz, gül, gün, bülbül, sünbül, ütü, sürü, tüstü və s.
Ü saiti dörd cür yazılan şəkilçilərin tərkibində də işlənir: -ış“ (gör-üş), -dır" (süz-dür), -ır" (gül-ür), -mış" (gül-müş-dür) və s.
6) Ü saitinin dilimizdə variantları, variasiyaları da tələffüzdə özünü göstərir. Məsələn, bütöv-bü.töv, sürünün-sürü.nün və s.sözlərdə qısa, sadalama zamanı isə düz-dü:z, süz-sü:z, gül-gü:l və s. sözlərdə uzun variantı ilə qarşılaşmalı oluruq.
Qeyd: Azərbaycan dilində i, ə, ü, e, u saitləri sözün hər yerində işlənir. Ancaq ı, ö, o saitləri bu baxımdan müstəsnalıq yaradır. Belə ki, 1 saiti sözün əvvəlində, ö və o saitləri sözün sonunda olmur. Lakin o saiti milli sözlərin deyil, alınma sözlərin sonunda gəlir: solo, radio, kino, pero və s. Azərbaycan dilindəki saitlər sisteminin qarşılığı
Dildə fonemlər - danışıq səsləri bir-biri ilə əlaqədə olur, bununla da dilin fonetik quruluşunda müəyyən bir sistem yaradır.Fonemlər - danışıq səsləri bir sistem yaratmaqla qarşı – qarşıya qoyulur. Azərbaycan dilindəki saitlər qarşı - qarşıya qoyularkən nəzərə alınan prinsiplər bunlardır: dilin üfüqi vəziyyəti, dilin şaquli vəziyyəti, dodaqların iştirakı, kəmiyyət.
Dilin üfüqi vəziyyətinə görə saitlər qarşı - qarşıya qoyularkən fərqləndirici əlamətlər aşağıdakılar olur:
a) Dilönü saitlər-dilarxası saitlər: dər-dar, böl-bal, düz-duz və s.
b) Dilönü saitlər - dilortası saitlər: filfel, ət-et, əl-el və s.
c) Dilortası saitlər - dilarxası saitlər: el-al, sez-saz, deş-daş və s.
Dilin şaquli vəziyyətinə görə saitlər qarşı-qarşıya qoyulduqda fərqləndirici əlamətlər aşağıdakılardır:
a) Qapalı saitlər - yarımqapalı saitlər: diş-deş, biş-beş, bilbel və s.
b) Qapalı saitlər - açıq saitlər: iləl, it-ət, yun-yon və s.
c) Yarımqapalı saitlər - açıq saitlər: deş-daş, eş-aş, en-an və s..
Dodaqların iştirakına görə saitlər qarşı-qarşıya qoyulduqda fərqləndirici əlamət aşağıdakılardır:
Dodaqlanan saitlər - dodaqlanmayan saitlər: göl-gəl, quşqış, tor-tar, top-tap və s.
Kəmiyyətə görə saitlər qarşı-qarşıya qoyulduqda fərqləndirıcı əlamət aşağıdakı kimi götürülür:
Qısa saitlər-uzun saitlər: bəzən-bə:zən, mədəni-mə:dəni,nərə-nə:rə, təmin-tə:min və s.
Beləliklə, Azərbaycan dilinin sait fonemlərini qarşı-qarşıya qoyduqda fərqləndirici əlamətlər aşağıdakılar olur:
Dilönü-dilarxası, dilönü-dilortası, dilortası-dilarxası, qapalıyarımqapalı, qapalı-açıq, yarımqapalı-açıq, dodaqlanan-dodaqlanmayan, qısa-uzun.


Yüklə 53,8 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə