Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   2   3   4   5   6   7   8   9   ...   35

 
16 
edimmi?»  –  deyə  soruşan  bir  nəfərə  Peyğəmbər  (s)  :  «Bəli,  müalicə  edin. 
Ona  görə  ki,  Allah–təala  hec  bir  xəstəliyi  şəfasız  yaratmamışdır»  – 
buyurmuşdur.  Bununla  yanaşı,  «özünü  lazımsız  dərmanlarla  müalicə 
etməmək» və «dərman içdiyimiz halda Allahın adını uca tutmaq» da (İmam 
Sadiq  (ə)  tövsiyə  edilir.  Xəstəliyi  müalicə  etmək  əvəzinə,  onun 
əlamətlərinin  aradan    qaldırılması,  yə’ni  simptomatik  müalicə  elmi 
təbabətdə tənqid edilsə də, geniş tətbiq edilir, daha doğrusu, demək 
olar ki, yalnız  bu cür  müalicə tətbiq edilir: ağrı kəsilir, temperatur 
salınır,  öskürək    aradan  qaldırılır,  xəstəlik  içəridə  davam  etməkdir. 
Həkim  uğursuz  eksperimentatora  bənzəməməli,  öz    işini  Təbabətlə 
həmahəng  qurmalı  və  yalnız  təbii    müdafiə  mexanizmlərini 
gücləndirməyə  çalışmalıdır, yə’ni  müalicə  bu işə    xidmət  etməlidir. 
Təbabətdə  belə  bir  kəlam  var:  Natura  sanat,  medicus  curat  –  Həkim 
müalicə  edir,  təbiət  sağaldır.  Bəli,  həkim  yalnız    müalicə  edir, 
sağalmaq  isə    yenə    üz  çevirdiyimiz,  səsinə  qulaq  asmadığımız 
Təbiətin üzərinə  düşür. Həkim yalnız  Təbiətin yaratdığı imkandan 
istifadə  edirlər,  həkim  ancaq  70  yaşa  çatanda  əsl  həkim  ola  bilər. 
Əgər    söhbət    kamilləşməkdən,  tam  kamil  olmaqdan    gedirsə, 
burada  pis  heç  nə  yoxdur.  Hər  bir  peşə    sahibi  təcrübə  topladıqca  
daha da kamilləşir, bu, təbiidir. (Botkindən yaxşı həkim  olmaq üçün  
nə  lazım  olduğunu  soruşduqda  o,«təcrübə»  –  deyə  cavab  verir. 
Sonra sadaladığı keyfiyyətlər içərisində də  biliyin olmadığını görən 
sual sahibi: – Bəs bilik? – deyə soruşduqda  o,«Bilik hərdənbir lazım 
ola  bilər»  söyləmişdir).  Ancaq  mən  bu  mövzuya    başqa  nöqteyi– 
nəzərdən  yanaşmaq  istəyirəm:  həkimin  xəstəni  sağaltmağa 
(  vəziyyətini  yüngülləşdirməyə  yox  )  qadir  olub–olmaması.  Belə 
çıxır ki, təcrübə  toplayana  qədər  həkim xəstəni bir o qədər də yaxşı, 
tam  müalicə  edə  bilməz.  Söhbət  heç  vicdandan  da  getmir.  Axı, 
həkim tibb elminin nümayəndəsidir, onun öyrətdiklərini tətbiq edir. 
Deməli, tibb elmi o dərəcədə kamil deyil ki, ona nə qədər dərindən  
yiyələnsən  belə,  kifayət  deyildir,  təcrübə,  kəskin  desək,  canlı 
insanlar  üzərində  eksperimentlər  lazımdır.  Mən    «kəskin  desək» 


 
17 
yazdım.  Ancaq  müalicə  prosesi  bə’zən    doğrudan  da  eksperiment 
şəklində aparılır. Yeni dərmanlar  məhz bu yolla sınaqdan keçirilir, 
ad da bu olur: könüllülər. 
İş elə gətirdi ki, bir müəllim məndən elmi işini  
Rus  dilindən  Azərbaycan  dilinə    tərcümə  etməyi  xahiş  etdi.  Bu  işin  necə 
yorucu  (daha  doğrusu,  cansıxıcı)  olduğundan  danışmağa  dəyməz. 
Müəyyən bir xəstəlik zamanı bir neçə dərman preparatının effektlik dərəcəsi 
müqayisə  edilirdi.  Hər  hansı  dərman,  məsələn,  100  xəstədən  20–də  yaxşı, 
75–də o qədər də qənaətbəxş olmayan nəticə vermiş, 5-də nəticəsiz (tə’sirsiz) 
olmuşdur.  Başqa  dərman  preparatında  faizlər  nisbəti  başqa  cür  idi.  Və 
nəticədə  «yaxşı»sı  daha  çox,  «nəticəsiz»i  daha  az  olan  preparat  həmin 
xəstəliyin  müalicəsi  üçün  məqbul  sayılırdı.  Həmin  həkimin  (müəllimi)  bu 
cür  eksperimentlər  aparmağa  imkanı  olmayan  bir  klinikada  işlədiyini 
bilsəm də, məni başqa şey düşündürürdü. Farmakoloji preparatların  müa-
licəvi  tə’siri  ilə  yanaşı,  yumşaq  desək,  əlavə  tə’sirinin  olduğunu  tibb  elmi 
özü  də  inkar  etmir.  Görəsən,  «tə’sirsiz»  qrupda  bu  əlavə  tə’sir  hansı 
dərəcədədir? Təəccüblü bir də orasıdır ki, heç olmasa, bu kiçik insan qrupu 
içərisində  hamıya  müalicəvi  tə’sir  göstərən  dərman  (yə’ni  100℅-  yaxşı) 
yoxdur  (və  ola  da  bilməz).  Əgər  100  nəfərin  içərisində  bircə  nəfər  belə 
«tə’sirsiz  qrup»  təşkil  edibsə,  minlərlə  xəstəni  nəzərə  alsaq,  bu,  yüzlərlə 
insan deməkdir. Bir də ki, nə fərqi var lap bircə insan olsun. Bundan başqa, 
bu seçim təsadüfi olduğundan,başqa 100 nəfər içərisində nəticələr başqa cür 
olacaqdır.  Lakin  həmin  dərman  («rəqiblərinə»  nisbətən  daha  çox  «xal» 
topladığı  üçün)  tədbiq  edilir.  Bu  tərcümədən  sonra  onsuz  da  sevmədiyim 
qramlara, milli qramlara daha böyük şübhə ilə yanaşmağa başladım. 
 
Dərmanların  ümumiyyətlə  tətbiqini,  istifadəsini  isə  «kütləvi 
eksperiment»  adlandırmaq  olar.  Belə  ki,  illərlə  tətbiq  edilən  hər 
hansı dərman preparatının «gözlənilməz» təhlükəli tə’siri aşkar olub 
və  o,  qadağan  edilir.  Bu  illər  ərzində  onu  qəbul  edənlər  isə  olurlar 
eksperimentin,  bu  dəfə,  «könülsüz»  iştirakçıları. 
(Nəhəng 
farmakobiznesin  geniş  miqyaslı  fəaliyyəti  fonunda  bu  cür 
«əkstəbliğat» əlbəttə, sönük, hətta gülünc görünəcəkdir). 


 
18 
 
Ayrı-ayrı  həkimlər  də  öz  təcrübələrində  buna  oxşar  mövqe 
tuturlar.  Hə  hansı  bir  dərman  həmin  həkimin  təcrübəsində  yaxşı 
nəticə verirsə, o, həmin dərmana «vurulur» və onu daha tez-tez (az 
qala  həmişə)  tə’yin  etməyə  başlayır.  Beləliklə,  hər  bir  həkimin 
«ürəyinə  yatan»  sevimli  dərmanları  olur  və  zaman  keçdikcə  o,  bu 
dərmanlara elə e’tibar edir ki, diaqnozu dəqiqləşdirmək planı sanki 
arxa plana keçir, çeşidli xəstəliklər həmin bir neçə dərmanla müalicə 
edilir  (müalicə  etmək  isə  hələ  sağaltmaq  deyil).  Hətta  bə’zən 
əczəxana  (aptek)  işçiləri  imzaya,  möhürə  baxmadan  reseptdə 
yazılmış  dərmanlara  əsasən  onu  yazan  həkimi  tanıyırlar.  Bütün 
bunlar  adi  hal  aldığı  üçün  qəbahətsiz  bir  şey  kimi  qəbul  edilir, 
mahiyyətinə vardıqda isə dəhşətli görünür. 
 
Hər  bir  həkim  yüzlərlə(!)  dərmanı,  onların  tə’sir  mexanizmini, 
dozasını,  qəbul  qaydalarını,  göstəriş  və  əks-göstərişləri,  əlavə 
tə’sirləri  bilməyə  borcludur.  Həkimin  yaddaşının  kompüterin 
imkanları  ilə  müqayisə  edilə  biləcəyini  güman  etsək  belə,  
yuxarıdakı  şərtlərə  tam  əməl  edilməsi  praktiki  cəhətdən  az  qala 
mümkün  deyil.  «Sevimli  dərmanlar»  problemi  də  müəyyən  qədər 
bəraət  qazanmış  olur.  Əslində,  həkimin  öz  fərdi  təcrübəsinə 
əsaslanan  dar  seçim  daxilində  də  həmin  şərtlərə  tam  əməl  edilmir.  
Axı, həkim  xəstənin  əsas şikayətlərindən  başqa, bə’zi  incəliklərə  də 
diqqət  yetirməli,  bu  «incəlikləri»  və  tə’yin  edəcəyi  dərmanın  əlavə 
tə’sirlərini tutuşdurub, ən münasib olan dərmanı seçməlidir. Bu, az 
qala  bütün  həkimlərin  «yadından  çıxıb»,  yalnız  dəvə  boyda 
«incəliklər» olduqda yada düşür.  
 
Hər  bir  həkimin  öz  «diaqnoz  diapazonu»  olur  və  «nədənsə», 
ona  həmişə  bu  diapazona  daxil  olan  xəstəliklərə  görə  müraciət 
edirlər.  Həkimlər  bu  çərçivədən  kənarda  qalan  xəstəliklərin  adını 
son dəfə tələbəlik illərində eşitmişlər. 10 mindən çox nozoloji forma 
olduğu  halda,  adətən  5-10  xəstəliyə  təsadüf  edilməsi  təəccüblü 
görünürmü? Başqa nöqteyi-nəzərdən  yanaşdıqda  yenə sual doğur  : 
bu  qədər  xəstəliyin  simptomlarını,  gedişini  yadında  saxlamaq  və 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə