Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

Bu günlərdə heç kefim yoxdu. Ġnsan orqanizmi belədir, daxili tarazılıqlar var, ən kiçik Ģey 

bunları pozmağa yetər. Dünən səhər Razman xanım bazarlıq edib gələrkən üzümü saralmıĢ 

gördü və bunun səbəbkarı kimi də ayı göstərdi. Həqiqətən də əvvəlki gecə bütöv ay vardı. Ay 

dənizləri yerindən oynada bilirsə, bostandakı köklü bitkiləri daha tez böyüdürsə nədən bizim 

təbiətimizə də təsir etməsin ki? Biz də sudan, qazdan, minerallardan və daha nələrdən 

yaranmadıqmı?! QonĢum gedəndə oxunmuĢ qəzetlərlə dolu bir torba saxladı, beləcə günümü 

onların səhifələri arasında keçirdim. Hər dəfə belə olur. Qəzetləri görəndə qarıĢdırır, onların 

arasında yarım saat vaxt keçrirəm. Halbuki, əvvəllər son cümlələri oxuyanadək əlimdən 

qoymazdım. Monoko Ģahzadəsinin bədbəxt 28 

həyatına kədərlənirəm, bacısının proletar eĢqinə hirslənirəm, mənə qeyri-adi görünən hər cür 

kədərli xəbərə ürəyim sızıldayır. Hələ məktubları demirəm! Ġnsanların yazmağa cəsarət etdikləri 

bəzi Ģeylərə təəcüblənməkdən özümü güclə saxlayıram. YaĢlı bir sofi deyiləm, ən azından elə 

olmadığımı sanıram, amma yenə də azadlığın bu ifrat dərəcələrinin məni heyrətə gətirmədiyini 

söyləyə bilmərəm. 

Bu gün hava olduqca soyuqdu. Bağçada gəzintiyə çıxmadım, havanın çox soyuq olduğunu və 

yerlərin don tuta biləcəyini düĢünərək quru bir budaq kimi düĢüb qırılmamaq üçün evdə qaldım. 

Əcəba, məni hələ oxuyursanmı, məni daha yaxĢı tanıdıqca içində artıq oxumağa davam 

etməyəcək bir duyğu doğdumu? Bu aralar məni istiqamətləndirən tələsmə təlaĢı üzündən sözlərin 

daha uyğununu seçməyə, dolayı yollarla anlatmağa və buna çatası səbrim yoxdu. Sənə söylədim, 

sənin heç nəyə söykənməyən o baĢıboĢluq, itirmiĢlik duyğusunu mən də yaĢayırdım. Mənim 

vəziyyətim bəlkə daha da çətindi. Bilirəm səndə bu çatıĢmamazlığın səbəbi atanın kim olduğunu 

əsla öyrənmədiyindən qaynaqlanır. Mənə ananın haraya getdiyini söyləmək təbi gələrkən atan 

haqqında suallara heç zaman cavab verə bilmədim. Bir yay Ġlaria Türkiyədə təkbaĢına uzun 

sürən bir tətilə getmiĢdi, o tətildən müəmmalı bir halda döndü. Otuz yaĢını keçmiĢdi və bu yaĢda 

qadınlar bir uĢaq sahibi olmasalar qəribə bir duyğuya qapılıb nəyin bahasına olursa-olsun bir 

uĢaq istəyər. Bunun nə formada və kimdən olduğunun heç əhəmiyyəti yoxdur. 

Qaldı ki, o dövrdə bütün qadınlar feminist idi, anan da bir qrup qadınla bir klub yaratmıĢdı. 

Söylədiklərində mənim də Ģərik olduğum doğru fikirlərlər vardı, amma bunların arasında 

zorakılıqlar, qeyri-sağlam, əyri düĢüncələr də az deyildi. Bunlardan bir də qadınların 

bədənlərinin tam və tək sahibi olduqları fikriydı. Guya bir uĢaq yetiĢdirmək qərarı yalnız onlara 

aid ola bilərdi. KiĢi bioloji bir ehtirasdan baĢqa bir Ģey deyildi və bəsit bir ehtiyac zamanı istifadə 

olunurdu. Bu Ģəkildə davranan təkcə anan deyildi. Ġki-üç rəfiqəsi də eyni Ģəkildə uĢaq sahibi 

olmuĢdu. O qədər də anlaĢılmaz bir Ģey deyil, bilirsənmi? Ġnsanda bir həyat yaratmaq arzusu hər 

Ģeyə qarĢı güclü olma duyğusu oyandırır. Ölümü, qaranlığı, inamsızlığı uzaqlaĢdırır, dünyaya 

özündən bir parça gətirirsən və bu möcüzə qarĢısında hər Ģey gücsüzdür. 

Bu iddianı gücləndirmək üçün anan və dostları heyvanlar dünyasından misallar çəkirdi: «diĢilər, 

-deyirdilər -erkəkləri ilə yalnız ciftləĢmə dövründə qovuĢur, sonra hər kəs öz yolunu gedər və 

körpələr analarıyla qalırlar». Bunun doğru, ya da səhv bir anlayıĢ olduğunu söyləmək iqtidarında 

deyiləm. Amma bilirəm ki, biz insanıq. Hər birimiz fərqli bir üzlə dünyaya gəlirik və bu üzü 

ömür boyu daĢıyırıq. Bir antilop antilop surətiylə doğular, aslan aslan sifətiylə, hər növlərin 

üzvləri eyni sifətə sahibdir. Təbii görüntü eynidir, halbuki, üz insana xasdır, baĢqa heç kimə 

deyil. Üzün, simanın nə olduğunu anlayrsanmı? Hər Ģey üzdədir. Sənin həyatın, anan, atan, 

babaların, hətta ulu babalarının əlamətləri sənin çöhrəndə əks olunub. Üzdə insana xas, ata-

babalardan aldığın yaxĢı, ya da yaxĢı sayılmayan Ģeylər var. Üz bizim hər Ģeydən əvvəl 

Ģəxsiyyətimizin ölçüsüdür. Beləcə on üç, on dörd yaĢlarını doğru sən saatlarla vaxtını ayna 

qarĢısında keçirməyə baĢlayanda nə axtardığını anlamıĢdım. Bəzi sızınaqlara, qara nöqtələrə, ya 

da birdən-birə böyüyən burnuna baxırdın, amma baĢqa Ģeylər də axtarırdın. Ananın ailəsindən 

aldığın cizgiləri sayaraq, almadıqlarını müəyyənləĢdirərkən dünyaya gəlməyinə səbəb olan 

adamın siması haqqında bir düĢüncə əldə etməyə çalıĢırdın. Anan və dostlarının baĢ sındımadığı 

bir Ģey də vardı: günlərin birində uĢaq aynada özünü nəzərdən keçirəndə özündə baĢqa birinin də 

sığındığını anlayar və bu baĢqası haqqında hər Ģeyi bilmək istəyər. Bir ömür boyunca anaların, 

ya da ataların üz cizgilərinin izini davam etdirən insanlar vardır. 




Ġlaria həyatın təkamülü mərhələsində irsiyyətin əhəmiyyətsiz olduğuna inanmıĢdı. Ona görə 

əhəmiyyətli olanlar təhsil, ətraf mühit və içində böyüdüyü Ģəraitdi. Mən onun bu inamına Ģərik 

olmurdum, mənə görə bu ikisi qoĢa gedərdi: yarı ətraf, yarı doğulduqdan bəri daxilimdə 

daĢıdığımız keyfiyyətlər. 

29 

Sən məktəbə gedəndən bu mövzuda heç bir çətinliyim olmadı. Atan haqqında heç nə 



soruĢmurdun, mən də mövzunu açmamağa səy göstərirdim. Ġbtidai sinifə gedər-getməz sinif 

yoldaĢlarının və müəllimlərinin verdiyi kompozisiya mövzuları üzündən qəfldən gündəlik 

həyatında bəzi Ģeylərin nöqsan olduğunu hiss etdin. Sinifdə təbii olaraq ata-anası ayrı, qalmaqallı 

vəziyyətdə yaĢayan çox uĢaq vardı, amma heç kim sənin qədər ata mövzusunda hiss etdiyin 

boĢluğu hiss etməmiĢdi. Sənə altı-yeddi yaĢındaykən ananın həyatını necə anlada bilərdim ki? 

Əslində mən də sənin Türkiyədə ana bətninə düĢdüyündən baĢqa nə bilirdim ki? Buna görə sənə 

atanın ölkəsindən baĢlayan bir hekayə uydurdum. ġərq nağıllarına bənzəyən bir kitab almıĢdım 

və sənə hər axĢam bir nağıl oxuyurdum. Bunlara istinad edərək sənə uyğun olan birini də mən 

uydurmuĢdum, xatırlayırsanmı? Anan bir prinsesdi, atan da Hilal ölkəsinin Ģahzadəsiydi. Bütün 

Ģahzadələr kimi bir-birini dəlicəsinə sevirdilər. Amma sarayda bu sevgiyə görə onlara 

qısqanırdılar. Ən çox qısqanan da güclü və pis niyyətli bir adam - Böyük vəzir idi. O Ģahzadəyə 

və bətnindəki körpəyə tilsim etmiĢdi. Allaha Ģükr ki, Ģahzadə ona sadiq bir xidmətçi tərəfindən 

xəbərdarlıq edilmiĢ, beləcə anan bir gecə kəndli paltarları geyərək saraydan qaçmıĢ, buraya 

sığınmıĢdı. Sən bu kənddə doğulmuĢdun. 

Mən bir Ģahzadəmi qızıyam?- deyə iĢıldayan gözlərinlə soruĢdun. Əlbəttə,- deyərdim,- amma bu 

çox gizli bir sirrdi, heç kimə söyləməməlisən. Görəsən, bu qəribə yalanlardan nəsə umurdum? 

Heç nə. Yalnız bir neçə ili də rahatlıqla keçirmək istəyirdim. Bilirdim ki, bir gün bu uydurmalara 

inanmayacaqsan. Həm də o gün mənə nifrət edəcəyini də bilirdim. Amma indisə sənə bunu 

söyləyə bilməyəcəyəm. Bütün cəsarətimi toplasam da sənə heç zaman deyə bilməzdim ki, atan 

kimdir. Bəlkə anan belə bunu bilmirdi. 

O illər insanlar çox azad idi. Ananın yanında onlarca gənc gördüm, heç birinin də bir aydan çox 

qaldığını xatırlamıram.Belə həyat tərzi Ġlariayı hamıdan çox məhv etmiĢdi. Mən ona heç nəyi 

yasaqlamadım, əsla araĢdırmadımsa da bu ənənələrin qəfil azadlığı məni rahatsız edirdi. Məni 

daha çox təsirləndirən bu qarıĢıqlıq deyil, duyğularındakı sonsuz yoxsullaĢma idı. Yasaqların 

qalxdığı andan, yoldaĢlıq unudulandan bəri hər Ģey də unudulmuĢdu. Ġlaria və yoldaĢlarını bir 

dəvətə məcbur olaraq gələn və onlara verilən hər Ģeyi nəzakət xatirinə yeyən qonaqlara 

bənzədirdim: köklərin, qızartmaların, meyvəli tortların dadı onlara görə elə eyni idi. 

Ananın seçimində ənənələrdəki yeni azadlıq qavramı rol oynamıĢdı, amma bundan baĢqa bəzi 

Ģeylər də vardı. Zehnin fəaliyyəti haqqında nə qədər məlumata malikik? Çox, amma hər Ģeyi 

bilmirik. Ananın bəlkə də qarĢısında ata deyə gördüyü adamın atası olmadığını hiss etmədiyini 

kim söyləyə bilər. Daha çox rahatsızlığının, tarazılığının pozulmasının səbəbi buydurmu? Kiçik 

yaĢlarında və gənclik illərində bu sualı heç özümə vermədim, onun üçün qurduğum saxta dünya 

möhkəm idi. Amma o səfərdən üç aylıq boylu dönərkən hər Ģey zehnimə daraĢdı. Saxtalıqdan, 

yalandan qaçmaq olmur. Ya da bir müddət qaçmaq olar, amma ən gözlənilməz anda suyun üzünə 

çıxır. Üstəlik bu yalanlar söyləndikləri zaman sahib olduqları üzüyola məsum təbiətdən çıxır; 

pərdə arxasında gizlənən qorxunc canavarlara, hər Ģeyi udan qatil balinalara çevrilir. Bunu hiss 

edirsən və bir an sonra səni əhatə edir, udur, çevrəndə olub-olmayan nə varsa dəhĢətli bir 

acgözlüklə silib süpürür. Bir gün on yaĢındaykən məktəbdən ağlayaraq qayıtdı. Mənə «yalançı» 

deyib otağına çəkildi. Nağılın uydurma olduğunu anlamıĢdı. 

«Yalançı!». Bu mənim yaĢadığım yalanın adı ola bilərdi. Doğulduğum gündən bəri bir yalan 

söylədim. Bununla üç həyatı məhv etdim. 

Körpə quĢ hələ də qarĢımda, masanın üstündədir. Əvvəlki günlərə nisbətən iĢtahası azalıb. 

Əvvəlki kimi 4 dekabr 

aramsız olaraq məni səsləmir, tərpənmədən oturur, artıq baĢını da qutunun dəliyindən uzatmır, 

təpəsindən yeni-yeni tüklər çıxır. Bu səhər soyuqa baxmayaraq Razman ailəsi ilə parnikə getdim. 

Son ana qədər bir qərara gələ bilmirdim, hava bir ayın cəcarətini 30 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə