T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə17/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
52 
məhsulatını iştihayi-tam ilə bəl etməyirlərmi?

 
Əkinçi  böylə,  əmələ,  sənətkar,  əsnaf  da  eyni  gündə 
deyilmi?” (31, 127). 
Bir  sıra  ziyalılar  Azərbaycanın  müstəqilliyi  haqqında 
düşünür  və  danışırdılar.  Qərb  musiqi  janrları  olan  opera 
(“Leyli və Məcnun”, 1908)  və operattamızın (“Ər və arvad”, 
1911)  banisi,  dramaturq  Ü.Hacıbəyov  yazırdı:  “Biz  Azər-
baycanı  Yevropaya  tanıtdırmalıyıq.  Özümüzə  məxsus  tarixə, 
gözəl  və  xüsusi  bir  ədəbiyyata,  sənayei-nəfisəyə  malik  oldu-
ğumuzu  onlara  bildirməliyik.  Dilimizin  firəng  dili  Yevropada 
olan  kimi,  bütün  Qafqazda  ümumi  bir  dil  olduğunu... 
musiqimizin ümumi Qafqaz millətlərinə zövq və ləzzəti-ruhani 
verən bir musiqi olduğunu bildirməliyik. Yevropa şairlərindən 
geri qalmayacaq şairlərimizi,  müsənniflərimizi,  yazıçılarımızı, 
alimlərimizi  birbəbir  nişan  verməklə  xüsusi  bir  mədəniyyətə 
malik olduğumuzu əyan və aşkar etməliyik. Cəsur və rəhimli, 
safdil  və  həqqu  bir  millət  olub  da,  fitnə-fəsad,  hiylə  və  təzvir 
kimi  zəmimədən  ari  olduğumuzu  gizlətməməliyik...  Əlqissə, 
bütün  xüsusiyyətimizi,  bütün  məziyyətimizi  təfsilatı  ilə 
Yevropaya  bildirib,  müstəqil  yaşamağa  və  müstəqil  bir 
hökumət təşkilinə kamalınca müstəhəqq olduğumuzu layiqincə 
isbat etməliyik...” (125) 
Tədqiqatçılar  haqlı  olaraq  qeyd  edirlər  ki,  “Maarifçilik 
dünyagörüşünə malik olmaq və maarifçilik hərəkatına mənsub 
olmaq,  zənnimizcə,  fərqli  və  çox  hallarda  üst-üstə  düşməyən 
anlayışlardır.  Belə  ki,  maarifçi  dünyagörüşü  bizdə  Nizamidən 
                                                           

 Bəl etmək – udmaq. Burada: yemək. 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
53 
başlayaraq  əksər  hallarda  klassiklərimizdə  və  müasir  dövrün 
bir sıra ən güclü sənətkarlarında müşahidə edildiyi halda, maa-
rifçilik bir ictimai hərəkat və ədəbi cərəyan olaraq  yalnız XX 
əsrin ilk onilliklərini əhatə edən bir hadisə olmuşdur” (37, 82). 
XX  əsrin  əvvəllərinin  maarifçiliyi  eyni  zamanda  ən 
müxtəlif  baxışlı  ziyalıları  birləşdirən  ümummilli  mənəvi-
mədəni  bir  platforma  idi.  Əsrin  lap  əvvəllərindən  dövrün 
aparıcı  ziyalıları  millətin  tərəqqisi  naminə  görülə  biləcək  ən 
təxirəsalınmaz, ən önəmli işin məhz xalqı maarifləndirməkdən 
ibarət olduğunu dönə-dönə qeyd  edir, bu istiqamətdə fədakar-
casına çalışırdılar. 
Milli  ziyalıların  ən  müxtəlif  təbəqələrini  əhatə  edən  bu 
hərəkatda şübhəsiz ki, sənət xadimləri, yazıçılar, elm adamları 
ön  cərgədə  gedirdilər.  Tutaq  ki,  öz  ideya-bədii  platformasına 
görə  bir-birindən  fərqlənən  yazıçılar,  publisistlər  və  şairlər: 
H.Zərdabi, 
N.Vəzirov, 
Ə.Haqverdiyev,  Ə.Hüseynzadə, 
Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə,  N.Nərimanov,  M.Hadi,  H.Cavid, 
C.Məmmədquluzadə,  M.Ə.Sabir,  S.S.Axundov,  A.Divanbəy-
oğlu  və  b.  mahiyyətcə  qlobal  bir  istiqamətin,  yönümün  müx-
təlif  yolları ilə getsələr də, nəticə etibarilə eyni işi görürdülər. 
Əsrin  əvvəllərinin  ən  böyük  ictimai,  ədəbi-mədəni  simaların-
dan olan, “Maarif, ittihad, hüriyyət! Nə qədər gözəl nemətlər! 
Bunları unutmayalım ki, nicat bu üç qüvvədədir” kimi məşhur 
deyimin (136) müəllifi Əli bəy Hüseynzadə elmsizliyin, savad-
sızlığın,  maarifsizliyin  millətə  vurduğu  dəhşətli  zərbəni  çox 
sərrast  ifadə  edərək  yazırdı:  “Qaranlıq  bir  şeydir  ki,  bulun-
duğu,  hökmfərma  olduğu  məkanlarda  və  zamanlarda  insanlar 
nə özünü, nə ayinədki surətini, nə də bulunduğu yerin daxil və 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
54 
xaricini  görəmməz.  Bunları  görmək  və  gördükcə  bir  istifadə 
edə bilmək ancaq işıq sayəsində ola bilər. Zülməti-mənəviyyə 
ilə  ziyayi-mənəviyyə  də  bunlar  kibidir.  Maddətən  heç  bir 
kitab, hətta Qurani-Kərim də qaranlıqda oxunammayacaq kibi, 
mənən də o cür dərin  mənalı kitablardan heç bir elmsiz  adam 
layiqi vəchilə bir məna çıxarammaz. Allah və Quranı çoban – 
çoban kibi, Musa da Musa kibi anlar” (32, 98). 
Bu  sözlərdə  maarifçilik  hərəkatının  həyati  mahiyyəti, 
mədəni inkişafımızın ən vacib özülü sərrast ifadə olunmuşdur. 
Məsələnin  bu  tərəfini  Əhməd  bəy  Ağaoğlu  da  təxminən  eyni 
mövqedən  açıqlayaraq  yazırdı:  “Təsəvvür  edin  ki,  kütlənin 
əhatə etdiyi din xadimi moizə oxuyur. Savadsız və qaşqabaqlı 
kütlə onu itaətkar bir sükutla dinləyir. O, dini təhrif edir, ona 
xələl gətirir, Peyğəmbərin böyük şəxsiyyəti və ölməz hədisləri 
onun dilində tanınmaz şəkil alır. Din, daxili zəka və nəhayətsiz 
ruhi inkişaf əvəzinə, fərziyyələr, ikiüzlülük, nadanlıq, ağıla və 
qəlbə  heç  nə  deməyən  məşqlər  mənbəyinə  çevrilir.  O,  dinc-
liyin  bütün  mahiyyətini  bu  məşqlərdə  görür,  kütlə  isə  qardaş 
qırğını,  yalan,  məkr  girdabına  sürüklənərkən  belə  özünü 
günahkar sayır” (101). 
Müəllifə görə, bütün bunlar kütlədə bir nadanlıq doğurur. 
Nadanlıq  isə  daha  eybəcər,  daha  məkrli  bir  haldır.  Onun 
formasız  dəhşətli  kütləsi  hər  yerə  yayılır.  Nadanlıq  hopmuş 
kütlə  öz  insani  sifətini  güc-bəla  ilə  saxlaya  bilir.  Onun  bütün 
fikirləri,  hissləri  şikəstləşmişdir.  Bu  nadanlıq  kütləni  nəinki 
bəşər  mədəniyyətinin  zənginliklərindən,  həmçinin  öz  doğma 
keçmişinin mənəvi nailiyyətlərindən bəhrələnməkdən məhrum 
edir. Müəllifin düşüncəsinə görə, maarifçilik çox geniş bir hə-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə