T texniki kolleci


Mövzu 2. Metalların mexaniki xassələrinin sınanma üsulları



Yüklə 210,16 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix22.03.2024
ölçüsü210,16 Kb.
#183427
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   18
T texniki kolleci

 
Mövzu 2. Metalların mexaniki xassələrinin sınanma üsulları 
Yükün tətbiq edilmə üsulundan asılı olaraq metalların mexaniki xassələrinin 
yoxlanılması üç qrupa bölünür: 
1. Statiki - 
yük ardıcıl və tədricən artır: dartılmaya, sıxılmaya, əyilməyə, burulmaya, 
b
ərkliyə sınama. 
2. Dinamiki - 
yük böyük sürətlə artır - əyilmə zərbəsinə sınama. 


3. Tsiklik - 
bu halda yük bir neçə dəfə əhəmiyyətinə görə dəyişir – yorulmaya 
sınama. 
Metal v
ə ərintilərin ən geniş yayılmış sınama üsulu bərkliyə sınamadır. Bərklik 
sınanan metalın ona metal və ya almaz ucluğun sıxılmasına göstərdiyi müqavimətdir. 
Metalların bərkliyə sınanma üsullarından ən geniş yayılanı Brinell üsuludur. Bu üsula 
görə sınanmaya uğradılan metalın səthinə diametri 1;2; 2,5; 5 və 10 mm olan polad 
kürə müəyyən qüvvə ilə sıxılır. Nəticədə metalın səthində iz alınır. Brinell üzrə bərklik 
ədədi sıxılan yükün polad kürənin səthdə açdığı izin diametrinə olan nisbətidir.
F F 
HB= --------- = -------------------------- 
9,8 S 9,8 

( D - 

D
2
-d

Burada F- 
kürəyə düşən yükdür; H 
S- izin s
əthinin sahəsidir; mm

D-
sıxılan polad kürənin diametridir, mm 
d- izin diametridir, mm 
Kürənin diametri D, tətbiq edilən yük F və sıxılma müddəti metalın bərkliyi və 
qalınlığından asılıdır. Alınan izin diametri d 0,2 

d

0,6 D h
əddində olmalıdır. 
Mövzu 3. Ərintilər haqqında əsas məlumatlar. 
 
T
əmiz metallar əsasən tələb edilən mexaniki və texnoloji xassələrə malik 
olmadıqları üçün məmulat hazırlanmasında nadir hallarda istifadə edilir. Odur ki, 
əksər hallarda metod ərintilərindən istifadə edilir.İki və daha çox metal və qeyri-
metalın birləşməsindən əmələ gələn və metallik xassələrə malik olan maddələrə 
ərinti deyilir. Ərinti hazırlanmasının ən geniş yayılmış üsulu əritmədir. Ərintiyə 
daxil olan komponentl
ər əksər hallarda bir-birində həll olunur, daha doğrusu bu 
özlüyündə maye məhlul əmələ gətirir ki, başqa-başqa elementlərin atomları 
b
ərabər paylanır. Bərk halda ərintilərdə bərk məhlul, kimyəvi birləşmə və 
mexaniki qarışıq yaranır.

Yüklə 210,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə