Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə5/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   2   3   4   5   6   7   8   9   ...   74

 18
şım orayadır. Hәyatı  mәnim üçün hәr  şeydәn xeyirli qıl! Ölü-
mümü dә yüngüllәşdir!”
1
  
 
Sünnə bütöv metoddur 
 
Sünnә hәm dә bütövdür, tamdır. Bu metoda görә, iman 
biliklә, vәhy dә ağılla tamamlanır. Tamamlanır ki, Allah tәala-
nın da dediyi kimi, “Nur üzәrindә nur”
2
 saçılsın. 
Bütöv metod tәlәb edir ki, qanunvericilik tәlim-tәrbiyә 
ilә  vәhdәtdә götürülsün. Tәlim-tәrbiyә yaradır, tәsis edir, isti-
qamәtlәndirir. Qanunvericilik isә qoruyur, tәhkim vә islah edir
cәzalandırır. Qanunvericilik tәrbiyә, tәrbiyә  dә qanunvericilik 
olmadan bir iş görә bilmәz. Peyğәmbәr (Ona Allahın xeyir-dua-
sı vә salamı olsun!) tәrbiyәyә vә qanunvericiliyә eyni gözlә bax-
mışdır.  
Bu metoda görә, güc hüquqla, hakimiyyәt Quranla, döv-
lәt dәvәtlә tamamlanır. Allah Quranla çağırmadığını hakimiy-
yәtlә çağırır. Kimi ki hüquq qoruya bilmir, güc ona arxa çıxır. 
Dәvәtә mane olanları dövlәt tәrbiyә edir. Hәr mәqamın öz hök-
mü var, – sәhvә yol vermәk olmaz. Peyğәmbәr (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) hәm Quranı, hәm dә hökmdarı tәm-
sil edirdi; hәm dәvәtçi, hәm dә dövlәt xadimi idi; o, insanlara 
hәm namaz qıldırır, hәm dә onlara döyüşlәrdә sәrkәrdәlik edir-
di; o, küsülü vә düşmәn tәrәflәri barışdıran hakim idi; mühari-
bәdә dә, dinc zamanlarda da insanların rәhbәri sayılırdı. İsrail-
oğullarından bu mәsәlәdә  fәrqlәnirdi. Mәlumdur ki, tarixin 
müxtәlif mәrhәlәlәrindә israiloğullarını  dәvәtçi peyğәmbәrlә 
yanaşı, dövlәti әlindә saxlayan hökmdar idarә etmişdir. Quran-
da israiloğullarının peyğәmbәri onlara deyir: “Allah Talutu sizә 
padşah göndәrdi...” (әl-Bәqәrә, 247). 
                                                 
1
 Hәdisi Әbu Hüreyrәyә istinadәn İmam Müslim rәvayәt edib.  
2
 “әn-Nur” surәsi, 35-ci ayә. 


 19
Peyğәmbәrimiz  İsa peyğәmbәrә istinadәn xristianların 
iddia etdiklәri kimi, “Din Allahın, dövlәt isә qeysәrindir” – zeh-
niyyәtindә deyildi. Allah ona öyrәdirdi ki, belә desin: 
“De: “Mәnim namazım da, ibadәtim dә, hәyatım vә ölü-
müm dә alәmlәrin Rәbbi Allah üçündür! 
Onun heç bir şәriki yoxdur. Mәnә belә buyurulmuşdur 
vә mәn ilk müsәlmanam!” (әl-Әnam, 162-163).  
Belәliklә, o, ümmәti idarә edir, hәyatın bütün sahәlәrinә 
nizam verirdi. Özü dә Kitaba vә Tәrәziyә әsaslanaraq! Kim Ki-
taba vә  Tәrәziyә qarşı  çıxsaydı, sәrt dәmirlә  tәrbiyә kötәyi ye-
yәrdi. Allah bu haqda buyurur: 
“And olsun ki, Biz peyğәmbәrlәrimizi açıq-aşkar dәlillәr-
lә (möcüzәlәrlә) göndәrdik. Biz onlara birlikdә (Allahın hökm-
lәrini bildirәn sәmavi) kitab vә әdalәt tәrәzisi (şәriәt) nazil etdik 
ki, insanlar (bir-biri ilә)  әdalәtlә  rәftar etsinlәr. Biz hәddindәn 
artıq möhkәm olan vә insanlara fayda verәn dәmiri dә nazil et-
dik ki, Allah (Özünü) görmәdәn Ona (onun dininә) vә peyğәm-
bәrlәrinә kömәk göstәrәnlәri bәlli etsin...” (әl-Hәdid, 25). 
Şeyxülislam İbn Teymiyyә deyib: “İnsanlara yol göstәrәn 
bir kitabla yanaşı, mәdәdkar dәmir mütlәq vә mütlәq lazımdır. 
Allah tәala da buyurur: “Rәbbinin sәnә bir rәhbәr, bir mәdәd-
kar olması kifayәt edәr!” (әl-Furqan, 31). 
Bu metod zәruri edir ki, rәhbәrlik vә xalq bir-birini tama-
mlasın. Rәhbәr mәlәk deyil ki, sәmada yaşasın; o, yer üzündә 
yaşayan adi insandır. Rәhbәr rahiblәr kimi monastıra çәkilib 
xalqdan uzaq olmamalı, şәrindә dә, xeyrindә dә onun yanında 
olmalıdır. Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı ol-
sun!) mәhz belә edәrdi. Çәtin zamanlarda ilk aç qalan o idi; ac-
lıq günlәrindә әlini tikәyә sonuncu uzadardı. Savaş meydanla-
rında qoşunun başında, namazlarda sәflәrin әvvәlindә durardı. 
Әxlaqda müsәlmanlara nümunә idi. Peyğәmbәri görmәk istә-
yәnlәr onun mәscidinә  gәlәr, ancaq onu sәhabәlәrindәn fәrq-


 20
lәndirә bilmәz vә daima soruşardılar ki: “Hansınız Mәhәm-
mәdsiniz?”  
Allahın rәsulu mәscid inşasında iştirak edәr, hamı kimi o 
da daş daşıyar, palçıq qatardı. Hәtta bәzi sәhabәlәr demişdilәr: 
Peyğәmbәr işlәdiyi halda biz otursaq, Bu, bizim zәlalәtimiz ol-
mazmı?! 
Bu metoda görә, möminlәr bir-birini tamamlayırlar. Ta-
mamlayırlar ki, arzu etdiklәri cәmiyyәti qurub ideal ümmәt for-
malaşdırsınlar. Tamamlayırlar ki, islamı dünyaya tanıtsınlar. 
Onlar hamılıqda bu vәzifәdәn mәsuldurlar. Bunun üçün bir-bi-
rini tamamlamalı, hәmrәy olmalıdırlar. Hәr bir kәs bacardığı 
qәdәr, öz ixtisasına uyğun olaraq bu missiyanı yerinә yetirmә-
lidir; Alim elmindәn, var-dövlәt sahibi malından, hakim hök-
mündәn istifadә edәrәk Allahın dinini yer üzündә ucaltmalıdır. 
Tәbii ki, kimin nәyә imkanı çatırsa, onu etmәlidir. Allah bir in-
sanı bacardığından artıq yüklәmәz. Möminlәr başqa insanların 
hamisi olmaqla yanaşı, hәm dә qadınlı-kişili bir-birlәri ilә dost-
yana davranmalıdırlar. Allah tәala bu haqda buyurur: 
“Mömin kişilәrlә mömin qadınlar bir-birinә dostdurlar 
(hayandırlar). Onlar (insanlara) yaxşı  işlәr görmәyi  әmr edәr, 
pis işlәri yasaq edәr, namaz qılıb zәkat verәr, Allaha vә Pey-
ğәmbәrinә itaәt edәrlәr. Allah, әlbәttә ki, onlara rәhm edәcәk-
dir. Allah, hәqiqәtәn, yenilmәz qüvvәt sahibi, hikmәt sahibi-
dir!” (әt-Tövbә, 71). 
 
Sünnə real metoddur 
 
Sünnә  hәm dә real metod olub insana qeyri-adi mәxluq 
kimi yanaşmır. Bu metoda görә, insan qanadlı  mәlәk deyil. O, 
yeyәn, bazarlarda gәzәn, instinkt vә şәhvәt hisslәri olan varlıq-
dır. İnsanın mәnәvi ehtiyac vә tәlәbatları da var; o, mәnәvi ra-
hatlıq, yüksәk әxlaq axtarışındadır. İnsanın tәbiәtindә hәm tor-


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə