Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə19/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   15   16   17   18   19   20   21   22   ...   92

57
cənublu qardaşlarımız fars əsarəti altındadır, amma müstəqillik qazanan 
bizlər isə indi öz xalçasını, öz musiqisini, bütünlükdə mənəvi sərvətlərini 
qərbə  öz  adı  altında  təqdim  edirik.  Bunun  qiymətini  və  qədrini  biz 
hamılıqla bilməliyik və bu mənəvi yükün ağırlığına dözməyi bacarmalıyıq. 
İllərlə həsrətində olduğumuz müstəqilliyimizi müvəqqəti maddi, mənəvi 
çətinliklərə qurban vermək olmaz. Vətəni rahatlığa dəyişmək olmaz. Vətən 
ümid  və  qürur  yerimiz,  haqqına  tapındığımız  alın  tərimiz,  ruhumuzun 
odu-ocağı, anamızın isti qucağıdır! Bu gün bizim ixtiyarımız yoxdur bir-
birimizə müxalif olaq, çünki bizim bir qəvi-düşmənimiz var, o da erməni 
və  erməninin  arxasında  dayanmış,  ürəyində Allah  xofu  olmayan  azğın, 
şeytani  qüvvələrdir!  Torpaqlarımız  işğaldan  azad  olunana  qədər  biz  bu 
amal uğrunda birgə çarpışmalıyıq, çünki bizi özümüz qədər heç bir xarici 
qüvvə  istəyə  bilməz. VƏTƏNİ  göz  bəbəyi  kimi  qorumalıyıq. Vətəndən 
kənarda yaşamaq olar, ağıllı, istedadlı, işgüzar adamlar yaşayırlar da, amma 
yaşadığın yer Vətən torpağı kimi ayağın altında möhkəm olmaz, sənin biliy-
ini, təfəkkürünü isti qarşılayarlar, amma özünü heç zaman özlərinə doğma 
sanmazlar.  Doğma  sanılası  bir  yerimiz  var,  o  da  sinəsi  min  bir  yerdən 
yaralı, torpağı paramparça olmuş doğma Azərbaycanımızdır. Vətən torpağı 
hələ tam azad deyil. Onun tam azadlığı işğaldan qurtulan günü olacaq. Bu 
azadlıq üçün birləşməliyik. Dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan 
türkünün gələcək birliyi naminə! Bu birliyin rıçaqları bu gün Azərbaycanda 
yaşayan  hər  bir  azəri  türkünün,  hər  bir  azərbaycanlının  əlindədir.  Bu 
rıçaqlar – məhəbbət, sevgi, istək, mənlik, ləyaqət, mənəvi təmizlik və bir-birini 
sevmək, öz canı qədər əziz tutmaqdır. Mənim bütün bunları dilə gətirməkdə 
məqsədim kimlərinsə bostanına daş atmaq və kimlərəsə öyüd, tərbiyə vermək 
deyildir. Sadəcə olaraq, ulu Sözün, qoca Şərqin bətnindən doğulan əsrarəngiz 
Şerin  özünəməxsusluğunu  qorumaq  naminə  bu  yazını  qələmə  aldım.  Şerin 
formasını  dəyişmək  və  ora  dilimizə  yatmayan  ögey  sözlər  doldurmaq  kəşf 
deyil,  kəşfi  onun  mənasında  və  məzmununda  axtarmaq  lazımdır.  Əziz  söz 
adamları, sizləri də bu məsələlər barədə dərin-dərin düşünməyə dəvət edirəm. 
Bütün dünyanı və əsrləri heyrətdə qoymuş, qoca Şərqin isti nəfəsindən qopan 
müqəddəs Şerimizin gələcəyi naminə!.. 
09.07.2009 


58
ALBAN ABİDƏLƏRİ KEÇMİŞİMİZİN 
  YADİGARI VƏ YAXUD 
 ÖLÜ TARİXİMİZİN BƏLALARI
Qafqaz  Albaniyası  e
ramızdan  əvvəl  təqribən  III-IV  əsrlərdə 
for   malaşmış,  eramızın  VIII  əsrində  Ərəb  xilafəti  tərəfindən  işğal 
edilmişdir.  Paytaxtı  əvvəlcə  Qəbələ,  sonra  isə  Bərdə  şəhərləri  ol-
muşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan 
edən Alban  dövləti  mövcudluğunun  sonuna  qədər  bu  və  ya  digər 
dərə  cədə  xristian  ideologiyasının  təsir  dairəsində  olmuşdur.  VII 
əsr də torpaqlarımız ərəb işğalına məruz qalandan sonar islam dini 
ərazimizdə geniş şəkildə yayılmağa başlamışdı.
Bu günə qədər xalqımızın yaddaşında kök salmış Cavanşir adı 
da  elə  alban  hökmdarlarından  birinin  adı  idi.  Daimi  yaşadıqları 
yer   ləri  bilinməyən  ermənilər  hind-avropa  dil  qrupuna
  mənsub, 
bir  ərazidən  digər  əraziyə  keçməklə  köçəri  həyat  sürmüş  xalqdır,  hətta 
onların öz alimlərinin yazdıqlarından da bəlli olur ki, bu xalqın qədimdən 
nə dəqiq yeri, nə də məkanı olub. Onlar qaraçıların həyatına bənzər bir 
ömür  yaşamışlar  və  indi  də  yaşamaqdadırlar.  Günü  bu  gün  də  erməni-
haylar Rusiyanın himayədarlığı və işğalı nəticəsində zəbt etdikləri azəri 
torpaqlarında da özlərini doğma hiss etmirlər, çünki onların tarixdən nə 
dövlətçilik, nə də torpağa bağlılıq sevgiləri olub. Tarixdə Erməniyyə adı 
ilə tanınmış dövlətdə ermənilər yaşamayıb, çünki onlar heç zaman oturaq 
həyat  sürməyiblər,  bir  yerdən  başqa  yerə  azuqə,  pul-para  ardınca  köç 
etməklə dünyanın haqqı bilər tarixçilərinə bəlli bir ömür yaşamışlar. Bu 
gün  bizim  əzəli  torpaqlarımız  üstündə  qurulmuş  indiki  Ermənistan  bir 
dövlət kimi süqut etsə, bu xalq uf demədən dünyanın hər yerinə köç edib 
gedəcək. Onları nə vətən, nə də torpaq hissi yandıracaq, çünki bu hiss on-
larda heç bir zaman olmayıb. Dünyanın elə bir ölkəsini tapmazsan ki, orda 
ermənilər yaşamasın, eynilə qaraçılar kimi. 
İslam  dini  ölkəmizdə  yayıldıqdan  sonra  xalqın  əksər  hissəsi  müsəl-
mançılığı  qəbul  etdi.  Tarixi  alban  abidələri  və  məzarlıqları  yavaş-yavaş 
islama inanc bağlamış xalqın mənəviyyatına yadlaşdı, amma xristian al-
banlarla qan qohumluğu və islami inancla bağlı səmavi dinlərin toxunul-
mazlığına görə müsəlman insanlarımız nə bu məbədlərə xain gözlə baxdılar, 


59
nə də məzarlıqlara.. Xristianlıqda qalan alban əsilli insanlar isə məbədlərdə 
ibadətlərini davam etdirdilər. Ermənilər bu yerlərə ayaq basana qədər… 
Biabırçı və fəlakət gətirmiş məlum 1813-cü il “Gülüstan” və 1828-ci il 
“Türkmənçay”  İran-Rusiya  sülh  müqavilələrindən  sonra  ruslar  bu  ikiüzlü 
ermənilərdən  işğal  etdikləri  Azərbaycan  torpaqlarında  sipər  kimi  istifadə 
etdilər. Tarixi mənbələrdə göstərilir ki, 200 nəfər erməni ailəsini ruslar İrandan 
gətirib bu ərazilərdə yerləşdirdilər. Ruslar tərəfindən bu ərazilərə köçürülmüş 
ermənilər azlıqda qalmış xristian alban-azərbaycanlıların kilsələrindən istifadə 
etməyə başladılar. Yəni xristian albanlarla bir yerdə ibadət etdilər. Xristian al-
ban əhali ilə sözləri düz gəlməyəndə isə bu əhali ilə aralarında toqquşmalar 
olurdu.  Köhnədən  vərdiş  etdikləri  terror  üsulu  ilə  onları  öz  yollarından 
götürürdülər. Sonradan isə bu məbədləri də, xristian əhalinin özünü də və bu 
əhaliyə məxsus məzarlıqları da yavaş-yavaş özününküləşdirdilər. Yəni bir xalq 
məsəlində deyildiyi kimi “yersiz gəldi, yerli qaç” prinsipini məqsədli şəkildə 
həyata keçirməyə başladılar. Bəlkə elə bu xalq məsəli də vəhşi ermənilər bu 
torpağa ayaq basandan sonra yaranıb… 
Ürəyinin qapısını qonağa açıq qoyan xalqımız bu fitnəkar düşmənin iç 
üzünü heç zaman dərindən duya bilməmişdir. Təxminən 1964\65-ci illər 
idi. Mən doğulduğum Tağay kəndində səkkizillik məktəbdə oxuyurdum. 
Dəvəçi-Siyəzən  ərazisində,  ümumiyyətlə,  ermənilər  yaşamayıblar.  Bakı 
bizim bölgəyə yaxın olduğu üçün tez-tez paytaxtdan kəndimizə “volqa” 
maşınla  ermənilər  gələrdi.  Deyirdilər  ki,  onlar  qəbiristanlıq  ərazisində 
duza  qoymaq  üçün  bir  yeməli  bitki  var  onu  dərirlər.  Kənddən  bir  az 
kənarda dənizə sarı bizim qəbiristanlığımız yerləşirdi. Bu qəbiristanlıq təzə 
qəbiristanlıq adlanırdı. Köhnə qəbiristanlıq da təzə qəbiristanlığa yaxın idi. 
Köhnə qəbiristanlığın məzarlarının başdaşıları dağılıb 1918-ci il erməni-
rus basqınları zamanı tamamilə məhv olmuşdu, təkcə 2-3 məzar daşından 
başqa. Bu məzar daşlarının üstündə bizim başa düşmədiyimiz dildə hərflər 
və  xaç  işarəsi  var  idi.  Görünür,  islam  dininin  bu  ərazidə  yayılmasından 
sonra əski xaç məzarlıqdan ayrı təzə müsəlman qəbiristanlığı salınmışdı. 
Biz həmişə dəniz yoluyla yay aylarında Xəzərə gedəndə bu məzarlar da 
sanki bizə miskin-miskin baxardılar. Sonralar kəndə duza qoymaq üçün 
tərə  yığmağa  gələn  ermənilər  bu  xaç  daşları  da  özləriylə  tədqiq  etmək 
bəhanəsilə harasa apardılar… O yer isə hələ də köhnə qəbiristanlıq adıyla 
durur. Günü bugün də o yer öz məhzun görünüşü ilə adamı qüssələndirir. O 
zamanlar Sovetlər İttifaqının kəsəkəs vaxtları idi. Biz o vaxtın uşaqları isə 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə