Tanınmış idman xadimi Hüseyn Qabulov: “Klinikamızın unikal imkanları var və biz bu imkanlardan geniş istifadə etməliyik” GÖRKƏMLİ alim aqiL ƏLİyeviN 90



Yüklə 281,01 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix21.06.2018
ölçüsü281,01 Kb.
#50838
1   2   3   4   5   6

http://www.amu.edu.az

16 dekabr  2016-cı il

6

Yu b i l e y



İnsanların sağlamlığının qorunma-

sında əczaçıların da rolu böyükdür. 

Müalicə zamanı düzgün dərmanların 

təqdim olunması, xəstələrə düzgün 

məsləhətlərin verilməsi böyük önəm 

daşıyır. Qürurla qeyd etmək istəyirik ki, 

respublikamızın müalicə-profilaktika, 

aptek şəbəkələrində fəaliyyət göstərən 

əczaçı kadrların demək olar ki 98 

faizi  Azərbaycan Tibb Universitetinin 

əczaçılıq fakültəsinin məzunlarıdır.

Fakültənin dekanı, professor Tahir Süleyma-

nov bildirir ki, 1939-cu ildə ölkədə ilk dəfə olaraq, 

əczaçılıq institutu açılıb. 1941-ci ildə müharibədən 

sonra kadr çatışmamazlığı səbəbindən Azərbaycan 

Dövlət Əczaçılıq İnstitutu fakültə kimi ATU-nun 

daxilinə keçirilib. Elə fakültənin tarixi də həmin 

dövrdən başlayır.



- Tibb Universitetində əczaçılıq fakültəsinin 

çəkisi hansı dərəcədədir?

- Fakültəmizdə bu  günədək yüksək ixtisaslı, 

ali təhsilli əczaçı mütəxəssislər hazırlanıb. Onlar 

ölkəmizin aptek şəbəkələrinə, müalicə-profilaktika 

tərkibində olan apteklərdə çalışırlar. Qeyd 

edim ki, fakültə tək Azərbaycan üçün yox, sovet 

ittifaqı dönəmində Türkmənistan, Ermənistan, 

Özbəkistan kimi müttəfiq ölkələrin əczaçı kadr 

hazırlığı ilə də məşğul olub.

Ölkəmiz müstəqillik əldə etdikdən son-

ra beynəlxalq əlaqələrimiz genişləndi və bizim 

fakültəyə digər ölkə vətəndaşları da təhsil almağa 

gəldilər. Bunlar arasında əsasən qonşu İran, 

Türkiyə və İraq vətəndaşları üstünlük təşkil edir. 

Müstəqillik dönəmində 250-dən artıq əcnəbi 

vətəndaş ATU-nun əczaçılıq fakültəsinin məzunu 

olub.

- Fakültədə tədrisin təhsili haqqında nə 

demək olar?

- Universitetimizdə olduğu kimi əczaçılıq 

fakültəsində də tədrisin təşkili Bolonya prinsipinə 

əsasən aparılır. Fakültəmizdə təhsilin istənilən 

pilləsində olan tələbələrimiz qarşılıqlı mübadilə 

proqramlarının üstünlüyündən faydalanırlar. On-

lar arasında Türkiyədə, İspaniyada təhsil alanları 

üstünlük təşkil edir.

Bu arada qonaqlarımız da çox olur. Xüsusilə 

Türkiyə universitetlərindən mütəxəssislər dəvət 

edirik. Bununla yanaşı, Böyük Britaniyanın Uni-

versity School of London Universitetinin əczaçılıq 

fakültəsindən qonaqlarımız olub.

ATU-nun əczaçılıq fakültəsində 120 nəfər işləyir, 

390 tələbəmiz var. Burada dərs deyən müəllimlərin 

70 faizinin elmi dərəcəsi var.

 

-Tahir müəllim,əczaçılığın tədrisində 

laboratoriyalar böyük önəm daşıyır. 

Tələbələrin praktikası üçün hansı növ 

labortariyalar fəlaiyyət göstərir?

-  Əczaçılıq  fakültəsinin  ixtisas  kafedralarında, 

xü 

susilə-əczaçılıq texnologiyası, farmokoqno-



ziya, əczaçılıq kimyası kafedralarında uzun illər 

respublikamızın təbii sərvətlərinin tədqiq edilməsi, 

yeni vasitələrin yaradılması istiqamətində ayrı-ayrı 

planlar əsasında elmi-tədqiqat işləri aparılıb. Lakin 

bu işlərin praktikada tətbiqi bugünki 

tələblərə cavab vermir. Belə hallarda 

tədqiqatçıları günahlandırmaq düz-

gün olmaz. Çünki bu sistemləşmiş, 

vahid bir klon əsasında aparılmalıdır. 

Təşkilati cəhətdən bu işlərə müəyyən 

istiqamət verilməlidir.

 Bu baxımdan, dekan olaraq 

fəaliyyətə başladıqdan sonra qarşıda 

duran əsas problemlərdən biri də bu 

proseslərin vahid bir klon əsasında 

aparılmasının təşkili oldu. Bu 

məqsədlə fakültə əməkdaşlarından 

bir qrupu qrant layihəsinin alınması 

istiqamətində işlərə başladıq. Və 2014-

cü ilin yekunlarına görə Azərbaycan 

Respublikası Prezidenti yanında Elmin İnkişafı 

Fondu tərəfindən keçirilən qrant layihənin, qrant-

pilot layihənin qalibi olduq.

 Layihənin əsas məqsədi, respublikanın 

təbii sərvətləri əsasında yeni dərman 

vasitələrinin yaradılması üçün müasir əczaçılıq 

laboratoriyalarının yaradılması, dərman 

vasitələrini hazırlamaq üçün lazımi müasir 

avadanlıqların təchizi və onların çalışması üçün 

müasir şəraitin qurulmasından ibarətdir.



-Yeni laboratoriyaların üstünlüyü nədən 

ibarət olacaq? Burada tələbələr hansı sahəyə 

uyğun tədqiqatlar apara biləcəklər?

 -Hələlik 3 istiqamətdə laboratoriyaların 

yaradılması nəzərdə tutulub: Fitokimyəvi laborato-

riya, Əczaçılıq Kimyası laboratoriyası və Əczaçılıq 

Kimyası Standartlaşdırma laboratoriyası. Bu 

bölmələr ixtisasımıza uyğundur. Belə ki, təbii 

mənbələrdən bioloji fəal maddələr alınması, 

fitokimyəvi laboratoriyada həyata keçiriləcək.

Fitokimyəvi laboratoriyada bu mənbələrdən bio-

loji fəal maddələr almaq üçün şöbəyə müxtəlif va-

kum buxarlandırıcı, reafilizator, xromotoqrof kimi 

avadanlıqlar alınıb.

İkinci şöbə-Əczaçılıq Texnologiyası labo-

ratoriyası  şöbəsidir. Burda ilkin mənbələrdən 

alınmış bioloji fəal maddələrin müxtəlif dərman 

formalarına  salınması nəzərdə tutulub. Bu dərman 

formalarını həyata keçirmək üçün laboratoriya-

ya  tabletpres, kapsulyator, nanoemosiya aparatı 

və digər köməkçi avadanlıqlar alınıb. Alınmış 

və müxtəlif dərman formalarına salınmış biolo-

ji fəal maddələrin keyfiyyətinə nəzarət üsulunun 

yaradılmasını əczaçılıq kimyası standartlaşdırma 

şöbəsi həyata keçirəcək. Bu şöbədə də əczaçılıq 

analizləri aparmaq üçün bütün növ yeni 

avadanlıqlar alınıb, quraşdırılıb. Məsələn: yüksək 

keyfiyyətli maye xromatoqrafı, masspektrlər, qaz 

xromotoqrafları, pliametr kimi cihazlar alınıb.

 Qeyd edim ki, qrant layihəsinin müddəti 2 ildir 

və 2017-ci ilin fevralında başa çatacaq. Hazırda 

işlərin 95 faizi yerinə yetirilib. Laboratoriyalar-

da avadanlıqların qurulması üçün universitet 

tərəfindən otaqların təmiri, su-elektirk-kanalizasiya 

xətlərinin yenilənməsi, avadanlıqların gətirilməsi, 

avadanlıqlara uyğun stol-stulun alınması, 

avadanlıqların quraşdırılması, avadanlıqlara iş 

üzrə treyninqlərin təşkili kimi işlər yerinə yetiri-

lib.  Bu laboratoriyalardan artıq tələbələrimiz və 

müəllimlərimiz dərslər üçün, mütəxəssislər isə elmi 

işləri üçün rahat istifadə edə bilirlər.

Günel ASLANOVA

Əczaçılıq fakültəsində 3 yeni 

müasir laboratoriya yaradılır

B

u günlərdə ATU-

nun bədən tərbiyəsi 

və idman kafedrasının 

müdiri, respublikanın 

əməkdar bədən tərbiyəsi 

və idman xadimi, Pre-

zident təqaüdçüsü, pro-

fessor Kamal Əkbər oğlu 

Kəbirlinskinin anadan 

olmasının 80 illiyi ta-

mam olur.

Kamal  Kəbirlinski  24  dekabr 

1936-ci  ildə  Şuşa  şəhərində 

anadan  olmuşdur.  O,  1955-ci 

ildə  Azərbaycan  Dövlət  Bədən 

Tərbiyəsi  institutuna  daxil  olmuş 

və 1959-ci ildə oranı bitirmişdir.

K.Kəbirlinski  əmək  fəaliyyətinə 

1959-cu  ildən  Azərbaycan  Tibb 

Universitetinin bədən tərbiyəsi və 

idman kafedrasında başlamışdır. 

1964-cü  ildə  Moskva  şəhərində 

Mərkəzi  Dövlət  İdman  İnstitutu 

fiziologiya kafedrasının nəzdində 

təşkil  olunmuş  məqsədli  aspi-

ranturaya  qəbul  olmuş,  1968-ci 

ildə SSRİ məkanında həndbol id-

manı  üzrə  birinci  olaraq  disser-

tasiya  müdafiə  edərək  pedaqoji 

elmləri  namizədi  adını  almışdır. 

Bu  məqsədlə  icad  etdiyi  aparat-

trenajor  həndbolçular  tərəfindən 

indi  də  məşq  prosesində 

müvəffəqiyyətlə istifadə olunur.

K.Kəbirlinski 

1969-cu 


ildə 

ATU-nun  bədən  tərbiyəsi  və 

idman  kafedrasına  müdir  se-

çilmiş  və  bu  günə  kimi  həmin 

vəzifədə  çalışır.  Onun  rəhbərliyi 

altında  Azərbaycan  Tibb  Uni-

versiteti  respublikanın  ali  təhsil 

məktəbləri  arasında  idmanın  ay-

rı-ayrı  növləri  üzrə  keçirilən  ya-

rışlarda  yüksək  nəticələr  əldə 

etmişdir.  Təsadüfi  deyil  ki,  ko-

mandamız “Gənclik” Tələbə İdman 

Cəmiyyəti tərəfindən 1993-2015-

ci  illər  ərzində  keçirilmiş  Res-

publika  Universiadalarının  ardıcıl 

olaraq  12  dəfə  qalibi  olmuşdur. 

Bu  qələbələrin  əldə  olunmasında  

K.Kəbirlinskinin böyük xidmətləri 

danılmazdır.

K.Kəbirlinskinin tələbə gənclərin 

bədən  tərbiyəsi  və  idmana  cəlb 

edilmsində  gördüyü işlərlə yanaşı, 

respublikamızda  həndbol idman 

növünün  inkişaf  etdirilməsində, 

eləcə  də,  elmi-pedaqoji  sahədə 

xidmətləri də böyükdür.

K.Kəbirlinski 1971-ci ildə dosent, 

1994-cü  ildə  isə  professor  adına 

layıq görülmüşdür və 68-dən çox 

elmi məqalənin müəllifidir.

K.  Kəbirlinski  hələ  gənc  yaşla-

rında, 1959-cu ildə Respublikanın 

qadınlardan  ibarət  həndbol  ko-

mandasının  məşqçisi  təyin  olun-

muş və 1969-cu ildən 1989-cu ilə 

qədər Azərbaycan Həndbol Fede-

rasiyasının Prezidenti vəzifəsində 

çalışmışdır.  Onun  rəhbərliyi  al-

tında bu komanda SSRİ Çempio-

natlarında 18 dəfə gümüş və bü-

rünc  medal,  yığma  komandalar 

səviyyəsində  isə  SSRİ  Xalqlarının 

Spartakiadasında  2  gümüş  və  1 

bürünc medal qazanmışlar. 1983-

cü ildə isə “Avtomobilçi” koman-

dası  Avropa  Beynəlxalq  Həndbol 

Federasiyasının  kubokuna  sahib 

olmuşdur.

Onun  rəhbərlik  etdiyi  həndbol 

idmanı üzrə elmi-tədqiqat komp-

leks  qrupu  həndbolçu  qızla-

rın  oyun  fəaliyyətini  hərtərəfli 

təhlil  etmiş  və  məşq  prose-

sini 


təkmilləşdirmək 

üçün 


fayda lı  məsləhətlər  vermişdir. 

Məşq çilərlə  sıx  elmi-metodi-

ki  əlaqələr  nəticəsində  görkəmli 

həndbolçular 

hazırlamış dır. 

Həmin  həndbolçulardan  R.Şa-

banova  -  əməkdar  idman  ustası, 

XIX  Olimpiya  oyunlarının  çempi-

onu,  L.Şubina  -  əməkdar  idman 

ustası,  XIX  Olimpiya  oyunlarının 

çempionu,  L.Safkina  -  əməkdar 

idman ustası, XX Olimpiya oyun-

larının  çempionu,  o  cümlədən 

əməkdar  idman  ustası,  1980-

ci  ildə  Moskvada    keçirilən  “Xoş 

məramlı  oyunlar”ın  çempionu 

E.Vahabzadənin  adlarını  iftixarla 

çəkə bilərik.

1980-cı  ildə  Moskva  şəhərində 

keçirilən XX Olimpiya Oyunların-

da uğurlu işinə görə BOK-un Fəxri 

diplomuna layıq görülmüşdür.

K.Kəbirlinski 

Respublikada 

bədən  tərbiyəsi  və  idmanın  in-

kişafında  göstərdiyi  xidmətlərə 

görə  “Azərbaycan  Respublikası-

nın  əməkdar  bədən  tərbiyəsi  və 

idman xadimi” adına layıq görül-

müş, Azərbaycan Respublikasının 

Səhiyyə Nazirliyinin fəxri fərmanı 

ilə təltif  olunmuş və Azərbaycan 

Respublikasının Prezidentinin xü-

susi fərmanı ilə “Tərəqqi” medalını 

almışdır.

1969-cu  ildən  bu  günə  qədər 

ATU-da işlədiyi dövrün 48-ci ili-

dir  ki, bədən tərbiyəsi və idman 

kafedrasına rəhbərlik edir. 

2015-ci  ildə    Azərbaycan 

Respub  likasının  Prezidenti  cənab 

İlham  Əliyevin  sərəncamı  ilə 

K.Kəbirlinskiyə Prezident təqaüdü 

verilmişdir. 

Ömrünün  müdriklik  çağını  ya-

şayan,  universitetimizin  idman 

şərəfini  daim  zirvələrə  qaldıran 

tanınmış  idman  ustası,  hörmətli 

Kamal  müəllimi  bu  şanlı  yubi-

leyi  münasibəti  ilə  təbrik  edir, 

ona  bundan  sonra  da  yorulmaz 

fəaliyyət arzulayırıq.



Bədən tərbiyəsi və idman ka-

fedrasının əməkdaşları

Tanınmış idman 

xadimi 


Yüklə 281,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə