T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə13/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
40 
demək  olardı.  Dövr  –  XX  əsrin  əvvəlləri  nəzəri  təfəkkürün 
oyanışı,  tariximizin,  fəlsəfi  fikrimizin,  folklorumuzun  və  dili-
mizin  öyrənilməsi  baxımından  da  əlamətdar  bir  dövr  idi. 
Məsələn, ilk dəfə olaraq Firudin  bəy Köçərli  ədəbiyyat tarixi-
mizin xronologiyasını cızır və onun sistemli tədqiqinə girişirdi. 
Nizami,  Füzuli,  Vaqif,  M.F.Axundzadə  kimi  klassiklərimiz 
haqda  Ə.Hüseynzadə,  A.Sur,  Ə.Ağaoğlu,  C.Məmmədqulu-
zadə,  A.Səhhət,  S.Hüseyn  kimi  tənqidçi-alim  və  ədiblər 
tərəfindən  qiymətli  fikirlər  söylənilir,  onların  tarixi-mədəni 
xidmətləri araşdırılıb öyrənilirdi. 
XX  əsrin  əvvəllərində  qərbçilik  meyillərinin  güclənərək 
inkişafı – eyni zamanda, yeni təhsil və məktəb proqramlarının 
meydana  gəlməsi,  habelə  Rusiyada  və  Avropada  universitet-
lərə daxil olmaq imkanlarının genişlənməsi ilə də sıx bağlı idi. 
Qərb mədəniyyəti, elmi və təhsili ilə bilavasitə təmasda olmuş, 
Avropadan  mütərəqqi  ideyaları,  azadfikirliliyi  əxz  etmiş 
ziyalılarımız milli vətənpərvərlik ruhu və müasirləşmə əqidəsi 
ilə xalqa xidmət göstərməyə can atırdılar. 
Mollaxana  təlimi,  “Çərəkə”,  “Cameyi-Abbas”,  “Gülüs-
tan”  tədrisi  hələ  hökmfərma  olsa  da,  “Oxutmuram,  əl  çəkin!” 
(Sabir)  -  harayı  hələ  güclü  eşidilsə  də,  dünyəvi  təhsilə,  əməli 
həyat elmlərinə, təcrübi fənlərə maraq günü-gündən dərinləşir, 
xüsusilə  Qori  müəllimlər  seminariyasını  bitirmiş  məzunların 
(C.Məmmədquluzadə, 
S.S.Axundov, 
Ü.Hacıbəyov, 
M.Maqomayev və b.) səyi, zəhməti nəticəsində nəinki Bakıda 
–  mərkəzdə,  habelə  Gəncədə,  Şamaxıda,  Lənkəranda  və  b. 
əyalətlərdə  yeni  tipli  məktəblər  sürətlə  təşəkkül  tapmağa 
başlayırdı. 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
41 
Mənsub  olduğu  ədəbi  məktəbdən,  yaradıcılıq  metodun-
dan asılı olmayaraq, XX əsrin əvvəllərində bir çox sənətkarlar 
–  həm  maarifçi,  həm  tənqidi  realistlər,  həm  də  romantiklər 
Qərb  mədəniyyətini  öyrənməyə,  əxz  etməyə  can  atırdılar. 
Avropa  ədəbiyyatı,  fəlsəfəsi,  ictimai  fikri  həmişə  diqqət 
mərkəzində  olmaqla  bir  nümunə,  etalon  səviyyəsində  qəbul 
edilib,  qavranılır,  eyni  zamanda,  ayrı-ayrı  yazıçı  və  şairlərin 
dünyagörüşünün, yaradıcılıq metodunun təşəkkülündə mühüm 
rol  oynayırdı.  Qərbə,  Avropaya  belə  bir  meylin  təşəkkülündə 
azərbaycanlıların  Qori  seminariyasında,  habelə  Moskvada, 
Kiyevdə,  Peterburqda  oxumaqları  ilə  yanaşı,  xaricdə  –  İstan-
bulda, Parisdə və b. Avropa şəhərlərində təhsil almaları da öz 
sözünü  deyirdi.  Məsələn,  romantiklərdən  Hüseyn  Cavidin 
nəzəri-estetik  görüşlərinin,  sənət  idealının  formalaşmasında 
milli-ədəbi sərvətlərlə bərabər, Qərbi Avropa ədəbi-fəlsəfi fikri 
də  müəyyən  rol  oynamışdır.  XX  əsrin  əvvəllərində  H.Cavid 
İstanbul  Universitetində  təhsil  alarkən  professor  Rza  Tofiqin 
(1868-1949)  Qərb  fəlsəfəsinə  dair  mühazirələrini  dinləmiş, 
Şopenhauer,  Spenser  və  Nitşenin  yaradıcılığı  ilə  tanış  olmuş-
dur.  Rza  Tofiqin  özü  spenserçiliyin  güclü  təsiri  altında  idi. 
(161, 43).  
O,  dünya  fəlsəfi  fikrini  öyrənərək  M.F.Axundzadədən 
sonra Qərb  və Şərq fəlsəfəsini  yaxınlaşdırmağa cəhd göstərən 
ilk müsəlman-türk filosofu idi. H.Cavid görkəmli maarifpərvər 
Qurbanəli Şərifzadəyə 4 yanvar 1909-cu il tarixli məktubunda 
yazırdı:  “Əfəndim!  Bəndəniz  ta  Ramazana  qədər  5-6  ay 
(edadi)  proqramını  ikmala  çalışırdım  və  hər  həftə  məşhur 
filosof  Rza  Tofiq  bəydən  həqaqiyə  dair  bir-iki  dərs  proqram 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
42 
xaricində  oxuyurdum”  (10,  262).  Bundan  ilyarım  sonra 
H.Cavid  “Həqiqət”  qəzetində  çap  etdirdiyi  “Həsb-hal”  adlı 
silsilə məqalələrində “filosof-şəhir” Herbert Spenserin də adını 
çəkir və ondan sitatlar gətirirdi (10; 194, 197, 205). Görkəmli 
ədəbiyyatşünas  Əziz  Şərifin  mötəbər  tarixi  sənəd  olan 
“Gündəliklər”inin  1917-ci  il  7  aprel  qeydində  oxuyuruq: 
“Hüseyn  bir  yerdə  oxumaq  üçün  Nitşenin  “Zərdüşt  belə 
deyirdi” əsərini tapmağı məndən xahiş elədi. Mən söz verdim” 
(150, 97). Sonra Əziz Şərif öz gündəlik qeydlərini şərh edərək 
göstərirdi  ki,  “O  zaman  Hüseyn  Cavid  tez-tez  mənə  Rza 
Tofiqin 
fəlsəfi 
görüşlərindən,  alman  filosofu  Artur 
Şopenhauerin  və  ingilis  filosofu,  sosioloqu  Herbert  Spenserin 
nəzəriyyəsindən  söhbət  edərdi”  (150,  97).  Gündəliyin  elə 
həmin  21  avqust  tarixli  qeydində  deyilirdi:  “...Biz  Nitşenin 
təsadüfən mənim ələ keçirdiyim “Zərdüşt belə deyirdi” kitabı-
nı  oxumağa  başladıq,  ancaq  bu  mütaliə  uzun  çəkmədi”  (128, 
102).  İki  gün  sonra  Əziz  Şərif  yazırdı  ki,  “saat  ikidə  Hüseyn 
məni dümsükləyib durğuzdu. Yamanca  yuxum gəlirdi. Naharı 
gətirincə bir az Nitşedən danışdıq” (161, 106-107). H.Cavidin 
“Müharibə  və  ədəbiyyat”  adlı  məqaləsində  Şərq  klassik 
poeziyasının  dahi  nümayəndələri  (Firdovsi,  Sədi,  Nizami, 
Ə.Hamid...) ilə yanaşı, rus və Qərb ədəbiyyatının, fəlsəfəsinin 
– Şekspir,  Russo, L.Tolstoy,  Dostoyevski, H.Spenser, F.Nitşe 
kimi görkəmli simalarından da bəhs edilirdi (10, 152). 
H.Cavidin  Qərb  mədəniyyətindən,  Avropa  fəlsəfəsindən 
təsirlənməsi  və  bəhrələnməsini  xüsusi  vurğulayan  R.Nəbioğlu 
yazır  ki,  “H.Cavid  Şopenhauerin  volyuntarizmi,  Spenserin 
sosial darvinizmi və Nitşenin individualizmi ilə yaxından tanış 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə