Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

 
44 
edirlər.  Çünki  rəngbərəng  dərmanları  qəbul  etmək,  özünü  bir  çox 
yeməklərdən  çəkindirməkdən  fiziki  məşqləri  yerinə  yetirməkdən, 
televizorun  qarşısından  ayrılıb  yatmaqdan  daha  asandır.  Özünə 
«əziyyət  verməyən»  insanın  bəzən  həkimlərin  laqeydliyindən, 
qayğıkeş olmamasından gileylənməsi də əsassız görünür. Çünki özü 
özünün  qayğısını  çəkməyən,  öz  qeydinə  qalmayan,  vaxtlı-vaxtında 
yatmağı-durmağı  belə  böyük  əziyyət  hesab  edən  bir  insan  öz 
qayğısını  çəkməyi  başqasına  həvalə  edir,  əslində  bununla  öz  işini 
başqasının  üzərinə  atmış  olur.  Əgər  insan  öz  qayğısını  çəkməyi 
əziyyət 
hesab 
edirsə, 
başqasının 
onun 
əvəzindən 
qayğı 
çəkməməsinə təəccüblənmək lazım deyil. 
 Deyirlər, insanın özünə biganə yanaşması, bir növ, təbiidir. Belə ki, 
insan şüuraltında özünün bu dünyada müvəqqəti yaşadığını bilir və 
ona  görə  də  buna  «çalışır».  Lakin  təbiət  insana  İRADƏ  adlı  böyük 
bir  qüvvə  vermişdir.  Onunla  insan  hər  şeyə,  o  cümlədən,  özünə 
qalib gəlməyə qadirdir. Bu isə qalibiyyətlərin ən böyüyüdür. 
Bu  kitab  məhz  öz  üzərində  qələbə  çalmağa  çalışan,  düşünərək 
yaşamağa can atan, mənəvi kamilliyi hər şeydən uca tutan insanlar 
üçündür. Təkcə fiziki sağlamlıq arzulamaq, yəni sadəcə olaraq, rahat 
yaşamaq  arzusunda  olmaq  «hiyləgərlikdir»,  başqa  sözlə,  eqoistliyin 
təzahürüdür  (maddi  olana  üstünlük  verməkdir).  Digər  tərəfdən, 
özünü sağlam – rahat hiss etmək başqadır, sağlam olmaq – xoşbəxt 
olmaq başqa.  
Fiziki cəhətdən kamil olmaq dünyəvi nemətləri əldə etmək kimidir 
–  nisbətən  asandır,ancaq  aldadıcıdır,  həqiqi  deyil,  insanı  həqiqətən 
xoşbəxt edə bilmir. Daha doğrusu, təkcə fiziki cəhətdən kamil olmaq 
mümkün  deyil.  Təkcə  varlı  olmaqla  xoşbəxt  olmaq  mümkün 
olmadığı kimi. Həqiqi xoşbəxtlik tamam başqadır. Tam sağlam olmaq 
deyəndə  mən  onu  nəzərdə  tuturdum.  Sağlam  həyat  tərzi  deyəndə  mənəvi 
dəyərlərə söykənən həyatı. 
Mənən  kamil  olmağa  çağırışı  nümunəvi sovet adamı olmağa çağırışa 
bənzətməyin.  Bizim  bilmədiyimiz,  yalnız  ara-sıra  hiss  etdiyimiz 


 
45 
qanunlar var. Bax, o qanunlar tələb edir bu cür yaşamağa. Bir də axı, 
bunsuz  xoşbəxt  olmaq,  lap  elə  tam  sağlam  olmaq  mümkün  düyil. 
Nə qədər çətin də olsa bu yolu tutmalıyıq.  
İnsan  özünü  aldatmağa,  həqiqi  xoşbəxtliyini  görünən  xoşbəxtliyə 
dəyişməyə  öyrəşib. 
Başqalarının  gözündə  xoşbəxt  olmağı 
xoşbətliyin  özü  hesab  edir.  Elə  buna  görə  də  həqiqətən  xoşbəxt 
olmağa  çalışmaq  əvəzinə xoşbəxt görünməyə çalışır. Elə buna görə 
də  tam  sağlam  olmağa,  kamil  olmağa  çalışmaq  əvəzinə  dünyəvi 
nemətlər  uğrunda  çarpışır.  Nəticədə,  şuba  geyinmək  xoşbəxtliyin 
zirvəsi  hesab  edilir,  şalvar    geyinmək  isə mədəniyyətin. Kamil  olub-
olmamaq bir yana, heç olmasa, bir azda içərini bəzəmək, bir azca da 
mahiyyətcə  mədəniləşmək, inkişaf  etmək  heç  kəsi  düşündürmür.  Bu 
cür  insanlar  bir  anlığa  da  olsa  bütün  bunların  nə  qədər  mənasız, 
dəyərsiz  olduğunu  hiss  edə  bilsəydilər,  həqiqi  dünyadan,  həqiqi 
xoşbəxtlikdən nə qədər uzaq olduqlarını da dərk edərdilər. Platonun 
«mağara» obrazı haqqında bilirsinizmi? 
Qədim  yunan  filosofu  Platona  görə  insanların  əksəriyyəti 
mağarada  arxası  çıxışa  doğru  oturmuş  qandallı  məhbusa  bənzəyir. 
Onlar qarşıdakı divarda arxadan keçən insanların, arabaların yalnız 
kölgəsini  görür  və  onlara  elə  gəlir  ki,  bu  kölgələr  elə  həqiqi  və 
yeganə mümkün dünyadır. Əgər onları üzü işığa – həqiqi dünyaya 
çevirsən,  onlar  gözlərini  qıyaraq,  üzlərini  çevirəcək  və  onu  qəbul 
etməyəcəklər.  
Seçim  etmək  qabiliyyəti  insana  verilmiş  nemətlərdən  biridir.  Ona 
əsasən  biz  öz  həyat  tərzimizi  də  seçə  bilərik.  Ya  aldana-aldana 
yaşayıb,  sonda  bütün  bunların  yalan  olduğunu  bilmək  dəhşəti,  ya 
da  həqiqi  dünyada  yaşayıb,  həqiqi  xoşbəxt  olmaq  səadəti.  Bu 
dünyada  biz  artıq  yaşamamışıq  –  uşaq  ikən.  Hər  şeyin,  bütün 
təbiətin  gözəlliyi,  özünəməxsusluğu,  bizi  anlamağı,  bizimlə 
danışmağı, insanların qəribəliyi, maraqlı olması uşaqlıqla birgə ona 
görə  çıxıb  gedir  ki,  biz  başqa  dünyaya  düşürük,  başqa  sözlə, 
mağaraya  giririk.  Böyüdükdən  sonra  da  biz  ara-sıra,  hərdən  bir  bu 


 
46 
darıxdırıcı,  cansıxıcı  dünyadan  uzaqlaşıb  ani  olaraq  o  həqiqi 
möcüzəli,  məftunedici  aləmdə  yaşayırıq  –  sevəndə,  necə  deyərlər  
«sarı  simə  köklənəndə»,  yaxşılıq  edəndə,  kiminsə  uğuruna 
sevinəndə,  həqiqəti  kəşf  etdiyimiz  anlarda.  Gəlin  ara-sıra  yox,  heç 
olmasa,  daha  tez-tez  bu  dünyada  yaşamağa  çalışaq,  bu  dünyada 
həmişə olmağa cəhd edək, bir sözlə, Sevgi ilə yaşayaq. 
İnsan üçün hansı məkanda durduğu yox, hansı istiqamətə getdiyi 
əsasdır.  Sağlamlığa  –  xoşbəxtliyə  doğru  gedin.  Təbiətin  bəxş  etdiyi 
böyük gücü – iradənizi «istifadəsiz» qoymayın. İnanıram ki, hər bir 
insan  buna  qadirdir.  Yalnız  bu  gücü  görmək  və  ondan  istifadə 
etmək  lazımdır.  Bu  gücə  inanın,  onu  qoruyun  və  ondan  istifadə 
etməyə  çalışın.  İnsan  öz  sağlamlığının  qeydinə  daim  qalmalıdır. 
Onun hədiyyə olaraq verilə biləcəyini güman etməməlidir.  
İnsanlar  üç  böyük  neməti  ona  malik  olarkən  hiss  etmir  və  elə  bu 
səbəbdən də qədrini bilmirlər, yalnız itirdikdən sonra onlara qiymət 
verirlər: gənclik, sağlamlıq və azadlıq. Onları itirmədən hiss etmək, 
xoşbəxt  olmaq  üçün  düşünmək  lazımdır.  Sağlamlıq  haqqında 
düşünmək  dedikdə,  mən  heç  də  daim  xudbinliklə  öz  sağlamlığının 
qeydinə  qalmağı,  beləliklə  də  yeni  bir  nevroz  qazanmağı  nəzərdə 
tutmuram.  Bu,  ilk  növbədə,  sağlam  fikirlərə  malik  olmaq,  təbiətin 
ahənginə  uyğun  yaşamaq,  özünün  Təbiətin  bir  hissəsi  olduğunu, 
beləliklə  də  güclü  olduğunu  dərk  edərək  yaşamaqdır.  Bu,  şablon 
həyata  qarşı  çıxmaq,  selin  yuyub  apardığı  çöpə  bənzəmək 
istəməməkdir. 
Sağlam  həyat  tərzinə  keçmək  heç  də  özünü  həyat  sevinclərindən, 
dünyəvi nemətlərdən məhrum etmək, asket həyatı keçirmək demək 
deyil.  Deyilənə  görə,  heç  asket  həyatı  keçirməyə  dəyməz.  Çünki 
Allah-təala  hər  şeyin  bərabər  tutulmağını  istəyir.  Nəyisə 
ideallaşdırmaq,  başqa  dəyərlərdən  üstün  tutmaq  düzgün  deyil,  o 
cümlədən,  ruhu  bədəndən.  Həyatdakı  hər  bir  nemətə  bir  gözlə 
baxılmalıdır. Doğrudur, insanların arasında olarkən mənəvi saflığını 
qorumaq çətin olur, istər-istəməz bir ucqara çəkilmək istəyirsən. Bu 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə