Sura seyidova



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə30/35
tarix26.11.2017
ölçüsü5,09 Kb.
#12905
1   ...   27   28   29   30   31   32   33   34   35

 
94 
tamaşaçısı,  səyahətçi,  oyun  iştirakçısı  kimi  və  s.  aparmaq.  Yəni  hər 
şeyi,  bir  növ,  kənardan  seyr  etmək,  qonaq  olduğunu  unutmamaq. 
Çünki  qarşılaşdığımız  hər  bir  çətinlik  (o  cümlədən,  xəstəlik) 
özümüzü  bu  dünyanın  daimi  sahibləri  kimi  hiss  etdiyimizdən  irəli 
gəlir.  İnsan  dünyanı  olduğu  kimi  qəbul  etmək  istəmir,  onun  istədiyi 
kimi  olmasını  istəyir. Sadə  bir  həqiqəti  anlamaq  istəmir  ki,  dünyanı 
biz yaratmamışıq, ona görə də biz dəyişə bilmərik və hər bir halda ki
heçnə  etmək  mümkün  deyil,  onu  olduğu  kimi  qəbul  etməliyik.  Nə 
siyasətçilərin  ikiüzlülüyünə,  nə  müğənnilərin  bayağılığına  (hər  iki 
halda  bəzi  əlavəsi  ilə),  nə  milli  məclisdə  gedən  mübahisələrin 
mənasızlığına, 
hətta 
kiminsə 
bizi 
qiymətləndirmədiyinə 
əsəbləşməməliyik.  Daha  konkret  və  qaçılmaz  hallardan  da  misal 
gətirmək 
mümkündür: 
ailə 
münaqişələri, 
valideyn-övlad 
münasibəti, gəlin-qayınana münasibəti və s.  
Bəli,  biz  kimisə  qınamaq,  ya  taledən  şikayətlənmək  əvəzinə 
özümüzü  dəyişməliyik.  Əgər  bizim  bu  günkü  fikirlərimiz  sabahkı 
mövqemizi müəyyən edirsə, deməli, arzu etmədiyimiz vəziyyətdən 
çıxmaq üçün fikirlərimizin tərzini dəyişməliyik. 
Deyirlər, hər bir insan özünün tutduğu mövqeyə, düşdüyü vəziyyətə 
layiqdir.  Qoy  bu  sözlər  sizə  bədbinlik  gətirməsin.  Əksinə,  hər  şeyin 
özünüzdən asılı olduğuna yəqin etməklə nikbinlik doğursun. Əgər hazırkı 
mövqenizi özünüzə layiq bilmirsinizsə, deməli, bu mövqeniz bir sınaqdır – 
daha layiqli olduğunuzu göstərmək üçün. 
Andersinin  miskin ördək balası haqqında nağılını xatırlayın. Bu, bir 
qədər şablon misal olsa da, xatırlatmaq istəyirəm: Qu quşuna çevrilən ördək 
balasına  münasibət  də  dəyişir.  Lakin  bu  yolda  çətinliklər  olduğunu 
unutmamalıyıq.  Heç  nə  sehrli  çubuğun  köməyi  ilə  əldə  edilmir,  qoy  bu 
çətinliklər  sizi  sıxmasın.  Məqsədə  –  qu  quşu  olmağa  doğru  gedin  –  əgər 
buna layiqsinizsə. 
Ümumiyyətlə,  insan  çalışmalıdır  ki,  həyatda  öz  yerində  olsun.  Hər 
mənada.  Əgər  insan  öz  yerində  (özünə  layiq  mövqedə)  deyilsə,  bu    onda 
psixoloji  tarazlığa,  beləliklə  də  xəstəliyə  səbəb  olacaqdır.İnsan  onu  qane 


 
95 
etməyən,  özünü  rahat  hiss  etdiyi  vəziyyətə  son  qoymalıdır  –  ya  ona 
münasibətini dəyişməklə, ya şəraiti – vəziyyəti dəyişməklə (düzəltməklə) və 
yaxud  ondan  uzaqlaşmaqla.  İnsanın  sağlamlığı  və  ümimiyyətlə  işləri  çox 
zaman bundan asılı olur.  
Müxtəlif  münasibətlər  haqqında  uzun-uzadı  danışmaq  olar. 
İnsanlar  bu  cür  söhbətləri  xoşlayırlar  –  orada  özlərini  tapanda  bir 
təskinlik  tapdıqları  üçün.  Lakin  bu  haqda  nə  qədər  maraqlı 
söhbətlər aparsan da, nə qədər dərin psixoloji analiz etsən də bu, bu 
heç  bir  problemi  həlll  etmir.  Çünki,  hansısa  keyfiyyətlərin  qeyri-
insani olması  haqqında danışmaqla bu cer keyfiyyətlərə  malik  olan 
insanlar  tərbiyyə  olunmur.  Bu  söhbətlərin  «əks  tərəfə»  xoş 
gəlməkdən  başqa  heç  bir  əhəmiyyəti  yoxdur.  (Bu  cür  tərbiyəvi 
söhbətlər  (moralizm)  xüsusən  sovet  dövrünün  televiziya  verilişləri 
üçün xas idi. İndi də həmin verilişlərin rudimenti qalmaqda davam 
edir və sağlam düşüncəyə malik səviyyəli tamaşaçıda ikrah oyadır). 
Bu  «xoşa  gəlmək»  isə,  adətən,  stereotiplə  bağlı  olur.  (Məsələn, 
qayınana  hesab  edir  ki,  gəlin  «bu  cür»  olmalıdır,  gəlin  həmin 
«qəlibə»  azacıq  uyğun  gəlmədikdə  onu  pis  hesab  edir.  Qocalar 
düşünür  ki,  gənclər  «bu  cür»  olmalıdır,  onları  başqa  cür  gördükdə 
əsəbləşirlər  və  s.)  Bax,  həmin  stereotiplərə,  əxlaq  normalarına 
münasibəti  dəyişmək,  hətta  onlara  son  qoymaq  lazımdır  (əxlaq  və 
əxlaq  normaları  sözlərini  qarışdırmamalı).  Əvəzində,  güclü  əxlaqa  – 
mənəviyyata  malik  olmaq  üçün  özünü  dəyişmək  lazımdır.  Sözün 
həqiqi  mənasında  əxlaqlı  olan  adam  (təəssüf  ki,  bu  söz  düzgün 
yozulmur) 
başqalarının 
qeyri-insani 
hərəkətlərindən 
hiddətlənməyəcək,  bu  hərəkətlər  bilavasitə  ona  yönəlmiş  olsa  belə. 
Ona  görə  də  mən  insanlararası  münasibətlərin  psixoloji  analizi 
əvəzinə ümumi yanaşmaya yer verdim.  
Həmişəki baxışla yanaşdıqda bütün bu hallarda kiminsə haqlı, 
kiminsə haqsız  olduğunu bilirik. Özü də çox zaman düz düzdə qalır 
və  elə  bu  səbəbdən  də  təəssüf,  qınaq,  nifrət,  qəzəb  və  s.  bu  kimi 
hisslərə düçar olur. Bunların «xeyri» haqqında isə artıq bilirik. Qarşı 


 
96 
(«əyri»)  tərəf  də  həmin  hisslərdən  və  üstəlik  həsəddən,  paxıllıqdan 
və  s.  xali  deyil,  özü  də  lap  əvvəldən  –  yoxsa  münaqişəyə  yer 
qalmazdı.  Fərqli  baxışla  yanaşdıqda  isə  hər  şeyin  başqa  cür 
olduğunu  görürük:  düzün  günahı  əyridən  az  deyilmiş.  Axı  bu 
düzlük  biz  insanların  yaratdığı  (quraşdırdığı)  qanunlar,  əqidələr 
baxımından düzlükdür. Əslində isə əqidədir, stereotipdir, bəzən isə 
ambisiyadır, bir sözlə «əyrilikdir». Bəzi müəlliflər bu «əyriliyə» daha 
aydın  ad  vermişlər:  ideallaşdırma.  Bu  ad  altında  dünyəvi 
nemətlərdən  birinə  (və  ya  bir  neçəsinə)  hədsiz  əhəmiyyət  vermək 
başa  düşülür.  Təəssüf  ki,  dünyəvi  nemətlər  dedikdə  biz,  adətən, 
maddi  nemətləri  başa  düşürük  və  elə  buna  görə  də  kimisə  düz  – 
haqlı, kimisə əyri – haqsız hesab edirik. Doğrudur, maddi nemətlər 
insanı  mənəvi  aləmdən  daha  çox  uzaqlaşdırır.  Maddi  aləm  sonsuz 
olduğundan, insan heç zaman hər şeyi əldə edə bilmir, ona görə də 
onun  nemətlərinə  aludə  olan  insanın  bu  aləmə  məhəbbəti  heç  vaxt 
sönmür,  daha  da  şiddətlənir.  (Var-dövlət  dəniz  suyu  kimidir, 
içdikcə susuzluğun da artır. A.Şopenhauer). 
Axmaqlar  üçün  məqsəd  (yaşamağın  mənası)  olsa  da,  var-dövlət,  pul 
ağıllı adamlar üçün yalnız yaşamağı (mənalı yaşamağı) təmin edən vasitə 
olduğundan,  hərislik  yaratmır  və  hərislik  yaratmasa,  var-dövlət  heç  də 
«qəbahətli»  deyil.  Amma,  adətən,  o,  «qəbahətli»  olur.  Bu  çox  incə  bir 
mətləbdir.  Hər  bir  əşya  nəyinsə  (hansısa  xassənin,  prinsipinin,  qüvvənin) 
rəmzidir. Məhz bu nə isə bəzən çox məharətlə, insan  özü də bilmədən (alt 
şüur səviyyəsində) insanı özünə tabe edir. Ona görə də müdriklər «bir həsir, 
bir məmmədnəsir» yaşamağı üstün tuturlar. 
Elə  bu  səbəbdən  də  –  başqa  maddi  nemətlər  əldə  etməyə 
qarışdığından,  insan  mənəvi  dəyərləri  tamamilə  unudur.  Lakin 
başqa – mənəvi nemətləri də ideallaşdırmaq düzgün deyildir. Onlar 
dayer  nemətləridir  və  insanı  «göylərə  qalxmaqdan»,  ucalmaqdan  – 
kamil  olmaqdan  uzaqlaşdırır.  Gəlin,  hansı  dəyərləri  ideallaşdırmaq 
mümkün olduğu ilə tanış olaq və səhvlərimizi görək. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə