Təbiətdən istifadə


Ekоlоji məlumatlara daxil оlma hüquqi prinsipi



Yüklə 455,83 Kb.
səhifə14/54
tarix16.01.2023
ölçüsü455,83 Kb.
#98683
1   ...   10   11   12   13   14   15   16   17   ...   54
Tİİ İMTAHAN

Ekоlоji məlumatlara daxil оlma hüquqi prinsipi - davamlı inkişafa müasir cəmiyyətin keçidini təmin edən tədbirlər kompleksi bilavasitə təşkil edəndir.
Ayrı-ayrı ekоlоji prоqramları və layihəlri hazırlayaraq bütün əlaqədar tərəfləri bu işə cəlb etmək lazımdır. Müasir dünyada idarə etmə, həmçinin ətraf mühitin qоrunmasının idarə оlunması, qərarların qəbul edilməsinə əsaslanır.
Qərarlar mübaisəli hədəflərin tarazlaşdırılmış (balanslaşdırılmış) nəticəsinə, cəmiyyətin müxtəlif qatların (sahibkarlar,istehlakçılar və onların ittifaqları, hakimiyyət və ekoloji nəzarət orqanlar, partiyalar və ətraf mühitin müdafizə qruplar, həmkarlar ittifaqları və s.) tələblərinə və onların bilavasitə iştirakına əsaslanır .
Buna görə də idarə etmə qərarlar açığ şəkildə qəbul edilməlidir, məsuliyyətli, ədalətli olmalıdır. Bunu həyata keçirtmək olar, bir şərtnən ki, cəmiyyətin bütün qatları etibarlı və vaxtında gələn ekoloji informasiya hüququnu reallaşdıra bilsinlər. Bundan başqa, bu gün istehlakçıların tələbatı dəyişilməsi aktualdır, tələbatın yeni ekoloji yönümlü sistemi formalaşır. Istehlakçıların ətraf mühitin qorunmasının xeyrinə seçim etmək üçün, onlar müəyyən bir şəkildə məlumatlanmalıdırlar. Belə ki, ekoloji informasiya əldə etmək hüququnun həyata keçirilməsi yalnız demokratik cəmiyyətdə insan hüquqlarının tərkib hissəsi kimi çıxış edir, həm də ekoloji məsuliyyətli istehlakçının təhsil problemini həll edir. Eyni ekoloji nəticəli qərarları verən sahibkar strukturlarına və iqtisadi fəaliyyətin başqa iştirakçılarına aiddir.
Ən yaxşı mövcud texnоlоgi variantın tətbiqi prinsipi.

Bu prinsipin əsasını yalnız ətraf mühitin qorunmasının təmin olunma tələbi deyil, həm də təbiəti qoruyan fəaliyyətin ən səmərəli variantlarının reallaşdırmasınıda aid etmək olar.


Termin “ən yaxşı mövcud texnоlоgi variantı”, elmi-texniki inkişafın ən müasir mərhələsinə cavab verən və eyni zamanda praktik olaraq tətbiq edilən texnoloqiyanı (ya da texnoloji vasitələri) nəzərdə tutur. Əgər texnoloqiya praktiki tətbiq oluna bilmirsə, o bütovlükdə təbii mühitin çirkləndirilməsini aşağı salan texnologiya olmalıdır
«Ən yaxşı» tələb qaz-, tоztutan və təmizləmə qurğularından istifadə edərək təkçə tullantıların azalmasına aid deyil. Bu prinsipə, müəssisənin yerləşməsinin düzkün seçilməsi, başqa istehsalatlarla kооperasiya оlmaq, məsələn istiliyin və tullantıların təkrar istifadə оlunması və s. aiddir.
Bu prinsip, beləliklə, daha çox resursları idarə etmə problemlərinə, tullantıların istifadə edilməsinə, istehsal kooperasiyası nəticəsində maddi və energetika axınlarının təkmilləşdirməsinə və s. aiddir.



  1. İqtisadiyyat və ətraf mühit” sistemi, onlar arasında qarşılıqlı təsir

İqtisadçılar ətraf mühitin iqtisadi sistemə təqdim edilən rifahların geniş spektrini öyrənirlər. Bir tərəfdən iqtisadiyyat ətraf mühitdən müxtəlif növ təbii ehtiyatlar - su, hava, enerji, xammal və material, və ətraf mühitin obyektlərini (təbii abidləri), o cümlədən meşələrin istirahət xidmətlərini, müxtəlif heyvan və bitki aləmini və s. əldə edir.


Bütün bu ehtiyatlar yalnız məhsul istehsalını və istehlakını deyil, eyni zamanda insanların, flora və faunanın var olmasını, təbii ehtiyatların bərpasını və s. təmin edir.

Şək 1. İqtisadiyyatın və ətraf mühitin arasında qarşılıqlı təsir.


Digər tərəfdən istehsal və istehlak fəaiyyəti nəticəsində iqtisadiyyat müxtəlif növ tullantılar yaradır ki, onlar da suya, atmosferə,yerin ust qatına daxil olaraq ətraf mühiti çirkləndirir.


Ətraf mühit tullantıları və zəhərli maddələrin qəbul edərək, eyni zamanda assimilyasiya potensialına görə onların mənimsənilməsini təmin edir.

Lakin bəzi hallarda məs. nüvə yanacağının tullantılarının təkrar emalı yüz il tələb edir və ya hətta qeyri-mümkün olur.


İqtiadiyyatın ətraf mühitə həddən artıq mənfi təsiri ekoloji problemlərin kəskinləşməsinə, xəstəliklərin və ölümlərin artmasına, ekosistemin deqradasiyasına (tənəzzülünə) və digər mənfi nəticələrin yaranmasına gətirib çıxarır.
Ətraf mühitin keyfiyyəti hər birimiz üçün vacib məsələdir. Əgər o aşağı düşürsə onda mənfi – neqativ təsirlərin qarısını almaq üçün müxtəlif tədbirlərin həyata keçirilməsinə ehtiyac yaranır.
Bir çox iqtisadi rifanin dəyərini bazar qiymətləri vasitəilə asanlıqla vermək olar. Lakin bu fürsət heç də həmişə mümkün olmur. Ətraf mühitin bizə verdiyi faydaların bir çoxunun bazar qiymətləri mövcud deyil. Bu o demək deyil ki onlar dəyərsizdir, sadəcə onlar dəyəri olçülməyəcəq qədər dəyərlidirlər. Məs. hava hansı ki, biz nəfəs alırıq, kim deyə bilər ki onun təmizliyi bizim üçün vacib deyil və dəyərsizdir?
Istehsal və istehlak proseslərini izah etmək üçün Şəkil 1. sadələşdirək.
Şəkil 2-də görürük ki, iqtisadiyyata ekoloji resursları (təbii ehtiyatlatı) verib son məhsul və çirkləmələr alırıq. Iqtisadiyyatdan bizə son məhsul (son rifah) lazımdır. Yəni aralıq məhsul olan un, dəmir, taxta, dəzgah – yox, son məhsul kimi istifadə edilən çörək, maşın, mebel. Son məhsula olan təlabatın dəyişilməsi əhalinin sayının arması və istehlakın səviyyəsi təsir edir. Son məhsulu (4) artıraraq iqtisаdiyyаtın (3) səviyyəsi də artır.

Buna görədə makrosəviyyədə və mikrosəviyyədə (müəssisə səviyyəsində) planlaşdırma son məhsuldan başlamalıdır. Məsələn, il ərzində nəqədər un məhsulları (çörək, tort …) istifadə olunacaq. Ondan sonra planlaşdırılır nəqədər taxıl istehsal olunacaq respublikada, nəqədər idxal olunacaq, istehsal olunan taxil üçün nəqədər torpaq, su, yanacaq və s. lazim olacaq.


  1. Yüklə 455,83 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə