Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   2   3   4   5   6   7   8   9   ...   35

 
19 
təsadüf etdikdə yada salmaq hansı həkimin imkanları daxilindədir? 
Bu  mə’nada  diapazon  söhbətinə  haqq  qazandırmaq  istəyirsən. 
(Sevimli  diaqnozlar,  sevimli  dərmanlar  –  tibb  elmini  öyrənməyə 
ehtiyac  qalırmı?) Bu, kiməsə inandırıcı görünməyə bilər. Lakin tibb 
kitablarında  «belə  bir  xəstəliyin  olduğundan  bir  çox  həkimlər 
xəbərsizdir»,  «kifayət  qədər  geniş  yayılsa  da,  nadir  hallarda  bu 
diaqnoz  qoyulur»  və  ya  «filan  xəstəliyə,  adətən,  (başqa)  diaqnoz 
qoyulur» kimi cümlələrə münasibətiniz necədir? 
 
Biz  uzun  bir  zaman  ərzində  zərrə-zərrə  toplanan,  həyatda 
özünə  möhkəm  yer  edən,  beynimizə  işləmiş  hər  bir  şeyi  götür-qoy 
etmədən  qəbul  etməyə  adət  etmişik.  Onu  qəbul  etməyin 
mümkünlüyü  ağlımıza  belə  gəlmir.  Lakin  bir  düşünün  :  bircə  dəfə 
diaqnozun səhv qoyulması bir insanın taleyini həll edir. Mən heç də 
həkimlərin  səhvini  nəzərdə  tutmuram,  ən’ənəvi  təbabətin  tətbiq 
etdiyi  üsulla  (simptomlara  əsasən) diaqnoz  qoymağın çətinliyindən 
danışıram. 
 
Qədim Şərq təbabətində sindrom anlayışına üstünlük verilir. Bir çox 
simptomlar bir sindromu təşkil edir, hər bir sindrom isə bir neçə xəstəlikdə 
təsadüf  edilir.  Sindrom  aradan  qaldırılır,  nəticədə  xəstəlik  də  müalicə 
edilmiş olur. Beləliklə, nozologiya xaosu asanlıqla nizamlanır. 
 
Qeyd  edim  ki,  ən’ənəvi  təbabətin  doqmatiki  olmadığım  kimi,  Çin 
təbabətini  (və  ya  hər  hansı  başqa  məktəbi,  sistemi  və  s.)  kor-koranə  təbliğ 
(və təqlib) edən epiqonlardan da deyiləm. Mən yalnız sağlam həyat tərzinin 
və təbii müalicə üsullarının tərəfdarıyam. 
 
Əlbəttə,  ən’ənəvi  təbabətin  gücsüzlüyünün  bütün  günahını 
farmakoterapiya  ilə  bağlı  problemlərdə  axtarmaq  düzgün  olmazdı. 
Əsas  səbəb  dolğun  nəzəri  fundamentin  olmamasıdır.  «Materialist 
təbabət» insanın energetik sahəsini – ruhu inkar edir və beləliklə, bir 
çox problemləri həll etməkdə, izahını tapmaqda aciz qalır. Ən böyük 
yanlışlıqlardan  biri  isə  «tədqiqat  obyekti»  kimi  insan  yox,  xəstəlik 
görülməsidir.    Hər  bir  xəstəlik  elə  dərindən  öyrənilir  ki,  öz  
«dosyesi»  toplanmış  olur.  İnsanı  sağaltmaq  yolunun  xəstəliklə 


 
20 
mübarizə  aparmaqdan  ibarət  olduğu  hesab  edildiyi  üçün  xəstəlik, 
yalnız  və  yalnız  xəstəlik  öyrənilir.  İnsan  isə  yaddan  çıxır.  Bu  cür 
yanaşmanın nəticəsində insan ə’lahəzrət xəstəlik qarşısında çox aciz 
görünür. İnsanı sağalt, xəstəlik özü çıxıb gedəcəkdir.  Sağlamlıq əldə 
etmək lazımdır, xəstəliklə «güləşmək» yox. 
 
Təbabətdə  «xəstəlik»  adı  altında  qəbul  edilən  şey,  əslində  «yoxdur». 
Orqanizmin  sistem  pozğunluqlarının,  ümumi  tarazlıq  halının  bu  və  ya 
digər  şəkildə  (yə’ni  bu  və  ya  digər  xəstəlik  kimi)  büruzə  verməsi  var. 
Beləliklə,  xəstəlik  sadəcə  olaraq,  simptomlar  kompleksidir.  Ona  görə  də 
orqanizmin  tarazlıq  halının  səbəblərini  bilib,  aradan  qaldırmaqla  xəstəlik 
(yə’ni bu səbəbin nəticəsi) də aradan qalxacaqdır. 
 
Patoloji  fiziologiya  III  kursda  tədris  edilir.  Əslində  bu,  tibb 
elminin  əsası  deməkdir,  xəstə  orqanizmində  baş  verən  prosesləri 
öyrənir.  «Patoloji  fiziologiya»  (Ado)  dərsliyinin  elə  giriş  hissəsində 
birinci  cümləni  oxuyarkən  məndə  təəccüb  qarışıq  anlaşılmazlıq 
yarandı:  İnsanın  həyatı  sağlamlıq  və  xəstəlik  dövrlərinə  bölünür. 
Kitabı örtdüm və kollokvium məcburiyyətinə qədər bir daha oxuya 
bilmədim. Mən kitabı tənqid etmək fikrində deyiləm, bütövlükdə o, 
doğrudan  da,  dəyərli  bir  kitabdır  və  ən’ənəvi  təbabət  üçün  əvəzsiz 
hesab edilə bilər. Lakin həmin cümlə nə dərəcədə elmidir? Belə çıxır 
ki,  xəstəlik  sağlamlıqla  «bərabərhüquqludur»,  onun  kimi  təbii  və 
labüddür. O vaxt mən bunları düşünmədim. Sadəcə, razılaşmadım – 
qətiyyən! 
 
Doğrudur,  xəstəlik həmişə mövcud olmuşdur – bəşəriyyətin tarixində 
heç  bir  xəstəliyin  mövcud  olmadığı  “qızıl  əsr”  olmamışdır.  Yə’ni,  xəstəlik 
heç  də  bə’zilərinin  hesab  etdiyi  kimi  sivilizasiyanın  nəticəsi  deyil  və  hətta 
ibtidai-icma  quruluşu  dövründə  belə  mövcud  olmuşdur.  Lakin  söhbət 
xəstəliyin “qədimliyindən” yox, ona necə yanaşmadan gedir. 
 
Sonralar  da  oxuduqlarımda  qəbul  etmədiyim,  razılaşmadığım 
və  diqqətimi  cəlb  edən  cəhətlər  oldu.  Məsələn,  ftiziatriyada  qeyd 
edilir ki, vərəm xəstəliyinin yaranması üçün vərəm çöpləri ilə yanaşı 
bə’zən  amillərin  olması  da  vacibdir.  Bu    amillərdən  heç  biri  ayrı-


 
21 
ayrılıqda xəstəlik törədə bilməz, elə birlikdə də – əgər vərəm çöpləri 
olmasa.  Yəqin  elə  bu  «üstünlüyünə»  görə  o,  törədici  hesab  edilir. 
Lakin  vərəm  çöpləri  də  bu  amillər  olmasa,  gücsüzdür.  Belə  olan 
halda,  o,  necə  səbəb  sayıla  bilər?    Bir  də,  mənə  elə  gəlirdi  ki,  bu 
şərtlər  bütün  xəstəliklərə  aid  edilə  bilər.  «Sən  məni  vərəm  elədin» 
kəlməsinin  də  bu  şərtlərdən  biri  baxımından  yaranması  haqqında 
müəllimin qeydi də diqqətimi cəlb etmişdi. Sən! Vərəm çöpləri yox, 
«sən».  Başa  düşmək  və  inanmaq  mümkündür.  Eyni  zamanda, 
düşündürür: bəs vərəm çöpləri, SƏBƏB? 
 
Cərrahlıqdan  mə’də  xorasını  öyrənən  zaman  xüsusi  olaraq 
qeyd  edilir  ki,  bu  xəstəlik  təkcə  mə’dənin  yox,  bütün  orqanizmin 
xəstəliyi hesab edilməlidir, ona görə ki, sinir sisteminin vəziyyəti ilə 
sıx  bağlıdır.    Məgər  bütün  xəstəliklər  bütövlükdə  orqanizmin 
xəstəliyi deyilmi? Ancaq nədənsə, bu, təkcə mə’də xorası üçün qeyd 
edilir.  Mən  bunu  orqanizmin  vahid  sistem  olması  baxımından 
düşünməsəm  də,  hər  hansı  xəstəliyin  müəyyən  bir  üzvün  xəstəliyi 
hesab edilməsi mənim üçün ağlasığmaz görünürdü. 
 
O vaxt bu fikirlərim dolaşıq, bir qədər də mücərrəd şəkildə idi. 
Onları  konkretləşdirmək,  beynimdə  yaranan  sualların  cavabını 
tapmaq isə hələ qabaqda idi. Mən bütün bunları alternativ təbabətlə, 
valeologiya  ilə  tanış  olduqda  öyrəndim.  Başa  düşdüm  ki,  əsas 
İNSANdır.  Xəstəliyi  yox,  İnsanı  öyrənmək  lazımdır.  İnsanın 
böyüklüyünü,  xəstəliyin  bu  böyüklük  qarşısında  acizliyini  dərk 
etmək lazımdır. Bu böyüklüyə çatmaq lazımdır.  
 
Tutaq  ki,  kamil,  mükəmməl  tibb  elmimiz  var.  Bəs  səhiyyə? 
Səhiyyə  hansı  vəziyyətdədir?  Bir  çox  həkimlərin  savadsızlığı, 
səhiyyənin yarıtmaz vəziyyətdə olması hamıya bəllidir. Həkimlərin 
xəstələrə  qarşı  laqeydliyi,  xəstələrin  xəstəlikdən  çox  çək-çevirdən, 
soyuqqanlılıqdan  əzab-əziyyət  çəkməsi  də  danılmazdır.  Əslində, 
həkim – təbib müalicəyə təkcə öz biliyini yox, həm də ruhi-mə’nəvi 
gücünü  sərf  etməlidir.  Elə  buna  görə  də  qədim  Çin  təbabəti 
həkimlərə  gün  ərzində  yalnız  4-5  xəstə  qəbul  etməyi  məsləhət 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə