Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə22/92
tarix18.06.2018
ölçüsü2,64 Kb.
#49798
1   ...   18   19   20   21   22   23   24   25   ...   92

66
onların da ov alətləri var idi, amma insan əti ilə, hətta bir-birinin əti ilə 
qidalanırdılar.  Lakin  adəm  övladı  bir  çox  vəhşilər  kimi  adamyeyənləri 
də yer üzündən yox edib, ancaq hərdən mənə elə gəlir ki, bir çox nəhəng 
canlılar öz görünüşünü dəyişdiyi kimi, adamyeyənlərin də tör-töküntüləri 
indiyə kimi qalmaqdadır. Yəqin ki, başqa şəkildə. Bu üzdə bizlərə bənzər, 
daxildə isə vəhşi və şeytani fikirlərə qul olmuş ermənilərdir. Ona görə də 
onları nə din, nə iman, nə Tanrı xofu çəkindirir. Məqsədləri ev yıxmaq, qan 
tökmək, məzlum erməni sifətlərilə dünyadan pul dilənməkdir. Neyləyək, 
yəqin  bizim  də  bəxtimizə  belə  qaniçənlərlə  çarpışmaq  düşüb.  Xatirimə 
yüz illik fransız-ingilis müharibəsinin tarixi düşür. İndi fransız da, ingi-
lis  də  öz  evində  oturub  və  bir-birinin  sərhədlərinə  hörmət  və  ehtiramla 
yanaşırlar. Yəqin erməni də vəhşi xislətdən əl çəkər, ya da birdəfəlik həyat 
səhnəsindən silinib gedər, çünki atalar demişkən yalan ayaq tutar, yeriməz, 
necə ki, erməni yalanı haçansa ayaq tutub, ancaq bu gün yerimir. Bütün 
dünya  onu  düz  yola  qaytarmaq  üçün  baş  sındırır.  Dırnaqarası  xristian 
qardaşlarının başını sığallayıb, cibinə pul-para basanlar da bu gün tutduğu 
əməllərindən peşman olublar, çünki onun-bunun yalı ilə dolanmağa vərdiş 
etmiş ermənilər bu dilənçi yardımların ömrünü uzatmaq istəyirlər. Əfsus, 
xaricdə oturmuş erməni əsilli milyonerlər elə bu pullarla varlanmış, əldə 
etdikləri  yardımların  bir  qismini  qana,  qırğına,  terrora,  bir  qismini  isə 
şəxsi həyatlarına xərcləyirlər. Qafqazda yaşayan erməniləri də beşdaş kimi 
əllərində  atıb  tuturlar.  Yağlanmış  qarınlarının  sabahını  düşünə-düşünə. 
Bizlər  isə  bu  mətləblərdən  hali  olub  sabahımız  naminə  bu  günümüzə 
əncam  çəkməliyik,  halbuki  müvəqqəti  dondurulmuş  müharibənin  atəş 
səsləri cəbhə xəttinə yaxın ərazilərdən hər gün eşidilməkdədir. Hələ də ara-
sıra şəhid olmuş əsgərlərimizin meyitləri evlərinə gəlir. Bu açılan güllələrlə 
ermənilər bizə demək istəyir ki, biz sizinlə düşmənik, bu düşmənçiliyin kökləri 
heç  vaxt  ürəyimizdən  qırılmayacaq.  Biz  isə  xristian  donuna  girmiş  məkrli 
vahanlarıq. Bizi bura şeytan atamız göndərib ki, sizinlə qan savaşına çıxaq. 
Qələbəni isə güclülər qazanır. EY AZƏRİ İNSANI, mən bu qələbənin gücünü 
özümüzdə görürəm. Tariximizi sormaqla, Vətən atəşini könlümüzə sarımaqla, 
dünənimizi aramaqla, bu günümüzə yarımaqla, sabahımızı qorumaqla!..
06.11.2009


67
“KREDO” NUN ON İLLİYİ MÜNASİBƏTİ İLƏ 
QƏZETİN BAŞ REDAKTORU ƏLİ RZA 
XƏLƏfLİYƏ AÇIQ MƏKTUB
Hörmətli  Əli  Rza  müəllim,  deyirlər  ki,  istedad  Allahın  öz  sevdiyi 
bəndələrinə verdiyi ən böyük mükafatdır. Bu mükafat isə istedadlı bəndənin 
təkcə özünə yox, mənsub olduğu elə, elata, yurda, Vətənə və nəhayət, millətə 
layiqli töhfə olur, çünki xalq öz istedadlarıyla zirvələrin fövqünə ucalır. Başqa 
millətlər tərəfindən sayılıb, seçilir, varlığına, mənəviyyatına ehtiram bəslənilir. 
Bütövlükdə istedadın yaratdığı nə varsa dünya evinə bəxşiş olur. Bu bəxşişlərlə 
hələ ki, məhvərindən çıxmır dünya, haqqına tapınır, iblisi, şeytanı yamanlayır 
və xeyir əməllərlə ümmanlayır. Yoxsa cahanın çarxı çoxdan çevrilərdi, bizim 
başıbəlalı dünyamız yerlə-yeksan olardı. Müxtəlif elm sahələrində istedad par-
laya bilər. Hər sahə də yaxşı əməllərə köklənirsə, deməli, həyatın inkişafına, 
ağlın,  düşüncənin  nurlaşmasına,  saflaşmasına,  bəndənin  yaşam  haqqına 
xidmət edir. Elə insanın böyüklüyü, ucalığı da ondadır ki, öz zəkasıyla bütün 
keşməkeşləri dəf edir…
İstedad  hər  dövrdə  ağrılı  bir  ömür  yaşayıb. Ağrısının  əsas  amili  hər 
şeyi  başa  düşüb  dərk  etməyi  və  bu  dərkin  içində  sıçrayışlar,  çırpıntılar, 
büdrə  mələr daha nələr, nələr… Əgər istedad söz adamı olubsa onlardan bir 
çoxunun  fəlakəti  ölçüyəgəlməz  olub.  Millətinin,  Vətəninin  tale  yü künü  öz 
çiyinlərində daşıyıb. Hər addımda laqeydliklə, təhqirlə, böhtanla, paxıllıqla, 
əzabla,  müsibətlə,  zillətlə  qarşılaşıb.  Bəzən  ac-susuz  qalıb,  bəzən  tərki-
vətən  olub,  repressiyalarla  üzləşib,  gülləbaran  olub,  ancaq  öz  amalından, 
əqidəsindən, məsləyindən dönməyib. Dahi Hüseyn Cavid deyirdi ki, dünyanı 
mədəniyyət xilas edəcək. Xilası mədəniyyətdə görən dahilərimizin böyüklüyü 
mənəviyyatdan  boy  göstərir.  Mənəviyyat  pakdırsa,  göylərində  ulduzları 
parlaqdırsa,  deməli,  işığı  mədəniyyətə  bəs  edəcək.  Mənəviyyat  bəsitdirsə, 
deməli,  mədəniyyət  də  kasadlaşacaq,  mütiləşəcək,  bayağılaşacaq  və  xalqın 
ruhunda özünü büruzə verəcək. Mənəviyyatı bəsit olan xalq gec-tez uçuruma 
yuvarlanır, könül sarayında bayquşlar ulayır. Öz ömrünü tamama yetirmiş in-
sana bənzəyir, qocalıb həyat səhnəsindən çıxır. 
Əli  Rza  müəllim,  mədəni  dünya  bügününü  öz  kitabı,  elmi,  qəzeti, 
dərgisi, bütünlükdə mətbuatı, televiziyası, kompüteri, telefonu ilə yaşadır, 
fəqət bu yaşamın içində ən önəmli yerdə ruhumuza köklənmiş mətbuatımız 
durur. Mətbuatımızın nümunələri içində dəyərilə “Kredo” qəzeti məxsusi 


68
fərqlənir. “Kredo” qəzeti redaksiyasında gördüyüm işıq, nur, mənəviyyat 
ucalığı  adamın  könlündə  həyat  eşqini  artırır,  ilhama  qol-qanad  verir. 
İyirminci  əsrin  əvvəllərində  dahi  Cəlil  Məmmədquluzadənin  “Molla 
Nəsrəddin”i söz adamlarını ətrafına toplayıb bu dərgiylə millətə mənəvi 
qida  verirdi.  O  dərgidən  dahi  Sabirlər  boy  göstərirdi,  xalqının  sabahına 
həyat  günəşi  olmaq  üçün,  millətin  mənəvi  yaddaşında  öz  qüdrətilə  qal-
maq üçün… Allah cənnət qanunlarını pozduqları üçün Adəm babamızla 
Həvva nənəmizi yerə cəza çəkməyə göndərdi. Əgər belədirsə, deməli, biz 
Yaradanın verdiyi böyük cəzanın daşıyıcılarıyıq. İşıq sürəti ilə ölçülsə in-
san ömrü saniyələrə bərabərdir. Bu saniyələr içində zaman tərəzisinə bizim 
günahlarımız və savablarımız yığılır. Haqq-hesab günündə hesaba alınmaq 
üçün,  bu  bambalaca  yer  kürəsi  isə  adəm  övladının  qazamatıdır,  ancaq 
uca Tanrı  bizə  bütün  canlılardan  fərqli  olaraq  zəka  əta  edib.  Bu  zəkanı 
həm xeyrə, həm şərə sərf edənlər var. Xeyir şəri üstələyəndə dünya nura 
boyanır,  düzlük  zəfər  çalır,  şər  xeyiri  üstələyəndə  qanlar  tökülür,  evlər 
yıxılır,  mənəviyyatlar  öləziyir,  mədəniyyətlər  dərdə  düşür.  Əgər  ağlını, 
şüurunu  halal  əməllərə  işlədən  mənəviyyat  adamları  olmasaydı,  yəqin 
ki, Yer Kürəsi çoxdan məhv olardı. Həqiqi ilham sahiblərinin qəlbi çox 
kövrək, uşaq kimi küsəyən olur. İstər təbiətdə, istərsə həyatda çəkişmələr, 
döyüşmələr,  dəyişmələr  onlara  təsir  edir.  Onlar  daima  istiqanlılığa, 
səmimiyyətə,  mehmannəvazlığa  möhtacdırlar.  Çox  vaxt  redaksiyaların 
qapıları ağzında ümidləri qırılan bu insanlar mənəvi ucalıqdan uçuruma 
doğru yuvarlanırlar. Qələmləri əllərində haray qoparır, bu harayın nalələri 
könül fəğanını Tanrıya aparır… 
Əli Rza müəllim, sizə nə qədər maddi və mənəvi cəhətdən üzücü və 
ağır  olsa  da,  “Kredo”  adlı  ağır  bir  yükün  altına  girmisiz.  Bu  yük  sizin 
çiyinlərinizə əzab-əziyyət versə də bu məşəqqətə sinə gərirsiz. Lap “Molla 
Nəsrəddin”  dərgisinin  çəkdiyi  ağrı-acıya  bənzər  bir  ömür  yaşayır  sizin 
qəzetiniz. Buna baxmayaraq siz zəkanızın, iradənizin gücünə qatlaşaraq 
“Kredo” qəzetini yaşadırsız. Bu ağrılı yaşam bizim mənəviyyatımıza işıq 
salır. Allah bu işığı sizin könlünüzdən əskiltməsin. Sizin ilhamınız aşıb-
daşır, qarşısıalınmaz sellər təki çağlayır. Biz bu qəzetdə söz adamlarının, il-
ham sahiblərinin könül dünyasına səyahət edirik. Onların ürək çırpıntılarını 
duyuruq. Güclü yazanlarla zəif yazanların çarpışması, rəngarənglik, ağır 
tutumlu,  elmi-ədəbi  yazılar  qəzetin  səhifələrini  bəzəyir.  Bu  qəzetdə  jur-
nalist olmayan özünə jurnalist, şair olmayan özünə şair, yazıçı olmayan 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə