Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   27   28   29   30   31   32   33   34   35

 
97 
Maddi  dəyərlər:  maddi  rifah–  pul,var-dövlət:  bədən  –  gözəllik, 
sağlamlıq; məşğuliyyət – istedad, qabiliyyət; ailə – uşaq; şəxsi həyat – intim 
münasibətlər, iş.  
Mənəvi dəyərlər: əxlaq normaları, prinsipiallıq, mənəviyyat, kamillik, 
insanlara sevgi, təhsil, yaradıcılıq, inam, iman, karyera, şöhrət, məşhurluq 
və s. 
İstər maddi, istərsə də mənəvi dəyərlərdən hər birinə bu və ya 
digər dərəcədə meyl etmək bütün insanlara xasdır və əslində, insan 
elə  bunun  üçün  yaranmışdır.  Lakin  söhbət  həmin  dəyərləri 
ideallaşdırmaqdan,  şişirtməkdən  və  nəticədə,  qeyri-belələrinə 
yuxarıdan  aşağı  baxmaqdan  gedir.  Dindar  olmaq  yaxşıdır,  dindar 
olmayanları  qınamaq  isə  yox.  Şöhrət  də  yaxşıdır  –  təkəbbür 
doğurmasa. Var-dövlət istəniləndir – mənəvi dəyərləri unutdurmasa. 
İnsan hansısa bir dəyəri, neməti ideallaşdırmasa, neqativ enerji 
mənbəyi  olan  hisslər  də  yaranmaz.  Elə  bu  səbəbdən  də  insanın 
düşdüyü  hər  bir  vəziyyət  ideallaşdırma  ilə  əlaqələndirilir.  Belə 
güman edilir ki, yalnış mövqe tutduğunu anlaması üçün insan məhz 
ideallaşdırdığı  dəyərə  qarşı  yönəlmiş  vəziyyətlə  üzləşir.  Məsələn, 
guya  qadınlar  ideal  ailə  arzusunda  olduğundan,  kişilər  işə,  yeyib-
içməyə,  bir  sözlə,  ailədən  kənar  işlərə  bağlı  olurlar.  Qadın  başa 
düşməlidir  ki,  ailə  ideal  yox,  normal  olmalıdır  və  bunu  dərk  edib, 
«səhvini» anlasa, kişi də öz-özünə «tərbiyyə olunar», ailəyə daha çox 
bağlanar. Ola bilsin ki, hətta vəziyyət dəyişməz qalır, lakin ona olan 
münasibət  dəyişdiyindən,  o,  əvvəlki  tək  «dəhşətli»  görünmür  və 
nəticədə, əvvəllər doğurduğu hiss və emosiyaları doğurmur. Bu cür 
yanaşmanın  «elmi  əsası»  bizi  qane  etməyə  bilər.  Lakin  həyat  bunu 
təsdiq  edir:  biz  adətən,  xoşlamadığımız  şeylərlə  rastlaşırıq.  Çünki 
həmin  şeyi  bu  qədər  xoşlamamalı  deyildik.  Yaxşılığın  cavabı  çox 
zaman  pislik  olur.  Deməli,  həmin  yaxşılığı  etməyə  dəyməzmiş. 
Çünki yaxşılıq etməyin də qaydası var – xahiş edilərsə və qədərində. 
Küyə  getmək  lazım  deyil.  Əgər  düşünsəniz,  görərsiniz  ki,  pisliklə 
qarşılanan  yaxşılıqlarınız  məhz  bu  cür  –  küyə  getməkdən  doğub, 


 
98 
əslində, yersiz olub. Çox güclü məhəbbətdə adətən, qarşılıqsız olur. 
Hətta sevəndə belə həddə riayət edin, sözlərini xatırlayın.  
İndi  nə  etməli,  hər  bir  konkret  vəziyyəti  götür-qoy  edərək, 
onun  hansı  səbəbdən  (nəyi  ideallaşdırmağımızın  nəticəsi  olaraq) 
yarandığını tapmalı və bundan əl çəkməklə hər şeyi yerinə qoymalı? 
Bu  da  mümkündür.  Lakin  daha  «radikal  üsul»  vardır  –  dünyaya 
baxışını  kökündən  dəyişmək.  Xoşbəxtlikdən,  şəraiti,  mühiti, 
ətrafdakı 
insanların 
tərbiyyəsini, 
mənəviyyatını 
dəyişmək 
mümkünsüz  olsa  da,  özünün  dünyaya  baxışını  dəyişmək 
mümkündür. Bu, çox böyük və çətin iş olsa da. 
Dünyaya  baxışını  kökündən  dəyişən,  həqiqətləri  anlamağa 
çalışan,  insan  isə  istər-istəməz  dini  qanunlara  gedib-çıxacaqdır.  Bu 
qənaətimdə  haqlı  olduğumu  dörd  əsr  əvvəl  Frensis  Bekonun 
dedikləri  də  təsdiq  edir:  «Səthi  düşüncələr  insan  zəkasını  ateizmə 
doğru  yönəldir,  dərin  fəlsəfə  isə  dinə  aparıb  çıxarır».  Lakin  bu 
fəlsəfə  ürəkdən  keçib  gəlməlidir,  yəni  intuitiv  olmalıdır.  Müasir 
insan  hər  şeyi  ağılla,  şüurla  dərk  etməyə  (formal  biliklərə) 
öyrəşdiyindən,  bu  çətin  olur.  Elə  bu  səbəbdən  də  dinin  tələbləri, 
şərtləri onun üçün mürəkkəb və «anlaşılmaz» görünür. Dərin məna 
kəsb  edən  həmin  tələb  və  şərtləri  birləşdirən  ümumi  cəhəti  (yəni 
onların  mənasını)  bilməklə  hər  şeyin  necə  sadə  olduğunu  anlaya 
bilərik:  insan  Allahın  əxlaq  və  sifətindən  daha  çox  cəhəti  özündə 
təcəssüm  etdirməyə,  onun  münəzzəh  olduğu  nöqsan  sifətləri  isə 
özündən uzaqlaşdırmağa çalışmalıdır. Məsələn, oruc tutmaqla insan 
yemək-içməkdən  münəzzəh  olan  Allahın  əxlaq  və  sifətindən  bir 
zərrəsini  özündə  təcəssüm  etdirmiş  olur.  Lakin,  «İlahi  hədislər»də 
deyildiyi  kimi:  «Yeyib-içməmək əsl oruc deyildir.Oruc ancaq pis niyyətlə 
danışılan  sözlərdən,  fəna  və  nəfsani  arzulardan  vaz  keçməkdir».  Bəli, 
orucun  əsas  mahiyyəti  yeməkdən  çəkinmək  deyil,  mənəvi  naminə 
maddidən  (maddi  təlabatlardan)  imtina  etmək  bacarığıdır. 
Zənnimcə, oruc, dinin tələblərinin – sağlam həyat tərzinin şərtlərinin 
müəyyən müddət ərzində məcburi yerinə yetirilməsidir. Yəni, qeyd 


 
99 
edilənlər təkcə oruc zamanı yasaq edilmir, sadəcə, bu zaman bir az 
da diqqətə çəkilir, yada salınır və beləliklə, yaddaşda möhkəmlənir. 
Orucun tələb və şərtlərinə, əslində, həmişə əməl edilməlidir, oruc isə 
ona olan inam sayəsində bu əməlləri insana təlqin edir.  
Bunlardan bir neçəsini xatırlamaq yerinə düşərdi: qarınqululuq 
etməmək,  pis  niyyət  sahibi  olmamaq  və  bu  niyyətlə  söz 
danışmamaq,  öz  nəfsinə  hakim  kəsilmək    –  möhkəm  iradə  sahibi 
olmaq, hamının özü ilə bərabər olduğunu dərk etmək, başqalarının 
eybini,  sirrini  açmamaq  –  Allah-təala  hər  birimizin  yalnız  Ona  və 
özümüzə  bəlli  olan  eyib  və  sirrlərimizi  açıb,  bizi  rüsvay  etmədiyi 
kimi,  başqalarının  səhvini  bağışlamaq  –  Allah-təala  günahları 
bağışladığı  kimi,  yaratmaq  eşqilə  yaşamaq,  gözəllik  yaratmağa 
çalışmaq –Allah-təala hər şeyi gözəl yaratdığı kimi.  
Məhəmməd  peyğəmbər  (s)  buyurmuşdur:  «Oruc  bütün  pisliklərə 
qarşı  bir  qalxandır.  Oruclu  olanlar  pis  sözlər  danışmasınlar,  cahillər  kimi 
davranmasınlar. Əgər biri sizinlə qovğa etməyə başlarsa, «mən orucluyam, 
ağzı  orucluyam»  deyin».  «Pis  sözlər  danışmaq»    təkcə  oruc  zamanı 
deyil,  hər  zaman  qəbahətdir.  Bunu  Peyğəmbərimizin  (s)  kəlamları 
da təsdiq edir: «Allaha və Rəsuluna inanan kimsə ya xeyirli söz danışsın, 
ya  da  sussun  ».«Kim  ağlına  gələn  zərərli  duyğu  və  düşüncələri  özündən 
kənar  edərsə  və  ya  onlara  söyləməzsə,  Allah  onun  günahlarını 
bağışlayacaqdır».  Burada  bir  cəhət  diqqəti  çəkir.  Deməli,  insanın 
ağlına  hər  cür  duyğu  və  düşüncələr  gələ  bilər,  əsas  məsələ  onları 
özündən  kənar  etmək  və  söyləməkdir.  Bu,  məhz  sözün  böyük  gücə 
malik olmasını bir daha təsdiq edir. Axı, o, bir enerji parçası olaraq, 
müvafiq  enerji  yığınlarını  hərəkətə  gətirir.  Nə  danışmağın 
əhəmiyyəti  olduqca  böyükdür.  Bu  haqda  artıq  danışmışıq  və  qeyd 
etmişik  ki,  kəlmeyi-şəhadətin,  duaların,  şükr  etməyin  əsrarəngiz 
gücünü hiss edib başa düşmək xoşbəxtlikdir.  
Malik  olduğu  hər  şeyə  görə  Uca  Yaradana  şükr  etməklə  biz  öz 
Bütövlüyümüzə  qovuşuruq,  tənha  olmadığımızı  hiss  edirik.  Ətrafımızda 
şükr etmə əsas verən o qədər şey var ki! Yalnız bunları görmək və duymaq 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə