Suğra osmanova qılman İlkin. Baki və bakililar


İÇƏRİ ŞƏHƏRDƏN BAYIR ŞƏHƏRƏ



Yüklə 2,16 Mb.
səhifə14/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   10   11   12   13   14   15   16   17   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

İÇƏRİ ŞƏHƏRDƏN BAYIR ŞƏHƏRƏ

Əhalinin artımı nəticəsində Şəhər böyüməyə və qala divarlarından xaricə

çıxmağa baŞlamıŞdı. Hökümət Şəhərdən kənara, qala divarları ətrafındakı forŞtatda

torpaqları satmağa baŞladı. Torpaq ucuz satıldığı üçün çoxları çalıŞırdı ki, bir parça

torpaq sahəsi alıb, özünə ev-eŞik tiksin. Əgər əvvəllər qala divarlarından xaricdə

cəmi bir neçə tikili vardısa, indi bir-birinin böyründə tikilmiŞ palçıq binaların sayı

gündən-günə artırdı. Əhalinin bəzi qismi isə qala divarlarından xaricdə yaŞamağa

çəkinirdi. Çünki kənardan hücum və basqın edilərsə, qorunmağa və daldalanmağa

heç bir istehkam yoxdu. Buna görə çoxları İçəriŞəhərin darısqal, rütubətli

daxmalarında yaŞamağı daha üstün tuturdular. Xüsusilə varlı təbəqələr qala

divarları ilə qorunan həyət-bacasını tərk edib, sərvətlərini təhlükə altında buraxmaq

istəmirdilər. Bütün qala divarları boyu qoyulmuŞ çuqun toplar və əsgərlər

tərəfindən qorunan möhkəm darvazalar onların dinc həyatı və sərbəst ticarətləri

üçün möhkəm təminat verirdi. Hava qaralanda isə darvazalardakı taxta körpülər

qaldırılır və dəmir üzlü qapılar möhkəm bağlanır və Şəhər Şirin yuxuya gedirdi.

85

1820-ci ildə Bakıda olmuŞ fransız səyyahı Qamba qala divarlarından



xaricdə salınmıŞ tikililərin baŞlıca olaraq, palçıq evlərdən ibarət olduğunu qeyd

edirdi. Evləri hərə öz bildiyi kimi tikmiŞdi. Şəhərin yenidən qurulması, onun

inkiŞafı üçün, hələlik heç bir layihə yoxdu. Sonralar Şəhər salmaq barədə layihələr

tutulmuŞdusa da, onların həyata keçirilməsi ləngiyirdi. Rus çarizmi İran tərəfindən

hələ də təhlükə gözləndiyindən bu iŞə möhkəm giriŞmirdi. 1826-cı ildə Hüseynqulu

xanın Bakı üzərinə hücumu və Şəhəri iki aya qədər mühasirədə saxlaması rus

çarizminin bu ehtimalını doğrultdu.

Azərbaycan xanlıqlarının bəzi hakimləri keçmiŞ xanlıqlarını geri qaytarmaq

niyyətilə İrana qaçaraq, Fətəli Şaha pənah aparmıŞdılar. Rusiya ilə İran arasında

bağlanmıŞ Gülüstan müqaviləsindən Rusiyanın rəqibi olan İngiltərə də bərk narazı

qalmıŞdı. O İranı təzədən Rusiyaya qarŞı müharibəyə təhrik etmək üçün 1814-cü

ildə İranla Rusiyaya qarŞı çevrilmiŞ bir müqavilə bağladı. İran ordusunu

möhkəmlətmək məqsədilə İngiltərə öz zabitlərini İrana göndərməyə baŞladı. İranı

hər cür silahlarla təchiz etdi. İran höküməti Rusiya ilə müharibəyə baŞlamaq üçün

bəhanə axtarırdı. Nəhayət, İngiltərənin təhriki ilə TalıŞ xanlığını və Muğanı geri

qaytarmağı Rusiyadan tələb etdi. Rus imperatoru bu tələbi rədd edərək, bildirmiŞdi

ki, "Zaqafqaziya vilayətlərini biz müharibə ilə almamıŞıq. Bu vilayətlərin əhalisi

özləri bizimlə birləŞməyi xahiŞ etmiŞdilər. Onların arzusunu yerinə yetirməmək və

onları sizin əlinizə vermək ədalətsizlik olardı".

Fətəli Şah İrana qaçmıŞ keçmiŞ Azərbaycan xanlarının köməyi ilə

Azərbaycanın əyalət və qəzalarında üsyanlar törətməyə də böyük səy göstərirdi. Bu

məqsədlə Azərbaycan vilayətlərinə gizli casuslar göndərirdi ki, müharibə

baŞladıqda rusların üzərinə arxadan zərbə endirsin. 1825-ci ildə Peterburqda

dekabristlər üsyanının baŞlandığını eŞidən kimi Fətəli Şah Rusiyaya qarŞı

müharibəyə hazırlaŞmağa baŞladı. İraqın müsəlman ruhaniləri ruslara qarŞı fitva

elan etdilər. Nəhayət, 1826-cı ilin 16 iyulunda İranın 60 minlik qoŞunu vəlŞəhd

Abbas Mirzənin baŞçılığı altında İimali Azərbaycana basqın etdi. QoŞunla birlikdə

Azərbaycanın keçmiŞ xanları da öz silahlı qoŞunları ilə hücuma keçmiŞdilər.

Hüseynqulu xan da ispanların və ingilislərin köməyi ilə üç min qoŞun toplayıb,

Bakı üzərinə yeridi. Şəhər divarlarını mühasirəyə alıb gözlədi. Bu zaman Bakını

cəmi bir batalyon rus əsgəri qoruyurdu. Batalyon komandiri Şəhər əhalisi içərisində

satqın ola biləcəyindən ehtiyat edərək, əhalini ucdantutma Şəhərdən kənara çıxardı

və öz əsgərləri ilə qala divarları üstündə möhkəm mövqe tutdu. Həmin günlərdə

dəniz vasitəsilə onun köməyinə iki rota əsgər göndərildi. Hüseynqulu xan qalaya

bir neçə dəfə həmlə etsə də, heç bir nəticə vermədi. Qarnizon onların həmlələrini

hər dəfə bacarıqla dəf edirdi. Şəhərin qala divarları və qapıları möhkəm müdafŞə

olunurdu. Qalanın sirlərinə yaxŞı bələd olan Hüseynqulu xan baŞqa vasitəyə əl atdı.

O ətraf təpələrdən Şəhərə axıdılan su kəmərinin qabağını kəsmək fikrinə düŞdü.

86

Güman edirdi ki, qaladakıları ancaq susuz qoymaq yolu ilə özünə təslim etdirə



biləcəkdir. QoŞun yeri qazıb, su kəmərinin istiqamətini dəyiŞməyə çalıŞdı. Lakin

Hüseynqulu xan bununla da öz məqsədinə nail ola bilmədi. Sentyabrın 3-də İran

qoŞunlarının İamxor ətrafında məğlubiyyəti və Gəncə döyüŞlərində Abbas

Mirzənin qoŞunlarının darmadağın edilməsi vəziyyəti tamamilə dəyiŞdi.

Hüseynqulu xan rus qarnizonunun köməyinə gələ biləcək yeni qüvvələr tərəfindən

mühasirəyə alınacağını düŞünüb öz qoŞunlarını tez geri çəkməyə baŞladı. Beləliklə,

Hüseynqulu xanın son ümidi də puça çıxdı. Və bu onun Bakıya axırıncı gəliŞi oldu.

Geri çəkilən İranlıları Təbrizə qədər təqib etdilər. İran təslim olmaq məcburiyyəti

qarŞısında qaldı. 1828-ci ilin 10 fevralında Təbriz yaxınlığındakı kiçik Türkmənçay

kəndində Rusiya ilə İran arasında məŞum Türkmənçay müqaviləsi bağlandı.

Müqavilənin bağlanmasında A.S. Qriboyedov bir diplomat, A. A. Bakıxanov isə

tərcüməçi kimi iŞtirak edirdi. General Paskeviçlə Abbas Mirzə arasında gedən

danıŞıqlarda ruslar tələb edirdilər ki, Azərbaycan bütövlüklə, yəni Şimal hissəsi ilə

birlikdə cənub hissəsi də Rusiyaya birləŞdirilsin. Bunu xüsusilə tələb edən A.S.

Qriboyedov idi. O, Cənubi Azərbaycanda yaŞayan azərbaycanlıların öz

hökümətlərindən narazı olduqlarını əsas tutaraq, Təbriz, Marağa, Xoy və Urmiyə

xanlıqlarının İimali Azərbaycanla birlikdə Rusiyanın himayəsinə keçməsini vacib

və ədalətli hesab edirdi. Heç Şübhə yoxdur ki, bu danıŞıqlarda tərcüməçi kimi

iŞtirak edən A. A. Bakıxanovun Qriboyedova böyük təsiri olmuŞdu. Lakin

danıŞıqlar zamanı Qriboyedovu müdafŞə edən və ona tərəfdar çıxan olmadı.

Rusiyanın xarici iŞlər naziri də bu təklifin tərəfdarı deyildi. Rus höküməti Türkiyə

ilə yeni müharibə gözlədiyindən İranla danıŞıqları uzatmayıb, tez qurtarmağa

çalıŞırdı. 1828-ci ilin 10 fevralında Türkmənçay müqaviləsi imzalandı və beləliklə,

bütöv bir ölkə, vahid bir xalq ədalətsizcəsinə iki yerə parçalandı. Bu, tarixin böyük

səhvi idi...

Türkmənçay müqaviləsindən sonra camaat təzədən bayır Şəhərdəki eveŞiklərinə

qayıtdılar, forŞtadtda dinc inŞaat iŞləri vüsət almağa baŞladı. Zəfəran

əkilən sahələr yeni tikililərlə sıxıŞdırılır, inzibati və ticarət mərkəzi olan

İçəriŞəhərin divarları da artıq bu tikililərin sürətinə mane ola bilmirdi. Qəza rəisliyi

əhalini qala divarlarından xaricə çıxmağa həvəsləndirirdi. Bəzən onları məcbur

edirdilər. Əhali də bu dəfə etirazını bildirmirdi. Çünki əvvəla torpaqlar onlara çox

ucuz baŞa gəlirdi, İran tərəfdən basqın təhlükəsi də artıq sovuŞmuŞdu.

1840-cı ilin əvvəllərində forŞtadtın təxminən 45 hektarlıq sahəsində yeni

binalar salınmıŞdı. Buralar İçəriŞəhərə nisbətən daha geniŞlikdi, küçələr enli, evlər

gözəl və bəzi yerlərdə bağçalarla dövrələnmiŞdi. Bir sözlə, Bayır Şəhər əsl Şəhər

görkəmi alırdı.

Əsas binalar qalanın İamaxı darvazasının qabağından baŞlayaraq, İamaxı

yolu ilə (indiki Hüsü Hacıyev küçəsi) qərbə tərəf uzanırdı. Bu küçənin hər iki

87

tərəfində yaŞayıŞ evləri ilə yanaŞı çoxlu karvansara, hamam va məscid də



tikilmiŞdi. Yeni küçə indiki Füzuli meydanının yerində (o zaman bu meydan Poçt

meydanı adlanırdı) Bakı kəndlərindən gələn yolla (indiki Dilarə Əliyeva və Füzuli

küçələri) kəsiŞirdi. Bu meydanın yaxınlığında hələ xanlıq dövründən qalma bəzi

tikintilər vardı ki, onlar İamaxı yolu ilə AbŞeron yollarının kəsiŞdiyi yerdə

düzəlmiŞ kazak keŞikçi məntəqəsinin istifadəsinə çevrilmiŞdi. Quru yolla Şəhərə

gələn və Şəhərdən çıxan bütün nəqliyyat vasitələri bu keŞikçi məntəqəsindən

keçirdi. KeŞikçi məntəqəsində bir müddət Xəzər donanmasının zabit və matrosları

da xidmət etmiŞdi. Onlar Bakıda Dəniz stansiyası adlanan bir müəssisənin

xidmətçiləri idi. Bu stansiyanın iŞinə bir hərbi brandvaxt (limanda saxlanılan

keŞikçi gəmisi) baŞçılıq edirdi.

Stansiyanın bir hissəsi İçəriŞəhərdə Qız qalasının yanında, o biri hissəsi isə

burada, Poçt meydanında yerləŞirdi. Bura sahildə iŞləyən dənizçilər üçün əsas

mərkəzə çevrilmiŞdi. Bir rus jurnalının yazdığına görə mərkəzin ətrafında çoxlu

alçaq evlər tikilmiŞ, dar küçələr salınmıŞdı. Bu evlərdən biri də keŞikçi

məntəqəsinin yanında, polkovnik Bakıxanovun evi idi.

Bizim fikrimizcə, bu ev ancaq Abbasqulu ağanın kiçik qardaŞı Cəfərqulu

ağanın oğlu, qvardiya polkovniki Əhmədağa Bakıxanovun imiŞ. O, Abbasqulu

ağanın kiçik qızı Tuğra xanıma evləndikdən sonra burada yaŞayırlarmıŞ. İnqilabdan

qabaq Füzuli meydanındakı beŞ mərtəbəli binanın yerində Xanım karvansarası

adlanan qədim bir karvansara varmıŞ. Görünür ki, o, Abbasqulu ağanın qızı Tuğra

xanımın olub. Qvardiya polkovnikinin evi indiyədək durur (Təbriz Xəlilbəyli

küçəsi, ev 38). Yaxınadək bu evdə Bakıxanovlar nəslindən olan adamlar

yaŞayırdılar. Kazak keŞikçiləri və dənizçiləri üçün yaxınlıqda (indiki Zərgərpalan

küçəsi, ev 38) ayrılmıŞ binanın həyətində həm yataqxana və həm də kilsə

tikilmiŞdi. Kilsə Donanma kilsəsi adlanırdı. Bu kilsə də indiyədək durur.

İçəriŞəhərdən İamaxıya gedən bir magistral yolun köhnə Poçt meydanına

qədər olan hissəsi yeni salınmıŞ Şəhərin ilk küçəsi hesab edilirdi. Küçənin eni 10

sajından az deyildi. Magistral yolun qalaya yaxın hissəsinin sol tərəfindəki passajın

yeri bakılıların qəbiristanlığı idi. Qəbiristanlıq ta indiki M. Muxtarov küçəsinədək

uzanırdı. Kazak keŞikçi məntəqəsindən baŞlayan küçə İamaxı darvazasına çatarçatmazda

üç yerə haçalanırdı. Biri indiki İstiqlaliyyət küçəsinin yeri ilə qala

divarlarını hərləyib, indiki Niyazi küçəsi ilə, o biri isə darvazanın yanında Şərqə

tərəf üzü aŞağı burulub, hazırki Ə. Əliyev küçəsilə dənizə çıxırdı. Üçüncü yol isə

İamaxı darvazasından İçəriŞəhərə daxil olurdu. Bu yol da Şəhərin ticarət

cərgələrinin içərisindən keçərək, Qız qalasının yanından dənizə çıxırdı.

Esplanadada* hələlik heç bir bina tikilməmiŞdi. Əslinə baxsan iki qala divarı

* Qala divarları ilə yaxın Şəhər tikintiləri arasında olan boŞ sahə.

88

arasında olan ensiz zolaqda da hökümət tikinti iŞləri aparmağa icazə vermirdi.



Görünür ki, bununla Şəhərin yenə müdafŞə əhəmiyyəti nəzərdə tutulurdu.

Bir müddət keçdikdən sonra Esplanadada tikinti iŞləri baŞladı. Lakin

tikintilər yaŞayıŞ binaları deyildi. Bunlar indiki Niyazi küçəsi ilə dənizə tərəfə enən

yerdə, daha doğrusu, Salyan darvazasından (qalanın bu darvazası cənub-qərb

tərəfdəki dağlara açıldığından ona bəzən dağ darvazası da deyirdilər) baŞlayan

yolun Bayıla gedən yolla kəsiŞdiyi yerdə tikilmiŞ neft anbarları idi. Balaxana və

Suraxanadan buraya arabalarla daŞınan neft bu anbarlarda saxlanılır, sonra

gəmilərlə İrana və Rusiyanın baŞqa Şəhərlərinə göndərilirdi. İamaxı

darvazalarından Şərqə tərəf enən Esplanadada isə (indiki Ə. Əliyev küçəsinin

yerində) bir sıra cərgə ilə salınmıŞ dükanlarda ancaq duz satılırdı. Bu yer dənizə

çox yaxın olduğundan dükanların böyründə gölməçələr və qamıŞlıqlar hələ də

dururdu. Hətta Bakı əhalisi bu yerlərdə quŞ ovuna da çıxırdılar...

Bayıl yolu ilə Salyan yolunun birləŞdiyi yerdə, təxminən indiki həkimlər evi

binası ilə üzbəüz taxta körpülərlə yanaŞı yeganə daŞ bir körpü tikilmiŞdi. Xəzər

dənizində yelkənli gəmilərin sayı artdıqca liman da cənub-Şərq istiqamətində

geniŞlənirdi.

O zaman sahildə qala divarı ilə dəniz arasında təxminən 10 metr enində

quru bir sahə vardı. Burada körpülərin və habelə daŞ körpünün yanında çoxlu yük

anbarları tikilmiŞdi. İrandan və HəŞtərxandan gələn yüklər çox zaman bu anbarlara

vurulurdu. Limanda baŞqa tikinti iŞləri əsasən cənub-Şərq istiqamətində

getdiyindən Bayıl burnunun və Bayıla gedən yolun əhəmiyyəti artmıŞdı. Bayıl

burnunda liman salınması üçün əlveriŞli təbii Şərat vardı. Burada yeni liman rayonu

salınması nəzərdə tutulduğundan 1839-cu ildə məsələ qaldırılmıŞdı ki,

HəŞtərxandakı Admiralitet Bakıya köçürülsün. Bunun nəinki yalnız coğrafi, habelə

böyük siyasi əhəmiyyəti də vardı. Tezliklə Qafqaz ölkəsi rəisliyindən xahiŞ edildi

ki, dəniz qulluqçularının xidmətinə verilmək üçün Bayılda istifadə edilməyən örüŞ

yerlərində xüsusi bir rayon təŞkil edilsin. 1858-ci ildə Qafqaz rəisliyinin əmri ilə bu

xahiŞ yerinə yetirildi və Bayıl burnunda Admiralitet və buraya köçəcək dəniz

xidmətçilərinə bağ-bağat salınmaq üçün örüŞ yerlərində xüsusi bir sahə ayrıldı.

Həmin ildən baŞlayaraq, bu sahədə tikinti iŞləri geniŞləndi. Bu, Şəhərlə Bayıl

arasında əlaqəni daha da möhkəmlətdi. Sahil boyu ilə Admiralitetə qədər olan yol

boyunca da binalar salındı. 1863-cü ilin 6 aprelində Bayıl üçün təsdiq edilmiŞ plan

əsasında Bayıl burnu ayrıca bir rayon kimi dəniz idarəsinin sərəncamına verildi.

Burada dəniz idarəsi üçün inzibati binalar, zabitlər üçün yaŞayıŞ evləri ilə yanaŞı

dəniz idarəsi məmurları üçün pravoslav kilsəsinin də əsası qoyuldu. Bu, Bakıda say

etibarilə üçüncü pravoslav kilsəsi idi. Birinci kilsə 1815-ci ildə qala divarları

içərisində tikilmiŞdi. Bu kilsənin avadanlığı Tiflisdən gətirilmiŞ və kilsə ruhanisi

gürcü David İvanov da Tiflisdən dəvət olunmuŞdu. Kilsənin tikintisi xərcini

89

azaltmaq məqsədilə o, Şəhərin mərkəzində, bazarın böyründəki köhnə bir məscidin



yerində açılmıŞdı. Bu məscid binası əvvəllər həbsxana, sonra isə ərzaq mağazası

olmuŞdu. Kilsənin yaradılması ilə əlaqədar olan rəsmi sənədlərdən birində belə

yazılırdı: "1815-ci ildə yerli xristianların səyi ilə köhnə tatar (azərbaycanlı) məscidi

xristian məbədinə çevrilmiŞdir".

Bir müddət sonra Bakıda xristian əhalisinin çoxalması ilə bu kilsə

darısqallıq elədi. Yeni və daha geniŞ bir kilsə tikilməsi üçün 1821-ci ilin 29

iyununda xüsusi bir komitə təŞkil olundu. Bu komitəyə Şəhər komendantı

polkovnik Melikov baŞçılıq edirdi. Komitə bina tikmək üçün əvvəlcə Şəhərdə

torpaq sahəsi almaq fikrində idi. Lakin torpaq sahəsindən ötrü çoxlu pul tələb

olunduğundan kilsəni İirvanŞahlar sarayında düzəltmək qərara alınır. Buna isə baŞ

komandanlıq icazə vermir. Çünki saray dövlət idarələrinə lazımdı. Komandanlıq

ona icazə verir ki, kilsədən ötrü yararlı olub-olmamasını yoxlamaq üçün sarayın

nəzdindəki İah məscidi və İirvanŞahların türbəsi nəzərdən keçirilsin. O zaman bu

binaların hər ikisi cəbbəxanaya çevrilmiŞdi. Komitə binaların heç birini kilsə üçün

yararlı hesab etmir. 1828-ci ildə rus-türk müharibəsinin baŞlanması ilə əlaqədar

kilsənin tikilməsi məsələsi təxirə salınır. Bundan baŞqa Qafqazda baŞlamıŞ vəba

xəstəliyi də bu iŞin baŞlanmasına mane olur.

Yalnız 1850-ci ilin 15 aprelində kilsənin tikilməsi məsələsi təzədən irəli

sürülür. Bu vaxt komendantlıq sistemi artıq ləğv olunmuŞ və Bakı qəza mərkəzinə

çevrilmiŞdi. Kilsənin qala divarlarından kənarda tikilməsi məsələsi müzakirə

zamanı qəti rədd olunur. Qərara alınır ki, İamaxı darvazasından içəri girilən yerdə,

qaupvaxtın yanında köhnə bir müsəlmən hamamının yerində tikilsin. Sonralar kilsə

təmir olunarkən müsəlman hamamına gedən yeraltı bir yol üzə çıxır. Məlum olur

ki, bu yol xan sarayından qalanın xaricinə çıxırmıŞ.

Kilsənin günbəzi qurularkən divarlar davam gətirməyib, çat verir. Buna

görə də 1852-ci ilin 17 oktyabrında inŞaat iŞləri dayandırılır. Bir müddət sonra

günbəzin daŞdan deyil, taxtadan tikilməsi qərara alınaraq, iŞ davam etdirilir. Taxta

günbəzin üstü isə dəmirlə örtülür. 1858-ci ilin 4 mayında kilsə keçmiŞ komendant

binası qarŞısındakı meydanda, İimal qala qapısının yanında Nikolay kilsəsi adı ilə

iŞə baŞlayır. Bu kilsə Bakıda Sovet hakimiyyəti yaradılanadək fəaliyyət göstərirdi.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə