Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə33/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   27   28   29   30   31   32   33   34   35

 
103 
Bu  gözəlliyi  duyanlara  gəlincə,  bir  qayda  olaraq,  mənən  zəngin  insanlar 
təbiət  qoynunda  olmağa  ehtiyac  hiss  edirlər,  sivil  dünyadan  –  bu 
dünyamızdan uzaq olmağa çalışırlar.  
Bu dünyamız insanı öz dünyasından ayıran cəhətlərə –«axmaqlarla» 
doludur.  Müasir  həyatda  bu  cəhətlər  olduqca  çoxdur,  bəlkə  də  həyatımız 
başdan-başa bu cəhətlərdən ibarətdir. Bunlar nəinki insanı öz dünyasından 
ayırır, hətta ona müdaxilə edir. 
İnformasiya  «bolluğu»,  ucuz  sensasiya  dalınca  qaçan,  insana  heç  nə 
öyrətməyən  (verməyən),  qırıq-qırıq  informasiyalarla  dolu  olan,  «başı 
girməyən  yerə  bədənini  soxmağa»  çalışan  qəzetləri  xüsusilə  qeyd  etmək 
istəyirəm.  Onları  «bəyənmədən»,  yəni  tənqidi  münasibətlə  oxumaq  belə 
insanı sağlam düşüncədən ayırır. Qəzetləri yox, həyatı «oxumaq» lazımdır. 
Ağıllı adam (Noto sapiens-i demirəm) olmaq istəyirsinizsə, qəzet oxumayın. 
Uzaqbaşı, onları vərəqləyin, gərəyiniz ola biləcək yazı varsa, onu oxuyun. 
Eyni sözləri televiziya haqqında da söyləmək olar. Həyat haqqında öz 
fikirləriniz,  hadisələrəöz  münasibətiniz  olmağını  istəyirsinizsə,  televizora 
baxmağa  çalışın.  Heç  olmasa,  elə  elə  verilişlərə  baxın  ki,  qazandığınız 
itirdiyinizdən (televiziyanın çoxcəhətli mənfi təsirindən) çox olsun. Yoxsa, 
ona  olan  münasibətinizdən  asılı  olmayaraq,  beyniniz  istər-istəməz, 
«televiziya  üslubunda»  işləyəcək,  yəni  siz  «zombicik»  olacaqsınız.  Deyə 
bilərsiniz  ki,  tarixin  təkərini  geri  fırlatmaq,  televiziyadan,  kompüterdən, 
elektron  poçtundan,  mobil  telefondan  və  texniki  tərəqqinin  verdiyi  başqa 
imkanlardan  imtina  etmək  yolunumu  seçməliyik  və  bu,  ümumiyyətlə, 
mümkündürmü?  Xeyr,  necə  deyərlər,  geriyə  yol  yoxdur.  Ancaq  bütün 
bunların  içərisində  ağılla  yaşamaq  («ağıllı»  olmaq)  mümkündür  və 
vacibdir.Çünki  bunsuz  Yer  üzündə  həyat  mümkün  deyil.  Yalnız  bu  cür 
(«ağıllı»-  ZİYA-lı)  olduqda  insan  təbiətlə  həmahəng  ola  bilir  ki,  normal 
həyat yalnız bu halda mümkündür. (İnsan«axmaq» olarsa – xəstə olacaqdır, 
xalq «axmaq» olarsa – nəsibi müharibə, inflyasiya, zəlzələ və s. olacaqdır.) 
İnsanın  bütün  yaşantıları,  görüb-eşitdiyi  hər  şey  şüuraltında 
toplanır.  Məhz  bu  toplanmış  yaşantılar  bizim  düşüncələrimizi 
müəyyən  edir.  Məsələn,  bizə  yaxşılıq  etmiş  bir  adamı  xatırlamaya 


 
104 
belə  bilərik,  lakin  ona  oxşar  adam  görərkən  nədənsə,  özümüz  də 
bilmədən  rəğbət  bəsləyirik.  Ümumiyyətlə,  həyatda  hər  şey  bizə  ya 
oxşar  gəlir,  ya  yox,  ya  bizi  özünə  çəkir,  ya  da  «itələyir».  Bütün 
bunlar şüuraltının «oyunlarıdır». Bəzən yeri olsa da qətiyyən demək 
istəmədiyimiz bir fikri deyirik, çünki alt şüur bizi buna «sövq edir». 
Bunun  belə  olmaması  üçün  şüurun  möhkəm  nəzarəti  lazımdır. 
Lakin  bunu  bacarmaq  həmişə  mümkün  olmur  və  bir  mahnıda 
deyildiyi kimi, «insan baş açmayır bəzən özündən». 
Bu qənaətimdə nə qədər haqlı olduğumu deyə bilmərəm, ancaq belə bir 
«kəşfim»  olub.  Ermənilərə  qarşı  olan  «laqeydliyin»  səbəbini  həmin  millətə 
qarşı  olan  gizli  rəğbətlə  izah  etmişəm.  Fərqi  yoxdur,  nə  vaxt,  hansı 
məqsədlə,  niyyətlə,  hansı  maraq,  hansı  həvəs  olub  –  bu,  şüuraltının 
«yadımda» rəğbət kimi qalıb
Biz hər addımda şüuraltının şüurundan güclü olduğunu hiss edirik. 
Əslində, insanın  fəaliyyətinin  əsasını, özəyini  instinkt  təşkil  edir  və  onun 
üzərini nə qədər incə və gözəl «ictimai geyimlə» bəzəsən də, soyunduranda 
«instinkt  bədəni»  görəcəksən.  Çünki  insan  ictimai  varlıq  olmazdan  əvvəl 
bioloji varlıqdır və nə qədər şüurlu olsa da mahiyyət etibarı ilə onu şüuraltı 
idarə  edir.  Və  mən  «şüuraltı»  termini  elmə  ilk  dəfə  daxil  edən  Freydin 
dahiliyi qarşısında baş əyirəm. 
Təkcə iştirakçısı olduğumuz hadisələr, ətrafımızda baş verənlər, 
gördüyümüz  və  «görmədiyimiz»  (yəni  baxmasaq  da  gözlərimizin 
gördüyü), eşitdiyimiz və «eşitmədəyimiz» (yəni qulaq asmasaq belə 
qulağımıza  çatan)  səslər,  sözlər  deyil,  duyğu  üzvlərimizlə  qavraya 
bilmədiyimiz  hadisələr –  Fəzadakı  enerji  yığınları  da  alt  şüurumuza 
təsir edir və beləliklə də həyatımızda iz qoyur. Həyatda yaxşı ya pis 
nə varsa, bir yerə cəmlənir və hansısa bir qüvvəyə çevrilir. Bizdə öz 
hərəkətlərimizlə həmin qüvvələrdən hansınısa gücləndiririk. Bunun 
müqavilində  isə  həmin  qüvvələr  bizə  kömək  edir.  Həqiqətləri 
anlayan kamil insan şərə qulluq etməyəcəkdir.  
Nağıllarda və əfsanələrdə xeyir və şər kimi «qruplaşdırılmış» bu 
qüvvələr müxtəlifdir. «Kommunist partiyasının manefisti»nin hansı 


 
105 
cümlə  ilə  başladığını  xatırlamaq  istəyirəm:  Avropada  bir  kabus 
dolaşmaqdadır  –  kommunizm  kabusu.  Marksın  bu  sözləri  hansı 
mənada dediyi aydındır. Ancaq əslində hər sözün bir mənası var və 
həqiqəti  bilən  şüuraltı  qrup  bu  cümləni  (Deyən  qəfil  deyil,  dedirdən 
qəfildir).  
Kommunizm  kabusu  bu  gün  də,  özü  də  təkcə  Avropada  yox, 
bütün  dünyada  dolaşmaqdadır.  O,  (həmçinin  Fəzadakı  bütün 
«kabuslar») şüurumuzla qəbul etməsək də çağırılmamış qonaq kimi 
mənəviyyatımıza  hopub.  Belə  olmasaydı,  fərqli  ya  qəbahətli  –  fərqi 
yoxdur  –  fikrinə  görə  həmin  fikir  sahibinin  kitablarını  yandırmaq 
təklif  edilməzdir.  İnsanları  xoşbəxt  etməyin  yolu  kimi  hakimiyyət 
dəyişikliy–«inqlab»  vacib  sayılmazdı.  Başqalarının  tikdirdiyi 
villalara göz tikilməzdi. Və bütün bunları edən demokratlardır. (Yeri 
gəlmişkən, demokratiya da bir növ «kabus»dur). 
Guya  insanları  xoşbəxt  etmək  məqsədi  ilə  qurulan  nəzəriyyələr  və 
həmin  nəzəriyyələrin  həyata  keçirilməsi  üçün  nəzərdə  tutulan  yollar 
(inqilab, ya demokratik seçkilər – fərqi yoxdur) insanları, yumşaq desək heç 
də  xoşbəxt  edə  bilmədi  və  edə  də  bilməz.  Əvvəla,  xeyirxahlıq  pərdəsi 
arxasında  insanların  hakimiyyətə  gəlişi  ilə  bu  «pərdə»  çəkilir  və  məlum 
olur ki, onlar insanları yox, özlərini xoşbəxt etməyə öz merkantil idealarını 
həyata  keçirməyə  çalışırlarmış.  Ağıllı  adam  isə  elə  bəri  başdan  bilir  ki, 
məsələn,  seçkilər  heç  vaxt  demokratik  olmur.  O  ki    qaldı  həqiqətən 
insanların xoşbəıxtliyi üçün nəzərdə tutulan nəzəriyyələrə, bunlarda suni, 
yəni  insanlar  tərəfindən  yaradılmış  nəzəriyyələrdir  və  bir  qayda  olaraq, 
şüurun  yamlışlığının  nəticəsidir.  İnsanları  nə  mədəni,  nə  də  savadlı 
etməklə,  yaxud  onların  maddi  rifahını  yüksəltməklə  və  ya  texniki  tərəqqi 
yolu ilə xoşbəxt etmək mümkün deyil. «Göydəndüşmə» maddi rifah və süni 
mədəniyyət ilə meşşanlar ordusu, bu cür – süni elm ilə  «savadlı əclaflar» 
yetişdirməkdən başqa heç nəyə nail olmaq olmaz.               Xoşbəxtliyin bir 
yolu  var:  hər  kəs  öz  həyatını  yaşamalıdır,  bunun  üçün  insan  özünü 
tanımalıdır.  Təkrara  yol  versəm  də,  Həzrət  Əlinin  (s)  «Kim  özünü 
tanısa,Allahını  da  tanıyar»  kəlamını  xatırlatmaq  istəyirəm.  Allahını 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə