Tanınmış idman xadimi Hüseyn Qabulov: “Klinikamızın unikal imkanları var və biz bu imkanlardan geniş istifadə etməliyik” GÖRKƏMLİ alim aqiL ƏLİyeviN 90



Yüklə 281,01 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix21.06.2018
ölçüsü281,01 Kb.
#50838
1   2   3   4   5   6

16 dekabr   2016-cı il

http://www.amu.edu.az

3

Tədbiri  giriş nitqiylə açan Azərbaycan 



Tibb  Universitetinin  rektoru,  profes-

sor  Gəray  Gəraybəyli  xatirəsi  ürəklərdə 

əbədi  yaşayan  böyük  alimin  keçdiyi 

şərəfli həyat  yolundan və fədakar əmək 

fəaliyyətindən  danışdı.  Görkəmli  alimin 

bu ali təhsil ocağı ilə bağlı fəaliyyətindən 

söhbət açan rektor bildirdi ki, universite-

tin formalaşmasında bu cür  alimlərin, o 

cümlədən Aqil Əliyevin əməyi danılmaz-

dır: “Elə insanlar var ki, öz dövrünü yaşa-

yaraq nə insanların qəlbində, nə tarixdə 

heç bir iz qoya bilmirlər. Eyni zamanda 

da  elə  insanlar  var  ki,  onların  əməlləri, 

addımları,  fərdi  xüsusiyyətləri,  əvəz siz 

xidmətləri nəticəsində həm tarix də, həm 

də insanların qəlbində çox dərin iz qo-

yub.  Belə  tarixi  ziyalılarımızın  sırasında  

akademik  Aqil  Əlirza  oğlu  Əliyevin  öz 

yeri var”.

    Aqil  Əliyevin  həyatı  haqqında  qısa 

məlumat  verən  rektor  xatırlatdı  ki,  o, 

gənc  yaşlarından  öz  taleyini  iqtisad  el-

minin  inkişafına  həsr  edərək  1953-cü 

ildən  etibarən  həyatının  sonuna  qədər  

Tibb Universitetində çalışıb: “Aqil Əliyev 

ATU-da müəllim, dosent, professor kimi 

vəzifələrdə işləmiş və peşakar ali peda-

qoq  titulunu qazanmışdır.  O, həyatının 

sonuna qədər ATU-nun iqtisadi nəzəriyyə 

və hüququn əsasları kafedrasının müdiri 

vəzifəsini sevərək icra edib”.

Rektor  vurğuladı  ki,  professor  Aqil 

Əliyevin  elmi  araşdırmaları  həm  so-

vet,  həm  də  dünya  iqtisadiyyatının  in-

kişafına böyk töhfə olub. Onun əsərləri 

ölkəmizdə  bazar  münasibətlərinin  for-

malaşmasına ciddi təsir edib. Akademik 

Aqil  Əliyevin  Azərbaycan  elmi  qarşısın-

dakı  xidmətləri  dövlətimiz  tərəfindən 

layiqincə qiymətləndirilib. 

Sonra Aqil  Əliyevin həyat və fəaliy yə-

tindən bəhs edən   video çarx nümayiş 

olunub. 

ATU-nun  ictimai  fənlər  kafedrasının 

müdiri,  professor  Qoşqar  Əliyev  tədbir 

iştirakçılarına  akademik  Aqil  Əliyevin 

elmi, pedaqoji və ictimai fəaliyyəti haq-

qında ətraflı məlumat verdi.

Məruzəçi  bildirdi  ki,  Aqil  Əlirza  oğlu 

Əliyev  1926-cı  il  dekabrın  10-da  Nax-

çıvan  şəhərində  anadan  olmuşdur. 

O,  Naxçıvan  şəhərində  orta  məktəbi 

bitirdikdən  sonra  1946-cı  ildə  Bakı 

Dövlət  Universitetinə  daxil  olmuş  və 

1951-ci  ildə  oranı  bitirmişdir.  1953-cü 

ilə qədər Azərbaycan EA-nın tarix insti-

tutunda elmi işçi vəzifəsində çalışmışdır. 

İqtisad  elminə  böyük  marağı  olduğun-

dan 1953-cü ilin may ayında Azərbaycan 

Tibb İnstitutunun siyasi - iqtisad kafed-

rasında işə başlamış və ömrünün sonuna 

qədər burada çalışmışdır. A.Əliyev 1970-

cı  ildə  iqtisad  elmləri  namizədi,  1983-

cü  ildə  iqtisad  elmləri  doktoru  alimlik 

dərəcəsinə, 1973-cü ildə dosent, 1979-cı 

ildə professor elmi adlarına layiq görül-

müşdür. 2001-ci ildə AMEA-nın müxbir 

üzvü seçilmişdir.

Sözünə  davam  edən  natiq  dedi  ki, 

A.Əliyevin  elmi-pedaqoji  fəaliyyəti  ay-

rı-ayrı  dövr lərdə  dövlətimiz  tərəfindən 

layiqincə dəyərləndirilmişdir. O, əməkdar 

elm xadimi fəxri adına, “Şöhrət” və “Qır-

mızı  Əmək  Bayrağı”  ordenlərinə  və  s. 

medal,  fəxri  fərman  və  təltiflərə  layiq 

görülmüşdür.

Professor  A.Əliyevin  apardığı  tədqiqat 

işləri  çoxsahəli  olsa  da,  onun  elmi  ya-

radıcılığında  əsas  yeri  sosial  iqtisadi 

problemlər,  əhalinin  həyat  səviyyəsinin 

yüksəldilməsi,  ərzaq  və  istehlak  prob-

lem lərinin həlli, səhiyyənin iqtisadiyyatı, 

əhalinin  sağlamlığının  sosial-iqtisadi  və 

demoqrafik inkişaf aspektlərinin tədqiqi 

və  s.  tutur.  Bu  problemlər  onun  190-a 

yaxın  elmi-tədqiqat  əsərində,  13  san-

ballı  monoqrafiyada,  6  dərslik  və  dərs 

vəsaitində, 3 tədris-metodik göstəricidə  

öz əksini tapmışdır.

Azərbaycanda  ilk  dəfə  olaraq  “Şəxsi 

istehlakın  iqtisadiyyatı  və  problemləri”, 

“Aqrar  iqtisadiyyatın  aktual  problem-

ləri”, “Kənd əhalisinin həyat səviyyəsinin 

yüksəldilməsi  problemləri”,  “Səhiyyədə 

iqtisadiyyat,  planlaşdırma,  idarəetmə, 

maliyyələşdirmə və əməyin elmi təşkili”, 

“ASK-nın aqrar bölməsində elmi - texniki  

tərəqqini  sürətləndirmə  problemləri”  və 

sair kimi monoqrafiyaların müəllifidir.

Yalnız  bazar  iqtisadiyyatına  keçid 

şəraitində  A.Əliyevin  80  elmi  əsəri  çap 

olunmuşdur.  Onlardan  “Azərbaycanın 

sosial - iqtisadi  inkişafında islahatların 

rolu”, “İpək Yolunun bərpası bəşəriyyətin 

tərəqqi  yoludur”,  “Azərbaycanda  bazar 

münasibətləri  şəraitində  əhalinin  sosial 

problemləri”,  “Səhiyyənin  iqtisadiyya-

tı”,  “Azərbaycanda  əhalinin  səviyyəsinin 

yüksəldilməsinin  aktual  problemləri”, 

“Naxçıvan  Muxtar  Respublikası:  nailiy-

yətlər,  problemlər”  (I   və  II  cild),  “Bazar 

iqtisadiyyatına  keçid:  dövlətin  iqtisadi 

siyasi”,  “Bələdiyyələr.  Metodik  kömək”, 

“Dünya  iqtisadiyyatı:  müasir  dövrün 

problemləri”, “Müstəqil Azərbaycan iqti-

sadiyyatının  aktual  problemləri”  və  sair 

sanballı kitabları yazmışdır.

Çıxışında    Ulu  öndər  Heydər  Əliyevin  

“Hər  bir  alim  qiymətlidir.  Ancaq 

nəzəriyyəni  təcrübə  ilə  birləşdirən, 

fikirlərini  tətbiq  edə  bilən  və  onlardan 

əməli  nəticə  götürə  bilən,  cəmiyyətə, 

ölkəyə, xalqa konkret fayda gətirən in-

sanlar alimlərin sırasında xüsusi yer tu-

tur”  sözlərindən  sitat  gətirən    Qoşqar 

Əliyev Aqil müəllimın bütün zamanlarda 

belə alimlərin sırasında olduğunu dedi. 

Sonra  Milli  Məclisin  iqtisadi  siyasət 

komitəsinin  sədri,  akademik  Ziyad 

Səmədzadə    çıxış  edərək  Aqil  Əliyevin 

şərəfli  ömür  yolu  ilə  bağlı  xatirələrini 

tədbir iştirakçılarına çatdırdı.

O,  söylədi  ki,  tarixi  faktlar  da  Azər-

baycanda  iqtisad  elminin  hərtərəfli  in-

kifaşında  görkəmli  iqtisadçıların  rolu-

nun olduğunu göstərir. Bu tarixin layiqli 

nümayəndələrdən biri də Aqil Əliyevdir. 

Onun  Azərbaycan  iqtisad  elmində 

rolu  ilk  növbədə  onunla  əlaqədardır 

ki,  ölkəmizdə  iqtisad  elmində  olan 

problemlərin  həllində  keyfiyyətli  işlər 

ortaya qoyub.

  “Aqil  Əliyevin  tədqiqatlarında  iqtisa-

di  məsələlərin  dərindən  araşdırılması 

qabarıq  şəkildə  özünü  göstərir.  Burada 

əsas  mahiyyət  iqtisadi  inkişafla  həyat 

səviyyəsi arasında əlaqənin nədən ibarət 

olduğunun  önə  çəkilməsidir.    Əhalinin 

həyat  səviyyəsinin  yaxşılaşdırılması 

onun  prioritet  kimi  qoyduğu  məsələlər 

sırasına daxil idi.

Aqil  Əliyev  “səhiyyənin  iqtisadiyyatı” 

deməklə hökuməti, iqtisadçıları, alim ləri, 

cəmiyyətdə  nüfuz  sahibi  olan  insanları 

bu  istiqamətə  cəlb  edərək  bunun  iqti-

sadiyyatın bir qolu olduğunu sübut edə 

bildi.”

Ziyad  Səmədzadə  çıxışında  bu 



kimi  məsələ lərdə  geridə  qaldığımız 

istiqamətlərin  həllinə  böyük  miqdar-

da  vəsait  tələb  edildiyini    də  bildirdi: 

“Ulu  öndər  Heydər  Əliyev  70-ci  illərdə 

ölkəmizə rəh bər lik edəndə Azərbaycanda 

səhiyyənin  inkişaf  etdirilməsi  baxımın-

dan xəstə xanaların açılmasına şərait ya-

ratdı.  Bu gün də istər Azərbaycanda, istər 

digər  yerlərdə  səhiyyəyə  qalıq  prinsipi 

ilə  baxan  insanlar,  məmurlar  var.  Dün-

yada bir nömrəli problem isə səhiyyədə 

olan axsamaların aradan qaldırılması ol-

malıdı.  Bütün  bunlar  səhiyyəyə  ayrılan 

vəsaitin hesabına daha təkmil ola bilər”.

 Aqil Əliyevlə bağlı  xatirələrini bölü şən 

I uşaq xəstəlikləri kafedrasının professo-

ru Surxay Musayev bu böyük alimin onu 

tanıyanların yaddaşında sadə və səmimi 

bir vətəndaş-alim kimi qaldığını diqqətə 

çatdırdı.  Böyük  alim,  gözəl  insan  Aqil 

Əliyev barəsində söz deməyin çox böyük 

məsuliyyət olduğunu və onun hərtərəfli 

bir şəxsiyyət kimi tarixdə silinməz izlər 

qoyduğunu  söylədi:  “Aqil  müəllim  hər 

zaman  arxasız,  imkansız  insanlara    ar-

xa-dayaq  olub.  O,  işinin  gərgin  olma-

sına  baxmayaraq  daim  tələbələrinə  çox 

böyük  diqqət  ayırar,  onlara  təmənnasız  

dəstək verərdi.

Mənim  o  zaman  universitetdə  məsul 

vəzifəyə  irəli  çəkilməyimdə  də    Aqil 

Əliyev  sözünün  çox  böyük  çəkisi  ol-

muşdur. Aqil Əliyev Mərkəzi Komitənin I 

katibinin qardaşı olsa da, bunu heç za-

man hiss etdirməzdi. Amma buna bax-

mayaraq  o,  tələbələri  ilə  daim  maraq-

lanır və onların problemlərinə yaxından  

köməklik  göstərirdi.  Onu  bu  xeyirxah 

işləri görməyə  heç kim  məcbur etmir-

di. Çünki bu böyük insan  daim gənclərin 

yanında  idi,  onları  unutmurdu.  Yenə 

deyirəm,  bu  onun  heç  kimə  xas  olma-

yan xarakterindən irəli gəlirdi. O, sözün 

əsil  mənasında  böyük  insan,  görkəmli 

şəxsiyyət olaraq hər birimizin xatirəsində 

əbə di yaşayacaq”. 

Aqil  Əliyev  haqqında  həzin,  kövrək 

xatirələrini  dilə  gətirən    S.Musayev 

bu  böyük  alimlə  olan  yaxın  dost-

luq  əlaqələrindən  söhbət  açdı,  onun 

yüksək  insani  keyfiyyətlərindən,  eləcə 

də  müəllim-  tələbə  münasibətlərindən 

ürəkdolusu bəhs etdi.    

Azərbaycanda 

Türkdilli 

Xalqların 

Əmək daşlıq Mərkəzinin  sədri İlham İs-

mayılov  çıxışında  Aqil  Əliyevin  hə yatda  

özünəməxsus  izlər qoyduğunu bildirdi, 

onun    sadə  və  təvazökar  bir  şəxsiyyət 

olaraq  hər  kəsin  qəlbində  abidə  olaraq 

qaldığını vurğuladı.

Aqil  Əliyevin  ailə  üzvləri  adından  çı-

xış  edən    Zərifə  Əliyeva    belə  mötəbər 

tədbirin  təşkilinə  görə  universitetin 

rəhbəri  professor  Gəray  Gəraybəyliyə 

minnətdarlığını bildirib. 

O,  diqqətə  çatdırıb  ki,  Əliyevlər  yeddi 

övlad    olaraq  daima  ölkəsinin,  xalqının 

yaxşı  yaşaması  və  rifahı  naminə  böyük 

işlər görüblər. Bu gün də möhtərəm Pre-

zidentimiz cənab İlham Əliyevin və onun 

xanımının  ölkəmizin  inkişaf  etdirilməsi, 

xalqın  həyat  səviyyəsinin  yaxşılaşdı-

rılması  ilə  bağlı  gördükləri  işlər  göz 

önündədir.

Tədbiri 

yekunlaşdıran 

professor 

G.Gəraybəyli  belə  yubiley  tədbirlərinin 

keçirilməsini  ölkə  rəhbərliyinin  elm 

adamlarına  göstərdiyi  diqqət  və  qayğı-

nın təzahürü adlandırdı. Əsası ulu öndər 

Heydər Əliyev tərəfindən qoyulan və Pre-

zident İlham Əliyevin də davam etdirdiyi 

bu xeyirxah ənənəni keçmişimizə böyük 

ehtiramı kimi dəyərləndirdi.

Mənsur ƏLƏKBƏRLİ

GÖRKƏMLİ  ALİM AQİL ƏLİYEVİN 90 

İLLİK YUBİLEYİ QEYD OLUNUB

D

ekabrın 7- də ATU- 

nun Tədris Terapevtik 

Klinikasında görkəmli  alim

AMEA- nın müxbir üzvü, əməkdar 

elm xadimi, iqtisad elmləri 

doktoru, professor  Aqil Əlirza 

oğlu Əliyevin anadan olmasının 90 

illik yubileyinə həsr edilmiş geniş 

toplantı keçirilmişdir.



Yüklə 281,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə