Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə8/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   4   5   6   7   8   9   10   11   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

BAKI RUS İİĞALI DÖVRÜNDƏ

25

1710-ci ilin baharında I Pyotr Xəzər suları ilə hərbi səfərə çıxdı. Həmin ilin



isti iyul günlərindən birində 274 gəmidən ibarət rus donanması HəŞtərxandan

çıxaraq, Xəzərin qərb və cənub sahillərinə tərəf üzməyə baŞladı. Gəmilərin bir

hissəsi Gilanın RəŞt Şəhərinə, o biri hissəsi Bakı sahillərinə, yerdə qalan gəmilər isə

Dərbənd Şəhərinə istiqamət aldılar. Bu gəmilərdə 22 min nizami piyada qoŞun və 5

min matros vardı. Bunlardan baŞqa 9 min draqun, 20 min kazak, 30 min tatar və 20

min kalmıqdan ibarət 79 min atlı quru yolu ilə Dərbəndə göndərilmiŞdi. Onlar

Dərbənd yaxınlığında hərbi donanma ilə birləŞməli idi.

I Pyotrun məqsədi Xəzərin cənub və qərb sahillərinə yiyələnmək idi. Bu

yerlər rus imperatorluğuna su və hava kimi lazım idi. Osmanlı Türkiyəsi tərəfindən

Rusiyanın cənub sərhədlərinə hücum gözlənilirdi. Bu təhlükəni aradan qaldırmaq

və Qafqazda rus qoŞunları üçün möhkəm baza yaratmaq imperator qarŞısında

təxirəsalınmaz məsələ kimi durmuŞdu. Pyotra etibarlı mənbələrdən xəbər

verilmiŞdi ki, Osmanlı Türkiyəsi Səfəvilərin zəifləməsindən istifadə edərək, ölkə

daxilində iğtiŞaŞlar törətməyə baŞlayıbdır. Şəhərlərdə Səfəvilər əleyhinə baŞlayan

qiyamların çoxu türklər tərəfindən qızıŞdırılmıŞdı. Türkiyənin Qafqazda olan

əlaltıları - Dağıstan feodallarından ləzgi knyazı Hacı Davud və Qazıkumuq knyazı

Surxay xan idi. Bunlar tez-tez İamaxı Şəhərinə, AbŞeron kəndlərinə basqınlar edir,

əhalini böyüklü-kiçikli qılıncdan, keçirirdilər. 1712-ci ildə İamaxıya etdikləri

basqın nəticəsində öldürülən yerli əhali içərisində 300 nəfərədək rus taciri də vardı.

HəŞtərxan qubernatoru və habelə I Pyotr özü İran Şahından quldurlara cəza

verilməsini tələb etdi, lakin Şah tədbir görməkdə aciz qalmıŞdı. HəŞtərxan

qubernatorunun Pyotra göndərdiyi məlumatında deyilirdi ki, Hacı Davud və

Surxay xan Krım xanı vasitəsilə Türkiyə sultanına müracŞət edərək, himayə altına

alınmalarını xahiŞ etmiŞlər.

Səfəvi Şahı Şah Hüseynin dövründə ölkə siyasi və iqtisadi cəhətdən bərbad

bir hala düŞmüŞdü. Aclıq və xəstəlik baŞlamıŞdı. 1722-ci ildə əfqanlar 20 min

qoŞunla Səfəvilərin paytaxtı İsfahan üzərinə hücuma keçdilər. Onlar 6 aylıq

mühasirədən sonra Şəhəri ələ keçirdilər. Hüseyn Şah taxtdan salındı. İran

hökümətinin belə böhranlı vəziyyətində I Pyotr İrana öz hərbi köməyini təklif etdi.

Əlbəttə, I Pyotru düŞündürən Səfəvilərin vəziyyəti deyil, birinci növbədə rus

imperatorluğunun mənafeyi idi. O, Xəzərin cənub və qərb sahillərinə də bu

məqsədlə gəlmiŞdi. Rus dövlətinin cənub sərhədlərini möhkəmlətməklə yanaŞı

ölkənin gündən-günə artan sənayesi üçün yeni xammal mənbələri zəbt etmək, rus

taciri üçün yeni bazarlar açmaq, sərbəst ticarət üçün əlveriŞli Şərait yaratmaq -

Pyotru düŞündürən bunlardı. Dərbənd və Bakı kimi əlveriŞli limanlar Xəzərdə rus

donanması üçün əsas dayaq ola bilərdi. Pyotr dəfələrlə təkrar edirdi ki, Xəzər

dənizi sahillərinə yiyələnmək bizdən ötrü çox vacibdir. Biz türkləri oraya buraxa

bilmərik.

26

Hələ 1716-cı ildə Pyotr Xəzərin cənub və qərb sahillərini öyrənmək və



ərazini xəritəyə köçürmək üçün knyaz Çerkaskinin baŞçılığı altında Xəzər ətrafına

ekspedisiya göndərmiŞdi. Bundan bir az qabaq isə o dövrdə görkəmli diplomat

hesab edilən Artemi Volınskini İran Şahının sarayına səfir kimi göndərmiŞdi.

Volınski İranın vəziyyəti barədə Peterburqa tez-tez məlumatlar göndərirdi. Növbəti

məlumatlardan birində Təbriz Şəhərinin vəziyyətini belə təsvir edirdi: "Biz burada

olduğumuz zaman çoxlu dilənçiyə rast gəldik. Onlardan çoxu utanmadan lüt-üryan

gəzirdilər. Küçələrdə tez-tez yıxılıb qalmıŞ meyitlərə rast gəlmək olar. Onlar itlərin

yemi olmuŞlar".

Əvvəlki məlumatlarında Volınski Hüseyn Şahın hökmranlığı barədə də

maraqlı xəbərlər yazırdı; "Hüseyn Şah ancaq rəsmi olaraq dövlət baŞçısı hesab

olunur. Əslində isə bir çox əyalətlər onun tabeliyindən çıxmıŞdır. Buradakı dövlət

baŞçısı ona tabe olanların üzərində baŞçı deyil bəlkə də ona tabe olanların

tabeliyindədir".

Volınski I Pyotrun tapŞırıqlarını Hüseyn Şaha yetirmiŞ və onların arasında

belə bir söhbət olmuŞdu:

Əlahəzrət Şah cənabları, böyük rus imperatoru Pyotrun tapŞırığı

belədir ki, siz rus tacirlərinin sərbəst alverinə mane olanları cəzalandırasınız. Yəqin

cənabınıza məlumdur ki, Dağıstan knyazlarından Davud bəy və Surxay xan

İamaxı Şəhərinə basqın etmiŞlər.

- Bəli, məlumdur.

Həmin bu basqın zamanı rus tacirlərindən 300 nəfərədək

öldürülmüŞ və malları talan edilmiŞdir.

İah Hüseyn bundan kədərlənmiŞ kimi ancaq baŞını tərpətdi.

- O da cənabınıza məlum olsun ki, Xəzər dənizində də rus tacirlərinə bir

neçə dəfə quldur basqınları olub.

İah Hüseyn yenə də susub, baŞını aŞağı dikir. A. Volınski ondan cavab

çıxmadığını gördükdə, sözünə davam edir:

- İmperator məni vəkil etmiŞdir ki, rus tacirlərinin qan bahasını sizdən tələb

edim.

A. Volınski ona da vəkil edilmiŞdi ki, əgər Şah bu tələbləri yerinə



yetirməkdə acizlik göstərərsə, Rusiyanın İrana kömək edə biləcəyini Şaha çatdırsın.

Volınski danıŞılan məsələlər üzrə İran Şahı ilə razılığa gəlməyə müvəffəq olur.

Sonra Rusiya ilə İran arasında əlveriŞli bir müqavilə bağlandı. Bu barədə bütün

Şəhər bəylərbəylərinə Şahın fərmanı göndərildi. Bu fərmanda deyilirdi ki, rus

tacirlərinin mal tayları heç yerdə açılmasın, onlar yoxlamadan azad edilsin. Bakı

limanından İamaxıya gedən yolda tacirlərə keŞikçilər qoŞmaq, yerlərdə malların

oğrulardan qorunmasını təmin etmək də fərmanda qeyd edilirdi.

27

Hələ HəŞtərxanda ikən Pyotr ərəb, fars və Azərbaycan dillərində manifest



çap etdirib Dərbənd, Bakı və RəŞtə göndərmiŞdi. Manifestdə deyilirdi: "1713-cü

ildə ləzgi knyazı Davud bəy və Qazıkumuq knyazı Surxay İamaxı Şəhərini

hücumla almıŞ, rus tacirlərini qətl və qarət etmiŞlər. Bu xüsusda HəŞtərxan

qubernatoru onlara xəbər vermiŞdir. Biz də Şahın hüzuruna elçi göndərmiŞdik.

Lakin bu vaxta kimi heç bir nəticə alınmayıb. İran Şahı bu fitnəkarların öhdəsindən

gələ bilmir. Buna görə də, biz özümüz onları tənbeh etmək və intiqam almaq üçün

o tərəflərə gəlirik. Hər kəs öz yerində rahat oturub, asayiŞi pozmazsa, bizim

qoŞunumuzdan ona heç bir zərər və ziyan toxunmaz. Əksinə, fəsad əhlinə kömək

edənlər və ya qaçanlar padŞahın qəhr və qəzəbinə düçar olacaqlar".

Həmin manifesti Bakıya poruçik Lunin, Dərbəndə polkovnik Naumov,

Gilana isə Çebataryev aparmıŞdı.

Rus eskadronu avqustun 15-də Dərbəndə yaxınlaŞdı. Avqustun 23-də isə

Pyotrun quru qoŞunu Şəhərə çatdı. Dərbənd Şəhərinin naibi İmamqulu bəy Pyotru

böyük ehtiramla qarŞılayaraq, Şəhər darvazalarının açarlarını ona təqdim etdi:



- Dərbənd böyük Aleksandr Makedonski tərəfindən salınmıŞ,

onun açarları da Böyük Pyotra çatmalıdır - dedi.

Dərbəndin təslim olması Peterburqda böyük təntənə ilə qarŞılanmıŞdı.

Dərbəndin alınmasından bir neçə gün sonra Pyotra xəbər çatır ki, Bakı

sultanı Məhəmmədhüseyn bəy elçi Lunini Şəhərə buraxmamıŞdır. Bu Pyotrun

qəzəbinə səbəb olsa da, Bakı üzərinə yürüŞü davam etdirə bilmir. Çünki donanma

Dərbəndə gələrkən dənizdə fırtına qopmuŞ və ərzaq dolu gəmilərdən çoxu qərq

olmuŞdu. Ordu ərzaqsız, atlar isə yemsiz qalmıŞdı. Bütöv bir qoŞunu burada

saxlamaq çətin idi. Peterburqa göndərdiyi məktubda Pyotr yazırdı: "Yol çox uzaq

olmasa da (Bakı nəzərdə tutulurdu - Q.İ.) atların yemsiz qalmaları ucbatından və

istidən hərəkət etmək mümkün deyildir".

Beləliklə, Pyotr Dərbənddə bir qarnizon saxlatdırıb, Peterburqa qayıdır.

Onun Peterburqa tələsməsinin baŞqa bir səbəbi də vardı. Məsələ orasında idi ki, rus

qoŞunlarının cənuba səfəri zamanı İsveçlə müharibənin təzədən baŞlanması

təhlükəsi yaranmıŞdı. Belə günlərdə Pyotr Peterburqdan kənarda qala bilməzdi.

Peterburqa yola düŞərkən general-admiral MatyuŞkinə əmr etmiŞdi ki, bir ildən

sonra Bakıya mütləq desant çıxarıb, Şəhəri tutsun.

Rus donanmasını Gilana səfəri isə həmin ilin noyabrında olmuŞdu.

Ekspedisiyanın baŞında Xəzər sahillərinə yaxŞı bələd olan kapitan-leytenant

Semyonov dururdu. Gəmilərə iki batalyon piyada qoŞun yerləŞdirilməsi barədə

Pyotrun əmri hərbi hissənin komandiri polkovnik İipovu qorxuya salmıŞdı və

ehtiyatla öz etirazını bildirmiŞdi:

- İki batalyon az deyilmi, hökmdar?

Onun bu sözünə Pyotrun bərk qəzəbi tutmuŞdu:

28

- Stepan Razin özünün 500 nəfər kazakı ilə onların üzərinə getməkdən



çəkinməmiŞdir. Sənin sərəncamında isə iki batalyon təlim görmüŞ qoŞun vardır.

Beləliklə, donanma iki batalyonla yola düŞmüŞdü.

1723-cü ilin iyulunda MatyuŞkin imperatorun əmrini yerinə yetirmək

məqsədilə HəŞtərxandan Bakıya yola düŞür. Hərbi gəmilər Bakı sularına daxil

olub, reyddə dururlar. MatyuŞkin hələ HəŞtərxanda Rusiya ilə sülh danıŞıqları

aparmaq məqsədilə Peterburqa gedən İran səfiri İsmayıl bəylə görüŞmüŞ və ondan

Bakı sultanı Məhəmmədhüseyn bəyin üstünə məktub almıŞdı. Həmin məktubda

İsmayıl bəy Bakı Şəhər sultanına məsləhət görürdü ki, Şəhəri müqavimətsiz təslim

etsin. MatyuŞkin məktubu mayor Necayev vasitəsilə Şəhər sultanına göndərir.

Lakin Məhəmmədhüseyn bəy elçini Şəhərə buraxmayıb, körpüdə qarŞılayır.

Məktubu oxuduqdan sonra geri qaytarıb, deyir ki, İsmayıl bəyin məktubu

onun üçün əsas ola bilməz. Çünki bu məktub Rusiyada yazılıb.

Elçi gəmiyə qayıdır. Sultan da qalaya keçir və darvazalar bağlanır. Qalanın

divarları üstündə isə keŞikçilər gəziŞirdi. Açıq görünürdü ki, onlar düŞmənin

hərəkətini izləmək üçün qoyulmuŞdur.

Hava xoŞ və sakit olsa da, Şəhərdə müəzzinin səsindən baŞqa heç bir Şey

eŞidilmirdi. Onun xoŞ avazı dik divarlar içərisindən yüksəlib, sakit dənizin üzərinə

yayılırdı. Sahildə bir nəfər də nəzərə çarpmırdı. Körpülərdə yırğalanan kiçik

balıqçı qayıqları da kimsəsizdi. Hasarların üstündə dənizə tərəf tuŞlanmıŞ qısa

lüləli topları görəndə MatyuŞkin narahat olur. Ona elə gəlir ki, qalanın içərisində

hərbi hazırlıq gedir. Vaxtı itirmədən vuruŞa hazırlaŞmağı əmr edir. Sahilə dörd

batalyon qoŞun çıxarılır. Desantın çıxarılması ilə qala darvazalarının açılması bir

olur. İçəridən çıxan qılınclı süvarilər əsgərlərin üzərinə hücuma keçirlər. Rusların

iki səhra topu dərhal atəŞ açır. QızılbaŞların atlıları pərən-pərən düŞüb, qalanın

içərisinə doluŞurlar. MatyuŞkinin əmri ilə 7 hərb gəmisi azca irəliləyib, yarım dairə

Şəklində körfəzin sularında lövbər salırlar, qızılbaŞların qala topları onları atəŞə

tutmağa baŞlayır. Gəmilərdəki 18 funtlu mis toplardan yaylım atəŞi açılan kimi

qala üstündəki topların dördü də susur. Gəmilərdən Şəhərə atılan 94 mərmidən

qalanın içərisində yanğın baŞlayır. Şəhərin ən qədim məscidi hesab edilən

Məhəmməd məscidinin minarəsi də zədələnir. Yerli əhali sonralar onu uzun

müddət, ta təmir olunanadək Sınıq qala adlandırırdı.

Sahilə çıxarılmıŞ toplar da gəmilərin toplarına qoŞulub, Şəhəri gecəligündüzlü

atəŞə tuturlar. Qala divarları bəzi yerdə uçub tökülür. Onları təmir etmək,

əmələ gəlmiŞ iri deŞikləri tutmaq üçün bakılılara bir dəqiqə də imkan verilmirdi.

Toplar durmadan atəŞ açırdılar. Bununla belə, Şəhər təslim olmaq fikrində deyildi.

MatyuŞkin iyulun 25-də Şəhəri sübh tezdən hücumla almaq qərarına gəlir.

Lakin gecə yarısı gözlənilmədən baŞlayan fırtına bu əməliyyatı keçirməyə mane

olur. İiddətli külək gəmiləri sahildən xeyli uzaqlaŞdırır. Bundan istifadə edən

29

bakılılar gecə ikən divarların uçulub deŞilmiŞ yerlərini təmir edirlər. Rus qoŞunları



sahilə iki tərəfdən çıxarılmıŞdı. Şəhərin Şərqinə çıxarılmıŞ qoŞun sonralar Pyotr

meydanı adlandırılmıŞ yerdə qərar tutmuŞdular. Şəhərin cənubuna çıxarılmıŞ qoŞun

isə təpədə yerləŞirdi. Sonralar bu yer Urusqala adlanırdı. Köhnə xristian

qəbiristanlığı da burada salınmıŞdı. Sahilə çıxarılmıŞ desant nəfərləri günortaya

yaxın uzaqdan Şəhərə gələn bir kəndli görürlər. O öz eŞŞəyinin xurcunlarında

Şəhərə qarpız aparırmıŞ. MatyuŞkin kəndlinin vasitəsilə Şəhərin sultanına belə bir

xəbər göndərir: "Əgər Şəhər təslim olarsa, heç kəsə dəyib dolaŞmayacağıq. Təslim

olmasalar, heç kəsə aman yoxdur. Divarlardakı dəlikləri tutmaqlarının xeyri

yoxdur, biz onlardan daha böyüklərini aça bilərik". Bir saatdan sonra qala divarları

üstündə ağ bayraqlar görünür. Qalanın üstündən rusları iŞarə ilə baŞa salırlar ki,

danıŞıq üçün öz adamlarını göndərə bilərlər.

MatyuŞkin qalaya zabitlərdən ibarət nümayəndə heyəti göndərir. Bir

müddətdən sonra nümayəndə heyəti dörd nəfər yerli ilə geri dönür. Şəhərin

nümayəndələri bildirirlər ki, Şəhər əhli qalanı təslim etmək fikrindədir. MatyuŞkin

müqavilənin Şərt və maddələrini Şəhər hakiminə çatdırır. Şəhərin dənizə baxan

darvazaları taybatay açılır. Əhali böyükdən kiçiyədək sahilə çıxır. Batalyonlar

sahildə sıraya düzülərək, hərbi addımlarla Şəhər darvazalarına tərəf addımlayırlar.

Rus əsgərləri birinci növbədə Şəhər darvazalarının keŞiyini öz əllərinə alırlar.

Əsgərlər Şəhərin əsas məscidi olan Cümə məscidinin qabağındakı meydançada və

habelə erməni və moltanı karvansaralarında yerləŞirlər. Məlum olur ki, Şəhərdə 700

qızılbaŞdan ibarət bir qarnizon vardır. Bu qarnizon yüzbaŞı Dərgahqulu xanla

birlikdə rusların sərəncamına keçir. Şəhərin sultanı öz vəzifəsində saxlanılsa da,

hüququ çox məhdudlaŞdırılır.

Knyaz Baratınski Şəhər komendantı vəzifəsinə təyin olunur. Komendantın

ilk sərəncamlarından biri ondan ibarət olur ki, Şəhər əhlindən bütün silahlar alınır.

MatyuŞkinin əmri ilə iki polk Şəhər komendantının sərəncamına verilir. İki polkda

2.382 əsgər vardı. Bakının iŞğalı ilə əlaqədar olaraq, I Pyotrun fərmanı əsasında

MatyuŞkinə general-leytenant rütbəsi verilir.

Bakı Şəhərinin ilk gerbinin yaradılması da bu dövrə təsadüf edir. I Pyotrun

hakimiyyəti dövründə Rusiya Şəhərlərinin çoxunun öz xüsusi gerbi vardı. Bu

gerblər daha çox hərbi əhəmiyyətə malik idi. Bu hissələr yerləŞdikləri ərazi ilə

bağlı xüsusi gerblərini yaratmıŞ və öz bayraqlarına rəsm etdirmiŞlər.

Rus qoŞunları Bakının iŞğalı ilə məŞğul olduğu zaman I Pyotr Xəzər sahili

vilayətlərinin Rusiyaya ilhaq edilməsi barədə İranla danıŞıqlar aparırdı. Xəzər

sahili Şəhərlərinin - Dərbəndin, İamaxının, Bakının, Salyanın Rusiyaya güzəŞtə

gedilməsi Şərtilə I Pyotr İrana yenə öz hərbi köməyini təklif edir. Pyotrun bu təklifi

əsassız deyildi, həmin illərdə Türkiyə Xəzər sahillərinə can atırdı. 1723-cü ilin

baharında türk qoŞunları Gürcüstanın içərilərinə doğru yürüŞ etməyə baŞladı. Tiflis

30

Şəhərini alandan sonra Gəncə, İamaxı və Bakı üzərinə hücuma keçdilər. Türklərin



bu əyalətlərə basqını məlum olduğu kimi, Rusiyanın mənafeyi ilə toqquŞurdu.

Lakin İsveçlə müharibəni yenicə qurtarmıŞ rus dövləti yeni bir müharibə baŞlamaq

iqtidarında deyildi. Buna görə də, türklərlə sülh müqaviləsi bağlamaq onların

xeyrinə idi. Belə bir müqavilə 1724-cü ilin iyununda İstanbulda bağlandı. Bu

müqavilə ilə ruslar 1724-cü ilin 12 sentyabrında Peterburqda İranla bağlanmıŞ

müqavilənin Şərtlərini bir daha möhkəmlətdi və Dərbənd, Bakı, Lənkəran, RəŞt və

baŞqa Şəhərlərin Rusiyanın tərkibinə keçməsi bir fakt kimi təsdiq edildi. İranla

bağlanmıŞ müqavilədə əfqanlara qarŞı müharibədə silahlı kömək göstərməyi ruslar

bir vəzifə olaraq, üzərlərinə götürmüŞdülər. Ancaq İran hakim dairələrindəki

ixtilafla əlaqədar olaraq, müqavilə İran Şahı tərəfindən hələlik təsdiq edilməmiŞdi.

Buna baxmayaraq, sənədin İran səfiri tərəfindən imzalanması rus qoŞunlarının daha

cənuba irəliləməsi üçün imkan verirdi. MatyuŞkin 16 sentyabrda HəŞtərxana

qayıtdıqda müqavilə barədə xəbəri eŞidib, qoŞun hissəsini Kür sahillərinə tərəf

göndərməyi Bakı komendantı Baratinskiyə əmr etmiŞdi. Salyan naibi Hüseynbəy

birinci olaraq, Rusiyaya sədaqətli qalacağına and içir. Ancaq sonra evinə qonaq

çağırdığı 22 nəfər rus zabitini öldürtdürür. Bununla belə, Şəhər yenə rus

saldatlarının nəzarəti altında qalır.

Bakı Şəhərində isə yaŞayıŞ öz yoluna düŞmüŞdü. P. Q. Butkov Bakı

Şəhərinin bu illərdəki vəziyyətini özünün "1722-ci ildən 1803-cü illərədək

Qafqazın yeni tarixi üçün materiallar" kitabında çox geniŞ və müfəssəl təsvir

etmiŞdir. O, yazırdı ki, hər Şeydən əvvəl, Şəhər üçün sərbəstlik yaradılmıŞdı.

Xəzinənin ixtiyarında olan bütün əmlak və gəlirlər yeni idarə sisteminin ixtiyarına

keçmiŞdir. Xəzinənin gəliri əsasən neft və duz yataqlarındandı. Onlardan xəzinəyə

hər il 50 min manat gəlir yığılır. Bakıya yiyələndikdən sonra Şəhərin qala

divarlarını təmir edib, möhkəmlətmək və Bakı limanında yeni körpülər tikmək

üçün I Pyotr Rusiyanın içərilərindən buraya 5 min tatar və çuvaŞ sürgün etmıŞdi.

Bu qədər fəhlə qüvvəsi ilə Bakı limanı xeyli geniŞləndirilmiŞ və Şəhərin ikinci

divarında yeni bastionlar tikilmiŞdi. Üç-dörd ildən sonra tatar və çuvaŞların bir

hissəsi vətənlərinə qayıtmıŞ, qalanları isə həmiŞəlik Bakıda məskən salmıŞdılar.

Hazırda Bakıda yaŞayan tatarlar da vaxtilə buraya sürülmüŞ tatarların nəslidir.

Xəzər sahili əyalətlərinin idarə edilməsi o illərdə knyaz V. Dolqorukova

həvalə edilmiŞdi. Bütün hərbi və mülki hakimiyyət onun əlində idi. Şəhərlərin

bəzilərində yeni inzibati müəssisələr yaradılmıŞdısa da, o birilərində köhnə

hakimiyyət sistemi olduğu kimi saxlanmıŞdı. Əyalətləri idarə edən yenə də naiblər

və sultanlar idi. Dərbənd, Bakı və RəŞt Şəhərlərinin naibləri yeni hakimiyyəti qəbul

edərək, öz vəzifələrində saxlanmıŞdılar. Bakıda komendant sistemi yaradılmıŞdısa

da Şəhər sultan Məhəmmədhüseyn bəy tərəfindən idarə olunurdu. I Pyotr yerli

hakimiyyət orqanları vasitəsilə Xəzər sahilindəki əyalətləri rus sənayesi üçün

31

xammal mənbəyinə çevirmək istəyirdi. İpəkçilik və pambıqçılığın inkiŞafı, neft



istehsalının artırılması, Xəzərdə və Kür çayında balıqçılığın tərəqqisi üçün rus

hakimiyyət orqanları bir sıra tədbirlər həyata keçirməyə baŞlamıŞdı. Bakıda istehsal

olunan neft I Pyotru xüsusilə maraqlandırırdı. O, 1723-cü ildə MatyuŞkinə olan

məktublarından birində yazırdı: "Əmr et ki, Bakıdan bizə bir neçə pud ağ neft

göndərsinlər...". Daha sonralar I Pyotr Peterburqa pudlarla neft göndərilməsini

tələb edirdi. Zəfəran istehsalı da hakim dairələrin diqqət mərkəzində idi. Bakı və

Bakı ətrafındakı kəndlərdə yetiŞdirilən və Şöhrəti bütün Şərq ölkələrinə yayılan

zəfəran Rusiyanı ciddi maraqlandırmağa baŞlamıŞdı. Zəfəranın bioloji

xüsusiyyətlərini öyrənmək məqsədilə təcrübə üçün Peterburqa tez-tez zəfəran

göndərilirdi. Dövlət xəzinəsinə neftlə yanaŞı duz yataqları da böyük xeyir gətirirdi.

Masazır, Böyük İor, Balaxana göllərində çıxarılan duz xaricə də ixrac olunurdu.

Bu illərdə Şəhərin əhalisi 5-7 mindən artıq deyildi. Şəhər əhli xırda ticarət

və kustarçılıqla məŞğul olurdu. Kənd təsərrüfatı və maldarlıqla məŞğul olanlar da

var idi. QızılbaŞların əsgərlərinə yenə yüzbaŞı Dərgahqulu bəy komandanlıq edirdi.

Onun qarnizonu birinci gündən rus hərbi xidmətinə qəbul edilmiŞdi. Dərgahqulu

bəy komendant Baratınskinin böyük etimadını qazana bilmiŞdi. Onun qızılbaŞları

da rus əsgərləri ilə qaynayıb-qarıŞmıŞ, hətta bəzən təlimləri birgə keçirilirdi. Şəhər

darvazalarının keŞiyində qızılbaŞlar da dururdular. Baratınski Dərgahqulu bəyin

camaat arasında böyük hörmət qazandığını görüb, ona rus ordusunun polkovniki

rütbəsini vermiŞdi.

A. Bakıxanov öz əcdadı olan Dərgahqulu bəy barədə geniŞ məlumat

vermiŞdi. O yazırdı: "Yazılı mənbələr və Şifahi xəbərlərdən anlaŞıldığı kimi

Dərgahqulu bəy ibn Heybət bəy, İbn Məhəmmədhüseynin keçmiŞ babaları... gilanlı

xan Əhməd zamanı miladi 1592-ci ildə İirvana qəlib, Bakıda mülk sahibləri və

yüzbaŞıların rəisi olmuŞdur. Onların imarət və qalalarının xarabaları Ramana

kəndində indi də mövcuddur. Xalq arasında belə rəvayət məŞhurdur ki, Əmircan,

Bülbülə və Ramana kəndləri xan kəndləridir.

Dərgahqulu bəy keçmiŞ zamanda Bakı sultanını öldürüb, xan ləqəbilə

hakimiyyətə keçmiŞdi. Cürbəcür tədbir, vəsilə və əhalinin ittifaqı ilə Şahın dərbarı

tərəfındən təsdiq də edilmiŞdi. Buna görə yeni sultan ancaq qalanın komendantlığı

ilə kifayətlənirdi".

Bakıxanovun bu izahatını baŞa düŞmək üçün bir cəhəti aydınlaŞdırmalıyıq.

Məlum olduğu kimi, Səfəvilər dövründə ölkənin ayrı-ayrı əyalət və mahallarını Şah

tərəfindən təyin edilmiŞ bəylərbəyi idarə edirdi. Həmin əyalətlərə daxil olan

Şəhərlər isə sultanların ixtiyarında idi. Beləliklə, sultanlar da öz növbəsində

bəylərbəyinə tabe idilər. Həmin illərdə Dərgahqulu bəy Şəhər sultanını öldürərək,

bütün əyaləti ələ keçirmiŞ və özünü xan elan etmiŞdi. A. Bakıxanovun yazdığına

görə Dərgahqulu bəyin hökümət mərkəzi MaŞtağa kəndində olmuŞdur. Burada

32

onun bağ-bağatı, imarəti və ovdanları varmıŞ. Bakı sultanı da onun ixtiyarında



imiŞ.

Bakıxanov Dərgahqulu bəyin Abdulla bəy Səlim oğlunu Bakı mahalının

hakimi təyin etməsi barədə sənəd olduğunu da göstərir. Məlum olur ki, o illərdə

Dərgahqulu bəyin hökmranlıq dairəsi çox geniŞmiŞ. Bir müddətdən sonra İran Şahı

da onun hakimiyyətini təsdiq edir.

Həmin illərdə Dağıstan knyazlarından Hacı Davud bəylə Surxay bəy Bakı

Şəhərini ələ keçirməyə can atırdılar. Onların bu niyyəti hər Şeydən əvvəl, qatı

sünnilik etiqadı ilə bağlı idi. Bakıda yaŞayanların əksəriyyəti ŞŞə olduqlarından

bura Dağıstan knyazlarının nəzərində qatı düŞmən məskəni idi. Dərgahqulu bəyin

sərbazları ilə onların arasında baŞ vermiŞ döyüŞü A. Bakıxanov belə təsvir edir:

"Davud bəy və Surxay bəy Bakını tutmaq istəyirdilər. Lakin Dərgahqulu bəy ləzgi

qoŞununu Şəhərin yarımağaclığında, o zamandan bəri Qanlı Təpə adlanan bir təpə

yaxınlığında darmadağın etdi. Dərgahqulu bəyin qardaŞı Hüseyncan bəy bu

vuruŞmada öldürüldü.

Dərgahqulu bəy Dağıstan qoŞunlarının Bakı üzərinə yeridiklərini eŞidib,

onları qala divarları yanına buraxmaq istəməmiŞdi. Buna görə, qoŞun çəkib,

düŞməni Şəhərdən azca aralıdakı Qanlı Təpədə gözləmiŞdilər. Bura vuruŞ üçün çox

əlveriŞli idi. Bir neçə saat davam edən vuruŞmada bakılılar Dərgahqulu bəyin

baŞçılığı altında böyük mərdlik və qəhrəmanlıq göstərmiŞdilər. Dağıstan atlıları

Dərgahqulu bəyin sərbazları tərəfindən qılıncdan keçirilmiŞ, sağ qalanları isə

pərən-pərən salınmıŞdı.

Pyotrun qoŞunları Bakını ələ keçirdikdən sonra Şəhərdə komendant sistemi

yaratsalar da, yuxarıda deyildiyi kimi, Şəhərin idarə edilməsi sultan

Məhəmmədhüseyn bəyin ixtiyarına verilmiŞdi.

Bu dövrdə Pyotrun yürütdüyü siyasətdən biri də Xəzər sahili boyu salınmıŞ

Şəhər və kəndlərdə əhalini xristianlaŞdırmaq idi. Xəzərin qərb və cənub sahillərində

özünə möhkəm dayaq yaratmaq məqsədilə xristianların, birinci növbədə

ermənilərin buralara köçüb gəlmələri üçün hər cür Şərait yaradılmağa baŞlandı. I

Pyotr həm bu yerləri xristianlaŞdırmaq və həm də ermənilərin ticarət iŞlərində

səriŞtəli olduqlarını bildiyi üçün ticarəti daha da geniŞləndirmək niyyətilə onların

Bakı, Gilan, Dərbənd, Mazandaran tərəflərdə yerləŞdirilməsi barədə fərman

vermiŞdi. Ermənilər nəinki Bakı Şəhərində, habelə onun bir sıra kəndlərində də

özlərinə məskən salmıŞdılar. Pyotr özünün 1724-cü il tarixli fərmanında generalleytenant

MatyuŞkinə və briqadir Levakova sərəncam vermiŞdi ki, ermənilərin

göstərilən yerlərdə məskən salmalarına hər cür Şərait yaradılsın və hətta lazım

gəldikdə İranlılar (azərbaycanlılar- Q.İ.) sıxıŞdırılsın.

Həmin tarixdən baŞlayaraq, Bakıda ticarət, demək olar ki, ermənilərin əlinə

keçir. Hindlilər ticarətdə artıq ikinci yeri tuturdular. Sonralar, təxminən 19-cu əsrin

33

əvvəllərindən Bakı kəndlərində ermənilər azalmağa baŞlayır. Onlar öz mülk və



bağlarını satıb əsas etibarilə Şəhərdə toplaŞırlar. Ta inqilabadək Bakı kəndlərində

ermənilərə çox nadir hallarda təsadüf etmək olardı.

Lakin Bakı sultanı Məhəmmədhüseyn bəy çarizmin milli siyasətindən çox

narazı qalmıŞdı. O bu vəziyyətə son qoymaq məqsədilə İamaxıda yaŞayan türk

meylli Hacı Davudla əlaqəyə girir və birlikdə Bakı komendantı əleyhinə təcavüz

hazırlayırlar. Bundan xəbər tutan Dərgahqulu bəy həyəcanlı halda komendant

Baratınskinin yanına gəlir.

- Cənab general, sizə mühüm bir xəbər deyəcəyəm.

- Buyur, polkovnik.

- Cənab general, mən eŞitdiyim pis bir xəbəri sizə çatdırmağı özümə borc

bilirəm.

- Mən sizi eŞidirəm, polkovnik.

- Şəhərdə qəsd hazırlanır, cənab! Baratınski təŞviŞə düŞür.

- O necə qəsddir, polkovnik?

- Şəhər sultanı Məhəmmədhüseyn bəy sizin əleyhinizə qəsd hazırlayır.

Dərgahqulu bəy Şəhər sultanının hazırladıgı qəsd barədə komendanta ətraflı

məlumat verir. Məlum olur ki, Məhəmmədhüseyn bəy Hacı Davudla gizli əlaqə

saxlayır və birlikdə qarnizonun üzərinə qəflətən basqın etmək fikrindədirlər.

Baratınskinin əmri ilə Məhəmmədhüseyn bəy qardaŞları ilə birlikdə dərhal

həbs edilirlər. Sonra da Bakıdan HəŞtərxana sürgün olunurlar.

Komendantın yanında hörmətini artırmaq üçün Dərgahqulu bəyin atdığı bu

addım ona, doğrudan da, böyük etibar qazandırır. Ancaq çox keçmir ki, o özü də

1727-ci ildə Hacı Davudla əlaqəyə girir. Onlar belə bir plan çəkirlər: Dərgahqulu

bəyin adamları gecə Şəhər darvazalarını açacaqlar və divarlar arxasında pusquda

durmuŞ Hacı Davudu öz ləŞkəri ilə Şəhərə buraxacaqlar və birlikdə qarnizon

əsgərləri üzərinə basqın edəcəklər. Lakin qəsdin üstü açılır. Dərgahqulu bəy bir

neçə yaxın adamı ilə birlikdə adalardan birində gizlənir. Bu hadisə ilə əlaqədar

olaraq Şəhər əhalisinin, demək olar ki, əksəriyyəti heç bir günahları olmadan

Rusiyaya sürgün olunurlar.

Dərgahqulu bəyin bu hərəkətindən sonra rus komandanlığı AbŞeron

kəndlərinin naibi Səlim xana da etibarını itirir. Naib Səlim xan da bu hadisədən

sonra Şəhərin komendantı Baratınskinin sərəncamına keçir. Baratınski Bakının

qubernatoru təyin olunur.

Bir müddətdən sonra Dərgahqulu bəy tutduğu iŞdən peŞman olaraq, təzədən

rusların yanına qayıdır və onlara xidmət etməyə hazır olduğunu bildirir.

Komendant onun belə cəsarətli addımını çox bəyənir və günahından keçir.

Baratınski baŞa düŞürdü ki, Bakı mahalında əhalinin əksəriyyəti Dərgahqulu bəyin

tərəfindədir və o, hamının hörmətini qazanmıŞdır. Belə bir adam vasitəsilə yerli

34

əhalini itaətdə saxlamaq rus komendantlığı üçün çox əlveriŞli idi. Dərgahqulu bəy



Şəhərin sultanı təyin olunur.

1730-cu ildə Dərgahqulu bəy yenə rus ordusu xidmətindən çıxıb, Nadir Şaha

pənah aparır. Ancaq Nadirin xidmətində də çox qalmır. Təzədən Bakıya qayıdır və

özünün MaŞtağa kəndindəki mülkündə sakit yaŞamağa baŞlayır.

Dərgahqulu bəyin MaŞtağa kəndində yaŞadığı dövrə aid səyyah Lerxin

yazılarında bəzi qeydlərə rast gəlmək mümkündür. O, AbŞeronun naibi Səlim xan

və maŞtağalı Dərgahqulu bəyin təŞkil etdikləri ovda iŞtirak etdiyini geniŞ təsvir

edir. Onun qeydlərində oxuyuruq: "Biz daimi odlar yerindən (Suraxana demək

istəyir - Q. İ.) çıxıb, çoxlu Şoran otların bitdiyi Qala kəndindən keçdik və böyük bir

kənd olan Sinsenliyə (Zirə kəndini nəzərdə tutur - Q. İ.) tərəf yolumuza davam

edərək, yarımadanın ensizləŞdiyi və vəhŞi keçi ovlamaq üçün hazırlanmıŞ Şikar

yerinə gəlib çıxdıq. İikar üçün bütün kəndlərdən əllərində silah, ox və dəyənək

olan bir neçə yüz kəndli yanlarında it buraya toplaŞmıŞdılar. Onlar dənizin bu

sahilindən o biri sahilinə bir cərgəyə düzülməli idilər. Biz də elə etdik. Bu

cərgədən kənara çıxmadan qabağımıza çıxan vəhŞi keçiləri yarımadanın ensiz

yerinə qovlaya-qovlaya irəliləyirdik. Sultan Dərgahqulu bəy də bir neçə yüz kəndli

ilə bizə qoŞuldu. Zavallı heyvanlar bizim yaxınlaŞdığımızı gördükdə, qıŞqırığımıza,

dəyənəklə zərbə endirməyimizə baxmayaraq, bütün sürü ilə adamların üstündən

atılıb, keçirdilər. Bəziləri isə, onları lap sıxıŞdırdıqda dörddə bir verst enində olan

körfəzi üzüb keçərək, 7 verst uzunluğunda olan Müqəddəs (indiki Pirallahı - Q. İ.)

adasına çıxırdılar". Bu göstərirdi ki, Dərgahqulu bəy rəsmi dövlət xidmətindən

istefaya çıxsa da, MaŞtağadakı malikanəsində rahat yaŞayırmıŞ.

Bir müddət sonra biz onu yenə Nadir Şahın xidmətində görürük. Bu

xidmətində o, Nadirin cəsur sərkərdələrindən biri kimi Şöhrət qazanır. Yerlərdə

Nadir hakimiyyətinə qarŞı çevrilmiŞ üsyanların yatırılmasında yaxından iŞtirak edir

və belə vuruŞmalardan birində Nadir Şahın qardaŞı İbrahim xanla birlikdə həlak

olur. A. Bakıxanov Dərgahqulu bəyi cüssəli, cəsur və el arasında nüfuzlu bir adam

kimi göstərmiŞdir.

XVIII əsrin 30-cu illərində türklərin hücumu bütün İran üçün böyük təhlükə

təŞkil edirdi. Bu ağır illərdə İran qoŞunlarının baŞında sərkərdə Nadir durmuŞdu. O,

İranın əfŞarlar tayfasındandı. Onun hərbi bacarığı nəticəsində əfqanlar İran

torpağından qovulmuŞdu. Bu qələbə Nadirə bir sərkərdə kimi daha böyük Şöhrət

qazandırdı. 1730-cu ildə böyük qüvvə ilə, türklərin üzərinə hücuma keçdi. Ağır

döyüŞlərdə Nadir özünün sərkərdəlik bacarığını bir daha nümayiŞ etdirərək, İranın

bir sıra Şəhərlərini və o cümlədən Həmədan, Ərdəbil və Təbrizi azad etdi.

Ordu içərisində olduğu kimi xalq içərisində də Nadirin hörmət və Şöhrəti

gün-gündən artırdı. Xalq onu əsl qəhrəman kimi alqıŞlayırdı. Çox keçmir ki, Nadir

35

II Təhmasibi taxtdan salır və onun yerinə dörd aylıq oğlu III Abbası Şah elan edir.



Beləliklə o, ölkənin idarə edilməsini bütünlüklə öz əlinə keçirir.

1733-cü ildə Bağdad ətrafındakı döyüŞlərdə Nadir türk qoŞunlarını böyük

məğlubiyyətə uğratdıqdan sonra, 1734-cü ildə İirvan üzərinə səfərə baŞlayır.

Türklərin İamaxı Şəhərində olan əlaltısı Surxay xan qaçır. Nadirin qoŞunları Şəhəri

talan edib, yandırır. Salamat qalan əhali İamaxının yaxınlığında olan Ağsuya

köçürülür. Nadir İamaxının bir daha müqavimət göstərə bilməməsi üçün, Şəhər

divarlarını sökdürür.

Nadir sonra Gəncə_____yə tərəf hücum edərək, bir neçə müddət Şəhəri

mühasirədə saxlayır. Gəncəni asanlıqla ala bilməyəcəyini görən Nadir baŞqa

tədbirlərə əl atır. O, Gəncə çayının qabağını sədlə kəsir və onun istiqamətini qala

divarlarına tərəf yönəldir. Qıjıltı ilə hücum çəkən su qala divarlarını yuyub uçurur

və Şəhərə dolmağa baŞlayır. Bu vaxt Nadirə xəbər çatır ki, Kars və İrəvan tərəfdən

türk qoŞunları gəncəlilərin köməyinə tələsirlər. Nadir tez Gəncəni iŞğal etmək

fikrindən əl çəkərək, düŞməni qarŞılamaq üçün 1735-ci ilin may ayında

Ermənistana tərəf yürüŞ edir. DüŞməni məğlub etdikdən sonra İrəvan və Tiflis

Şəhərlərini iŞğal edir və təzədən Gəncəyə qayıdır. Bu dəfə Gəncədəki türk

qarnizonu Nadirin basqınına davam gətirə bilməyib, təslim olur.

Türklər Nadirin hücumunun qarŞısını almaq üçün onun cəbhə arxasına Krım

tatarlarından ibarət böyük bir dəstə desant çıxarır. Tatarlar Dərbənd qalasında

yerləŞirlər. Bundan xəbər tutan Nadir Dərbəndə hücum edərək, tatarları geri

çəkilməyə məcbur edir.

İngiltərə və Fransa dövlətləri hələ də rus dövlətinə qarŞı qəsd üçün İran və

Türkiyədən istifadə etməyə çalıŞırdılar. Onların niyyəti bu idi ki, bu iki dövlət

arasında ittifaq bağlansın və sonra hər ikisi Rusiyaya qarŞı hücuma təhrik edilsin.

Rus imperiyası tarixində isə böyük dəyiŞikliklər əmələ gəlmiŞdi. 1725-ci

ilin yanvarında, I Pyotr öləndən sonra onun taxt-tacına I Yekaterina çıxarılmıŞdı.

Lakin onun hökmranlığı cəmi üç il davam etmiŞdi. Ondan sonra hakimiyyət baŞına

keçən II Pyotrun da hökmranlığı üç ildən artıq çəkməmiŞdi. Saray dəyiŞikliyi

zamanı taxtdan düŞürülüb, yerinə Anna İoannovna çar elan edilmiŞdi.

Anna İoannovnanın hakimiyyət baŞına keçməsi Rusiyanın ağır bir dövrünə

təsadüf etmiŞdi. Bu illərdə ölkənin daxili və xarici vəziyyəti xeyli pisləŞmiŞ, ordu

və donanma çox zəifləmiŞdi. Belə bir vəziyyətdə Rusiyadan uzaqlarda, Xəzər sahili

əyalətlərində ordu saxlamaq böyük xərc tələb edirdi. I Pyotrun Xəzərin qərb

sahilində iŞğal etdiyi torpaqlar cəmi 100 kilometr enində və 600 kilometr

uzunluğunda bir zolaqdan ibarət idi. Bu torpaqları əldə saxlamaq üçün Xəzər

sahillərində 16 nizami, 7 süvari draqun polku dururdu. Bunlardan baŞqa buraya

1.800 nəfərdən ibarət kazak, tatar, çuvaŞ, gürcü, erməni və mordov iŞçi qüvvəsi də

gətirilmiŞdi. Təbii ki, bu böyüklükdə qüvvəni saxlamağa külli xərc tələb olunurdu.

36

İqlimə alıŞmamıŞ əsgərlər içərisində xəstəliklər artırdı. Tibbi yardım lazımi



səviyyədə olmadığından ölüm halları çoxalmıŞdı. N. Butkov yazırdı ki, Rusiya bu

iŞğal dövründə çoxlu adam itirmiŞdi. Əyalətdən əldə edilən gəlir ixracatı ödəyə

bilmirdi. Cənubda Rusiya üçün ordu saxlamaq bir də ona görə təhlükəli idi ki, bu

əyalətlərin üstündə İranla müharibə baŞ verə bilərdi. O biri tərəfdən Türkiyənin də

Rusiyanı təzədən hədələmək qorxusu vardı. Buna görə Rusiyaya Xəzər dənizinin

deyil, Qara dənizin sahillərini möhkəmlətmək lazım idi. Türkiyə ilə müharibədə

Rusiya İranla müttəfiq də ola bilərdi. Bu mülahizələr baxımından ruslar Xəzər

sahili əyalətlərini tərk etmək məcburiyyəti qarŞısında qalmıŞdı. İranla rus dövləti

arasında ittifaq bağlanmasına Türkiyə heç cür razı ola bilməzdi. İngiltərə ilə Fransa

da bu iŞdə Türkiyənin siyasəti ilə həmrəy idilər. Ancaq bununla belə, 1732-ci ilin

21 yanvarında RəŞt Şəhərində İranla rus dövləti arasında sülh müqaviləsi bağlandı.

Bu müqavilənin əsas maddələrindən biri ondan ibarət idi ki, İran dövləti Türkiyəni

Xəzər sahili əyalətlərinə buraxmamağı bir vəzifə olaraq, üzərinə götürürdü.

Bundan baŞqa sülh müqaviləsində rus tacirlərinin İran daxilində sərbəst alveri üçün

imtiyazlar yaradılması da nəzərdə tutulurdu.

1735-ci ildə Gəncə yaxınlığında rus imperiyası ilə İran dövləti arasında yeni

bir müqavilə bağlandı. Bu müqaviləyə əsasən rus qoŞunları Bakı və Dərbənddən

çıxarılmalı idi. Rus tacirlərinin İran torpaqlarında sərbəst və gömrüksüz ticarət edə

biləcəkləri isə yenə pozulmaz bir maddə kimi müqavilədə qalırdı.

Rus qoŞunları artıq Bakını tərk etməyə baŞlayırlar. Nadir özunün ən yaxın

adamlarını həmin əyalətlərin Şəhərlərində yerləŞdirməyə tələsir. İahın ən yaxın və

etibarlı adamlarından biri olan Qələmi Bakıya sultan təyin olunur. Bakıda və ətraf

kəndlərdə Nadir özünə möhkəm dayaq yaratmaq məqsədilə əfŞar türk tayfalarından

bir çoxlarını buraya sürgün edərək, Sabunçu, KeŞlə, Zabrat və baŞqa kəndlərdə

yerləŞdirir. Sabunçuya köçürülmüŞ əfŞar tayfalarının iŞərisində Şahın ən yaxın

adamlarından biri olan sərkərdə AŞur xan da vardı. 1743-cü ildə Ağsu yaxınlığında

İirvanŞahların qaldırdığı üsvanın yatırılmasında AŞur xan fəal iŞtirak etmiŞdi.

Sonralar Sabunçuda yaŞamıŞ məŞhur AŞurbəyov sülaləsi yəqin ki, AŞur xanın

nəslindəndir.

1736-cı ilin fevralında Nadir Muğana gəlir. O, kiçik yaŞlı III İah Abbasın

ölümü münasibətilə ölkənin hər tərəfindən feodalları da buraya çağırtdırmıŞdı.

Yığıncaq təxminən indiki Sabirabad torpağında keçirilmiŞdi. O zaman bu yer

Cavad adlanırdı. Nadir gələnləri təntənə ilə qarŞılamıŞ və onlar üçün hətta

müvəqqəti evlər, məscid və hamam da tikdirmiŞdi. İran feodallarının bu

yığıncağında Nadir özünü İranın Şahı elan etmiŞdi. Nadir Şahın taxta çıxması ilə

Səfəvilər sülaləsinə son qoyuldu. Bundan sonra Nadir ölkənin cənubuna yürüdü.

1736-cı ilin aprelində Nadir Şah 1735-ci il İran-rus müqaviləsini pozaraq,

Ərzurumda Türkiyə ilə sülh danıŞıqlarına baŞladı. Halbuki 1735-ci il Gəncə

37

müqaviləsinə əsasən İran Rusiyanın razılığı olmadan Türkiyə ilə heç bir müqavilə



bağlamamalı idi. Beləliklə, 1736-cı ilin noyabr ayında İranla Türkiyə arasında sülh

müqaviləsi bağlandı. Bu müqavilənin bağlanmasına İngiltərə xüsusilə böyük səy

göstərmiŞdi. İngilislər Rusiyanın Şərq ölkələri ilə olan hər cür ticarət əlaqələrinin

də yerli-dibli kəsilməsi üçün əllərindən gələni əsirgəmirdilər. Onlar Rusiya-İran

ticarətinə mane olmaq üçün xüsusi quldur dəstələri yaradaraq, Xəzər dənizində

üzən rus ticarət gəmilərinə müntəzəm basqınlar təŞkil edirdilər. Nadir Şah da

onların bu hərəkətini bəyənir və dəniz quldurlarını gəmilərlə təmin edirdi.

Rus dövləti öz qoŞunlarını Xəzər sahili əyalətlərindən geri çəksə də, bu

yerlərin Rusiya üzərinə hücum platformasına çevrilməsinə yol verə bilməzdi.

Tacirlər sərbəst ticarət üçün Şərait olmadığından ölkəni tərk edirdilər.

Bakıda ticarət zəifləmiŞdi. İirvandan ipək ixracı azalmıŞdı. MəŞhur səyyah İ. Lerx

belə yazırdr. "Dərbənddə 150 dükan üçün nəzərdə tutulmuŞ bir verst

uzunluğundakı karvansarada bir nəfər də tacir yoxdur. Xəzər sahili əyalətlərinin

İran hakimiyyəti altına keçməsindən sonra Şəhərlərdə əhalinin miqdarı xeyli

azalmıŞdır. Evləri, ocaqları uçub dağılmıŞ bu adamlar baŞqa yerlərə köçməyə

məcbur olublar".

Ölkənin iqtisadi böhran keçirdiyi, xəzinə gəlirinin azaldığı bu dövrdə

iŞğalçılıq müharibələri İran hakim dairələri tərəfindən yeganə çıxıŞ yolu kimi

göstərilirdi.

Quraqlıq və ardı-arası kəsilməyən müharibələr nəticəsində ölkədə baŞlayan

aclıq əhalinin böyük qırğınına səbəb olmuŞdu. Nadirin taxta çıxdığı 1736-cı ilin

qıŞında ölkədə xüsusilə dəhŞətli aclıq idi.

Bütün bunların nəticəsində Azərbaycanda və Dağıstanda Nadir

hakimiyyətinə qarŞı tez-tez üsyan və qiyamlar baŞ verirdi. Azərbaycanda ən böyük

üsyan Nadirin Hindistan səfəri dövrünə təsadüf edir. Dərbənddəki üsyanda

muğanlılardan ibarət olan Şəhər qarnizonunun böyük bir hissəsi də üsyançılar

tərəfinə keçmiŞdi.

Dərbənd üsyanı amansızcasına yatırılmıŞdı. Qarnizondan sağ qalan

muğanlıların gözləri çıxarılıb, Muğana göndərilmiŞdi ki, o birilərinə də dərs olsun.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə