Susanna Tamaro



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix18.06.2018
ölçüsü0,6 Mb.
#49506
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

soruĢmuĢdum. Bu oyundan artıq yorulmuĢdum. Israr da etsəm, öncədən də öyrənsəm də yenə 

hədər idı, çünkü o sənədləri məndən bir Ģey soruĢmadan çox əvvəllər imzalamıĢdı. 

Əsas gurultu Ģənbə günü, axĢamüstü baĢ verdi. Ancaq o zaman öyrəndim ki, Ilaria o kağızlara 

imza atmaqla doktorunun iĢlərinə üç yüz milyonla zamin durmuĢdu. Ġki ay ərzində zaminliyi 

üçün imza atdığı Ģirkət iflas olmuĢ, təxminən iki milyardlıq borcu qalmıĢdı və banklar da pulu 

geri istəyirdı. Elə o zaman anan ağlayıb-sızlayaraq yanıma gəldi, nə edəcəyini soruĢdu. 

Güvəndiyi tək Ģey səninlə yaĢadığı ev idi, indi banklar onu istəyirdi. Nə qədər qəzəbləndiyimi 

təsəvvür edə bilərsən. Anan otuz yaĢını adlamıĢdı, özünü dolandırmaqda da aciz idi, əlindəki tək 

malı - doğulduqda sənin adına geçirdiğim evin taleyini də təhlükə altına qoymuĢdu. Çox 

hirslənmiĢdim, amma bunu ona bəlli etmədim. Çətin vəziyyətə düĢdüyü üçün yaxĢı bir vəkil 

axtardım. Özüm də dedektivliyə baĢlayıb banklara qarĢı davanı qazanmaq üçün iĢə yarayacaq 

bütün məlumatları topladım. Beləcə öğrəndim ki, uzun illərdır həmin adam Ġlariaya qüvvətli 

dərmanlar içirirmiĢ. Müalicə kursları arasında kefi olmadığı zamanlar ona viski verirmiĢ. Ona ən 

bacarıqlı Ģagirdi olduğunu, yaxında özünün də bir xəstəxana açıb xəstələri müalicə edə biləcəyini 

söyləyirmiĢ. Ġndi bunları xatırlamaq belə məni ürpədir. Heç düĢünə bilərsənmi ki, Ilaria o 

küsəgənliyiylə o dağınıq ağlıyla, əksiklikləriylə insanları müalicə edə bilər. O hadisə olmasaydı, 

bu bəlkə də reallaĢacaqdı. Mənə heç bir Ģey söyləmədən o da o saxtakarın sənətinə uyacaqdı. 

Əslində mənə bu planından heç söz açmadı. Ondan nəyə görə ədəbiyyat fakültəsindən aldığı 

diplomundan istifadə etmədiyini soruĢduğum zaman kinayəli bir tərzdə cavab verirdi, 

"görəcəksən ki, yararlanacağam." 

Hər Ģeyi xatırladıqca insana əzab verəsi çox Ģey çıxır, bunları sənə anlatmağın özü də daha 

böyük bir əzabdır. Bir göz qırpımında keçən aylada onun haqqında bir Ģey anlamıĢdım; o vaxta 

qədər ağlıma gəlməyən və sənə söyləməyimlə yaxĢımı, pismi 26 

edəcəyimi düĢündüyüm bir Ģey; sonda səndən gizlətməmək qərarına gəldim. Budur, görürsən ki, 

bütün çuvalı sənə boĢaldıram. Bir anda bunu anlamıĢdım ki, anan heç də ağıllı deyildi. Ġnsanın 

öz balası tərəfindən yarımaması, həm də o saxta savadıyla, bütün dialektliyi ilə suları 

bulandırmağı çox yaxĢı bacarmasını anlamaq insana çox çətin gəlir. Bunu vaxtında anlasaydım 

onu daha çox qoruyar, daha Ģüurlu Ģəkildə sevərdim. Onu bəlkə də bu yolla xilas edə bilərdim. 

Ən əhəmiyyətlisi də bu idi və mən bunu artıq heç bir çarə qalmadığı zaman anladım. Vəziyyətin 

qarıĢıqlığını gözlə görəndə əlimizdən gələn tək çıxıĢ yolu, onu anlama qabiliyyətindən məhrum 

elan edib məhkəməyə vermək idı. Vəkillə bu qərara gəldiyimizi ona bildirdiyimiz gün anan ağıl 

xəstələrinə xas tərzdə ağlamağa baĢladı. «Bunu xüsusi məqsədlə edirsiz, bütün məqsədin uĢuğı 

əlimdən almaqdır» - deyə bağırdı. DüĢünürdü ki, belə bir məhkəmə qərarıyla peĢəsi də həyatının 

sonuna qədər əlindən alına bilərdi. O, sanki bir uçurumun kənarınyla gözləri bağlı halda yeriyirdi 

və hələ də bunun kiçik bir səyahət olduğunu düĢünürdü. O, krizdən sonra vəkili azad edib bu 

iĢdən vaz keçməyimi xahiĢ etdi. Özü baĢqa bir vəkillə danıĢdı və unutmaməni dəstəsi ilə gəldiyi 

günə qədər bir dəfə də olsa ortalıqlarda görünmədi. 

O gün, dirsəklərini süfrəyə dayayıb məndən pul istədiyi vaxt mənim vəziyyətimi anlayırsanmı? 

Bilirəm, bəlkə də indi söylədiklərimdə bir mərhəmətsizlik hiss edirsən və düĢünürsən ki, anan 

mənə nifrət etməkdə haqlı idi. Amma sənə əvvəllər nə söylədiyimi xatırla, anan mənim qızımdı, 

mənim itkim səninkindən daha böyükdü. Sən onun bu dünyanı tərk etməsi məsələsində 

məsumsan, mənsə o qədər də yox. Arada-bir ondan qəzəblə söz açanda dərdimin nə qədər böyük 

olduğunu düĢün. Amma elə bu qəzəbin sayəsində ondan söz aça bilirəm. 

Mənə borclarının ödəməyin vacibliyini söylədiyi zaman həyatımda ilk dəfə «yox,- dedim, -qəti 

olaraq yox, mən Ġsveçrə bankı deyiləm. Məndə o qədər pul yoxdur. Olsa da sənə verməzdim. 

Bütün bu problemlərin səbəbkarı özünsən. Olan-olmaz bir evim vardı, sənədlərini adına 

keçirdim, onu da əldən verdinsə, daha məni heç nə maraqlandırmır”. O zaman ağlayıb-

sızıldamağa baĢladı. Bir cümləni yarımçıq qoyub baĢqasına keçirdi. DüĢündükləriylə danıĢığı 

bir-birinə uyğun gəlmirdi, onu anlaya bilmirdim, heç bir məntiq yox idi. 

«Bir təzminat gərəkdi, anlayırsanmı, anlayırsanmı» - deyə bağıranda gözlərində qorxunc bir 

parıltı vardı. O zaman heç bilmirəm necə partladım. Məzara qədər heç kimsəyə açmayacağıma 

söz verdiyim sirr dodaqlarımdan qaçdı. Söylədiyim an peĢiman olmuĢdum, dodaqlarımdan içəri 




çəkmək, bu sözləri yenidən udmaq üçün əlimdən gələni edərdim, amma çox gec idi. «Ata 

dediyin insan sənin əsil atan deyildi» cümləsi artıq çoxdan qulaqlarına çatmıĢdı. Üzü qorxunc bir 

hal aldı. YavaĢ-yavaĢ ayağa qalxarkən gözlərini mənə dikmiĢdi. «Nə dedin?» –deyə soruĢduqda 

səsi zorlə eĢidilirdi. Mən qəribə bir tərzdə sakitləĢmiĢdim, «EĢitdiyini, - deyə cavab verdim, - 

atanın mənim ərim olmadığını söylədim». 

Ġlaria necə reaksiya göstərdi? – Təbii ki, çıxıb getməklə. Ġnsandan çox robotu andıran 

hərəkətlərlə döndü və bağça qapısına tərəf getdi. «Gözlə! Söhbət edək!»- deyə qıĢqırdım. 

Niyə ayağa qalxmadım, niyə arxasınca qaçmadım, niyə onu saxlamaq üçün heç bir Ģeyə əl 

atmadm! Çünki mən də daĢ kimi durduğum yerdə qalmıĢdım. Bu zamana qədər saxladığım sirr 

qəfldən ağzımdan çıxmıĢdı. Bir saniyədə, az bir müddətdə qəfəsin qapısını açıq görən bir sarı 

bülbül kimi uçub getmiĢ və istəmədiyim bir insanın baĢına qonmuĢdu. 

Həmin gün nahardan sonra saat altıda hələ də rahatsız bir Ģəkildə bağı sulayarkən bir polis 

məmuru gəlib qəza baĢ verdiyini xəbər verdi. 

Ġndi bir az fasilə vermək məcburiyyətindəyəm. 

27 

Buska və quĢa yem verdim, öz qarnımı doydurdum. Bir az televizor seyr etdim. Mənim dəlik-



deĢik zırhım güclü həyəcanlara uzun zaman davam gətirmir. Yaza bilmək üçün bir az nəfəs alıb 

dincəldim. 

Bildiyin kimi anan o an ölmədi, o gün ölümlə həyat arasında çırpındı. Həmin günlərdə 

yanındaydım. Bir an da olsa gözlərini açmasını, ondan üzr diləməyimə son dəfə fürsət verməsini 

ümid etdim. Cihazlarla dolu darısqal bir otaqdaydiq, kiçik bir monitor qəlbinin hələ döyüldüyünü 

göstərirdi. Onunla baxan həkim bu vəziyyətdəki xəstələrin bəzən sevdikləri səsləri eĢitməsinin 

iĢə yaradığını söyləmiĢdi. Buna görə də mən çox sevdiyi nəğməni tapıb gətirmiĢdim. Asta bir 

tempdə saatlarla bunu ona dinlədirdim. Məncə bir Ģey hiss etməliydi, çünki ilk notlarda üzünün 

ifadəsi dəyiĢdi, dodaqları körpələrə xas bir tərzdə tərpənməyə baĢladı. Sanki bir məmnuniyyət 

gülümsəməsi idi. Kim bilir, bəlkə beyninin çalıĢan o kiçik hissəsində xoĢbəxt anların xatirələri 

saxlanırdı və indi ora sığınırdı. Belə anlarda insan ağlına gəlməyən yerlərdən də bir çarə axtarır, 

«can, bacarmalısan, bizi qarĢıda gözəl bir həyat gözləyir, hər Ģeyə yenidən baĢlayacağıq» -deyə 

təkrarlayırdım. Onunla danıĢarkən gözümün önünə bir səhnə gəlirdi: dörd, ya da beĢ yaĢındaydı. 

Bağçada ən çox sevdiyi gəlinciyinin əlindən tutaraq dolaĢır, ona hey nəsə danıĢırdı. Mən 

mətbəxdəydim, səsini eĢitmirdim. Arada-bir qulağıma gülüĢ səsləri gəlirdi, güclü, nəĢəli bir 

gülüĢ. Deyərdim ki, bir dəfə xoĢbəxt olubsa da yenə o zaman ola bilərdi. 

Qəzadan sonra həkimlərin mənə ilk söylədikləri o oldu ki, yaĢasa da əvvəlki vəziyyətdə 

olmayacaqdı, iflic qala bilərdi, ya da bir tərəfinin hissiyatı olmayacaqdı. Mən analıq 

təkəbbürümlə yalnız yaĢamasını düĢünürdüm, vəssalam. Nə vəziyyətdə olursa-olsun əhəmiyyəti 

yoxdu. Hətta onu təkərli oturacaqlarda gəzdirmək günahımın bağıĢlanması üçün ən yaxĢı yol idi. 

Mənim sevgim həqiqi sevgi olsaydı və həqiqətən də bu sevgi çox böyük olsaydı onun ölümü 

üçün dua edərdim. Amma sonda baĢqasının onu məndən daha çox sevdiyi bəlli oldu; 

doqquzuncu gün üzündəki gülüĢ silindi və öldü. Bunu o andaca hiss etdim, yanındaydım, tibb 

bacısını çağırmadım, çünki bir az da onunla qalmaq istəyirdim. Üzünü oxĢadım, əllərini eynən 

uĢaqkən etdiyim kimi əllərimin arasına aldım. Ara vermədən can, can deyərək əlini buraxmadan 

yatağının yanında diz çökdüm və dua etməyə baĢladım. Dua edərkən ağladım. 

Tibb bacısı çiynimə toxunanda hələ ağlayırdım. «Gəl, gedək, -dedi, -sizə sakitləĢdirici bir Ģey 

verim». Dərman istəmədim, heç bir Ģeyin əzabımı soyutmasını istəmirdim. Onu morqa 

apardıqları ana qədər orada qaldım. Sonra bir taksiyə minib səni əmanət etdiyi dostunun yanına 

getdim. Artıq o axĢam evimə köçmüĢdün. AxĢam yeməyi zamanı ananın harada olduğunu 

soruĢdun. Onda mən sənə «anan səfərə çıxdı, - dedim, - çox uzun bir səfərdir, göy üzünə qədər 

getdi». SarıĢın baĢını əyib səssizcə yemək yeməyə davam etdin. Bitirər-bitirməz: nənə, onu 

salamlayaqmı - deyə soruĢdun. «Əlbəttə, noğulum» -deyə səni qucağıma alıb bağçaya çıxdım. 

Uzun müddət otların üstündə dayandıq, sən kiçik əlini ulduzlara doğru yellədin. 

1 dekabr 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə