Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

 
29 
              Heç  bir  işdə  qənaətcil  olmayan,  qeyri-sağlam  həyat  tərzi 
keçirən  insan  orqanizmin  ehtiyyatlarını  tükəndirir,  özünü 
gücsüzləşdirir.  Sivilizasiya  ilə  bağlı  çirklənmələri,  indiki  yaşayış 
şəraitini  də  nəzərə  alsaq,  müasir  dövrdə,  demək  olar  ki,  hamının 
xəstə olması təəccüblü yox, qanunauyğun görünə bilər. 
             Təbiət  insanı  GÜCLÜ  və  SƏRBƏST  yaratmışdır.  Hər  bir 
insan  o  dərəcədə  güclüdür  ki,  onun  malik  olduğuna  heç  nə  əlavə 
etmək  mümkün  deyil.  Bu  güc  kifayət  qədər,  həm  də  məhz  lazım 
olduğu  qədər  olduğu  üçün.  Yəni  insan  təbiətin  bəxş  etdiyi  gücə  nə 
isə  əlavə  etmək  iqtidarında  deyil.  Bu  gücdən  yalnız  qoparmaq, 
beləliklə  də,  gücsüzləşdirmək,  zəiflətmək  olar  (insan  elə  bununla 
məşğuldur).  Bu  gücü  və  sərbəstliyi  qoruyub  saxlamaq  isə  olduqca 
sadədir  və  hər  kəsin  öz  əlindədir:  israfçılıq  etməmək.  Bunun  üçün 
möcüzəli,  sehrli  dərmanlar  axtarmaq  lazım  deyil,  sağlam  həyat 
tərzinə keçmək – orqanizmin ehtiyatlarını qənaətlə sərf etmək, yəni 
israfçılığa  son  qoymaq  kifayətdir.  Məşhur  naturopat  P.Breqqin 
sözləridir: “Ömrü uzatmağın ən yaxşı yolu – onu qısaltmamaqdır”. Mən 
deyərdim ki, yeganə mümkün yolu. 
            Cidd-cəhdlə  öz  sağlamlığının  qeydinə  qalmaq  mənə  həmişə 
xudbinlik  təsiri  bağışlayıb.  Digər  tərəfdən  isə  darıxdırıcı  görünüb. 
«Pərviz» sözündən də heç vaxt xoşum gəlməyib. Yəni bu cür şeylərə 
çox tad münasibətim olub. Lakin sonra anlamışam ki, insan sağlam 
olmağa,  öz  sağlamlığının  qeydinə  qalmağa  borcludur.  İnsan  ona 
əmanət  kimi  verilən  nemətə  xəyanət  etməməlidir.  (Haramdır  ələfi 
tarac eyləmək, Bədəni dərmana möhtac eyləmək. N.Gəncəvi.) 
             Dinimiz  də  sağlam  olmağın  vacibliyini  bildirir,  bunun  bir 
əxlaqi  borc  sayır.  Hədislərdə  deyilir:  «Hamısı xeyirli olmaqla bərabər, 
Allah  hüzürunda  qüvvətli  mömin  zəif  olandan  daha  xeyirlidir».  Axı, 
insanın hansısa bir işə, o cümlədən, təmiz əxlaqa xidmət edə bilməsi, 
kamilliyə  ucalması  üçün  əvvəlcə  o,  sağlam  olmalıdır.  Sağlam 
olmayan  insanın  nəyəsə  qadir  olması  çətindir.  Bir  sözlə,  bizim 
sağlam olmağa sadəcə haqqımız yoxdur. 


 
30 
             Sağlam  olmaq  üçünsə  insan  necə  gəldi  yaşamamalı,  öz 
orqanizminin  –  can  evinin  qeydinə  qalmalıdır.  Doğrudur,  insan 
orqanizmi  olduqca  möhkəm  –  yaşamaq  qabiliyyətlidir.  Doğru 
deyirlər  ki,  insan  orqanizmi  əfsanəvi  gücə  malikdir  və  o  hər  cür, 
hətta  ümidsiz  görünən  vəziyyətlərdə  belə  qalib  çıxmağa  qadirdir. 
Bununla yanaşı, insan orqanizmi olduqca «nərmənazikdir». O yalnız 
havanın müəyyən tərkibi, temperaturun, təzyiqin müəyyən çərçivəsi 
şəraitində,  tənəffüsün,  qidalanmanın,  hərəkətin  hesabına  yaşaya 
bilir.  Bu  parametrlərin  hər  hansı  birinin  bu  və  ya  digər  dərəcədə 
pozulması  xəstəliklə  nəticələnir.  Ona  görə  də,  bu  «nərmənazik» 
vücuda daim qulluq edilməlidir.  
              Ola  bilsin  ki  keçmişdə,  fiziki  əməyin  üstünlük  təşkil  etdiyi, 
ekoloji  problemin  olmadığı,  təbii  qidaların  çoxluğu  dövründə 
sağlamlıqla  xüsusi  olaraq  məşğul  olmağa  ehtiyac  yox  idi,  yalnız 
sağlam düşüncəyə malik olmaq və gigiyenik normalara riayət etmək 
kifayət  idi.  Lakin  müasir  dövrdə  sağlamlıq  üçün  ciddi  təhlükə 
yaradan amillərin bolluğu  şəraitində hər bir insan öz  sağlamlığının 
qeydinə qalmalıdır. 
               Müasir  həyat  tərzi  insan  həyatını  çox  gərgin  etmişdir.  Bu 
gərginlik  içərisində  bulunan  insan  öz  həyatını  nizamlamaq 
haqqında  belə  düşünmür,  öz  «acgözlüyündən»  narahat  olmur. 
Əslində, onu heç görmür də. Biz maşın əsrində yaşayırıq və özümüz 
də maşınların tempində işləyirik. Nə qədər qəribə görünsə də, məhz 
texniki  tərəqqi  insanı  tələskən  etmişdir.  Halbuki  o,  insan  əməyini 
yüngülləşdirməyə,  beləliklə  də  onun  rahatlığını  təmin  etməyə 
«hesablanmışdı».  Müasir  insan  isə  əksinə,  olduqca  narahatdır,  o 
sanki  sentrifuqadadır.  Hamı  hara  isə  tələsir,  hər  bir  işi  sanki 
çatdırmayacağından  qorxur,  gərginlik  içərisində  yaşayır.  Hər  şey  – 
yeyib-içmək, danışıq tərzi, hərəkətlər, fikirlər sürətlənmişdir. Bu cür 
intensiv həyatı, bu qədər təəssüratı yaşamaq üçün keçmiş dövrlərin 
insanlarına  bir  neçə  ömür  lazım  olardı.  Müasir  musiqiçilər  klassik 
əsərləri belə, keçən əsrdəkinə nisbətən bir neçə dəqiqə tez ifa edirlər. 


 
31 
Köhnə filimlərə baxmağa da müasir insanın hövsələsi çatmır, çünki 
orada  kadrlar  «ləng  gedir».  Bu  cür  «sürətlənmə»  təkcə  əsəb 
gərginliyi yaratmır, təbiətin bəxş etdiyi ehtiyatları və gücü də sürətlə 
sərf etməyə səbəb olur. Məhz bu səbəbdən də müasir insan daim öz 
sağlanlığı  barədə  düşünməlidir,  özünə  ciddi  qulluq  etməyi  vərdiş 
halına  salmalıdır.  Vərdiş  –  güclü  vasitədir.  Faydalı  şeyləri  vərdiş 
etməyə çalışın. 
          Sağlamlığı  əvvəlcədən  qorumaq  bir  də  ona  görə  vacibdir  ki, 
onsuz  da  gec-tez,  istər-istəməz,  itirdikdən  sonra  da  olsa,  insan 
sağlamlıq  haqqında  düşünməyə  məcbur  olur  və  öz  həyatını 
nizamlamağa tənbəllik edən, öz nəfsini cilovlamağa həvəsi olmayan 
insan  ikiqat  əzab-əziyyətə  dözməli  olur.  Həm  xəstəlikdən  əziyyət 
çəkir,  həm  də  cana  qulluq  etmək  məcburiyyətində  qalır.  Deyirlər, 
insan,  ömrünün  birinci  yarısında  xəstəlikləri  qazanır,  ikinci 
yarısında isə onlardan can qurtarmaq yollarını axtarmağa çalışır. Bir 
halda  ki,  insan  ömrün  ikinci  yarısında  xəstəliklərlə  mübarizə 
aparmaq  məcburiyyətdə  qalacaqdır,  ömrün  birinci  yarısında 
sağlamlığı  qorumaq  daha  yaxşı  deyilmi?  Xüsusən  də  ona  görə  ki, 
sağlamlığı qorumaq xəstəliyi müalicə etməkdən daha yaxşıdır.  
          Xəstəlik  başladıqdan  sonra  onu  müalicə  etmək,  qədim 
həkimlərin  təbirincə  desək,  susuzlamış  adamın  su  quyusu 
qazmağına,  yaxud,  düşmən  hücumuna  məruz  qalmış  adamın  silah 
hazırlamasına  bənzəyir.  Fransız  cərrahı  P.Leriş  isə  bunu  daha 
obrazlı  təsvir  etmişdir:  “Xəstəlik  –  iki  pərdəli  tamaşadır.  Birinci 
pərdə bizim toxumların sakit künc-bucağında oynayırlar, ağrı və ya 
başqa xoşagəlməz hallar meydana çıxdıqda, bu artıq – demək olar ki, 
həmişə  –  ikinci  pərdədir”.  Doğurdan  da,  xəstəlik,  özünü  büruzə 
verməzdən xeyli əvvəl meydana çıxır. Buradan sadə bir nəticə çıxır: 
müalicə həmişə «gecikmiş» tədbirdir, müalicə, profilaktika əsasdır. 
Qədim ənənələri olan Çin təbabətinə görə əsl həkim xəstəni müalicə 
edən  yox,  xəstəliyin  qarşısını  alandır.  Rəsmi  təbabətdə  də 
profilaktikanın  müalicədən  daha  vacib  olduğu  qeyd  edilir,  lakin 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə