Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

 
38 
vardır.  Həmişə  xəstəlik  haqqında  düşünmək,  danışmaq  özü  də 
xəstəliyin  insana  hakim  olmasına  şərait  yaradır.  («İnləmə 
«xəstəyəm»  deyə,  ey  filan,  Desən  ki:  «Sağlamam»,  sağlam  olarsan». 
N.Gəncəvi). 
 
Nə  qədər  qəribə  də  olsa,  xəstəliyi  sevən  insanlar  var.  Onlar 
həkimə müraciət edərkən belə, ona macal vermir, özləri danışmağa 
çalışırlar.  Çünki  onları  həkimdən  məsləhət  almaq  –  sağalmaq  bir  o 
qədər  maraqlandırmır, nəinki xəstəlikdən  danışmaq daha xoş gəlir. 
Bu cür adamlar xəstəliyi, keçirdikləri vəziyyətləri dəqiqliyi ilə təsvir 
etməkdən  sanki  həzz  alırlar.  Onlar  özləri  bilməsələr  də,  sağalmaq 
istəmirlər, çünki həmişə xəstə obrazında olmaq, dava-dərmanla baş-
başa yaşamaq onlara xoş gəlir. Belələri içərisində kim olur-olsun və 
harada  gəldi,  xəstəlikdən  danışmağı  bir  qədər  şüurlu  edənlər  var. 
Çünki,  bu,  onlara  müəyyən  yüngüllük  gətirir.  Əvəzində, 
qarşısındaki adam «ağırlaşır». Hətta bunu bilərəkdən etməyənlərdə 
də  alt  şüur  yüngülləşməni  «yadında  saxlayır»  və  insanı  bu  cür 
söhbətlərə  «təhrik  edir».  Ümumiyyətlə,  onunla  söhbətdən  sonra 
özünüzü pis hiss etdiyiniz müsahiblərdən uzaq olun.  
 
Bəzi  adamlar  isə  xəstəliyi  başqa  cür  sevirlər.  Onlar  bu  yolla 
diqqət  mərkəzində  olmağa  çalışır,  başqa  sözlə,  əzizləmək  istəyirlər. 
Psixologiya 
baxımından 
yanaşdıqda 
bunu 
başa 
düşmək 
mümkündür.  Xəstəliyə  baş  əyən,  öz  gücünə  inanmayan  insan 
başqalarının ona dayaq, arxa olmasına ehtiyac hiss edir və nə yolla 
olur-olsun  bunu  əldə  etmək  istəyir.  Bu  cür  insanlar  başqalarının 
yanında  şüursuz  olaraq  zəif,  xəstə  görünməyə  çalışırlar.  İnsan 
çatışmayan  nəyinsə  yerini  bu  yolla  doldurmaq  istəyir,  itirdiyini  bu 
yolla kompensasiya etmək istəyir. Bunun ən pis cəhəti odur ki, insan 
getdikcə  bunu  şüurlu  etməyə  başlayır,  özünə  nəzarəti  itirir  və 
rolunu  çox  şişirdir,  yəni  çox  şit  «oynayır».  Bu,  bir  tərəfdən, 
ətrafdakıların  süniliyi  hiss  etməsinə,  digər  tərəfdən  isə  onların 
bezikməsinə  səbəb  olur.  Nəticədə,  qayğı,  nəvaziş  əvəzinə  insan 
kinayə, qayğızıslıqla üzləşir.  


 
39 
 
Ümumiyyətlə,  insanın  bir    çox  «qəribə»  hərəkətləri  onun 
kiməsə  lazım  olmasını,  kiməsə  onu  sevməsini  görmək  istəyinin 
nəticəsidir.  Uşaq  şıltağından  tutmuş  ailə  münaqişələrinə  qədər  hər 
şeyin  kökundə  insanın  Sevgiyə  olan  ehtiyacı  durur.  Kim  isə  var-
dövlət  yığır,  kim  isə  idmanla  məşğul  olur,    kim  isə  şöhrət  dalınca 
qaçır,  kim  isə  «sevir»    və  s.  Bir  sözlə  hərə  bir  cür  «narkomandır». 
Bunlarla  insan  bir  növ,  öz  başını  qatır,  çatışmayan  nəyinsə  yerini 
doldurur.  Yalnız  Sevgi  bütün  bunların  mənasız  olduğunu  insana 
çatdırır. Əlbəttə, bu o demək deyildir ki, bütün bunlar normal işlər 
deyil və Sevgi kimi xoşbəxtliyə malik olan insanlara xas deyil. Xeyr, 
Sevgiyə qovuşan insan da nəyə isə maraq göstərəcək, yəni onun da 
sevimli  işi,  məşğuliyyəti  olacaqdır.  Lakin  bu  onun  həyatının 
məqsədi, 
mənası 
olmayacaqdır, 
onun 
üçün 
narkotikə 
çevrilməyəcəkdir.  İnsanlar  sevgini  bayağılaşdırıblar,    «həqiqi»,  
«yalançı»  kimi  kateqoriyalara  bölürlər.  Lakin  bircə  SEVGİ  var. 
Haqqında düşündüyünüz Sevgi isə, zənnimcə, o böyük SEVGİyə yol 
açan,  ona  doğru  aparan  vasitədir.  O  isə  ürəkdə  heç  bir  nifrətin 
olmaması, bütün dünyəvi nemətlərə laqeydlik, bir sözlə, sağlam ruh 
deməkdir.  
 
Belə bir kəlam var: «Sağlam ruhda – sağlam bədən». Doğrudur, 
sovet  tibb  elminin  sevdiyi,  xəstəxanaları  bəzəyən  şüarlardan  biri 
«Sağlam  bədəndə  sağlam  ruh  olar»    sözləri  idi.  Bu  sözləri  çox 
bəyənirdim.  Lakin  sonralar  oxudum  ki,  sən  demə,  qədim  həkimlər 
deyiblər:  «Sağlam ruhda – sağlam bədən». Bu fikirlə də razılaşdım, 
özü də birincini inkar etmədən. Bunlar ilk baxışda əks görünsələr də, 
bir-birini  tamamlayan  fikirlərdir.  Sağlam  bədəndə  ruh  da  sağlam 
olacaqdır,  lakin  bədənin  sağlamlığı  üçün,  birinci  növbədə,  ruhun 
sağlamlığı,  möhkəmliyi  lazımdır.  (Qüvvətli  ruh  zəifləmiş  bədəni  xilas 
edir. Hippokrat).  Dəqiqlik  üçün  deyim  ki,    «Sağlam  bədəndə  sağlam 
ruh olar» – Mens sana in corpore sano kəlamı Roma şairi Yuvenalın 
bədən  tərbiyəsinə  sitayişə  şübhə  ilə  yanaşaraq,  təkcə  bədənin 
kamilliyini  kifayət  hesab  etməyərək  yazdığı  «Kaş  sağlam  bədəndə 


 
40 
həm  də  sağlam  ruh  olaydı»  -  Orandum  est  ut  sit  mens  sana  in 
corpore sano sözlərinin ixtisarla tərcümə edilməsi zamanı buraxılan 
səhv nəticəsində yaranıb.  
 
Sağlam ruh, həm də sağlam bədənə malik olmaq üçün sağlam 
həyat tərzinə keçmək lazımdır. Sağlam həyat tərzi dedikdə, mən, ilk  
növbədə,  mənəvi  dəyərlərə,  əxlaqa  söykənən  həyatı  nəzərdə 
tuturam.  Yalnız  yüksək  mənəvi  dəyərləri  uca  tutan  insan  sağlam 
olmaq xoşbəxtliyinə qovuşa bilər. Bu cür insan həm də düzgün yol 
seçməyi,  hər  işdə  necə  hərəkət  edəcəyini  də  bilir,  sağlam  olmaqla 
yanaşı,  həyatda  uğur  qazanmağı  da  bacarır.  Fiziki  kamilliyin  yolu 
mənəvi kamillikdən keçir. Sağlam olmağın başqa, asan yolu yoxdur. 
Həyatda  heçnə  havayı  verilmir,  o  cümlədən,  sağlamlıq.  İnsan  nəyi 
isə  asan  əldə  etdiyini  güman  edirsə,  yanılır.  Çünki  onun  əvəzini 
başqa, bəzən daha qiymətli şeylə ödəyir, özü bu «əlaqəni» görməsə 
də.  Təəssüf  ki,  dəqiq  xatırlamıram:  hansısa  imperator  nəyinsə 
(deyəsən,  məhz  sağlamlığı)  naminə  taxt-tacdan  əlçəkib,  kələm 
əkməklə məşğul olub. Hansı ucalıqda olmalısan ki, bunu bacarasan. 
Bu  əlaqəni  görənlər  müdrik  insanlardır.  Görə  bilməyənlər  isə 
yazıqlardır.  Burada  Avstraliya  yazıçısı  M.C.Franklinin  sözlərini 
xatırlamaq  yerinə  düşərdi.  «Əgər  fırıldaqçılar  düzgünlüyün 
üstünlüklərini 
duya 
bilsəydilər, 
öz 
mənfəətləri 
xatirinə 
hiyləgərlikdən  əl  çəkərdilər».  Və  «yumurtadan  yun  qırxmağı» 
sevənlər bilməlidirlər ki, əvəzində onlar «qırxmaq üçün» qoyundan 
məhrum olurlar. Halal olmayan mənfəət ancaq aldadıcı ola bilər.  
 
Təbiətdə mövcud olan bu əlaqənin nəticəsidir ki, bəzən bir üzv 
müalicə  edildikdən  sonra  başqa  bir  üzv  xəstələnir,  bütün  üzvləri 
«zorla»  sağaltdıqdan  sonra  insanın  işləri  düz  bgətirmir  və  s.  Bunu 
belə təsəvvür edək ki, sağalmaq üçün bir üzvə enerji «havadan» yox, 
başqa üzvdən və ya energetik sistemin fiziki bədənə «aid olmayan» 
daha incə qatlarından alınır.  
 
Mənim  üçün  Təbiətin  ən  böyük  qanunu  Enerjinin  Saxlanması 
Qanunudur:  Enerji  heçdən  yaranmır  və  yox  olmur,  yalnız  (!)  bir 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə