Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə35/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   27   28   29   30   31   32   33   34   35

 
109 
təkcə  fiziki  cəhətdən  kamil  olmaq  mümkün  deyil.  Ona  görə  də, 
həqiqətən  ağıllı  olan  insan  (bu  dəfə  də  Homo  Sapiens)  nəzərdə 
tutulmur.  Qlobal  problemlərlə  yaşayır.  O  bilir  ki,  xəstə  mühitdə, 
xəstə  yer  üzündə  sağlam  yaşamaq  mümkün  deyil.  Sağlam  mühit 
yaratmaq üçünsə hər bir kəs əvvəlcə öz sağlamlığını qorumalıdır.  
İnsanın  sağlamlığı  onun  fiziki,  psixiki  və  ruhi  (mənəvi) 
gücündən asılıdır. (psixiki və ruhani (ruhi) sferalar insanın energetik 
sistemini təşkil edir: nisbətən  «kobud» qatlar – psixiki aləmi, ən incə 
olanlar isə  –  ruhani aləmi) və bunların ən  «incəsi», beləliklə də, ən 
güclüsü  ruhani  gücdür.  Onu  əldə  etməyin  müxtəlif  yolları  vardır. 
Lakin  bunların  hamısı  dolayı  yollardır.  Bilavasitə,  birbaşa  bu  gücü 
əldə  etməyin  yolu  isə  ibadətdir,  yəni  o  gücü  bəxş  edən  Qüvvəyə 
itaətdir.  
Dolayı  yolları  da  fiziki  və  mənəvi  kamillik  axtaran  insanlar 
düşünmüşlər.  Onlarla  ümumi  şəkildə  tanış  olaq  və  mahiyyətinə 
varmağa  çalışaq.  Bunlardan  ən  mükəmməli  yoqa  (hind)  və  siqun 
(Çin)  sistemləridir.  Bu  sistemlər  makro-və  mikrokosmosda  
(kainatda  və  insan  orqanizmində)  daim,  əbədi  dövr  edən  həyat 
enerjisini,  yaxud  xüsusi  substansianın  mövcudluğuna  əsaslanır. 
İnsanın  sağlamlığını  eləcə  də,  kamilliyini  bu  enerjinin  dövranında, 
yəni  makro  və  mikro  amillərin  əlaqəsindən  axtararaq  məhz  bu 
əlaqəni bərpa etməyə, gücləndirməyə cəhd edilir. Bunun üçün həm 
fiziki,  həm  də  qeyri-fiziki  üsullardan  birlikdə  istifadə  edilir.  Qeyri-
fiziki  üsul,  daha  dəqiq  desək,  psixiki  özünütənzim,  əsasən, 
meditasiya yolu ilə həyata keçirilir. Meditasiya transsendental və ya 
tranpersonal  olur.  Birinci  halda  insan  Kainatda    «əriməli»,  ikinci 
halda isə əksinə, öz içinə çəkilməlidir (öz  «mən»ində  «əriməlidir»). 
Buna  müxtəlif  yollarla  (şamın  alovuna  tamaşa  etmək,  özünü  işıq 
kimi  təsəvvür  etmək  və  s.)  nail  olurlar.  Bunlar  hamısı  insanın 
Kainatdan güc alması,  onun  daha  yüksək  səviyyəsinə yüksəlməsi  və 
beləliklə,  həmin  səviyyəyə  uyğun  (yəni  daha  yüksək)  vəziyyətdə 
olması və bu vəziyyətdə yaşaması məqsədilə yerinə yetirilir. Əslində, 


 
110 
bunlara  nail  olmaq  olduqca  çətindir,  insanın  özünü  bu  işə  həsr 
etməsi  gərəkdir.  Bunlardan  bəhrələnmək  və  kamilliyin    müəyyən 
səviyyəsinə yüksəlmək mümkündür.  
Lakin  Şərqin  dərin  biliyinə  əsaslanan,  kamilliyə  çatmaq  cəhdi 
olan  bu  üsulların  bəzi  sirrlərinə  bələd  olduqdan  sonra,  hər  şeyə 
mənfəət  axtaran  insanlar  «ədə  etdikləri»  gücdən  özlərini  işlərini 
nizama  salmaq  üçün  istifadə  etməyə  çalışırlar.  Hazırda  Avropada 
bu  üsulları  qeyd  edilən  məqsədlə  tədris  edən  kurslar  fəaliyyət 
göstərir.  Ola  bilsin  ki,  bu  yolla  insan  öz  işlərini  nizama  sala  bilər. 
Bunu daha asan  yolla (cadu və s.) əldə etməyə çalışanlar kimi. Hər 
iki halda insana hansısa qüvvə kömək edir. O, xeyir (birinci halda) və 
yaxud şər (ikinci halda) ola bilər. Bəli, şər qüvvələr də insana kömək 
etməyə    «qadirdir».  Ancaq  onlar  bu  köməyi,  yaxşılığı  yalnız  borc 
verirlər – özü də yüksək faizlə. Nə vaxtsa bu borcu ödəməyin vaxtı 
çatır və insan ona  «bağışlanmış» «neməti», üstəlik, özünün, məsələn, 
sağlamlığını  verməli  olur.  Həmin  qüvvələrə  enerji  lazımdır,  bu, 
onların qidasıdır, onlar bunsuz yaşaya bilməzlər. Bu mənada onların  
«yaxşılığı»  ancaq  tələyə  qoyulmuş  yem  ilə  müqayisə  edilə  bilər. 
«Vergi» adlanan hallar çox zaman bu yolla baş verir.  
Bu  haqda  ilk  dəfə  eşidənlər  üçün  inandırıcı  olmasa  da, 
deməliyəm ki, insan  «tək» deyil. Kainatda, elə bizim Yer üzündə də 
fiziki bədənə  malik olmayan, yalnız energetik bədəni olan  varlıqlar 
mövcuddur  (onları  da  auranı  çəkən  xüsusi  fotoaparatlarla  çəkmək 
mümkündür).  Onların  çoxu  yüksək  şüurlu  məxluqlardır  və  bizi 
«idarə edə» bilirlər.  
Burada  yeni  heç  bir  şey  yoxdur.  Peyğəmbərimiz  (s)  buyurub: 
«Qəlbdə  iki  dəstə  camaat  olur,  bir  dəstə  mələklərdir,  xeyrə  dəvət 
edir, o biri dəstə şeytanlardır, şərə dəvət qılır və həqqi təkzib edir». 
Bu  o biri dəstəni  qəlbdən  qovmağın  yalnız  bir  yolu  var:  sağlam  fikir 
və  düşüncələrlə  yaşamaq,  sağlam,  saf  niyyət və  əməl  sahibi  olmaq. 
Əgər  insan  azacıq  da  olsa  onun  dəvətini  qəbul  edərsə  (kin,  həsəd, 
paxıllıq,  riya,  qəzəb  və  s.  məruz  qalarsa),  bu,  qüvvələr  üçün. 


 
111 
Pifaqorun  təbirincə  desək,  «başlanğıc  maddə»  rolunu  oynayır.  Belə 
ki, həmin qüvvələr, (psixiki enerjilər) insanın energetik sisteminə bu 
yolla qoşula bilir (məhz neqativ fikir və düşüncələrimizin yaratdığı 
«sahəcik»  həmin  məxluqlar  üçün  qoşulma  nöqtəsi  olur)  və  bundan 
sonra insanı müxtəlif yollarla (vəsvəsə və s.) məhz bu cür yaşamağa, 
neqativ  fikirlərə  və  işlərə  təhrik  edir,  çünki  ac  qala  bilmir.  Elə  bu 
səbəbdən də hər şey bizim düşüncələrimizdən asılı olur. 
Aydın olur ki, insan şüursuz olaraq belə, «şübhəli» qüvvələrin 
əsirinə çevrilə bilər. Bunu şüurlu olaraq edənlər isə yalnız «Allahdan 
başqa ilah yoxdur» kəlamını xatırlamaq istəyirəm. Hətta şər olmasa 
belə, insanın güvəndiyi hər hansı qüvvə ona yalnız nə isə verə bilər. 
Hər  şeyi  bəxş  etməyə  qadir  olan  yeganə  qüvvə  Allahdır.  «Yaxud 
onların əməlləri ənkin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın 
üstündən  də  bir  bulud  (dalğa)  –  zülmət  üstündən  zülmət  ötər.  O,  əlini 
çıxartdıqda, hardasa onu görməz.  Allah bir kəsə nur bəxş etməsə, onun 
nuru olmaz». (Nur surəsi. 40-cı ayə).  
Nə  isə  verə  bilən  «naməlum»  qüvvənin,  yoxsa,  hər  şeyə  qadir 
olan Yaradanı seçmək insanın öz ixtiyarındadır.  Deyirlər, bəndə ilə 
Allah  arasında  yetmiş  nur  pərdəsi  var.  Zənnimcə,  bunlar  insanın 
kamilləşmək  yoludur  və  müxtəlif  metodikaların,  təlimlərin, 
sistemlərin  köməyi  ilə  insan,  olsa-olsa,  kamilliyin  yalnız  müəyyən 
səviyyəsinə yüksələ bilər. Ən əsası isə bu yolda o, yanıla bilər. Yəni 
nəinki  istədiyi  məkana  (məqama)  yetişə  bilməz,  özü  də  bilmədən 
yolunu  «azar»,  başqa  məkana  gedib  çıxar.  Yetmiş  nur  pərdəsi 
arxasında  olan  Allaha  qovuşmaq,  onunla  mülaqat  etmək  çətindir, 
başqa  qüvvələrlə  «dil  tapmaq»  asandır  və  artıq  qeyd  edildiyi  kimi, 
onlar  çox  zaman  «çağrılmamış  qonaq»  olurlar.  Ona  görə  də  ibadət 
edən  insan  belə,  öz  ibadətində  səmimi  olmalı,  inamı  möhkəm 
olmalıdır, yoxsa ona başqa «allahlar» cavab verər.  
Bir də hərənin Öz inamı var. Bu inamın hansı olmasından asılı 
olmayaraq, insan ona sədaqətlə qulluq etməlidir. Yalnız bu halda o 
öz  inamının  bəhrəsini  görə  bilər,  hər  cür  «xəyanət»  yolverilməzdir. 


 
112 
Mömin  olan  bir  kəs  yalnız  öz  dinini  düşünməlidir,  onun 
qanunlarına  dəqiq  əməl  etməlidir.  Bu  qanunlar  isə  bizi  yalnız  və 
yalnız  bir  olan  Allaha  inanmağa,  ona  itaət  etməyə  –  ibadətə  dəvət 
edir  və  Rəsuli-Əkrəmin  (s)  buyurduğu  kimi:  «İbadətlərin  əfsəli 
duadır».  O,  insanın  həm  ruhi,  həm  psixiki,  həm  də  fiziki  aləmin 
müvazinata  gətirir,  insanı  (eləcə  də,  mühiti)  saflaşdırır,duruldur, 
ruhən  güclü  olan  insan  bütün  buxovlardan  azad  olur.  Dua,  qeyd 
edilən  neqativ  psixiki  enerjiləri  insana  yaxın  buraxmayan  güclü 
vasitədir. Çünki o, insanın (yəni onun ruhunu) xüsusi növ enerji ilə 
qidalandırır.  Bu,  ruhi,  o  birilər  isə  psixiki  («kobud»  –  zəif)  enerji 
olduğu üçün onları dəf edə bilir. 
Sağlam  fikirdən,  düşüncədən  söhbət  gedərkən  istər-istəməz 
əxlaqa,  əxlaqların  ən  gözəli  olan,  sözə,  niyyətə,  əmələ  dəyər  verən 
İslamaistinad  etdim.  Ona  olan  inam  sayəsində,  onun  böyük  gücü 
sayəsində  Azad  İnsan  olmaq  böyük  xoşbəxtlikdir.  Sağlam  fikirlərlə 
yaşamaq  insanın  qəlbində  xoşbəxtlik  hissi  doğurur  və  insanın  bu 
dünyanın həyatı ilə uyğun gəlməyən öz – xoşbəxt həyatı olur.  
İnsanın  xoşbəxtliyi  onun  öz  bütövlüyünü  hiss  etməsi  ilə  bağlıdır. 
İnsanın  şüuru  Fövqəlşüurun  bir  parçası  olduğundan,  öz-özlüyündə  tam 
deyil,  hissədir.  Elə  bu  səbəbdən  də  insan  daim  qarşısıalınmaz  qlobal 
tənhalıq  hiss  edir  və  bu  tənhalıqdan  qurtulmağa  can  atır.  Məhz  bu 
tənhalıqdan  qurtulan  zaman  insan  xoşbəxtlik  hiss  edir.  Məsələn,  özünə 
həmfikir  tapan  zaman.  İnsan  öz  daxili  aləmi  ilə  xarici  aləm  arasında,  o 
cümlədən, onun hər hansı parçası ilə – başqa insanlarla hər hansı oxşarlıq 
tapdıqda  sevinir  (xoşbəxt olur).  Çünki  bu  zaman  öz  daxilini  xarici  aləmlə 
qovuşdura  bilir,  başqa  sözlə,  öz  bütövlüyünə  qovuşur.  Bunun  ən  aşağı 
səviyyəsi  insanın  öz  bütövlüyünü  maddi  aləmdə  (maddi  nemətlərdə) 
«tapmasıdır». 
İnsanı  Ucalığa  aparan,  yaxınlaşdıran,  dünyaya  baxışımnı 
dəyişməyə,  azad  olmağa  kömək  edən  iki  böyük  qüvvə  (daha 
doğrusu,  məqam)  vardır:  Sevgi  və  Yaradıcılıq.  Bunlar  insanı  öz 
bütövlüyünə  qovuşdurduğu  üçün  xoşbəxt  edə  bilir.  Sevgi  –  başqa 


 
113 
insan vasitəsilə, Yaradıcılıq – iş vasitəsilə. Xatırlayırsınızmı, bu Sevgi 
o böyük SEVGİ-yə aparan yoldur, vasitədir demişdim. Sevgi – ürəyi 
hər  cür  nifrətdən  təmizləyən,  insanın  özünü  hamıdan  xoşbəxt  hiss 
etməyə  vadar  edən,  heç  kimə  həsəd  aparmağa  ehtiyacı  olmayan 
insana  çevirən,  bütün  dünyəvi  nemətləri  insanın  gözündə    heçə 
çevirən bir qüvvədir. Təəssüf ki, bu ötəri dünyada o da zamana tabe 
olur,  istəsək  də,  istəməsək  də,  nə  qədər  uzun  çəksə,  iz  qoysa  belə, 
ötəri olur. İz isə artıq Sevgi deyil. Bir də, «hər şeyə hökm çatır, qəlbə 
yox» və «könül quşu da hər dəni dənləməz».  
Yaradıcılıq  qabiliyyəti  də  Sevgi  kimi  hər  insana  verilmir. 
Yaradıcılıq,  adətən,  insanın  hər  hansı  bir  işdə  nəsə  bir  yenilik 
tapmasıdır.  Bu  «yenilik»  –  xarici  aləmin  təzahürü  onun  daxili 
aləminə  yaxın  olduğu  üçün  insana  sevinc  bəxş  edir.  Uşaqlar  üçün 
hər şey eynidir, ona görə də hər şey kəşf, hər şeylə tanışlıq, yəni hər 
bir  iş  yaradıcılıq  olur.  Elə  bu  səbəbdən  də  uşaqlar  özünü  daim 
xoşbəxt  hiss edir, darıxmır  və  s.  Hər  bir  insan  özünün  sevimli  işini 
tapa  bilər  və  bu  işlə  məşğul  olmaq  onun  yaradıcılığı  ola  bilər. 
Yaradıcılıq  heç  də  yalnız  sənət  şedevrləri  yaratmaq  deyil.  İnsan 
gördüyü işdən zövq alırsa, bu iş ona bütün dünyanı «unutdurursa», 
insan  «səbəbsiz»  sevinc,  ucalıq  duyarsa,  saflaşırsa,  bu,  elə 
yaradıcılıqdır.  Ana  öz  uşağına  nəsə  öyrədərkən,  başa  salarkən  nə 
qədər xoşbəxt olur !  
Məşğuliyyət baxmından  da  insan  öz  yerində  olmalıdır.  Əgər  insan 
sevmədiyi  işlə  məşğuldursa,  o,  əvvəl-axır  mütləq  xəstələnəcəkdir.  Öz 
ürəyicə olan işlə məşğul olmaq insanın ömrünü uzadır. İnsan öz ürəyincə 
olmayan  işlə  məşğuldursa,  həmin  iş  çətin  alınır  və  yaxud,  ümumiyyətlə 
alınmır.  
Bilirik ki, ürəkaçan şeylər energetik sistemi (konkret olaraq, qoloqrafik 
sahəni)  gücləndirir,  xoşagəlməyən  şeylər  isə  zəiflədir.  Əgər  iş  insanın 
ürəyincə deyilsə («xoşagəlməyən»dirsə ), insan həmin işi görməyə həvəssiz 
olur,  tənbəllik  edir  (enerjisi  çatışmır).  Deməli,  insanı  qane  edən,  ürəyincə 
olan  iş  odur  ki,  insan  ona  həvəslə  girişir,  yorulmur  (fikir  verin:  yorulma 


 
114 
təkcə fiziki səbəbdən deyil) və iş asan alınır («ürəkaçan» iş «əlavə» enerji 
verdiyindən  ).  Ona  görə  də,  yalnız  pul  qazanmaq  xətrinə  iş  seçmək 
düzgün deyil. Əslində, insana elə öz ürəyincə olan işlə məşğul olarsa, pulu 
asanlıqla  qazana  bilir.  Ümumiyyətlə  isə  özünə  xoş  gələn,  zövq  aldığı  işlə 
məşğul  olmağa  borcludur,  çünki  həmin  iş  məhz  insanın  həyatda  görməli 
olduğu işdir – öz işidir.  
Əgər ürəyinizcə olan iş sizin əsas işiniz ola bilməyibsə,onu bu və ya 
başqa  şəkildə  həyata  keçirməyə  çalışın.  Əgər  ürəyinizcə  olan  işin  nədən 
ibarət olduğunu bilmirsinizsə, onu ayırd etməyə çalışın. Kimin üçünsə bu, 
ev işləri ilə məşğul olmaq, kimin üçünsə bağa qulluq etmək, kimin üçünsə 
bədii yaradıcılıq ola bilər. 
Əgər  əsas  işiniz  sevimli  işiniz  deyilsə  və  hazırda  onu  dəyişməyə 
imkanınız yoxdursa, ona olan münasibətinizi dəyişməlisiniz.Sevmədiyi işlə 
məşğul  olmaq  orqanizmi  zəhərləyir.  Məşğul  olduğunuz  hər  bir  işdə  yeni, 
indiyə qədər görmədiyiniz cəhətlər, yaradıcılıq elemenləri tapmağa çalışın.  
Sevginin  də,  yaradıcılığın  da  böyüklüyü  insana  başqalarının 
görə bilmədiklərini görmək qabiliyyəti bəxş etməsindədir. Deyirlər, 
sevənin gözündə pərdə olar. Həqiqətdə isə sevən insan başqalarının 
gördüyü  kimi  qəbul  etdiyini  olduğu  kimi  görür,  öz  sevdiyinin  –  yəni 
insanın  ilahi  təbiətini  hiss  edə  bilir.  Əslində,  yalnız  sevgi  bitəndən 
sonra pərdə gəlir insanın gözünə və o, hər şeyi yox, görə bilmədiyini 
görür  –  hamı  kimi.  Yaradıcı  insan  da  başqalarının  adi,  mənasız 
saydığı  şeylərdə  bir  qeyri-adilik,  qəribəlik  görür.  Yox,  o  «dəli» 
olmayıb gözündən pərdə çəkilib – hər şeyi olduğu kimi görə bilir.  
Bəli,  dünyamız  belədir  –  sevənlərin  gözündə  olduğu  kimi, 
yaradıcılıq  anlarında  hiss  etdiyimiz  kimi.  Onun  bu  cür  olduğunu 
görməməyimizə  səbəb  gözlərimiz  qarşısındakı  pərdədir.  Məhz 
gözləri  qarşısında  pərdə  olmayan  insan  Azad  İnsandır.  Deyirlər, 
həyatda  sevgi  yoxdur,  insanın  özünü  sevməsinə  inandırması  var, 
yəni  sevginin  imitasiyası  var.  İnanıram.  Yoxsa,  insan  birdəfəlik 
Azad olardı, birdəfəlik xoşbəxt olardı. Amma insan əsl xoşbəxtliyin 
də  dadını  bilmir,  onun  imitasiyasını  –  həzzi,  zövqü,  ləzzəti  dadır. 


 
115 
Əsl  xoşbəxtlik  isə  başqadır.  Ara-sıra  hiss  edirik  bu  xoşbəxtliyi  – 
«mağara obrazı» haqqında danışarkən yazmışam bu haqda.  
Beləliklə,  əsl  xoşbəxtlik  –  insanı  rahat,  azad,  uca  edən  anlar, 
onun  özünü  tənha  hiss  etmədiyi  anlardır.  Bu,  Sevgi  və  Yaradıcılıq 
da ola bilər, öz iradəsi hesabına da buna nail ola bilər (meditasiya). 
Bütün  bu  hallarda  insanın  daxili  aləmini  xarici  aləmə  qovuşması 
müvəqqəti  və  qismən  olur.  Yalnız  ibadət  insanı  bu    aləmlə  tam 
qovuşdura bilir. İbadət zamanı insan xarici aləmin hər-hansı parçası, 
təzahürü  ilə,  yaxud  onun  «naməlum»  hissəsi  ilə  qovuşmur, 
bütövlükdə  onda  əriyir.  Məhz  buna  görə  də  onun  hər  bir  parçası, 
təzahürü  insan  üçün  doğma  olur.  SEVGİ  ürəyi  hər  cür  nifrətdən, 
kindən,  bu  səbəbdən  təmizləyir.  İnsan  öz  böyüklüyünü, 
bütövlüyünü – tənha olduğunu hiss edir. 
Müasir  insan  isə  öz  darıxdırıcı  tənhalığından  qurtulmaq  üçün 
müxtəlif  əyləncələr  («narkotiklər»)  «kəşf  edir».  Lakin  onlar  insanı 
tənhalıqdan  qurtarmır  –  xoşbəxt  edə  bilmir.  İnsanın  «gizlənmiş» 
tənhalığı  nə  vaxtsa  üzə  çıxır  və  daha  cansıxıcı  olur.  Bu 
«narkotiklərin» son həddini – əsl narkotiki götürək. Bu zaman həzz 
də «sonsuz» olur, ondan gələn əzab-əziyyət də. İstənilən həzz, nəşə 
də  «abstensiya  sindromu»  qaçılmazdır.  Ona  görə  də,  həzz,  nəşə, 
ləzzət  xoşbəxtliyin  imitasiyası  ola  bilər.  Adətən,  insan  tənhalıqdan 
qurtulmaq, öz bütövlüyünü  hiss etmək üçün uyur bunlara  – özünə 
həmfikirlər, «həmkarlar» tapdığı üçün bir qədər «bütövləşir». Bəzən 
içki  düşkünü  olan  bir  adam  sonradan  dinə  üz  tutur.  Burada 
təəccüblü heç nə yoxdur – o, elə əvvəldən öz bütövlüyünü axtarırdı. 
Gəlin,  heç  kəsi  qınamayaq,  çətində,  darda  kömək  etməyə  –  bütöv 
olduğunu hiss etdirməyə çalışaq.  
Mənim  «mətləbdən  uzaqlaşmağıma»,  sağlamlıq  üçün  təmiz 
fikirlərə  malik  olmağın  vacibliyindən,  nifrətin,  kinin,  həsədin  onun 
yönəldiyi  obyektə  yox,  insanın  özünə  zərər  verdiyindən  danışmaq 
əvəzinə,  mənəviyyatdan,  yaradıcılıqdan,  sevgidən  danışmağıma 
səbəb məhz onların insanın qəlbindən kini, nifrəti, həsədi, bir sözlə, 


 
116 
bütün  neqativ  hissləri  silməyə  qadir  olmasıdır.  Axı,  «əsəblərinizi 
qoruyun»  kimi  məsləhətlərlə  onları  qorumaq  (sinir  sistemini 
möhkəmləndirmək), yaxud, neqativ fikirlərin necə zərərli olduğunu 
bilməklə  həmin  fikirlərdən  əl  çəkmək  mümkün  deyil,  insan  özünü 
buna  nəqədər  məcbur  etsə  də.  Bunun  üçün  ruhun,  düşüncənin 
müvafiq  halı  lazımdır.  Bu  halı  bəxş  edən  isə  məhz  toxunduğum 
cəhədlərdir.  Bunun  üçün  həqiqətlərin  insana  açılması  lazımdır  – 
gözləri  önündəki  pərdənin  çəkilməsi  lazımdır.  Bunu  edə  biləcək 
qüvvə də toxunduğum cəhətlərdir. 
İstəmədiyim  bir  halda  mövzu  bir  qədər  əhatəli  alındı.  Demək 
istədiyim  isə  çox  sadədir:  düşüncə  və  fikmirlərimiz,  sözlərimiz  bir 
eneji  parçası  olaraq,  istər  nəhəng  energetik  sistem  olan  Kosmosda, 
istərsə də onun ayrıkmaz hissəsi olan energetik bədəndə olan «əks-
səda» yaradır. Məhz bu əks-səda  da insan  üçün (o cümlədən, fiziki 
bədən üçün) izsiz ötüşmür.  
Məhz qəlbin, ruhun vəziyyətini birinci – əsas götürməyə səbəb 
isə  sağlamlığın  digər  şərtlərini  yalnız  onu  fonunda  əhəmiyyət  kəsb 
etməsidir, bütün digər şərtlərin «pozulduğu» halda belə onun gücü 
ilə xəstəliyə qalib gəlməyin mümkünlüyüdür. 
Peyğəmbərimiz  (s)  :  «Kimdə  Allahu-təalanın  əxlaqından  bir 
əxlaq  olarsa  o,  cənnətlikdir»  buyurmuşdur.  Əlbəttə,  biz  sadəcə 
cənnətlik olmaq xətrinə olmaq yox, həqiqətləri dərk edərək bu yolu 
tutmalıyıq.  Neqativ  enerji  mənbəyi  olan  fikirlərdən  də  ona  görə 
uzaq  olmamalıyıq  ki,  bu,  bizim  sağlamlığımıza  ziyandır,  həm  də 
Allah-təala belə əmr edib. Bunları bilmək Təbiətin bizi yaxşı olmağa 
«məcbur» etdiyini, özümüz bunu etməsək, xəstəliklər yolu ilə bunu 
bizə  anlatmağını  bilməyimiz  üçün,  bir  sözlə,  həqiqətləri 
anlamağımız  üçün  lazımdır.  Həqiqətləri  anlayan  hər  bir  kəs  isə 
Haqq yolunu tutacaqdır.  
 
   
 


 
117 
 
 
   
                                       MÜNDƏRİCAT 
 
 
 
 
 
Elm, təbabət və həqiqət....................................................4 
 
Sağlamlıq haqqında........................................................24 
 
Ruh haqqında..................................................................54 
 
Sağlam fikir......................................................................92 
 
 
 
 
 
 
 
 
 
 
E-mail: ssb@box.az 

Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə