Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə4/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   2   3   4   5   6   7   8   9   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

Bakı və xəzri. Şəhərin yaranıŞından bu iki məfhumu bir-birindən ayrı

təsəvvür etmək mümkün deyil. Xəzri əsməyə baŞladımı bir həftədən tez kəsməz.

Qədim bakılılar bir adamın bakılı olub-olmadığını öyrənmək üçün ona belə bir sual

verərdilər: "Bakıda qıŞ nə vaxt olur?". Əgər həmin adam "Xəzri əsəndə" deyə

cavab verərdisə, onun bakılı olduğuna Şübhə etməzdilər. Yay aylarında xəzri əsdiyi

zaman adamlar isti paltar geyməyə məcbur olurdular. QıŞda isə onun soxula

bilmədiyi dəlmə-deŞik qalmazdı.

Bakı qədim Şəhərdir. Doğrudur, onun məhz hansı əsrdə salındığı hələ dəqiq

müəyyən edilməmiŞdir. Lakin Bakının özündə və ətraf kəndlərində arxeoloqların

apardığı qazıntılar nəticəsində tapılan tarixi abidələr, saxsı qablar, daŞ

sandıqçalarda dəfn edilmiŞ adamların sümükləri, sikkələr və sairədən məlum olur

ki, onun yaranma tarixi eramızdan əvvəlki əsrlərə gedib çıxır.

Hazırda Binəqədi yaxınlığında "Qır gölü" adı ilə tanınan böyük bir sahə

vardır. Tarixçilərin yazdığına görə on min illər bundan qabaq burada göl zamanzaman

qurumuŞ və bugünkü Şəklini almıŞdır. Burada gölün qalın qır təbəqələri

altında çoxlu, hətta bu gün artıq AbŞeronda mövcud olmayan vəhŞi heyvanların

sümükləri tapılmıŞdır. İir, iri maral, ayı, at, uzunqulaq sümükləri ilə yanaŞı tapılan

kərkədan sümükləri də göstərir ki, AbŞeronda on min illər qabaq bu heyvanlar

yaŞamıŞdır. Bəzi alimlər belə nəticəyə gəlirlər ki, bu heyvanların yaŞadıqları yerdə

yəqin ki, onları ovlayan ibtidai insanlar da yaŞamıŞlar. Demək, eramızdan hələ

xeyli qabaq AbŞeron ətrafında ibtidai insanlar məskən salmıŞlar. Qobustan

daŞlarında isə bu heyvanları ovlayan ibtidai insanların Şəkilləri həkk edilmiŞdir.

Məlum olduğu üzrə Bakı ətrafında ən qədim məskən yerlərindən bəziləri

hazırda Xəzər suları altında qalmıŞdır. Eramızın II-VII əsrlərində Xəzər dənizinin

hazırki sahili Nargin və Vulf adalarından xeyli uzaqda olmuŞdur. Eramızın 6-cı

əsrindən baŞlayaraq, Xəzərin səviyyəsi artmıŞ və Qız qalasınadək olan bütün

körfəz su altında qalmıŞdır. Yaxın keçmiŞdə dəniz səthinin aŞağı düŞməsi

nəticəsində suyun dibindən yüksələn qədim tikilinin bürcləri buna aydın sübutdur.

1830-cu ildə Bakıda olmuŞ alman akademiki E. Lens yerli əhalidən eŞitmiŞ olduğu

9

rəvayətlər barədə belə yazırdı: "Xeyli müddət əvvəl dəniz indikinə nisbətən 20



verst uzaqlıqda idi. O zaman Nargin adaları da qurunun ayrılmaz hissələri idi.

Sonra dənizin səthi qalxaraq, xeyli qabağa gəlmiŞ və sahil indiki görkəmini

almıŞdır". Lensin o zaman sezdiyi bir sıra əlamətlər bu ehtimalı daha da

möhkəmləndirirdi. Lens Nargin adasının qayalıqlarında Zığ burnuna gedən araba

çarxlarının izini görmüŞdü. Bunu Abbasqulu ağa Bakıxanov da özünün "Gülüstaniİrəm"

kitabında təsdiq edirdi. O yazırdı: "Bakı qəzasının Bilgəh, Zirə, Bibiheybət

və baŞqa kəndlərində, habelə bir neçə adada qayalıqlar üstündə dənizin içərilərinə

tərəf gedən araba çarxlarının izləri görünür". Daha sonra Bakıxanov yazırdı:

"Şəhərin özündə Hacı Baba Hacı Ağahüseyn oğlu adında bir ev sahibi öz həyətində

quyu qazdığı zaman dənizin indiki səviyyəsindən aŞağıda, yerin altında daŞla

döŞənmiŞ bir yola rast gəlmiŞdir". Zığ burnunda da qayalıqlarda dənizin içərilərinə

tərəf gedən araba təkərlərinin izlərini görənlər olub.

Bütün bunlar göstərirdi ki, Xəzər dənizinin səthi yüksəldiyi zaman bir çox

tikililər, hətta rəvayətə görə Səbail adlı bütöv bir Şəhər də suyun altında qalmıŞdır.

Şəhərin ən yüksək bir yerində yerləŞən İirvanŞahlar sarayında aparılmıŞ

qazıntılar nəticəsində tapılan sikkələrlə hələ 8-ci əsrdə burada ticarət liman Şəhəri

olduğu müəyyənləŞdirilmiŞdir. BakıŞünas alim Sara AŞurbəyli belə bir nəticəyə

gəlmiŞdir: "Bakı feodal Şəhəri kimi hələ eramızın 8-ci əsrində mövcud idi".

Beləliklə, ehtimal etmək olar ki, Bakının 12 əsrlik tarixi vardır.

Yeri gəlmiŞkən qeyd edək ki, Bakı Şəhərinin öyrənilməsində görkəmli alim

Sara AŞurbəylinin misilsiz xidməti vardır.

Bakı sözünün mənŞəyi də indiyədək tam və dürüst aydınlaŞdırılmamıŞdır.

Hələ X əsrin birinci yarısında ərəb yə fars mənbələrində bu Şəhərin adı Bakuh,

Bakuya, Baku və Badkubə Şəklində iŞlənmiŞdir.

Badkubə sözünün yaradılması daha sonrakı əsrlərə aiddir. Məsələn, 18-ci

əsrdən baŞlayaraq, bir çox mənbələrdə Bakı sözünün bu formasına tez-tez təsadüf

olunur. Bu, iki fars sözündən düzəldilmədir: Bad-külək, kubə-döyən deməkdir.

Yəni külək döyən. Görünür ki, bu Şəhərdə tez-tez Şiddətli küləklər əsdiyindən

bəziləri onu belə adlandırmıŞlar. Hətta bəzi mənbələrdə Azərbaycan dilində

"Yeldöyən" sözünə də rast gəlmək mümkündür. QafqazŞünas K. P. Patkanov iddia

edir ki, Şəhərin adı lak sözü "baki"dən (təpə deməkdir) əmələ gəlmiŞdir. O

dövrlərdə Bakı təpələr üstündə salındığından bu fikirdə müəyyən dərəcədə bir

həqiqət vardır. Türklərin məŞhur "İslam ensiklopediyası"nda isə bu sözün Bəy-köy

türk sözlərindən düzəldiyi iddia olunur. Bəy-köy baŞ Şəhər deməkdir.

Tarixçi Əli Hüseynzadə isə Mahmud KaŞqarinin 1072-1074-cü illərdə

yazıldığı güman edilən məŞhur "Divani lüğət üt türk" əsərinə əsaslanaraq K. P.

Patkanovun söylədiyi nəticəyə gəlir, o, bu əsərdə təpə mənasında iŞlədilən Bakı

sözünə təsadüf etmiŞ və belə qərara gəlmiŞdi ki, Bakı təpələr üstündə salındığından

10

Şəhərin də adı bu sözdən götürülmüŞdür. Bu fikri coğrafiya elmləri doktoru B.



Budaqov da təsdiq etmiŞdir. Bizcə, bu fikir həqiqətə daha uyğundur.

Şəhərin təbii sərvətləri ilə yanaŞı coğrafi Şəraiti, Şərq və qərb, habelə Şimala

gedən ticarət yollarının əlveriŞli bir yerdə yerləŞməsi çox cahangirlərin və yadelli

iŞğalçıların iŞtah və diqqətini cəlb edirdi.

7-ci əsrin 30-cu illərində ərəb qoŞunları İranın bir çox böyük Şəhərlərini

iŞğal etdikdən sonra Azərbaycan torpaqlarına soxuldular. Lakin onlar hər yerdə

ciddi müqavimətə rast gəldilər. Ərəb istilaçıları Azərbaycanın gözəl yaylaqlarını,

kənd və Şəhərlərini xarabazara çevirdilər. İirvanın məhsuldar qüvvələrinə böyük

zərbə vurdular. Ölkədə, azğınlıq və talan baŞladı. Mədəni sərvətlər məhv edildi,

tarixi abidələr dağıdıldı. Yüzlərlə, minlərlə adamlar öz yurd-yuvalarından didərgin

salındı. İslam dini bu talanlar üçün bir vasitəyə çevrilmiŞdi. Onlar Bakı

torpaqlarının zəngin yataqlara malik olduqlarını bildikləri üçün İirvan və Bakını

daim nəzarət altında saxlayırdılar. Çünki onlar Bakı neftindən, Bakının duz və

baŞqa məmulatından xilafət xəzinəsinə daxil olan gəlirin yarısını belə baŞqa

ölkələrdən toplaya bilmirdilər. Bəzən neft və duz yataqlarının bir hissəsi vəqf

yerləri elan edilərək, Dərbənddə qərargah qurmuŞ xilafət nümayəndələrinin

sərəncamına, ərəb əsgərlərinin istifadəsinə verilirdi. Dərbənddəki qoŞunun demək

olar ki, bütün xərcləri Bakı neftinin hesabına ödənilirdi. Ərəblər Şimalın köçəri

tayfalarının, birinci növbədə Xəzərlərin basqın və hücumlarından qorxaraq,

Dərbənd sərhədlərini alınmaz bir istehkama çevirmiŞdilər. Bakı nefti hərbi

məqsədlər üçün də istifadə edilirdi. DöyüŞlərdə neft qablara doldurularaq, düŞmən

üzərinə atılırdı. Ərəblərin döyüŞlərdə qələbə qazanmaları çox zaman neftin

hesabına idi.

Bir tərəfdən ağır vergilər, o biri tərəfdən soyğunçuluq və talançılıq xalqın

qəzəbini getdikcə coŞdurur, hər bir yurdda, hər bir ocaqda iŞğalçılara qarŞı üsyan

və qiyam dalğaları alovlanırdı. Doğrudur, qiyamlar hər dəfə amansızcasına

yatırılırdı. Ancaq əhalinin nifrət və qəzəbini qılınc və silah vasitəsilə də boğa

bilmirdilər. Ərəb əmiri İirvanŞahları məcbur etmiŞdi ki, hər il ona 4 min gənc

oğlan və qız qul kimi verilsin. Vergiləri verməyənlər də qul halına salınırdı.

İirvanŞahlar torpağının çox hissəsi, xüsusi ilə suvarılan torpaqlar xəlifənin xüsusi

əmlakı hesab edilirdi. Muğan və İirvan düzlərinin ən münbit torpaqları

Ərəbistandan buraya köçürülmüŞ ərəb tayfalarının sərəncamına verilmiŞdi.

Sonralar bu ərəb tayfalarından çoxu yerli əhali ilə qaynayıb-qarıŞmıŞ, həmiŞəlik bu

torpaqlarda qalmıŞdılar. Hazırda Azərbaycanın cənub rayonlarında bir para kəndlər

o vaxtdan ərəb adları daŞıyırlar.

Ərəblərin yerli əhalinin atəŞpərəstlik məbədlərini dağıdıb yandırmalarına

baxmayaraq, kəndlilər İslam dinini çətinliklə qəbul edirdilər. Yalnız Şəhərlərdə və

o cümlədən Bakının özündə əsnaf və sənətkarlar ərəb istilaçılarının dininə daha

11

çox meyl göstərirdilər. Bu da onunla əlaqədardı ki, ərəb istilaçıları onların sərbəst



alver etmələri üçün Şərait yaradırdılar.

Ərəblərə qarŞı baŞ vermiŞ ən böyük üsyanlardan biri 748-ci ildə Beyləqanda

olmuŞdu. Lakin üsyan Abbasilər tərəfindən yatırılmıŞ və Beyləqan qalası yerlə

yeksan edilmiŞdi.

808-ci ildə Ərdəbil mahalında, Savalan dağları ətəyində baŞlayan Babək

hərəkatı 30 il müddətində ərəb xilafətini daim qorxu altında saxlamıŞdı.

Qəhrəmanlıqla döyüŞən xürrəmilər 819-827-ci illər ərzində ərəblərin 6 ordusunu

darmadağın etmiŞdilər.

9-cu və 10-cu əsrlərdə bu qiyam və üsyanlar Abbasilar xilafətinin qüdrətini

xeyli zəiflətmiŞdi. Hər tərəfdə xüsusi feodallıqlar yaranıb, özlərini ərəb əsarətindən

xilas etməyə, vergiləri verməkdən imtina etməyə baŞladılar. X əsrdə Dərbənddən

Kür çayınadək uzanan torpaqlar artıq İirvanŞahların hökmranlığı altında idi.

Bir rəvayət vardır ki, guya yunanlar da Bakıda olmuŞlar. Bu rəvayət

Xəzərin suları altında qalmıŞ qədim "Yunan qala" və yaxud "Yunan Şəhr" qalıqları

əsasında yaranmıŞdır. Bu Şəhər qalıqları Bakı-Salyan yolunun təxminən əlli

verstliyindədir. Təxminən 90 il qabaq Bakıdan Salyana gedən "Saruxan" adlı bir

gəminin kapitanı suyun altında belə bir mənzərəyə rast gəlmiŞdi: "Körfəzin suları

sakit idi. GünəŞ dənizin dibini apaydın iŞıqlandırmıŞdı. Birdən gəmi heyəti gəminin

böyük bir küçənin üstü ilə üzdüyünü gördü. AŞağıda, dənizin dibində qədim bir

Şəhər görünürdü. Küçələr, döngələr ovucun içi kimi aydın idi".

Beləliklə, 20 fut dərinliyində suyun altında qədim bir Şəhər kəŞf edilmiŞdi.

Daha sonralar dənizçilər Bakının cənubunda, Kür çayının Xəzər dənizinə

töküldüyu yerdə, Byandovan burnunda da qədim bir Şəhərin qalıqlarına rast

gəlmiŞdilər.

Akademik İ. M. Qubkin Xəzər dənizi səthinin qalxıb-enməsinin dinamik

proseslər nəticəsində baŞ verdiyini göstərərək yazırdı ki, "suyun altında qalmıŞ

Şəhər haqqında rəvayətlər əfsanə deyil, həqiqətdir".

Yunanlar Bakıya necə gəlmiŞlər? Bir rəvayətə görə Aleksandr Makedonski

Bakını fəth etmək üçün buraya qoŞun yeritmiŞdir. Lakin tarixdən bizə məlumdur

ki, Aleksandrın qoŞunları Bakıya çatmayıblar. Bəs bəzi daŞların və qayaların

üstünə yunan sözləri necə həkk olunub? Çox ehtimal ki, İran dövləti Roma və

Yunanıstanla etdiyi müharibələrdə əsir aldıqları əsgərləri sənətkarlıqlarına görə

məmləkətin müxtəlif yerlərində yerləŞdirmiŞdir. DaŞların üzərinə yunan sözləri də

yəqin onların tərəfindən həkk edilmiŞdir.

İirvan ta qədimdən Slavyan dünyası ilə ticarət əlaqəsi saxlayırdı. IX əsrdə

yaŞamıŞ ərəb yazıçısı Əbdülqasımın yazdığına görə hələ onun zamanında rus

tacirləri Volqa və Xəzər dənizi vasitəsilə hətta Bağdadın özünə gedib çıxmıŞdılar.

Lakin onlar Xəzərin sahillərinə çıxmaq üçün Xəzərlərin torpaqlarından keçməli

12

idilər. Ruslar Qara dənizdə gəmilərə oturur və Azov dənizindən Don çayı ilə



qalxaraq, Xəzərlərin torpaqlarına çatır və burada gəmilərini quru ilə sürütdəyəsürütdəyə

Volqa çayına salaraq, Xəzərə çıxırdılar. Xəzərdə bəzən Bakı limanına

yan alır, bəzən də Kür çayına daxil olaraq, o zaman ticarət mərkəzi kimi tanınmıŞ

Bərdəyə keçirdilər.

IX əsrin axırlarından ruslar həmin yolla artıq ticarət məqsədi ilə deyil, qarət

qəsdilə Xəzər sularında üzürdülər. Rusların Xəzərin qərb sahillərinə ilk səfərləri

909-910-cu illərdə olmuŞdur. Onlar Xəzər sularında sağına-soluna üzərək qarətlə

məŞğul olurdular.

Rusların ən böyük hücumları 913-cü ildə olmuŞdur. Bu dəfə onlar

Xəzərlərin xaqanı ilə danıŞaraq, onların torpaqlarından manŞəsiz keçmiŞ və

hərəsində 100 nəfər adam olan 500 gəmi ilə Volqa ilə üzərək Xəzərə çıxmıŞdılar.

Dağıstanı keçəndən sonra Bakı yaxınlığında bir adada yerləŞmiŞdilər. Bir müddət

burada qaldıqdan sonra Xəzər sahillərini qarətə baŞlamıŞdılar. Zəngin qənimətlərlə

geri dönən ruslar Volqanın mənsəbində Xəzərlərin özləri tərəfindən basqına məruz

qalaraq, talan edilmiŞdilər.

Sonralar ruslar yenə bir neçə dəfə Azərbaycana basqın etmiŞlər. 944-cü ildə

onlar gəmilərlə Bərdə yaxınlığında sahilə çıxmaq istərkən Şəhər əhli tərəfindən

böyük müqavimətə rast gəlmiŞdilər. Ancaq buna baxmayaraq, Şəhəri iŞğal edə

bilmiŞdilər. X əsr ərəb tarixçilərindən biri ruslar barədə yazırdı: "Öz iri bədənləri

və cəsarətləri ilə fərqlənən ruslar geri qaçmağın nə olduğunu bilmirlər. Onlar

düŞməni öldürməyincə və ya özü ölməyincə geri dönməzdilər. Mən rusları görən

adamlardan onların cəsarəti barədə çox maraqlı Şeylər eŞitmiŞəm".

Bir müddət sonra Mərzban İbn Məhəmməd 30 min qoŞunla Bərdəni

mühasirəyə alaraq, Şəhəri həmlə ilə tutmaq istəmiŞdi. Ancaq bu heç bir nəticə

verməmiŞdi. Yazılı mənbələr göstərir ki, ruslar qılınclarını iŞə salaraq, Mərzbanın

qoŞunlarını qırmıŞdılar. Sonra ruslar özləri də Bərdədə qalmayıblar. Kür çayında

onları hazır gözləyən gəmilərə oturaraq, Azərbaycanı tərk etmiŞdilər.

1032-ci ildə təkrar Bakıda olan ruslar quru ilə geri dönərkən Dərbənd əmiri

tərəfindən məğlub edilmiŞdilər.

Bu illərdə Bərdə Şəhəri ilə yanaŞı olaraq, Gəncə, İamaxı, İabran, Beyləqan,

Ərdəbil, Təbriz, Marağa və Bakı Şəhərləri Şəhər və kənd sənətkarlarının istehsal

etdikləri ipək məmulatı, parça və geyimləri ilə tanınmıŞdılar. Bu Şəhərlər öz

tikintiləri, karvansara və örtülü bazarları ilə və habelə əhalisinin sayına görə

Bağdad Şəhərindən heç də geri qalmırdı. Bakı öz nefti və duzu ilə yenə bütün Şərq

ölkələrində öz əvvəlki Şöhrətini hifz edib, saxlaya bilmiŞdi. Burada istehsal olunan

neft, duz və zəfəran dəvə karvanları ilə İrana, İraqa və baŞqa ərəb ölkələrinə

daŞınırdı. Neftdən hər yerdə - həm yanacaq, həm sürtgü yağı, həm də hərbi iŞdə və

təbabətdə istifadə olunurdu. Ərəb tarixçisi Məsudinin yazdığına görə Bakıda olan

13

əsas iki neft quyusundan 1.000 dirhəm gəlir əldə edilirdi. İamaxıda və Bakıda



hazırlanan ipək paltarlar da xarici bazarlarda ad çıxarmıŞdı. Bakı əhlinin

əksəriyyəti kustar və sənətkar olsa da kənd təsərrüfatı, əkinçilik və bostançılıqla

məŞğul olanı da vardı. Qala divarlarından xaricdə olan düzənlik və çöllər

bakılıların əkin sahələri idi. Hazırkı M. Nağıyev xəstəxanasının ətrafı Sinəqənbər

adlanırdı. Burada yaxŞı buğda və arpa yetiŞirdi. Qanlı təpə bostan yerləri idi. İndiki

Səttərxan zavodunun dörd bir tərəfi üzüm bağları idi. Hətta onun sağ tərəfində

olan təpə son vaxtlaradək Salqım üstü adlanırdı. İndiki vağzalın yeri də

üzümlüklərdi. Burada çox məhsuldar üzüm bağları vardı. Bakıda tez-tez quraqlıq

olduğundan buğda çox boy atmazdı. Buna görə biçin zamanı onu əllə kökündən

qoparardılar. İndiki fəvvarələr meydanının yeri isə bakılıların zəfəran tarlaları idi.

Kəndlərdə çoxlu çəki ağacları əkilərdi. Bakıda istehsal olunan ipək məŞhur

İamaxı ipəyindən heç də əskik deyildi. Şəhər camaatı öz mal-qarasını bu çöllərdə

otladardı. Meydanın yaxınlığındakı naxır bulağı yaxın keçmiŞədək qalmıŞdı. Bakı

ətrafı torpaqların münbitliyi barədə səyyahların qeydlərinə tez-tez rast gəlmək olar.

1884-cü ildə Bakıda olmuŞ Skalkovskanın Sankt-Peterburqda çap olunmuŞ "Yol

xatirələri" adlı kitabında Bakı ətrafı torpaqlar barədəki qeydləri çox səciyyəvidir.

O yazırdı: "Şəhərin (Bakının - Q.İ.) iki verstliyində arpa və buğda zəmiləri

baŞlayır. Adam inanmırdı ki, xırda daŞ ovuntularından ibarət olan zəmi belə

məhsul verə bilər. Zahirən miskin görünən torpaq burada çox məhsuldardır. Bəzən

elə olurdu ki, kəndlinin inŞaat üçün daŞ çıxardığı yerdə qalan xırda daŞ ovuntularını

və tozu külək qovaraq, torpağa qatar və yağıŞlı havalardan sonra bu torpaqda yaxŞı

məhsul bitərdi. Görünur ki, bu daŞ və balıqqulağı qırıntılarında fosfor turŞusu

vardır ki, o əkinə kömək edir. Lakin Şiddətli küləklər taxılın artmasına mane

olurdu. Odur ki, Bakı yaxınlığında taxıl heç bir arŞın da arta bilmirdi. Buna görə

taxılı biçmək çətinləŞərdi.

Onları sadəcə olaraq, əllə kötüyündən çıxarır və kiçik dərzlər bağlayırlar.

Belə əkin torpağı tez qüvvədən salır".

XI əsrdən baŞlayaraq, Orta Asiyadan çıxan köçəri Səlcuq türkləri Şərqə və

o cümlədən 1054-cü ildə Azərbaycana basqın edirlər. Bir ildən sonra Toğrul bəyin

komandanlığı altında Səlcuqlar ərəb xilafətinin paytaxtı Bağdadı da zəbt edə

bilmiŞdilər. Toğrul bəy xilafətdə siyasi hakimiyyətin baŞçısı elan edilmiŞdi.

Böyük Səlcuq dövlətinin paytaxtı əvvəlcə Mərvdə, sonralar isə Rey və İsfahanda

olmuŞdur. Toğrul bəyin varisi sultan Arp Aslan olub. Arp Arslandan sonra taxta

çıxan Məlik Şah (1072-1092) Azərbaycanın Şimal əyalətlərində hakimiyyətini

möhkəmlətmək məqsədilə Gəncə Şəhərini tutur, sonra da İirvanŞah I Fəriburzu

özünə tabe etdirərək, onu hər il 40 min dinar xərac verməyə məcbur edir. Səlcuq

sultanı Azərbaycan torpaqlarını öz yaxın adamlarına paylamağa baŞlayır. Bu torpaq

sahələrinə yiyələnən feodallar camaatdan topladıqları vergilərin bir hissəsini

14

dövlətin xəzinəsinə verməyə borclu idilər. Əlavə olaraq, lazım gəldikdə sultanın



tələbi ilə ona qoŞun hissələri də verməli idilər. Nəticə etibarilə bütün bu ağırlıqlar

İirvan kəndlilərinin və o cümlədən Bakı kəndliləri və sənətkarlarının üzərinə

düŞürdü.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə