249
axirәtdә Allah tәalanı gözlә görmәlәri) bağlı sәhih hәdislәri tәk-
zib etmәzdi. Hәdisdә deyilir ki, möminlәr Allahı on dörd ge-
cәlik ayı gördüklәri kimi görәcәklәr. Buradakı tәşbeh Allahın
aya bәnzәdilmәsini deyil, görmәnin aydın surәtdә baş verәcә-
yini ifadә edir.
Mötәzililәr sәhvәn yozduqları Quran ayәsinin zahirinә
әsaslanmaqla adı keçәn hәdisi inkar etmәyә dә bilәrdilәr. Hә-
min ayә budur:
“O gün neçә-neçә üzlәr sevinib gülәcәk, Öz Rәbbinә ba-
xacaqdır!” (әl-Qiyamә, 22-23).
Mötәzililәrin başlıca sәhvi qeybi reallıqla ( qiyas əl‐qaib
əlaş‐şahid), dünyanı da axirәtlә müqayisә etmәlәri idi. Bu mü-
qayisә, әslindә fәrqli şeylәrin müqayisәsidir ( qiyas mə`əl‐fariq).
Halbuki hәm dünyanın, hәm dә axirәtin öz qayda-qanunları,
qanunauyğunluqları var.
Bu nöqteyi-nәzәrdәn Әhli-Sünnә alimlәri Allahın gözlә
görülәcәyini tәsdiqlәmişlәr. Bütün sünni alimlәri hәmrәydirlәr
ki, axirәtdә görmә bizә mәlum görmә hadisәsinә oxşamır. Bu
barәdә İmam Mәhәmmәd Әbduh yazır:
“Bu, necәliyi mәlum olmayan qeyri-müәyyәn görmәdir.
Bu cür görmә ancaq vә ancaq Allahın axirәtdәkilәrә bәxş edә-
cәyi gözlә vә ya dünyadakı mәlum görmә xassәsinin dәyişil-
mәsi ilә mümkündür. Hәdis sәhih olduğu tәqdirdә biz bu mә-
sәlәni tәsdiqlәsәk dә, onun mahiyyәtini qavraya bilmirik”
1
.
Seyyid Rәşid Rza axirәtdә Allahın gözlә görülәcәyi mә-
sәlәsindә müәlliminin dediklәrini belә şәrh edir:
“Axirәtdә dәrk etmәk ruha aiddir. Duyğular onun vasi-
tәlәridir. Dövrümüzdә şәrqli vә qәrbli alimlәr konkret tәcrü-
bәlәr yolu ilә tәsdiqlәmişlәr ki, gözlәri yumulu halda görәn vә
oxuyan şәxslәr mövcuddur. Buna fikirlәrin oxunması deyilir.
Elәcә dә bәzi insanlar yuxuda ikәn müәyyәn şeylәri görә bilir-
1
Şeyx Mәhәmmәd Әbduh. Tövhid risalәsi, sәh. 187-188.
250
lәr. Habelә, çox uzaq mәsafәyә vә aralıq maneәlәrә rәğmәn әş-
yaları görә bilәn insanlara da rast gәlmәk mümkündür. Mәsә-
lәn, Misirdәki bir şәxsin İsgәndәriyyәdә yaşayan qohumunu
evindәn dayanacağa çıxdığını gördüyü kimi.
Әgәr dünyamızdakı insanlar üçün sәciyyәvi olan adi
görmә xüsusiyyәtinә zidd bu cür hallar mövcuddursa vә biz dә
bunu tәsdiqlәyiriksә, onda cәnnәtdәki daha heyrәtamiz vә qey-
ri-adi görmә növünü problemә çevirmәk ağıllı kәsә yaraşarmı?!
Axirәt ki qaydaları vә adәtlәri baxımından real dünyamızdan
fәrqlәnәn qeyb alәmidir! Elә isә görmәni inkar edib problemә
çevirmәk görmә vә görülәn şeylәrdә qeyb alәminin reallıqla
müqayisәsindәn irәli gәlir! Halbuki bu, әsassız müqayisәdir!
Müqayisәnin әsassızlığı gözlә görülәndә (Allah) özünü daha
qabarıq göstәrir (yәni, qiyas bizә mәlum iki oxşar şey arasında
aparılmalıdır. Allahı bu dünyada görәn olmayıb. Odur ki, onu
qiyasın bir tәrәfi kimi götürmәk olmaz)”
1
.
1
Yenә orada.
251
Hədislərdəki sözlərin mənalarına
dərindən bələd olmaq
Sünnәni doğru-dürüst anlamaq üçün hәdislәrdәki bu vә
ya digәr sözün hansı mәnaya gәldiyini dәqiqlәşdirmәk olduqca
vacibdir. Çünki sözlәrin mәnaları dövrdәn-dövrә, mühitdәn-
mühitә dәyişilә bilir. Dillәrin inkişafını, zaman vә mәkanın bu
prosesә tәsirini araşdıran tәdqiqatçılara bu mәsәlә yaxşı mә-
lumdur.
Dini mətnləri qeyri‐ənənəvi terminlərlə
izahı etməyin yolverilməzliyi
İnsanlar bәzәn bu vә ya digәr sözün ifadә etdiyi mәnanı
dәqiqlәşdirirlәr. Nәticәdә hәmin mәnanın dәqiqliyi heç kimdә
şübhә doğurmur. Ancaq bu mәqamda ehtiyat etdiyimiz şey –
hәdislәrdәki (elәcә dә Qurandakı) sözlәrә әlavә vә sonradan ya-
ranmış mәnaların geydirilmәsidir. Mәhz bu mәqamda xәtalar
vә sapmalar baş verir.
Belә ki, İmam Qәzali bәzi elmi ad vә mәfhumların әv-
vәlki nәsillәrin ( sələfin) dövründә ifadә etdiyi mәzmundan
uzaqlaşdırılması haqda yazmışdı. O, bu mәfhum vә adlara dә-
rindәn bәlәd olmayanları düşә bilәcәklәri xәta vә zәlalәt haqda
xәbәrdar etmişdi:
“Bil ki, bәyәnilmәyәn (pislәnilәn) elmlәrin şәriәt elmlә-
rinә qarışmağı tәriflәrin (terminlәrin) tәhrif edilib dәyişdiril-
mәsi, Sәlәfi-Salihinin vә İlk Nәslin başa düşdüyü mәzmundan
pozucu mәqsәdlәr üçün uzaqlaşdırılması ilә başlanıb. Söhbәt
beş sözdәn gedir: fiqh, elm, tövhid, tәzkir (xatırlatma) vә hik-
mәt. Bunlar tәriflәrdir (terminlәrdir). Onlarla vәsf olunanlar
dindә mәnsәb sahiblәri idilәr. Ancaq indi (bu terminlәrә) bәyә-
252
nilmәyәn mәnalar geydirilib. Artıq qәlblәr belә terminlәrlә vәsf
olunanlara nifrәt etmәyә başlayıb. Çünki hәmin şәxslәr bu ter-
minlәrin bәyәnilmәyәn mәzmunu әsasında sәciyyәlәndirilir-
lәr...”
1
.
Allah rәhmәt etsin, İmam Qәzali bu mәsәlәni “Din elm-
lәrinin dirçәldilmәsi” adlı kitabının “Elm” fәslinin bir çox sәhi-
fәsindә izah edib.
Әgәr İmam Qәzali elm sahәsindә yuxarıdakı beş ter-
minin mәzmunca dәyişilmәsinin şahidi olmuşdusa, onda digәr
sahәlәrdә mәnası dәyişdirilmiş gör nә qәdәr termin vardır.
Sonralar zaman, mәkan vә insan amillәrinin tәsiri ilә
mәfhumların mәzmunu dәyişildi. Nәticәdә bu vә ya digәr sö-
zün hәqiqi vә dini mәnası ürf-adәtin, yeni-yeni amillәrin tәsi-
rinә mәruz qaldı; mәqsәdli sapma vә tәhriflәr tәzahür etdiyi ki-
mi, bilmәyәrәkdәn yanılma vә sәhv başa düşmә halları da özü-
nü göstәrdi.
Mәhz bu sәbәbdәn ümmәtin hәqiqi elm sahiblәri vә av-
toritet şәxsiyyәtlәri әsrlәr keçdikcә dini anlayışların sonradan
yaradılacaq terminlәrlә izah olunmağının doğuracağı tәhlükә-
lәr haqda xәbәrdarlıq etmişlәr.
“Təsvir” və “yonma” sözləri
Yaşadığımız dövr sübut etmişdir ki, qaydaları gözlәmә-
yәnlәr bir çox xәtaya düşmüşlәr.
Yekdilliklә sәhih sayılan hәdislәrdәki “tәsvir” sözünü
nәzәrdәn keçirәk. Görәsәn, bu söz hansı mәnaya gәlir ki, hәdis-
lәrdә “tәsvir әhli” adlandırılanlara şiddәtli әzab vәd edilir.
Hәdis vә fiqhlә mәşğul olanların çoxu iddia edir ki, hә-
min hәdislәrdә söhbәt dövrümüzün “fotoqraflar”ından gedir.
1
İmam Qәzali. Din elmlәrinin dirçәldilmәsi, cild I, Beyrut: “Dar әl-Mәrifәt”
nәşriyyatı, sәh. 31-32.
Dostları ilə paylaş: |