T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə16/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
49 
mübahisələr  mətbuatımızın  sütunlarını  doldurmaqla  hala 
bitmiyor. 
Böylə  əhəmiyyətsiz  bir  zənblə  (iştə  yenə  fəthə  bəhsinə 
ehtiyac  göstərən  bir  kəlmə)  zehinlərimizi  məşğul  edib  onu  və 
mübahisəsini  nəcmi-kisudar  quyruğunun  belə  yetişməyəcəyi 
“cəhənnəmə”,  ya  cənnəti-əlayə  qədər  uzatmaqdansa,  üçüncü 
dumada  kazak  atlarının  quyruqlarına  dair  cərəyan  edən 
münaqişata  qulaq  verməmiz  daha  nafedir,  zənn  edərəm! 
Ələlxüsus öylə bir zamanda ki, “Novoe vremə” badnümasının 
hərəkət  və  istiqamətinə  müvafiqətlə  əllərində  Peterburq  və 
Moskva,  daha  doğrusu,  üçüncü  dum  kazak  atlarının  quyruq-
larını  oynadan  Menşikovlar  Qafqaz  müsəlmanlarını  əzim  bir 
xəyanətlə  ittiham  edərək,  az  qalıyor  ki,  bizi  ayaqları  altında 
əzdirib çöküntmək üçün bütün məzkur atları təhəvvürə gətirib 
üzərimizə hücum etdirsinlər” (31, 35-36). 
Başqa bir yerdə oxuyuruq: “Mən əxirən Xoy tərəflərində 
şu  həriflərin  (Sənani-səhmian  istiqamətilə  Şeyx  Fəzlüllah  ilə 
Kölgəni  göstərərək)  iltizam  etdiyi  istibdadın  əleyhinə  vaqe 
cahadda  məhbubeyi-vətən  yolunda  fədayi-can  edənlərdənəm. 
Mənə yoldaşlarım Səid Səlmasi deyərlər idi. 
Kəyumərs: – Pək əla! Sən, görünür ki, safdərun və xəyal-
pərəst,  təzə  bir  qəlbsən.  Ancaq  hər  eşq  və  məhəbbətin  bir 
hədəfi olur. Sənin hədəfin, hədəfi-məqsudun nə idi? 
Qəlb:  –    Mənim  hədəfi-eşqim  vətən  idi.  O  məşuqə  isə 
məni tiri-cəfasına hədəf etdi. 
Kəyumərs: - Vətən nəyə deyirsən? 
Qəlb: – İrana. 
Kəyumərs:  -  Mənim  anladığıma  görə,  eşq  və  möhnətin 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
50 
hədəfi ancaq hüsn ola bilir. 
 
“Eşq behosn əst behəm dilnişin, 
Mum dəramixte ba əngəbin”. 
(Eşq hüsn ilə birlikdə ürəyə yatan olur, 
Bala mum qatılmış kimi) 
 
Əcəba, sənin vətən dediyin bugünkü İranda məğlub olan 
hüsn  varmı?..  Mən  vaxtı  ilə  bir  çox  gözəllər  sevmiş  idim. 
Onun üçün bu xüsusda bir xeyli təcrübə və məlumatım vardır. 
Hüsnun  nə  olduğuna  vaqifəm.  Şərtlərini  bir-bir  tedad  edə 
bilərəm.  Hüsn  deyilən  sirri-ilahinin  altı-yeddi  şərti  var. 
Bunların  birincisi  səhhət  və  təndüristidir.  Yəni  bütün  əzayi-
bədənin  iləldən,  (naxoşluqdan  –  Red.)  əmrazdan,  (xəstəlik-
lərdən – Red.) əsqamdan (bədbəxtlikdən – Red.) külliyyən bəri 
(qurtulmuş – Red.) və salim olmasıdır. 
Əcəba,  İranda  sağ  və  salim  bir  üzv  qalmışmı?  İran 
başdan-başa ən şiddətli bir mərəzin hammələri (zərərvericiləri 
–  Red),  ixtilalçıları  (üsyançıları  –  Red.)  içində  çapalayıb 
durmuyormu? 
Hüsnün  ikinci  şərti  qüvvətdir.  İranda  isə  bu  gün  iki 
qüvvət,  yəni  hökumət  ilə  millət,  hökumət  əsgərləri  ilə  millət 
mücahidləri yekdigərlərinin zorbazorlarını müqabilən məhv və 
nabud  etməkdə  olduğundan  məmləkətin  canında  qüvvət 
qalmıyor. Bir dərəcədə ki, İran xaricdən gələn hər bir qüvvətin 
təhti-hökmündə xar və zəbun qalır. 
Hüsnün üçüncü şərti gənclik, cavanlıq, təzəlikdir, təzəlik 
rəngidir. İran əlan üç-dörd min yaşına vasil olmuş bir pirəzən, 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
51 
bir əcuzədir. Mən nə qədər duxtər sevdimsə, cümləsi təndürist, 
qəviül-əza və cavan idi. Zamanımdakı İran dəxi öylə idi. Mən 
ömrümdə  əsla  mərizlərə,  acizlərə,  natəvanlara,  qoca  qarılara 
aşiq olamadım və olamaz idim! 
Hüsnun dördüncü şərti qəddü qamətin, əndamın mövzun-
luğu,  əzayi-bədənin,  məlamehi-vəchiyyənin  (üz  əlamətlərinin 
– Red.) tənasübüdür” (31, 126-127). Ə.Hüseynzadə daha sonra 
yazırdı:  “Əcəba  bu  gün  bədəni-İranı  təşkil  edən  sünufi-əhali 
arasında bir tənasüb, bir mizan varmıdır? Əzanın bəzisi həddən 
ziyadə kiçilib, bəzisi də həddən ziyadə böyüməmişmi? İfrat və 
təfrit  vaqe  olmamışmı?  Bəy,  xan,  mülkədar,  bürokratiya 
(məmurini-əqalim),  molla,  seyid,  sinfi  –  fərti  nəmüvəd, 
zəxaməyə,  tüccar,  sənətkar,  zare,  əmələ  və  rəncbər  sinfi  də 
zəmurə  uğramamışmı?
*
 Bədəni-İranın  ən  mühüm  üzvü  olan 
ikinci  sinfi  nə  haldadır,  türuq  və  məabirdən  sərfi-nəzərlə 
vəsaiti-əsqanın  məfqud  olmasından,  qədim  su  cədvəllərinin 
quruyub  korlanmasından  ziraətə  əlverişli  olan  əksər  yerlər 
çöllərə,  biyabanlara,  qeyri-münbit  səhralara  dönməmişmi? 
Ötədə,  bəridə  cüzi  cürətlə  yaşayanlar  varsa,  bunların  hasilati-
məsaisi  (səylərinin  hasili,  burada:  qazancları,  əldə  etdikləri  – 
Red.)  öz  əllərində  qalıyormu?  Bunlar  özləri  buğda  ətməyinin 
üzünü  görüyorlarmı?  Ağa  və  rəiyyət  namilə  qüruni-vüsətanın 
(orta  əsrlərin  –  Red.)  dərəbəyliğinin  üsuli-kəmali-zülm  və 
etisaf ilə hala davam etməyirmi? Bu üzdən zəxaməyə uğramış 
xan,  mülkədar  və  məmurini-hökumət  bütün  ziraə  əməklərinin 
                                                           
*
 Mənası: Bəy, xan, mülkədar, bürokratiya  


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə